Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə33/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

işlərin  digər  iştirakçıların  da  əlavə  qüvvələri  sayəsində 

icrasma təminat verilməsinə köməklik edirdi.

Onun  Qafqazda  və  Mərkəzi  Asiyadakı  fəaliyyəti,  hər 

regionda bir əlaqələndirici olmaqla, iki əlaqələndirici zabit 

tərəfindən  dəstəklənir.  Hər  bir  əlaqələndirici  zabitin  işi 

NATO  ilə  fərdi  tərəfdaşlıq  proqramlarının  şərtlərindən 

irəli  gələn  islahat məqsədlərinə  nail  olmaq üçün  müvafiq 

dövlət  orqanları  ilə birbaşa məsləhətləşmələr aparmaqdan 

ibarətdir.

Cənubi  Qafqazda  qarşılıqlı  dialoqu  təbliğ  etməyin  və 

təhlükəsizliyi  inkişaf  etdirməyin  Alyans  üçün  mühüm 

səbəblərindən  biri,  hazırda  dünyada  mövcud  olan  ciddi 

təhlükəsizlik  hədələrinin-  terrorizm, 

kütləvi 


qırğın 

silahlarının yayılması, tənəzzül  etmiş dövlətlər və regional 

münaqişələr-  sərhədləri  aşması  və  onların  yalnız  birgə 

beynəlxalq  əməkdaşlıq  vasitəsilə  həllinin  mümkün 

olmasıdır.  NATO-nun  Cənubi  Qafqazdakı  tərəfdaşları 

müttəfiqlər  kimi  eyni  hədələrlə  üzləşir  və  bu  hədələrin 

cavablandırılmasında  onların  da  mühüm  rolu  olur,  çünki 

onlar  NATO  üçün  narahatlıq  doğuran  ərazilərin  coğrafi 

yaxınlığında yerləşirlər.

Həm 


Cənubi 

Qafqaz 


respublikalarını, 

həm 


də 

müttəfiqləri  narahat  edən  digər  bir  məsələ  enerji 

təhlükəsizliyidir.  Bu  bölgə  əsas  neft  və  qaz  tranzit 

marşrutlarının  üzərində  yerləşir,  Azərbaycan  və  Xəzər 

dənizi  hövzəsi  isə,  mühüm  neft  və  qaz  yataqlarına 

malikdir.  Bu regionda təhlükəsizliyin gücləndirilməsi həm 

eneıji  ehtiyatlarını və təchizat marşrutlarını  sayını artırmaq 

niyyətində  olan  enerji  idxal  edən  ölkələrin,  həm  də  öz 

sənayesi  və  boru  kəməri  infrastrukturunun  təhlükəsizliyi­

nə  təminat  verilməsinə  ehtiyacı  olan  enerji  ixrac  edən  və 

tranzit ölkələrin maraq dairəsindədir.

Demokratiyaya  keçidlə  əlaqədar  Qafqaz  ölkələrində 

hazırda  sürətli  və  mühüm  dəyişikliklər  baş  verir.  Belə 

keçid  dövrü  hər  zaman  mürəkkəb  olur  və  qeyri-sabitlik 

mənbəyinə  çevrilə  bilir.  Bununla  belə,  bu  prosesi 

tərəfdaşlıq  çərçivəsində  dəstəkləməklə  NATO,  sabitliyin 

bərqərar  olmasına  köməklik  göstərir  və  bu  yolla  Qafqaz 

dövlətlərinin  gələcək iqtisadi və  sosial inkişaf potensialmı 

təkmilləşdirir.

Digər  mühüm  təhlükəsizlik  problemi  Cənubu  Qafqazın 

hər  üç  ölkəsinin  uzun  sürən  regional  münaqişələrə  cəlb 

olunmasıdır:  rəsmən  Azərbaycanın  tərkib  hissəsi  olan 

Dağlıq  Qarabağ  Ermənistan  ilə  Azərbaycan  arasında 

gərgin  mübahisə  mövzusudur;  Gürcüstanın  Abxaziya  və 

Cənubi  Osetiya  vilayətləri  bu  ölkədə  gərginlik  mənbəyi 

olmaqda  davam  edir.  NATO  bu  münaqişələrin  həllində 

birbaşa rol oynamır, lakin o, vasitəçilik funksiyasını yerinə 

yetirmək  üçün  xüsusi  mandata  malik  olan  Avropada 

Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  və  Birləşmiş 

Millətlər  Təşkilatı  kimi  beynəlxalq  təşkilatların  səylərini 

dəstəkləyir.  Münaqişələrin  sülh  yolu  ilə  həlli  NATO-nun 

başlıca  dəyərlərindən  biridir  və  Alyansın  yardımı 

münaqişələrin  sülh  yolu  ilə  həllində bu  ölkələrin  davamlı 

səylərindən  asılıdır.  Faktiki  olaraq bu,  NATO-nun  Cənubi 

Qafqazdakı  tərəfdaşlarının  «Sülh  Naminə  Tərəfdaşlıq» 

proqramına  qoşulan  zaman  üzərilərinə  götürdükləri 

öhdəliklərin əsasını təşkil edir.

2002-ci  il  Praqa  Sammitindən  sonra  Müttəfiqlər 

tərəfindən  yaradılmış  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat 

Planı  (FTƏP)  NATO  ilə  əlaqələrini  dərinləşdirmək  üçün

133



siyasi  iradəyə  və  bacarığa  malik  olan  Tərəfdaş  ölkələrə 

yönəlmiş  yeni  Tərəfdaşlıq  mexanizmidir.  Qeyd  edək  ki, 

bir neçə il ərzində hər üç Cənubi Qafqaz dövləti NATO ilə 

FTƏP işləyib hazırlamışdır.

İki  il  üçün  nəzərdə  tutulmuş  FTƏP-lər  müxtəlif 

əməkdaşlıq  mexanizmlərini  bir  araya  gətirmək  üçün 

hazırlanır və hər bir ölkə bunun vasitəsilə ölkəsinin islahat 

hədəflərinin  dəstəklənməsinə  yönəlmiş  fəaliyyət  planı 

üzrə 

müttəfiqlərlə 



qarşılıqlı 

işləyir. 

Bu 

struktur 



çərçivəsində  fərdi  tərəfdaş  hökumətlər  öz  islahat 

planlarını  qurur,  prioritetləri  və  müvafiq  icra  dövrünü 

müəyyənləşdirirlər. NATO ölkə üzrə  spesifik məsləhətlə­

rin təmin olunmasına öz razılığını bildirir, fərdi müttəfiqlər 

isə  ölkədaxili  islahat  siyasətinin  daha  səmərəli  şəkildə 

dəstəklənməsi 

məqsədilə 

ikitərəfli 

yardımın 

əlaqələndirilməsi  üçün  imkanlarını  səfərbər  edirlər. 

Təsisat 

islahatlarının 

həyata 

keçirilməsinə 



yardım 

göstərməklə  FTƏP-lər  Cənubi  Qafqaz  dövlətlərində 

demokratik keçid prosesinə zəruri töhfə vermiş olurlar.

Yuxanda qeyd etdiyimiz kimi,  2006-cı  ilin sentyabnnda 

Alyans  Gürcüstanın  NATO-ya  daxil  olma  istəyi  ilə 

əlaqədar bu ölkə ilə siyasi, hərbi, maliyyə və təhlükəsizlik 

məsələlərini  tam  miqyasda  əhatə  edən  İntensivləşdirümiş 

Dialoq  təklif  etdi.  Düzdür,  bu  dialoq  həmin  ölkənin 

Alyansa daxil olması üçün dəvət almasına zərnanət vermir. 

Hər hansı belə bir dəvət performans əsaslı və ölkənin əsas 

islahatlannm  və  bir  sıra  tələblərin  yerinə  yetirilməsindən 

asılı olacaqdır.  Bura bazar iqtisadiyyatına əsaslanmış işlək, 

demokratik 

siyasi 


sistem, 

milli 


azlıqlara 

bərabər 


hüquqlann  verilməsi,  mübahisələrin  sülh  yolu  ilə  həlli 

prinsipinə  sadiq  qalmaq,  hərbi  kontingentin  Alyansın



\ Ъ А

tərkibinə daxil edilməsi üçün imkan və hazırlığı, digər üzv 

ölkələrin  hərbi  qüvvələri  ilə  operativ  uyarlığa  nail  olmaq 

və  təsisat strukturlarında demokratik prinsiplərə və mülki- 

hərbi münasibətlərə sadiq qalmaq məsələləri daxildir.

İntensivləşdirümiş  Dialoq  strukturlaşdırılmış  ekspert 

müzakirələri  vasitəsilə  Gürcüstana NATO-ya  daxil  olmaq 

üçün hüquq və  öhdəliklər barədə konkret məlumat təqdim 

edir.  O,  həmçinin  NATO  rəsmilərinə  Gürcüstanın  islahat 

siyasəti  və  imkanlarını  daha  müfəssəl  şəkildə  nəzərdən 

keçirmək  imkanı  verir.  Belə  yanaşma  Gürcüstana  islahat 

siyasəti istiqamətinin əsas sahələrinin müəyyənləşdirilmə- 

sində və gələcək tərəqqi yolunda NATO  ilə əməkdaşlığın 

daha  məqsədli  şəkildə  həyata  keçirilməsinə  yardım 

göstərir. İntensivləşdirümiş Dialoq islahat üzrə əməkdaşlıq 

üçün  əsas  proqram  kimi  qalan  Gürcüstanın  Fərdi 

Tərəfdaşlıq üzrə Əməliyyat Planı əsasında həyata keçirilir.

Tərəfdaşlıq  yalnız  praktiki  əməkdaşlıqdan  ibarət  deyil, 

o  həmçinin  dəyərlər  məsələsidir.  Tərəfdaş  ölkələr  «Sülh 

Naminə  Tərəfdaşlıq»  (SNT)  proqramına  qoşulan  zaman 

SNT  Çərçivə  sənədini  imzalayırlar.  Bununla  tərəfdaşlar 

beynəlxalq  hüquq,  BMT  Nizamnaməsi,  İnsan  Haqlarının 

Ümumi  Bəyanatı,  Helsinki  Yekun  Aktı,  habelə  tərksilah 

və  silahlara  nəzarət  üzrə  beynəlxalq  sazişlərə  hörmət 

etməyi;  başqa dövlətləri  hədələməkdən və  ya onlara qarşı 

zor  tətbiq  etməkdən  çəkinməyi;  mövcud  sərhədlərə 

hörmət bəsləməyi;  mübahisələri  sülh  yolu  ilə  həll  etməyi 

öz  öhdələrinə  götürürlər.  Çərçivə  sənədi  eyni  zamanda, 

müttəfiqlərin  öz  ərazi  bütövlüyünə,  siyasi  müstəqilliyinə 

və  ya  təhlükəsizliyinə  bilavasitə  təhdidin  mövcudluğunu 

hiss  edən  hər  bir  tərəfdaş  dövlətlə  məşvərətlər  aparmaq 

öhdəliyini təsbit edir. Bu öhdəliklərin və SNT proqramının 

bütövlükdə məqsədi etimad və şəffaflığın qurulması, sülhə

135



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə