Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə41/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

Digər  tərəfdən,  bu  yanaşma  2008-ci  ildə,  yuxanda 

haqqında  söhbət  gedən  görüşdə,  Yaap  de  Hoop  Sxeffer 

tərəfindən  növbəti  dəfə  dilə  gətirilib.  Dağlıq  Qarabağ 

münaqişəsindən  danışan  Baş  katib  bildirib  ki,  münaqişə 

yalnız  beynəlxalq  hüququn  norma  və  prinsipləri  əsasında 

həllini tapmalıdır.  Şübhəsiz ki, qurumun bu mövqeyi rəsmi 

Bakının  maraqlan  ilə  üst-üstə  düşdüyündən  ölkəmizdə 

razılıqla qarşılanır. Prezident İlham Əliyevin də qeyd etdiyi 

kimi,  biz  NATO-ya  minnətdanq  ki,  Şimali  Atlantika 

Alyansı 


Ermənistan-Azərbaycan, 

Dağlıq 


Qarabağ 

münaqişəsində  qətiyyətli  mövqe  tutur  və  bu  mövqe  ərazi 

bütövlüyü prinsipinə əsaslanır.

Gələcəkdə  NATO-nun  təhlükəsizlik  arxitekturasında 

Cənubi  Qafqaz  ölkələrinin,  o  cümlədən  Ukraynanın 

təhlükəsizlik  təminatı  yer  almalıdır.  Bu  fikri  Bakıda 

keçirilən 

«NATO-nun 

Yeni 

Strateji 



Konsepsiyası: 

tərəfdaşlar 

tərəfindən 

müzakirələrə 

tövhə» 

adlı 


konfransda  London  Strateji  Araşdırmalar  İnstitutunun  baş 

mütəxəssisi  Oksana  Antenenko  ifadə  edib.  O,  hesab  edir 

ki,  bu,  həmçinin  İranın  nüvə  proqramı  ilə  bağlı  məsələ 

baxımından əhəmiyyət kəsb edir.

NATO-Rusiya 

münasibətlərinin 

hələ 

də 


gərgin 

olduğunun  önə  çəkən  ekspert  bu  amilin  postsovet 

respublikaları  üçün  təhlükəliyini  vurğulayıb.  «Cənubi 

Qafqaz  NATO  üçün  ekstremal  əhəmiyyət  daşıyır.  Ancaq 

NATO-nun  Cənubi  Qafqaz  ölkələri  ilə  bağlı  real  baxışı 

yoxdur.  Cənubi  Qafqaz  və  Ukraynaya  şifahi  zəmanətlər 

deyil,  sənədlərdə  əksini  tapacaq  aydın  təhlükəsizlik 

zəmanətləri lazımdır», - deyə o vurğulayıb.

NATO-nun  hazırkı  baş  katibi  Anders  Foq  Rasmussenin 

əməkdaşlıq prinsiplərinə  sadiqliyi özündə böyük ölkələrin

164

kiçik  ölkələrə  öz  istəklərini  zorla  qəbul  etdirməsi  kimi 



ideyaların qəbul edilməməsini ehtiva edir.

NATO-nun 

ümumiyyətlə 

müsəlman 

dünyası 

ilə 


əməkdaşlığı 

haqqında 

danışarkən 

Alyansın 

rəsmi 

nümayəndəsi  Ceyms  Appaturay  NATO-nun  müsəlman 



ölkələri  ilə  iki  istiqamətdə  inkişaf  edən  yaxşı  tarixi 

münasibətlərini qeyd edib.

İlk növbədə  bu,  yardım  etmək  yoludur.  Appaturay  bura 

NATO-nun  Kosovoya,  xüsusilə  də  müsəlman  əhalisinə 

yardımını, 

Əfqanıstandakı 

ekstremistlərə 

qarşı 


mübarizəsini  və  əksəriyyəti  müsəlman  olan əfqan  xalqına 

köməyini  aid edib.

Tərəfdaşlıq  münasibətlərinə  gəldikdə  isə,  o  bildirib  ki, 

NATO-nun  bir  çox  müsəlman  ölkələri  ilə  «Aralıq  Dənizi 

Dialoqu»  çərçivəsində,  əsasən  müsəlman  əhalisi  ilə 

İstanbul  əməkdaşlıq  təşəbbüsü  daxilində  yaxşı  tərəfdaşlıq 

münasibətləri mövcuddur.

«Cənab  Rasmussen  buna  əsaslanaraq  münasibətlər 

qurmaq  istəyir.  Müsəlman  ölkələri  ilə  əməkdaşlığın 

dərinləşməsinə  sadiqlik və hörmət onun prioritetləridir»,  - 

Appaturay bildirib.

Azərbaycan  müsəlman  ölkəsi  olduğundan  bu  deyilənlər 

bütövlükdə ona da aiddir.

Beləliklə,  Azərbaycan  Respublikasının  NATO  ilə 

əməkdaşlığı  geniş  spektr  üzrə  inkişaf  etməkdədir.  Bu 

əməkdaşlıq  hər  iki  tərəfin  maraq  və  mənafeyinə  xidmət 

göstərir.  Eyni  zamanda  müasir  geosiyasi  reallıqlar 

kontekstində  bu  əməkdaşlıq heç  də  Azərbaycanın  alyansa 

üzvlüyü  məsələsini  özündə  ehtiva  etmir.  Azərbaycan 

NATO-ya  üzvlük  deyil,  avroatlantik  məkana  inteqrasiya 

siyasətini  həyata  keçirir  və  bu  siyasi  kursun  tələblərinə

165



uyğun  olaraq  müvafiq  addımlarım 

atır  və  onlar 

Azərbaycan 

Respublikasının 

milli 

maraqlarının 



müdafiəsinə  xidmət edir.  Amma qeyd etmək yerinə  düşər 

ki,  Şimali  Atlantika  Alyansına  üzvlüklə  Avroatlantik 

məkana  inteqrasiya  tamamilə  başqa-başqa  şeylərdir. 

NATO-nun  üzvü  bu  təşkilatın  Nizamnaməsini  və  digər 

tələblərini  sözsüz  qəbul  edir,  özünün  bütün  hərbi 

strukturlarını  NATO  standartlarına  uyğunlaşdırır  və 

Alyansın maliyyələşməsindən tutmuş müxtəlif regionlarda 

həyata  keçirdiyi  hərbi  əməliyyatlara  qədər  bütün 

tədbirlərində  fəal  iştirak  edir.  Eyni  zamanda NATO  üzvü 

xarici  hərbi  müdaxilə  zamanı  Alyansın  digər  üzvləri 

tərəfindən bilavasitə hərbi üsullarla müdafiə olunur.

Azərbaycan  isə  hələlik  qarşısına  NATO-nun  üzvü 

olmaq  kimi  konkret  bir  məqsəd  qoymamış  və  bunu  heç 

yerdə  bəyan  etməmişdir.  Respublikamız  NATO-nun 

müxtəlif pqoqramlannda,  seminar  və  təlimlərində  iştirak 

etməklə  bu  təşkilat  vasitəsilə  beynəlxalq  təhlükəsizlik 

sisteminə  inteqrasiya  olunmaq  istəyir.  Çünki  indiki  dünya 

düzəni  elə  qurulmuşdur  ki,  qlobal  təhlükələrə  qarşı 

təklikdə  mübarizə  aparmaq  nəinki  kiçik  dövlətlər,  hətta 

ABŞ  kimi  supergüclər üçün  də  qeyri-mümkündür.  NATO 

isə  yeganə  hərbi  qurumdur  ki,  ABŞ-ın  qlobal  siyasətinin 

həyata  keçirilməsində  və  Avropadan  kənarda  da  onun 

maraqlarının  təmin  olunmasında  xüsusi  rola  və  çəkiyə 

malikdir.  Buna  görə  də  Azərbaycan  Respublikası  2007-ci 

ilin 

mayında 


qəbul 

edilmiş 


Milli 

Təhlükəsizlik 

Konsepsiyasına  və  2010-cu  ilin  iyununda  qəbul  edilmiş 

Hərbi  Doktrinaya uyğun olaraq, Avratlantik strukturları ilə 

tərəfdaşlığı  bütövlükdə  Avratlantik  məkanında  ümumi 

təhlükəsizliyə,  iqtisadi  inkişafa  və  demokratiyaya  dəstək

166

verəcək vasitə kimi görür.  Ölkəmiz Avropa və Avratlantik 



məkanında  qeyri-sabitliyin,  münaqişələrin  və  təhdidlərin 

aradan  qaldırılmasında  NATO  ilə  birgə  işləyir  və 

təhlükəsizliyin  bölünməzliyi  prinsipinə  zidd  coğrafi  və 

siyasi  ayrıseçkilik  olmadan  Avropada  və  yerləşdiyi 

regionda  vahid  təhlükəsizlik  sisteminin  qurulması  yükünü 

bölüşmək 

əzmindədir. 

Azərbaycan 

Respublikası 

Avratlantik  Tərəfdaşlıq  Şurası  və  NATO-nun  “Sülh 

naminə  tərəfdaşlıq  Proqramı  çərçivəsində  NATO  ilə 

mümkün  olan  tərəfdaşlıq  vasitələrindən  tam  gücü  ilə 

istifadə  edir.  Bu  baxımdan  Fərdi  Tərəfdaşlıq  üzrə 

Əməliyyat  Planı  NATO  ilə  əməkdaşlığın  yaxın  və  orta 

perspektivdə  daha  da  gücləndirilməsi  yolunda  mühüm  bir 

vasitədir.  Fikrimizcə,  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat 

Planından 

Respublikamızın 

təhlükəsizlik 

sektorunun 

islahatlar  yolu  ilə  NATO  standartlarına  yaxınlaşdınlması 

və  siyasi  dialoqun  inkişaf etdirilməsi  üçün  bir  mexanizm 

kimi bundan sonra da istifadə olunması zəruridir.

167



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə