Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə13/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

keçirilən  Buxarest  sammitində  Xorvatiya  və  Albaniya 

quruma  üzv  qəbul  edilmiş,  Fransa  isə  NATOnun  hərbi 

təşkilatmdakı 

fəaliyyətini 

yenidən  bərpa  etmişdir). 

Azərbaycanın  da  1994-cü  ildən 

üzvü  olduğu  «Sülh 

Naminə  Tərəfdaşlıq»  proqramı  çərçivəsində  hazırki 

duruma  görə  daha  çox  Gürcüstan  bu  quruma  tamhüquqlu 

üzv  kimi  qəbul  edilmək  üçün  bir  növ  hazırlıq  mərhələsi 

keçir.  Belə  vəziyyətdə Rusiyanın  özünü regionda və hətta 

dünyada  «geosiyasi  ədalətsizliyə»  qarşı  müqavimət 

göstərən, öz ideyaları ilə baş-başa qalan yeganə dövlət hiss 

etməsi  təəccüblü  görünmür.  Qeyd  edək  ki,  hələ  1997-ci 

ilin  aprelindən  Çin  və  Rusiya  dünyada  «hegemonizm» 

cəhdlərini 

pisləmiş 

və 


NATO-nun 

genişləmnəsini 

«qəbuledilməz» 

fakt 


adlandırmışdılar. 

NATO-nun 

genişlənməsi  məsələsi  Avropa  dövlətləri  arasında  da 

birmənalı  qarşılanmır,  belə  ki,  burada da  ilkin olaraq əsas 

vəzifənin  «NATO-nun  Şərq  sərhədləri  Avropa  İttifaqının 

Şərq  sərhədləri  ilə  üst-üstə  düşməlidirmi?»  sualına  cavab 

tapılmasının  olduğunu  təsdiq  edirlər.  Görkəmli  politoloq 

Z.Bjezinski Rusiya-NATO münasibətlərini maraqlı şəkildə 

ifadə edir:  «...Rusiya özünü ABŞ  və  onun əsas təkanverici 

üzv  olduğu  NATO  ilə  üz-üzə  dayanacaq  qüvvə  olduğunu 

düşünməklə  özünü  vacib  hesab  edir  və  bununla  da  sanki 

təskinlik  tapır...»  Qeyd  edək  ki,  NATO-Rusiya  arasında 

praktiki  əməkdaşlıq  2002-ci  ilin  mayında  NATO-Rusiya 

Şurasının yaradılması ilə başlanmışdır.

Ümumiyyətlə,  bu  münasibətlərdə  hər  iki  tərəfin  bu 

əməkdaşlığa  dair  müxtəlif mövqeləri  vardır.  Belə  ki,  bir 

tərəfdən 

Avroatlantik 

Əməkdaşlığın 

rəsmilərinin 

bəyanatlarında 

Rusiya 


ilə 

hərtərəfli 

əməkdaşlığın 

səmimiliyinə,  həmçinin  bu  əlaqələrin  perspektivlərinə 

dərin  inam  ifadə  olunur.  Digər  tərəfdən  isə,  təşkilatda

50

Rusiyanın  bu  təşkilat  və  orada  birləşən  əsas  güc 



mərkəzləri ilə barışmaz ziddiyyətlərinin olduğunu da yaxşı 

bilirlər.  Maraqlıdır  ki,  NATO-Rusiya  mövqeləri  və 

əməkdaşlığı 

dünyadakı 

geosiyasi 

maraqların 

bölüşdürülməsi  məsələsində  tam  olaraq  vəhdət  təşkil 

etməsə  də,  xüsusi  iddialann  mövcud  olmadığı  digər 

sahələrdə  -  fövqəladə  vəziyyətin  idarə  olunması,  mülki 

müdafiə, 

terrorizm, 

xüsusilə 

təhlükəsizlik 

və 


s. 

sferalardakı 

əməkdaşlıq  kifayət 

qədər  uğurlu 

və 

üınidverieidir.  Bu  baxımdan  tərəflərin  rəsmiləri  öz 



bəyanatlarında 

«hər  iki  tərəfin  eyni  dəyərləri

bölüşdüyünə» inanır.

Rusiyanın  xüsusi  olaraq  NATO-ya  akkreditə  olunmuş 

(2003-cü  ilin  mayında)  ilk  səfiri  general  Konstantin 

Totskiy 


təşkilatın 

genişlənməsinə 

dair 

Rusiyanın 



mövqeyini  xarakterizə  edərkən  bu  dövlətin  Avroatlantik 

regionu üçün daha unikal  təhlükəsizlik mexanizmləri  kimi 

Birləşmiş  Millətlər  və  Avropada  Təhlükəsizlik  və 

Əməkdaşlıq Təşkilatlarını  dəstəklədiyini bildirmişdi.  Səfir 

Rusiyanın NATO üzvü olması perspektivini isə o vaxt belə 

şərh  etmişdi:  «Prezident  Putin  ölkənin  bu  təşkilata  daxil 

olması  barəsində  heç  bir  cəhd  və  marağının  olmamasını 

dəfələrlə  qeyd  edib.  Bunun  heç  bir  fərqi  yoxdur,  əsas 

məsələ  tərəflər  arasında  əməkdaşlığın  hansı  məqsəd 

daşıması  və  digərlərinə  bu  əməkdaşlığın  hansı  faydanı 

gətinnəsidir».

Beləliklə,  əsası  hələ  1997-ci  ildə  NATO-Rusiya 

Qarşılıqlı  Əlaqələr,  Əməkdaşlıq  və  Təhlükəsizlik  üzrə 

Fəaliyyət  sənədinin  imzalanması  ilə  qoyulmuş  NATO- 

Rusiya  əməkdaşlığına  bir  sıra  konkret  misallar göstərmək 

mümkündür,  lakin  hər  iki  tərəfdə  tarixi  hegemonluq 

iddiaları  mövcud  olduqca  ümumi  məqsədlər  isti­

51



qamətində tam səmərəli tərəfdaşlıqdan danışmaq h ə lə   çox 

tezdir.  Digər  tərəfdən  belə  bir  sual  hələ  d ə   siyasi 

təhlilçilər  tərəfindən  mübahisə  doğurmaqda  davam  edir: 

Hansı  dünya  daha  təhlükəlidir-  soyuq  müharibə  dövründə 

cəbhələrin  dəqiq  bilindiyi  qarşıdurma  vəziyyəti,  yoxsa 

başqa  formada  davam  edən  «rəqabətli  əməkdaşlıq» 

vəziyyəti? Bu sual hələ ki, öz cavabını gözləyir...

Son dövrün hadisələri  bir daha  sübut etdi  ki, XXI  əsrdə 

dünyanın  siyasi  səhnəsi  çox  vektorlu,  çoxqütblü  dünya 

düzəninin  yaranması  ilə  xarakterizə  olunmalıdır.  Qlobal 

siyasi  proseslərin  tərkibi  də  öz  müxtəlifliyinə  görə 

genişlənməlidir. Nəzərə alsaq ki, bu gün beynəlxalq hüquq 

öz  səmərəsini  itirir,  beynəlxalq  təşkilatlar  funksiyalarını 

yerinə yetirə bilmirlər, dünyadakı qlobal və regional  siyasi 

proseslərin  tənzimlənməsində  həlledici  gücə  malik  olan 

bir  neçə  böyük  dövlətdən  ibarət  yeni  «idarəetmə 

forması»mn  yaranması  zəruri  görünür.  İdarəetmə  forması 

dedikdə,  burada böyük  gücə  sahib  olan dövlətlərin  qlobal 

siyasi  proseslərin  idarə  olunmasında  iştirakım  nəzərd ə 

tutan mexanizmin formalaşması başa düşülməlidir.  E lə  son 

ayların  olaylan  da  göstərdi  ki,  təkbaşına  hegemonluq 

dünyaya  həm  iqtisadi,  həm  də  siyasi  baxımdan  zərbə 

vurur,  iqtisadi  və  siyasi  böhranlar  əmələ  gətirir,  b ir  çox 

cəmiyyətlərdə ictimai-siyasi sabitlik pozulur. Bu baxımdan 

hazırda  dünyada  baş  verən  ictimai  və  siyasi  proseslərin 

gedişatı,  reallıq  onu  tələb  edir ki,  çoxqütblü  dünya  düzəni 

formalaşsın.  Dünyanın  qlobal  siyasi  proseslərinin  tarazlı 

formada  tənzimlənməsi  və  ya  idarə  olunması  bir  yox,  bir 

neçə  mərkəzdən  həyata keçirilsin.  Bu  idarəetməni  əsasə n  

ayn-ayn  coğrafi  məkanlar  üzrə  böyük  əraziyə,  çoxlu 

əhaliyə  malik,  iqtisadi  və  hərbi  potensiala  sahib  olan 

dövlətlər həyata  keçirə  bilərlər.  Belə  dövlətlər  içərisində

52

Asiyada Çin,  Rusiya, Hindistan,  İran,  Türkiyə, İndoneziya 



kimi  dövlətlər, Avropada Avropa İttifaqı, Rusiya, Amerika 

qitəsində  ABŞ,  Braziliya  və  s.  dünyanın  müxtəlif 

regionlarında 

baş 


verən 

siyasi 


proseslərin 

tənzimlənməsində  yaxından  iştirak  edə  bilərlər.  Hal- 

hazırda  ilk  növbədə  dünyanın  qlobal  siyasi  proseslərinin 

idarə  olunmasında  ABŞ-la  səlahiyyətlərin  bölünməsində 

Avropa İttifaqı,  Rusiya və Çin iddialıdır və bu istiqamətdə 

mübarizə  aparırlar.  Avropa  İttifaqı,  Rusiya  və  Çin 

dünyanın  siyasi proseslərinin vahid mərkəzdən  - ABŞ-dan 

idarə  olunması  ilə  razılaşmırlar  və  çoxvektorlu  dünya 

düzəninin  formalaşmasım  israr  edirlər.  ABŞ  isə  Avropa 

İttifaqı  ilə  qismən  razılaşsa  da,  Rusiya  və  Çinlə  bu 

səlahiyyətləri  qətiyyən bölüşmək istəmir və öz nüfuzunun 

zəifləməsindən ehtiyat edir.

Çoxqütblü  dünya  düzəninin  yaranması  zərurəti  və 

əhəmiyyətini əsasən aşağıdakı amillərlə xarakterizə etmək 

olar:

1.  Dünyada ciddi  problemləri  olan  bir sıra dövlətlər  var 



ki,  müxtəlif  regionlarda  yerləşdiyindən,  qlobal  siyasi 

prosesləri  vahid  mərkəzdən  tarazlı  və  ədalətli  şəkildə 

idarə  etmək  cəhdi  səmərə  vermir.  Bu  baxımdan  müxtəlif 

idarəetmə mərkəzlərinin yaranması məqsədəuyğundur;

2.  Qlobal  siyasi  proseslərin  vahid  istiqaməti  və 

xüsusiyyətinin  tətbiqi  cəhdləri  cəmiyyətlərdə  kəskin 

ziddiyyətlər ortaya çıxarır. Buna görə də siyasi proseslərin 

rəngarəngliyinin  təmin  edilməsi  və  tətbiqi  məqsədilə 

vahid  «idarəetmə  mərkəzi»nin  bir  neçə  mərkəzə 

bölünməsi mühüm əhəmiyyət kəsb edir;

3.  Dünyada  «güc  mərkəzi»  olan  bir  neçə  dövlət  vardır 

və  tarixən  bu  dövlətlərin  qlobal  və  regional  maraqlan 

formalaşmışdır.  Bu nöqteyi-nəzərdən də  siyasi proseslərin

53



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə