tərəfdaşların SNT 7 fəaliyyətləri çərçivəsində ən böyük
qeyri-hərbi tərkib hissəni təmsil edən mülki fövqəladə
planlaşdırma üzrə əməkdaşlığa yüksək qiymət verdiyini
əks etdirir.
Cənubi
Qafqaz
ölkələrindən
olan
alimlər
və
tədqiqatçılar NATO və Tərəfdaş dövlətlərin alimləri
arasında əməkdaşlığın həyata keçirilməsi, şəbəkənin
genişləndirilməsi və potensialın artırılmasına yönəldilmiş
NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm- (STE)
Proqramı
çərçivəsində
verilən
imkanlardan
da
faydalanırlar. Bu proqram çərçivəsində tətbiq edilən
fəaliyyətlərin siyahısına elmi tədqiqat, seminarlar, seminar
məşğələləri və təhlükəsizliklə əlaqədar elmi m əsələlər və
ətraf mühit problemləri üzərində müştərək tədqiqatların
aparılması daxildir.
Əvvəllər Varşava Müqaviləsi ölkələri tərəfindən
istifadə edilmiş yüksək zəhərli və aşındıncı raket yanacağı
melanj hazırda Azərbaycanda sağlamlıq və ətraf mühit
üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan hökumətinin
müraciətinə əsasən NATO-nun Sülh və Təhlükəsizlik
naminə Elm (STE) Proqramı çərçivəsində NATO-nun
Maddi-Texniki
Təminat
və
Təchizat
Agentliyinin
(NAMSA) rəhbərliyi altında melanj maddəsini zərərsiz
maddəyə çevirmək üçün səyyar emal zavodu qurulmuş və
2007-ci ilin sonunadək 1200 ton melanjm emalı prosesi
başa çatmışdır.
Alimlər arasında əməkdaşlıq bir ənənədir və bu, elmi
tərəqqinin
tələbidir.
Qurulmuş
şəbəkələr müxtəlif
mədəniyyət və adət-ənənələrə malik icmalar arasında
qarşılıqlı anlaşma və etimad quruculuğu siyasi məqsədinin
yerinə yetirilməsinə xidmət edir. Digər məqsəd isə
144
tərəfdaş dövlətlərin konkret prioritet məsələlərinin həllinə
yardım göstərmək üçün texnologiya mübadiləsi və
ötürülməsi məsələlərinin təkmilləşdirilməsindən ibarətdir.
Xüsusi sahələrdə aparılan tədqiqatlara yönəldilmiş
layihələlərlə yanaşı, STE proqramında Cənubi Qafqaz
dövlətlərinin elm və akademiya dairələri arasındakı
əlaqəni möhkəmləndirmək də nəzərdə tutulub. Virtual
İpək Yolu layihəsinin məqsədi peyk-rabitə şəbəkəsi
vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrində elmi-
tədqiqat institutlarının
internetə
çıxış
keyfiyyətinin
yüksəldilməsindən
ibarətdir.
Şəbəkə
infrastrukturu
qrantları telekommunikasiya ləvazimatlarının təhlükəsizlik
səviyyəsini və keyfiyyətini artırmağa qadir avadanlıqla
təchiz
etməklə
tərəfdaş
dövlətlərin
elmi-tədqiqat
institutlarına köməklik göstərir.
NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı (ATƏT) NATO-nun Sülh və Təhlükəsizlik
naminə
Elm
(STE)
Proqramı
çərçivəsində
maliyyələşdirilmiş axar çayların monitorinqi layihəsinə
yardım göstərmək üçün Cənubi Qafqazda qüvvələrini
səfərbər etmişdir. 2004-cü ildə irəli sürülmüş və 2008-ci
ilin sonunadək davam etmiş bu təşəbbüs ümumi su
ehtiyatlan
ilə
əlaqədar
mübahisələrin
potensial
səbəblərinin azaldılması məqsədini güdür.
Ermənistan, Azərbaycan və Gürcüstan, Kür və Araz
çaylanndan və onlann qollanndan birgə istifadə edir.
Sərhədləri aşan çaylarda tez-tez baş verdiyi kimi, kənd
təsərrüfatı və sənaye fəaliyyəti nəticəsində bu dövlətlər su
ehtiyatı və çayların çirklənməsi ilə bağlı ümumi
problemlərlə qarşılaşırlar. Bu layihənin məqsədi hər üç
ölkədə suyun monitorinqi üçün müasir avadanlıqla, yüksək
səviyyədə təlim keçmiş işçi heyəti və standart əməliyyat
145
prosedurlan
ilə
təmin
olunmuş
laboratoriyaların
yaradılmasından ibarətdir.
Bu layihə çərçivəsində təsadüfi və ya terror aktı
nəticəsində qəsdən suya axıdılmış hər hansı radioaktiv
izotopun
aşkar
edilməsi
üçün
suyun
tərkibində
radioaktivliyin monitorinqi də həyata keçirilir.
NATO-nun Ermənistan, Azərbaycan və Gürcüstan ilə
əməkdaşlığının digər əsas sahəsi bu barədə ictimaiyyətin
məlumatlandırılmasıdır. NATO ilə əməkdaşlığın faydalan
haqqında, habelə vətəndaş cəmiyyətini daha geniş Avro-
Atlantik təhlükəsizliyi məsələlərinə dair dialoqlarda
iştiraka
cəlb
etmək
məqsədilə
ictimaiyyətin
məlumatlandmlma
səviyyəsini
artırmaq
üçün
universitetlər, qeyri-hökumət təşkilatlan, mətbuat və
media ilə şəbəkə qurmaq üzrə iş apanlır. Seminarlar,
konfranslar, seminar məşğələlər və nəşr layihələri kimi
çoxsaylı fəaliyyətlər NATO-nun dəstəyi ilə və dövlət
orqanlan ilə əməkdaşlıq sayəsində yerli qeyri-hökumət
təşkilatlan tərəfindən təşkil olunur.
Bu üç ölkənin nüfüzlu ictimai liderlərindən ibarət
qruplar Alyans haqqında brifinqlərdə iştirak etmək
məqsədilə mütəmadi olaraq NATO-nun Baş Qərargahına
və MQAABQ-yə dəvət olunur. NATO rəsmiləri ictimai
tədbirlərdə çıxış etmək üçün tez-tez regiona səfər edirlər.
NATO-nun İctimai Diplomatiya Şöbəsi bu dövlətlərin hər
birində müvafiq nəşrlər və sənədlərin yayılması üçün
əlaqələndirici məntəqələr qismində fəaliyyət göstərən
NATO-ya dair məlumat mərkəzlərinin yaradılmasına da
köməklik göstərmişdir.
146
9-cu fəsil
NATO-nun 60 illiyi: nailiyyətlər və perspektivlər
«Böyük İyirmilər»ə daxil olan dövlətlərin London
görüşünün ardınca dünyanın diqqətini cəlb edən daha bir
önəmli hadisə NATO-nun 60 illiyinə həsr olunmuş sammit
oldu. Sammit Almaniyanın Köln və Fransanın Strasburq
şəhərlərində
keçirilib.
Sammit
zamanı
NATO-nun
üzləşdiyi ümumi və strateji məsələlər müzakirə edilib,
yeni strateji konsepsiya hazırlamaq məqsədilə Avratlantik
təhlükəsizliyi
kontekstində
NATO-nun
yerini
müəyyənləşdirmək üçün gələcək perspektivlər araşdırılıb.
Bununla yanaşı, sammitdə NATO-nun Əfqanıstana dair
strategiyasında irəliləyişlər, Kosovoda vəziyyət, Rusiya ilə
münasibətlər, Fransanın quruma yenidən tamhüquqlu üzv
qəbul olunmaq istəyi, bunun NATO-Avropa İttifaqı
münasibətlərinə təsiri də müzakirə olunub.
Təşkilatın 28 üzvünün dövlət və hökumət başçıları bir
araya gələrək qurum qarşısında duran məsələlər ətrafında
fikir mübadiləsi, qarşılıqlı müzakirələr apanblar. NATO
qarşısında duran əsas məsələlərdən biri təşkilatın yeni baş
katibinin seçilməsilə bağlı olub. Bu vəzifəyə əsas namizəd
Danimarkanın Baş naziri Anders Foq Rasmussen olsa da,
alyansa üzv olan 28 ölkənin başçıları onun namizədliyinə
dair məsələdə yekdil fikrə gələ bilməyiblər. Rasmussenin
namizədliyinə əsasən Türkiyə etiraz edib. Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan hələ sammitdən əvvəl
NATO baş katibliyinə başqa bir şəxsin namizədliyinin irəli
sürülməsini tələb edib. Bir namizəd məsələsinin əleyhinə
147