Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

81 

 

Tarixi mənbələr  Qanq  dövlətinin  əvvəllərdən  baĢlayaraq  Volqaboyunu,  Ön 



Qafqazı,  cənubi  Priuralyeni  kaloniyalaĢdırma  planlarını  həyata  keçirməkdə  davam 

etməsindən,  Qanq  adının  bəzən  Sırdəryanın  Ģimalında  Xəzər  dənizinin  bütün 

sahillərini  birləĢdirən  geniĢ  bir məna  daĢıdığı müĢahidə  edilən  böyük  bir dövlət adı 

olmasından, bu hökmdarlığın arabir hakimiyyəti Xəzərin Ģimalınadək uzatmasından, 

hətta  zaman-zaman  öz  ərazisindən  baĢqa,  az  qala  indiki  Orta  Asiya  və  Qazaxstan 

ərazilərini  də  bütünlükdə  öz  təsiri altında  saxlamasından  xəbər  verən məlumatlarla 

zəngindir.  Mənbələrdə  alanların,  Xəzər  ətrafı,  Volqaboyu  tayfaların  çox  vaxt 

Səmərqənd (Kanq-cu) hökmdarlığına sadiq qalmaları barədə məlumatlar da var. 

Əgər Kanq dövlətinin tarixi vaxtında əməlli-baĢlı öyrənilsəydi, indi hər Ģey 

öz  yerində  olar,  cəfəng  konsepsiyalar  uydurmağa  da  imkan  olmazdı.  Bəlkə  də  bu 

dövlətin tarixi məhz belə konsepsiyalar uydurmaq üçün kölgədə saxlanılıb. 

Doğrusu, biz Azərbaycanda məĢhur olan bir tayfanın qısa, olduqca qısa bir 

tarixini izləmək üçün  qələm  götürdük.  "Gözlənilmədən  bu  tayfanın  adı,  demək  olar 

ki, böyük türk dünyasını ehtizaza gətirdi. 

“Kəngər-peçeneqlər»  bölməsinə  keçmƏzdən  əvvəl  bir  daha  soy  kökü  ilə 

bağlı  nəticəni  verməyi  lazım  bildik.  Əvvəlki  bölmələrin  bu  qədər  geniĢ  və  əhatəli 

verilməsinə səbəb əlbəttə kəngərlərin soy kökünə aid Ģübhəli mülahizəni rədd etmək 

məqsədi olmuĢdur. Kəngər-peçeneqlərin tarixçəsi isə qısa olmalıdır. 

Onların  türüu  Ģübhə  altına  almaq  istəyənlər  yox  dərəcəsindədir.  Kəngər-

peçeneqdərlə  kəngərlərin  tarixi  ayrı-ayrı  mühitlərdə,  ayrı-ayrı  dövrlərdə  cərəyan 

etdiyi üçün onların mahiyyətləri də bir-birinə bənzəmir. 

Kanq  türk  dövləti  və  kəngər  xalqı  tarixinin  müəyyən  mərhələsini 

yekunlaĢdırmaq  üçün  bəzi  hallarda  təkrar  olsa  da  aĢağıdakı  mətləbləri  vurğulamaq 

olar: 


1. «Qədim türk sözləri lüğəti»ndə kəngərlər «ken-qeres» ifadəsi altında bir 

türk tayfası adlandırılır. 

2. 

Ən qədim türklər sırasında qeyd olunan kəngərləri L. N. Qumilyov və 



M. Ġ. Artamonov məskun olduqları ərazi ilə bağlı «Kanq kiĢiləri» adlandırmıĢlar. 

3. 


«Tacik xalqının tarixi» kitabının müəllifləri də kəngərləri Kanq kiĢiləri 

kimi  (yəni  türklər  kimi)  qəbul  edir,  lakin  onlar  Qanqı  ərazi  kimi  yox,  çay  kimi 

götürürlər.  Onlar  B.  Q.  Qafurov  kimi  kəngərlərin  irandilli  olmalarına  aid  heç  bir 

mülahizə irəli sürmürlər (Çay adı heç də kəngərlərin türklüyünün mahiyyətinə xələl 

gətirmir). 

4. 


Yer  kürəsinə  geniĢ  yayılmıĢ  dinlər,  deyək  ki,  Buddizm,  ZərdüĢtlik, 

Xristianlıq,  Ġslam  vasitəsi  ilə hər hansı  xalqın  soy  kökünü müəyyənləĢdirmək  çətin 

və  bəlkə  də  qeyri-mümkündür,  əksinə  bu  dinlər  soy  kökünün  pərdələnməsinə  və  ya 

itməsinə,  tanınmaz  olmasına  daha  çox  kömək  edir.  Neçə  xalq  buddistdir,  neçəsi 

xristian, neçəsi islam! (Lap iyirminci əsrin əvvəllərində Azərbaycanlıdan milliyyətini 

xəbər  aldıqda  «müsəlmanam»  deyirdi).  Ancaq  tarixdə  elə  unikal  dinlər  də  olub  ki, 




82 

 

onun  daĢıyıcıları  eyni  soy  kökünə  malik  etnoslar  olmuĢdur-tanrıçılıq  kimi.  Göy 



tanrıya  türklərin,  onların  əcdadları  hunların  yalnız  özlərinə  məxsus  ritual  və 

mərasimləri olmuĢdur ki, bu əlamətlərə əsaslanıb soy kökü türk olan xalqları (baĢqa 

əĢyayi-dəlil tapılmasa belə) müəyyənləĢdirmək mümkündür. Bizə artıq məlumdur ki, 

Kanq  çarının  sarayında  «əcdadlar  məbədi»  vardı,  burada  ayın  altıncı  günü, 

«qurbanlar  kəsilirdi»,  hətta  VI  əsrdə  belə  «ümumi»  beyət  yeri  «göy  ruhu»  idi. 

Məlumdur ki, hunlar göyə və göy cisimlərinə sitayiĢ edirdilər. «Hunların baĢçısı hər 

səhər  doğan  günəĢə,  axĢamlar  isə  aya  dua  oxuyurdu.  Hərbi  səfərlərə  ay  bütöv 

görünəndə baĢlayır, ay kiçik olanda isə geri dönürdülər. Ayın və ulduzların səmadakı 

vəziyyətlərinə  görə  əcdadların,  göyün  və  torpağın  ruhlarına  qurban  kəsirdilər. 

Hunlarda ildə üç dəfə ay  bayramını qeyd etmək üçün bir yerə yığılmaq adəti vardı; 

burada onlar birinci, beĢinci və doqquzuncu Ay günlərində, syu adlanan gündə göy 

ruhuna qurban kəsərdilər». (1, 31 -32).  

Göytürklərdə  də  ilin  müəyyən  günlərində  göyün  və  əcdadların  ruhlarına 

qurbanlar kəsilərdi. Bu əlamətlər kəngərlərin əsil türk olmalarına dəlalət edir. Burada 

məĢhur  alim  Cavad,  Heyətdən  bir  məlumat  verməyi  olduqca  vacib  bildik..  «Əski 

türklər  ölmüĢ  böyüklərə  təzim,  atalara  -hörmət  edərdilər.  Hunlar,  tabqaclar  və 

göytürklər  müqəddəs  mağaralarda  əcdadlarının  ruhlarına  qurbanlar  kəsərdilər» 

(26,5/.).  Bu  parçadakı  «müqəddəs  mağaralar»  ĠsrövĢənədəki  müqəddəs  mağara  ilə 

üst-üstə düĢür. 

5..  Kəngərlər  vassal  vilayətlərə  yalnız  öz  sülalələrindən  hakimlər  təyin 

edərdilər:  Göytürklər  də  tutduqları  ərazilərə  mənsub  olduqları  AĢina  sülaləsindən 

həkimlər qoyardılar. 

6.  Kəngərlərdə  varislik  bölgə  sisteminə  əsaslanırdı,  yəni  ölən  xaqanın,  ya 

çarın  yerini  övladı  yox,  ya  qardaĢı,  ya  da  qardaĢı  oğlu  tuturdu  (Bu  barədə  Kəngər 

ittifaqının  böyük  qolu  olan  peçeneqlərlə  bağlı  bölmədə  bir  daha  söhbət  gedəcək). 

Göytürklərdə bölgə sisteminə əməl edirdilər; bu pozulduqda böyük münaqiĢələr baĢ 

verirli (Kültigin ilə əmisi oğlu arasındakına bənzər). 

7. 


Bizim eranın VIII əsrində böyük Kəngər ittifaqından qopmuĢ peçeneq-

kəngərlər (beĢ peçeneq, üç kəngər tayfası) əvvəlcə Ural ətəklərində, sonra Qara dəniz 

ətrafı çöllərdə məskunlaĢmıĢdılar, onların türk əsilli olmaları heç bir alim tərəfindən 

Ģübhə altına alınmamıĢdır. 

8. 

Bu tayfa birliyinin mühüm bir qolu Oğuzların tayfa ittifaqı qurumuna 



bir  bölmə,  özü  də  mühüm  bölmə  kimi  daxil  olmuĢdur.  Bu  hadisə  kəngərlərin  türk 

soyundan olmalarına əlavə dəlildir. 

9. 

Orta  Asiya  Qərbi  Türk  imperiyası  daxilində  olduğu  müddətdə 



Göytürklərlə Orta Asiyanın ən qədim türkləri arasındakı dostanə, mehriban, qarĢılıqlı 

anlaĢmaya  əsaslanan  münasibət  yalnız  onların  eyni  soydan  olmaları  ilə  izah  edilə 

bilər. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə