Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

73 

 

Bütün  bu  məlumatları  nəzərdən  keçirdikdən  sonra,  B.  Q.  Qafurovun 



səylərinə  baxmayaraq  Səmərqənd  (Kanq-cu,  Kan)  dövlətinin  əsil  türk  hökmdarlığı 

olduğu  tam  aydın  görünür.  Onların  ayın  müəyyən  günündə  «əcdadların  ruhuna», 

«göy ruhuna» qurban vermələri hunların və göytürklərinki ilə eyniyyət təĢkil edir. 

Səmərqənd  (Kanq-cu)  hökmdarlarının  eranın  baĢlanğıcında  hakimiyyətə 

gəlmiĢ  sülalənin  törəmələri  olluğu  onunla  əsaslanır  ki,  Kəngər dövləti  eradan  əvvəl 

Fərqanə  və  Soğd  vilayətlərini  tutaraq  ərazisini  xeyli  geniĢləndirmiĢdi.  B.  Q. 

Qafurovun  özünün  məlumatında  deyildiyi  kimi  Kəngər  və  Səmərqənd  ərazilərində 

tapılan  arxeoloji  materiallar  hər  iki  regionda  yaĢayan  əhalinin  eyni  mədəniyyətə 

malik  olmalarına  Ģəhadət  verir.  Çox  ola  bilsin  ki,  coğrafi  mövqeyi,  güclü  ticarət 

əlaqələrinin mərkəzi olduğu nəzərə alınaraq Kəngər dövlətinin paytaxtı Səmərqəndə 

köçürülmüĢ  və  «Səmərqənd-Kanq-cu»  yazılıĢı  da  buradan  meydana  çıxmıĢdır. 

Xatırlayaq  ki,  eradan  əvvəl  III-I  əsrlərdə  Kəngər  dövlətinin  tərkibinə  ġaĢdan, 

DaĢkənddən baĢlamıĢ Xarəzmədək vilayətlər daxil idi. 

Məlumatlarda  deyilir  ki,  Səmərqəndə  tabe  olan  knyazlar  hökmdarın 

qohumları idilər. Bu, tutulan yeni vilayətlərə göytürklərin yalnız AĢina sülaləsindən 

hakimlər  təyin  etmək  ənənəsinə  çox  oxĢayır  (bunu  tərsinə  də  deyə  bilərik: 

Göytürklərin bu ənənəsi kəngərlərinkinə bənzəyir).. 

B. Q. Qafurov Soğd  ərazisində bir sıra dinlərin mövcudiyyətindən danıĢır. 

Bütün  türk  dövlətlərində müxtəlif  dinlərə hörmət  və  dözüm  demək  olar  ki, həmiĢə 

olmuĢdur.  Kitabda  baĢqa  dinlərlə  yanaĢı  Tanrıçılıq  dinindən  çox  söhbət  gedir.  Bu, 

qədim  türklərə  xas  olan  əcdadların  ruhuna  qurban  mərasimlərinin  keçirilməsində, 

səma  cismi  Ayın  altıncı  günündə  qurbanın  icra  edilməsində  təzahür  edir.  Qədim 

hunlarda  bir  sıra  ritual  mərasimlərini  Ayın  müəyyən  günlərində  keçirmək  ənənəsi, 

qədim türklərdə isə hər il əcdadların ruhuna qurban kəsmək adəti vardı. 

Kanq dövlətinin Xarəzm olmaması (S. P. Tolstovun mülahizəsinin əksinə) 

Soğd  sözünün  birbaĢa  Kanq  dövlətini  ehtiva  etməməsini  (bir  sıra  iranpərəst 

tarixçilərin fikirlərinin əksinə), müəyyən mərhələlərdə hər üçünün ayrı-ayrı qurumlar 

olmalarını «Tacik xalqının tarixi» kitabında aydın görmək mümkündür. Həqiqəti heç 

zaman tamamilə yerə gömmək olmaz, o haradansa boy  verib görünməlidir. Kitabda 

deyilir:  «Özünün hərbi-siyasi  qüdrətinə  baxmayaraq  Kanqyuy  eradan  əvvəl  I  əsrdə 

Ģübhəsiz  ki,  ictima-siyasi  inkiĢafın  müxtəlif  pillələrində  duran  köçəri  və  oturaq 

vilayətlərin  zəif  birləĢməsi  idi.  Deyildiyi  kimi  bu  birləĢmənin  yuxarı  hakim 

təbəqəsini  köçərilər  təĢkil  edirdilər.  Əslində  Kanqyuy  tayfaları  tərkibinə  daxil  olan 

Sırdərya ətrafı torpaqları və Çaçın əhalisi artıq oturaq əkinçilik mədəniyyəti ilə tanıĢ 

idilər,  lakin  bu  əkinçilik  mədəniyyətinin  səviyyəsi  Orta  Asiya  çaylararası  mərkəzi 

rayonlarınınkından  aĢağı  idi.  Məsələn,  burası  əlamətdardır  ki,  bu  yerin  özündə 

kəsilmiĢ sikkələrə təsadüf edilmir, xarici sikkələri isə barmaqla saymaq olar. Xarəzm 

və  Soğd  isə  əksinə  bu  dövrdə  tam  normal  fəal  təsərrüfat  həyatı  ilə  yaĢayır,  öz 

sikkələrini kəsirdilər...» (6,345). 



74 

 

Kitab  müəllifləri  bir  mətləbi  də  vurğulayırlar:  «Oturaq  Orta  Asiya 



əyalətlərinin,  birinci  növbədə  Xarəzm  və  Soğdun  əkinçilik  rayonlarının  Kanqyuy 

köçərilərindən  asılılığı,  görünür,  onların  ali  hakimiyyətini  tanımaq  və  az-çox 

dərəcədə  xərac  verməklə  məhdudlaĢır.  Buna  görə  də  ayrı-ayrı  rayonlar  eyni  bir 

vaxtda həm Kanqyuy, həm hun, həm də yueçilərə xərac verməklə kifayətlənirdilər» 

(6.349). 

Burada  iranpərəst  alimlərin  türk  köçərilərinə  müəyyən  mənada  ənənəvi 

həqarətli baxıĢlarını rədd etməklə bir dəyərli məlumatı da ön plana çəkməyi münasib 

bilirik. 

Əvvəla,  ən  azı  yeddi  yüz  il  tam  müstəqil,  sonralar  müxtəlif  imperiyalar 

tərkibində xərac verməklə daha bir neçə yüz il fəaliyyət göstərmiĢ dövlət qurumuna 

qətiyyən «zəif» demək olmaz. (Əksinə, kəngərlərin daxil edildikləri, məsələn, KuĢan 

və Eftalit imperiyaları daha zəif görünür). Ġkincisi, paytaxtı və bir adı da Səmərqənd 

dövləti  olan  Kəngərə  qətiyyən  köçəri  dövlət  də  demək  olmaz.  Bu  dövlətin 

Səmərqənd  hissəsi  və  onun  ətrafı  tam  oturaqlardan,  Qazaxstan  ərazisindəki  hissəsi 

əksərən köçərilərdən ibarət idi. Yuxarıdakı məlumat eradan əvvəlki ya III, ya da IV 

əsrlərə aid ola bilər: Kəngər də, Xarəzm də, Soğd da ayrı-ayrı qurumlar idi. Ona görə 

də  Xarəzmdən,  Soğddan,  Kəngərdən  bir-birlərindən  ayrı,  müstəqil  (və  ya  ayrı 

müstəqil)  dövlətlər kimi  danıĢılır.  Beləliklə,  Soğd  Kəngər deyil  Kəngər  də  Xarəzm 

deyil,  Soğd  və  Xarəzm müəyyən  mərhələlərdə  Kəngərin  tərkibinə daxil  edilmiĢlər. 

Kəngər isə nə Xarəzmin, nə də Soğdun hakimiyyəti altına düĢməmiĢdir. 

Soğdların dövlət qurumu haqqında və yaxud belə bir qurum yaratmağa cəhd 

etmələrinə  dair  tarixdə  hələ  yaxĢı  öyrənilməmiĢ  bir  məqam  var.  Biz  əvvəldə  qeyd 

etmiĢdik ki, Yəqubi «KeĢi Soğdun paytaxtı» adlandırmıĢdır. Kəngərlərin hakimiyyəti 

altında  firavan  həyat  sürən  Soğdlular,  onların  hakim  təbəqələri  görunür,  müəyyən 

mərhələdə  müstəqil  dövlət  qurmaq,  bəlkə  də  regionda  hegemon  qüvvə  kimi  çıxıĢ 

etmək iddiasında olmuĢdur. KeĢin qüvvətlənməsi VII əsrin birinci rübündən baĢlanır. 

B.  Q.  Qafurov  yazır:  «Tico  olduqca  qüdrətli  hakim  hesab  olunurdu.  O,  xarici 

ölkələrdən  birinə  elçi  göndərmiĢ.  Ki-Ģe  Ģəhərini  salmıĢdır  (bu  ad  adətən  KeĢlə 

eyniləĢdirilir).  Həmçinin  xəbər  verilir  ki,  625-ci  ildə  artıq  ġaĢepi  adlı  baĢqa  hakim 

tərəfindən hədiyyələrlə elçi göndərilir, Tico barəsində isə tarixi mənbələrdə daha heç 

bir məlumat yoxdur. Lakin bu hakim sikkə də kəsdirmiĢdir. Pənckənddə tapılan bəzi 

sikkələrdə  «ĠĢxid  ġiĢpir»  yazısı  vardır  Sikkələrdə  aramey  idioqramması  olan  «çar» 

yazılmıĢdır;  bu,  Soğd  sikkələridir,  butövlükdə  Soğdun hakimləri iĢxidlərin titulunu 

ifadə edirdi. Bütün bu faktları müqayisə etdikdə görünür ki, bunların ən məntiqi izahı 

ġiĢpir  adlı  KeĢ  hakimini  bütün  Soğdun  hakimi  kimi  tanımaqdır».  Müəllif  bunun 

ardınca  tezcə  bir  düzəliĢ  də  verir:  «Əlbəttə,  bu  mümkün  variantlardan  biridir»  (6, 

249-250). 

Ancaq  Soğd  (Kan)  konfederasiyasında  KeĢin  müstəqilliyi  çox  qısa  oldu. 

Mənbələrdən  məlum  olur  ki,  tezliklə  656-660-cı  illər  arasında  KeĢin  yeni  hakimi 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə