64
Kəngərlərin Oğuzu hərbi səfərdə müĢayiət edən hissəsi nə (görünür 24-ə daxil
olan hissəyə) on məsul vəzifələr tapĢırılır. Kitabda kanqlılar arabanın ilk ixtiraçıları
kimi təqdim olunur. Onların soy adının da araba ilə bağlı olduğu göstərilir (kanqlı-
yəni arabalı).
Onların hələ hərbi səfərə çıxmazdan əvvəl Talas və Sayramdan baĢlamıĢ
Mavəraünnəhr, Buxara və Xarəzmi, həmçinin Qarçistanı və s. yerləri tutduğu
göstərilir. Xəzərin cənub sahili ilə Orta Asiyaya qayıdan Oğuz Səmərqənd Ģəhərini
səfərdə ona dəyərli məsləhətlər vermiĢ YuĢu Xosaya iqta kimi bağıĢlayır (Bu
hadisəni biz Səmərqənd adını yada salmaq üçün xatırladıq).
Mahmud QaĢqarlının sözlərini də yada salaq: «...Yenə beləcə «Semiz kənd»
deyirlər. Böyük olduğundan belə deyilmiĢdir. Farsiada «Səmərqənd» deyərlər» (31,
343).
« Semiz » kəlməsi «Dədə Qorqud»da da var. Böyük, yekə, iri mənasında
qoyuna aid edilmiĢdir.
Bütün bu ekskursdan məqsəd odur ki, türklər eradan əvvəl 8-7-ci əsrlərdən,
bəlkə daha əvvəllərdən Mavəraünnəhrin və Xorasanın məskunları olmuĢlar. Və
deyəndə ki, samanilər sülaləsinin birinci hökmdarı oğuz Saman Yavbudur, bu
inkaredilməz bir həqiqətdir. X-XI əsr oğuzları Xorasandan keçib Ġran və Kiçik
Asiyaya hərəkət edərək səlcuq imperiyasını qurmuĢlar. Bunu heç də indiki
tarixçilərin, xüsusilə türk tarixçilərinin Ģərh etdikləri kimi qəbul etmək olmaz!
Oğuzlar həmin ərazilərə babalarının təxminən onlardan min beĢ yüz il əvvəl
Ģimaldan Xəzərin baĢına dolanaraq Ġç Oğuz dövlətini qurduqdan sonra gəldikləri
yolla qayıtmıĢlar. Həmin min beĢ yüz il ərzində Kiçik Asiyada kimmerlər, iĢquzlar,
daha sonrakı dövrlərdə hunlar məskunlaĢmıĢdılar. Bu müddət ərzində ən qədim
türklər Kiçik Asiyanın siyasi həyatında fəal iĢtirak etməsələr də öz saysız-hesabsız
heyvan sürüləri ilə həmin ərazinin iqtisadi həyatında mühüm rol oynamıĢdılar. Quru
yerdə (özgə yeri mənasında) nəinki imperiya, heç xanlıq da qurmaq olmaz. Səlcuq
oğuzları Kiçik Asiyaya gələndə orada kifayət qədər türk soylu əhali vardı və məhz
onlar da səlcuq, onun davamı Osmanlı imperatorluğunun zəmini, dayaq nöqtəsi və
arxası oldular. O ki, qaldı Azərbaycana, burada artıq e. ə. VII əsrdə ĠĢquz dövlət
qurumu mövcud idi və Azərbaycan türkləri yenidən müstəqil dövlət yaratmaq
yolunda uzunmüddətli mübarizə yolunu tutmuĢdular. Burada qədim türklük ənənələri
daha güclü idi. Mahmud QaĢqarlının Qəzvin və Qum Ģəhərlərini Alp Ər-Tonqa ilə
bağlaması təsadüfi deyildir.
Sual olunur: Nə üçün Alp Ər-Tonqanın adı dəyiĢdirilib ona «Ģər» ilahələrinə
verilən Əfrasiyab adı verilmiĢdir? Sağlığında misli görünməmiĢ rəĢadətlər göstərmiĢ,
həm də görünür, böyük quruculuq iĢləri görmüĢ Alp Ər-Tonqa ölümündən sonra
dastanlaĢmağa; əfsanələĢməyə baĢlamıĢdır. Onun ölümündən sonrakı «həyatı» da
düĢmənlərini sarsıtmıĢ, lərzəyə salmıĢdır. Ona olan ümumxalq, ümumtürk
məhəbbətini, Midiya ordusu, sonralar Əhəməni qoĢunları sıralarında vuruĢan iĢquz
65
əsgərlərinin məhəbbətini də soyutmaq üçün hakimlər atəĢpərəst kahinləri köməyə
çağırmıĢ, onun adını Ģər allahları panteonuna saldırmıĢlar. Lakin qəribə tərəfi budur
ki, Alp Ər-Tonqa öz mahiyyətilə Ģər formasını da Əfrasiyab adını da
alicənablaĢdırmıĢdı. Təkcə ulu Nizaminin Alp Ər-Tonqapı Əfrasiyab adıyla günəĢə
bənzətməsi bu fikrin sübutuna kömək edə bilər.
Alp Ər-Tonqanın Ģöhrət və qüdrət iĢığı o qədər güclü olmuĢdur ki, onun
fars bürüncəyi olan Əfrasiyabı içəridən ĢəffaflaĢdırmıĢ, özünün türk əsli ilə
görünməyə baĢlamıĢdır.
Alp Ər-Tonqa-Əfrasiyab adı türk dünyasında, xüsusilə Orta Asiyada
misilsiz bir hörmət və Ģöhrətə malik olmuĢdur. Onun adının Azərbaycandan Orta
Asiyaya keçməsi və bu qədər Ģöhrətlənməsi prosesi də müəyyən izahat tələb edir.
Belə ki, ĠĢquz, Midiya, Ġran dövlətləri tarixindən bəhs edən alimlər Madinin (Alp Ər-
Tonqa) Misirlə, Ġsraillə, Babilistanla, Assuriya və baĢqa dövlətlərlə əlaqə və
münasibətlərindən dönə-dönə danıĢmıĢ, Orta Asiya əlaqələrindən bir kəlmə də
yazmamıĢlar. Əgər böyük alim Mahmud QaĢqarlının Alp Ər-Tonqaya «Mərv
Ģəhərini yapan zatdır» deməsini, həmçinin «QaĢqara Ordukənd deyilər-xanın
oturduğu Ģəhər deməkdir; çünki Əfrasiyab havası yaxĢı olduğundan burada otururdu.
Burası aĢağı Çindir» məlumatını əsas götürsək belə güman etməliyik ki, Alp Ər-
Tonqanın böyük Azərbaycan dövlətində hökmdar olduğu dövrdə Orta Asiya da iĢquz
hakimiyyətinin təsir dairəsində olmuĢdur və vaxtaĢırı Alp Ər-Tonqa oraya da baĢ
çəkirmiĢ. Bu, tamamilə mümkündür. «Alp Ər-Tonqa» dastanında Kanq dövlətinin
adı «türklərin o zamankı paytaxtı «Kanq Ģəhəri» kimi çəkilir. Eyni zamanda Kanqdiz
Ģəhərinin (qalasının) adı da hallanır. Həmçinin Alp Ər-Tonqanın Alp Aruz adlı
qardaĢı (yenə «Dədə Qorqud») olduğu da söylənilir.
Bütün bunlar eradan əvvəl VII-VI-V əsrlərdə Türküstanla Azərbaycan, daha
doğrusu ĠĢquz dövləti ilə Orta Asiya arasında heç bir etnik səddin olmaması
haqqında bütöv təsəvvür hasil etməyə imkan yaradır və türklərin (oğuzların)
Azərbaycan torpaqlarına yalnız IX-X əsrlərdə gəlmələri barədə mifi dağıdır.
Ġndi aydınlaĢdırmaq mümkün olur ki, B. Q. Qafurov nə üçün Əfrasiyab
adının qarĢısına «ParĢivan», «Parsiab» sözlərini çıxarır.
Beləliklə, biz yenidən əsas mövzumuz olan Kanq dövlətinə, onun paytaxtı
Səmərqəndə və ilk adı Əfrasiyaba qayıdırıq. Bütövlükdə Orta Asiyanı, Qazaxstanı
irandillilər məskəni, irandillilər ərazisi hesab edən iranpərəst tarixçilər Türküstanın
ürəyi timsalında olan Səmərqəndi əsas hədəf götürmüĢlər. Yəni Səmərqəndin
irandilliliyi sübuta yetmiĢ kimi göstərilir (onlar bunu heç həll eləməyə də cəhd
göstərmirlər. Bunu aksioma kimi götürürlər). Onlar qeyri-obyektivlikləri ilə türk
alimləri qarĢısında «Türküstanın Türküstan olması problemini həll etmək vəzifəsini
qoymuĢlar». Beləliklə, irandilli orduların görə bilmədiyi iĢləri irandilli tarixçilər öz
üzərlərinə götürərək, uzun illər ərzində türk torpaqlarını «qələmlə fəth etmək»
yolunu tutmuĢlar. Ġranpərəst tarixçilərin məqsədi nə olmuĢdur? Bu, elmi məqsəd