62
üsullarının, monolit süvari ordunun yaranmasında mühüm rol oynamıĢdır. Eradan
əvvəl 673-cü ildə Qafqaz sıra dağlarından Urmiya gölü ətrafına qədər indiki Təbriz
ərazisini ehtiva edən ĠĢquz çarlığı Ön Asiya regionunun bütün hakimləri tərəfindən
rəsmən bir dövlət kimi tanınır. Onun nüfuzu böyük idi, ətrafdakı dövlətlər onunla
razılaĢmalı idilər. Lazım gələndə onlar Kiçik Asiyanın dərinliklərinə qədər hərbi
reydlər edirdilər. Er. əv. 653-652-ci illərdə midiyalılar Assuriyaya hücum edirlər.
Qədim Assuriya uçün olduqca təhlükəli vəziyyət yaranır. Assuriyanın müttəfiqi olan
ĠĢquz dövləti onun köməyinə gəlir. Həmin müharibədə həlledici rolu Madinin
(Əfrasiyab, Alp Ər-Tonqa) baĢçılıq etdiyi ĠĢquz ordusu oynayır. Midiya
məğlubiyyətə uğrayır. Onun baĢçısı Fraort (KaĢtarati) döyüĢdə həlak olur. Midiya
Assuriyanın deyil, ĠĢquz dövlətinin hakimiyyəti altına keçir. Bundan sonra ĠĢquz
dövləti imperiya tipli quruma çevrilir və bu dövr 625-ci, yaxud 626-cı ilə qədər, yəni
Madinin - Alp Ər-Tonqanın xəyanət yolu ilə həlak olduğu ilə qədər davam edir.
Həmin illərdən sonra ĠĢquz ikinci dərəcəli dövlətlər sırasına keçir. Bu dövlət öz
varlığını er. əv. 593-cü ilə qədər saxlaya bilir. Həmin il Kiaksarla ĠĢquz baĢçıları
arasında ĠĢquz çarlığının tam ləğvi ilə nəticələnən münaqiĢə baĢ vermiĢ və bu da
Lidiya-Midiya müqharibəsinin baĢlanması ilə nəticələnmiĢdir. Vaxtilə iĢquzlar
Lidiya dövlətini məhv olmaq təhlükəsindən xilas etmiĢdilər. Lidiyalılar iĢquzların
yaxĢılığını unutmamıĢdılar. Onlar Lidiyaya pənah gətirmiĢ ĠĢquz baĢçılarını Midiya
hökmdarının təkidli tələblərinə baxmayaraq öz himayələri altına aldılar. Midiyanın
doğrudan müstəqil dövlət kimi yaranmasını da 625-ci ildən, yəni Madinin həlakı
ilindən götürmək lazım gəlir. ĠĢquz dövlətinin bütün döyüĢ ənənələrini
özunünküləĢdirən Midiya Ön Asiyada qüdrətli imperiyaya çevrilir. Bu dövlət 550-ci
ilə qədər davam edir. Həmin ildən Ön Asiyada Əhəmənilər dövləti ustün mövqeyə
malik olur. Əvvəllər midiyalılar, daha sonra isə farslar klassik dövlətlərə xas olan
cəhətlərlə ĠĢquz dövlətinə məxsus üstün cəhətləri sintez yolu ilə qüdrətli və çevik
dövlətlər yarada bilmiĢlər.
ĠĢquzların müəyyən hissəsi Madinin ölümündən sonra gəldikləri yolla
(Dərbənd keçidi ilə) Qara dəniz sahillərinə qayıtmıĢ, Qara dəniz ətrafı Ġskid (iĢquz)
dövləti yaratmıĢlar. Ġkinci qol Kiaksarla münaqiĢədən sonra Kiçik Asiyaya köçmüĢ,
Lidiyada məskunlaĢmıĢlar.
Üçüncü qism iĢquzlar Qafqaz sıra daqlarından Urmiya gölünü də ehtiva
edən böyük bir ərazidə, daha doğrusu, vətənlərində qalmıĢ, baĢqa satraplıqlardan
fərqli müəyyən muxtar statusa malik olmuĢ, əvvəl Midiya, sonra Ġran dövlətlərində
əsas süvari ordunu təĢkil etmiĢ, bir sıra hallarda sərkərdəlik mövqeyində olmuĢlar.
Bəs dördüncü qism? Bu barədə nə Ġ. M. Dyakonovun, nə Ġ. Əliyevin, nə də
baĢqa alimlərin yazılarında bir söz deyilmir.
Herodotda iskidlərin (iĢquzların) e. ə. VII əsrin əvvəllərində Mərkəzi
Asiyanın dərinliklərindən çıxıb Xəzər sahili (Dərbənd keçidi) ilə Ön Asiyaya
gəlmələri, buradakı hərəkət və fəaliyyətləri eradan əvvəl VII əsrdə həmin yolla Ön
63
Asiyaya gəlmiĢ oğuzların fəaliyyətləri ilə bir sıra hallarda sinxron Ģəkildə izlənir
(hətta Misirdən xərac alınması da) (23).
ĠĢquzların Azərbaycanda qalan hissəsinin eradan əvvəl 593-cü ilədək öz
dövlətlərini yaĢatmaları, onların müəyyən qüvvəyə və kifayət saya malik olmalarına
dəlalət edir.
«Oğuznamə»də isə göstərilnr ki, oğuzlar Ana yurdlarından çıxandan
təxminən 50 il sonra bu dəfə Xəzərin cənubu ilə Orta Asiyaya qayıtmıĢlar. ĠĢquzların
Azərbaycandakı dövlətlərinin yaĢını (təxminən 80) yada salsaq, iĢquzların-oğuzların
Azərbaycana gəlib dövlət qurmalarının, «Oğuznamə» oğuzlarının (heç bir itki
vermədən əfsanəvi Oğuz baĢda olmaqla) Orta Asiyaya getmələrinin 50 il hesabı ilə
Madinin (Alp Ər-Tonqa, Əfrasiyab) ölümü ilə təxminən bir vaxta duĢdüyü
müəyyənləĢir; yəni onlar Madinin ölümündən sonra getmiĢlər. Burada ikinci bir
mülahizə üçün də yer qalır. ĠĢquzların böyük bir hissəsi Azərbaycanı tərk edib Orta
Asiyaya getdikdən sonra ĠĢquz dövlətinin ordu sarıdan əvvəlki qüdrəti
qalmadığından Keyxosrov (Kiaksar) Madini xəyanətkarlıqla öldürməyə cəsarət
etmiĢdir.
Beləliklə, oğuzlar Orta Asiyaya özləri ilə Madi - Alp Ər -Tonqanın
igidlikləri, müdrikliyi, quruculuq iĢləri ilə bağlı əfsanələĢməyə baĢlayan əhvalatlar
gətirmiĢlər.
«Oğuznamə»nin yazı tərzindən, üslubundan, Ģərhlərindən, hətta ayrı-ayrı türk
sözlərinin məna izah hından tam aydın olur ki, müəllif (RəĢidəddin) əsəri qələmə
alarkən əlinin altında kifayət qədər yazılı mənbə və məlumatlar, həmçinin rəvayət və
söyləmələr olmuĢdur. Əhatə etdiyi uzun bir dövrə görə «Oğuznamə»ni zəngin xalq
müdrikliyi hopmuĢ. vətənpərvərlik və təəssübkeĢlik duyğuları ilə dolu (hətta
müəyyən mənada məqsədyönlü) dahiyanə bir əsər adlandırmaq olar. Ġyirmi dörd boy
(tayfa) birliyindən təĢəkkül tapmıĢ oğuzlar, həmin iyirmi dördə daxil olmayan tayfa
və tayfa ittifaqlarını qətiyyən özlərindən kənarlaĢdırmaq istəmirlər. Əksinə, onlar
uyğurları da, qıpçaqları da, kəngərləri də (kanqlı), qarluqları da, xalacları da
özlərininki hesab edirlər. «Oğuznamə»də birlik meyli çox güclüdür. Orada iyirmi
dördə daxil olan beçenə tayfasının adı çəkilmir (cədvəldən baĢqa), lakin kəngərlərin
baĢqa adı (kanqlı) bir neçə yerdədir. Oğuz uyğurları və kanqlıları (kəngərləri) özü ilə
əlli illik hərbi səfərə aparmamıĢ, onlara yurdu qorumaq vəzifəsini həvalə etmiĢdi.
Dastanın bir neçə yerində kanqlıların hadisələrdə iĢtirakı onların müəyyən qisminin
səfərdə olmasına dəlalət edir, beçenenin sinonimi olan kəngər-kanqlının bir hissəsi
nin iyirmi dördə daxil olmasını göstərir.
Kitabın tərcüməçisi, tərtibçisi və Ģərhçisi R. M. ġükürova müqəddimədə Əbu-
l-Qaziyə istinadən deyir ki, Oğuz sülaləsinin hakimiyyətdə olduğu dövrlərdə
oğuzlardan asılı olmayaraq uyğurlar və kanqlılar (kəngərlər) mövcud idilər. «Oğuz
haqqında dastanda deyilir ki, kanqlı (kəngər) və uyğur tayfaları Oğuza qədər mövcud
idilər» (31, 16).