69
aparatında hansı dildən istifadə olunurdu? Tacik dilindənmi? Bu barədə bir söz
deyilmir. Bəlkə türk dilindən? Bu haqda da söhbət getmir. Axı türk qvardiyası nə
üçün ərəb dilinin bərpasına bu cür ciddi müqavimət göstərir. Hətta gərginlik
hökmdarın qətli dərəcəsinə çatdırılır? Axı samanilər müsəlman idilər və ərəb dili
Qurana görə, hətta xilafətə görə üstün mövqe tutmalı idi. Əgər əvvəlki aparat dili
tacik dili imiĢsə, türklərin bu dilin bərpası üçün, hətta hökmdarı öldürmək dərəcəsinə
çatmalarını ağıl qəbul etmir. Bu mətləb bir müəmma olaraq qalır. Müəlliflər nə qədər
iddia etsələr və yazsalar da ki, türklər yalnız saray qvardiyasından ibarət döyüĢçü
dəstəsi olmuĢdur, inandırıcı görünmür. Axı yuxarıda göstərilənlərdən aydın olur ki,
samanilərin tək qvardiyası yox, döyüĢən orduları da türklərdən ibarət imiĢ. Türklər
hansı dilə üstünlük verməli idilər? Axı hərbi dil onsuz da türk dili idi. Sual olunur:
hanı Taciklərdən ibarət ordu? Müəlliflərin bəzən dırnaq arasında iĢlətdikləri «türk
generalları» ifadəsi müqabilində sual olunur: hanı «Tacik generalları?» əgər
samanilər tacik sülaləsidirsə, dövlət də tacik dövlətidirsə, ən azı «Tacik
hökmdarlarından» birincisi türk qvardiyaçıları tərəfindən qətlə yetirilmiĢdisə, etnik
zəmində münaqiĢə yaranmalı idi, sonrakı hökmdarlar əgər tacik idilərsə, ya sürətlə,
ya da tədriclə (öz təhlükəsizlikləri naminə.) saray qvardiyasını tacikləĢdirməli idilər.
Adi məntiq bunu tələb edir. Lakin qvardiya istədikdə Hər hansı hökmdarı qətlə
yetirir, taxtdan salır, qalanları da daim təzyiq altında saxlayır. Tacik-türk etnik
zəminində buna qarĢı heç bir tədbir görülmür; bu onunla izah oluna bilər ki,
hökmdarlar da, qvardiya da eyni soydan olmuĢlar.
Maraqlıdır, bu necə qvardiyadır ki, birinci dərəcəli vəzifəsi bilavasitə
hökmdarı müdafiə etmək olduğu halda, digər hakim zümrələrlə-saray əyanları,
ruhanilər və mülkədarlarla yaxınlıq edir, gərgin məqamlarda onlarla dilbir olur, əgər
qvardiyadan baĢqa yerdə qalan zümrələr tacik idilərsə, onların heç olmasa müəyyən
qismində etnik təəssüb hissi olmalı idi: biz bunu da görmürük.
Samanilərin dövlət aparatı haqqında daha bir məlumat. «X-XI əsrlərdə
türkdilli əhalinin axını əhəmiyyətli dərəcədə artır. Türklər Samani dövlətinin inzibati
aparatında və ordusunda ən əhəmiyyətli və məsul vəzifələri tuturlar» (6,544).
Deməli, tək ordu deyil, inzibati aparat da türklərin əlində idi Yerdə nə qalır? Bəli,
yerdə B. Q. Qafurovun tayfasını, doğulduğu yeri müəyyənləĢdirə bilmədiyi ilk
samani hökmdarı və onun törəmələri qalır.
Görəsən müasir türk tarixçiliyində bu məsələyə münasibət necədir? «Abbasi
xəlifələrindən Məmunun Ġslam orduları Asiyanın fəthində ən çox türklərdən kömək
almıĢdı. Onun üçün 819-cu ildə Mavəraünnəhrin idarə olunmasını yerli bəylərə
tapĢırmıĢ, Əsəd Samanoğlunun oğlanlarına da valiliklər vermiĢdi.
Tarixdə Samanoğulları adı ilə tanınan, həqiqətdə isə Yasaman Kutay
oğulları olan bu türk valilərindən biri Əhməd bəy idi. Əhməd bəy Fərqanə ilə
Səmərqənd valisi idi. Onun yerinə gələn oğlu Nasir mərkəzdən ayrılaraq 847-ci ildə
bir dövlət qurdu və Buxaranı paytaxt etdi.
70
Yasamanoğullarından Əhməd bəyin qurduğu bu dövlət 999-cu ildə
Qaraxanların ,hakimiyyətinə keçənə qədər müstəqil yaĢadı. (25, P, 32).
Bu mətləb üzərində uzun-uzadı dayanmağı münasib
bilməyib sözü «Oğuznamə»nin tərcüməçisi və Ģərhçisi R.M. ġükürovaya veririk. O,
«Oğuznamə»dəki «Toquz Yavqudan sonra.,, Mavəraünnəhrdə padĢah taxtında
saman Yavqu əyləĢdirilir və Samanilər taxtında onu Saman Xuda adlandırırlar. O
bütün Samanilərin əcdadı idi» məlumatına münasibətini kitabın sonunda belə
bildirir: «Beləliklə, Samanilərin türk mənĢəli olduqları təsdiq edilir».
KANQ-SƏMƏRQƏND, YOXSA SOĞD
Kəngər dövlətinin adı əvvəllər Çin dilində «Kanq-yuy», yaxud «Kanq-cu»
kimi səsləndirilirdisə VIII əsr-də sadələĢdirilib «Kan» Ģəklində deyilirdi. Müəyyən
mərhələdə «Kan», «Səmərqənd» deyimi ilə yanaĢı «Soğd» adı da iĢlənməyə baĢlayır.
Sanki bunun elə bir prinsipial fərqi yoxdur. Lakin Kanqın, «Soğd» adlandırılması bu
qədim Türk dövlətinin iranmənĢəli olması nəticəsini doğurmamalıdır. B. Q. Qafurov
«Soğd» sözünü çək-çevir etməklə məhz belə nəticəyə gəlməyə çalıĢır. Tapdığı bu
olur ki, həmin söz irandillilərə məxsusdur. Onun yazısında deyilir: «Soğd adına uzun
dövr ərzində müxtəlif dilli mənbələrdə rast gəlinir», «TanınmıĢ tədqiqatçı B.
TomaĢek belə bir mülahizə irəli sürür ki, «Soğd» sözü ümumi Ġran kökündən
törəmədir, «parlamaq», «Ģəfəq», «alıĢmaq» mənasındadır. «Tacik-fars» lüğətində,
adətən, baĢqa təfsir verilir; «su yığılan çökəklik», Taciklər indi «çökəklik»,
«bataqlıq», «axarı olan gölməçə» yerlərə «suqud» deyirlər.
Göründüyü kimi, bunlar Soğdun dövlət adı olmasına dair heç nə demir.
«Özbəkistan SSR tarixi», «Tacik xalqının tarixi» kitablarının müəllifləri,
həmçinin «Taciklər» kitabının müəllifi Qafurov «Soğd» sözünü daha çox iĢlətməyə
cəhd göstərirlər. Axı dövlətin adı Kanqdır. Yuxarıda qeyd edildiyi kimi VII və VIII
əsr Çin mənbələrində daha ixtasar variantda ona «Kan» deyilir. «Səmərqənd» isə
Kan dövlətinin paytaxtı idi. Bir sıra hallarda Səmərqənd eyni zamanda dövlət kimi
də ifadə olunur. Bəs Soğd nədir? Və nə üçün adları çəkilən müəlliflər həmin adı bu
qədər tez-tez hallandırırlar? B. Q. Qafurov irandilli və ərəbdilli müəlliflərin yazıları
əsasında bu nəticəyə gəlmiĢdir ki, Soğd istilahı həm geniĢ, həm də dar mənada
iĢlədilir. GeniĢ mənada Soğd bütün ZərəfĢan vadisidir. Bununla yanaĢı Soğdun
Səmərqəndlə bağlı bir vilayət olması haqqında da təsəvvür vardır. Orta əsr
müəllifləri daha çox «Səmərqənd Soğdu» haqqında danıĢırlar, «həmçinin «Buxara
Soğdu» ifadəsi də olmuĢdur. Yaqutda (XIII əsr) belə bir fikir var: «Deyirlər ki, iki
Soğd var: «Səmərqənd Soğdu» və «Buxara Soğdu». QaĢqadərya vadisi Soğdun bir
hissəsi hesab olunurdu, bununla belə bəzi müəlliflər, məsələn, Yəqubi KeĢi Soğdun
paytaxtı hesab edir. Bütün bu məlumatlar tədqiqatçılar tərəfindən dəqiq
öyrənilmiĢdir» (6.247).