Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

69 

 

aparatında  hansı  dildən  istifadə  olunurdu?  Tacik  dilindənmi?  Bu  barədə  bir  söz 



deyilmir.  Bəlkə  türk  dilindən?  Bu  haqda  da  söhbət  getmir.  Axı  türk  qvardiyası  nə 

üçün  ərəb  dilinin  bərpasına  bu  cür  ciddi  müqavimət  göstərir.  Hətta  gərginlik 

hökmdarın  qətli  dərəcəsinə  çatdırılır?  Axı  samanilər  müsəlman  idilər  və  ərəb  dili 

Qurana  görə,  hətta  xilafətə  görə  üstün  mövqe  tutmalı  idi.  Əgər  əvvəlki  aparat  dili 

tacik dili imiĢsə, türklərin bu dilin bərpası üçün, hətta hökmdarı öldürmək dərəcəsinə 

çatmalarını ağıl qəbul etmir. Bu mətləb bir müəmma olaraq qalır. Müəlliflər nə qədər 

iddia  etsələr  və  yazsalar  da  ki,  türklər  yalnız  saray  qvardiyasından  ibarət  döyüĢçü 

dəstəsi  olmuĢdur,  inandırıcı  görünmür.  Axı  yuxarıda göstərilənlərdən  aydın  olur ki, 

samanilərin  tək  qvardiyası  yox,  döyüĢən  orduları  da  türklərdən  ibarət  imiĢ.  Türklər 

hansı dilə üstünlük verməli idilər? Axı hərbi dil onsuz da türk dili idi. Sual olunur: 

hanı  Taciklərdən  ibarət  ordu?  Müəlliflərin  bəzən  dırnaq  arasında  iĢlətdikləri  «türk 

generalları»  ifadəsi  müqabilində  sual  olunur:  hanı  «Tacik  generalları?»  əgər 

samanilər  tacik  sülaləsidirsə,  dövlət  də  tacik  dövlətidirsə,  ən  azı  «Tacik 

hökmdarlarından»  birincisi  türk  qvardiyaçıları  tərəfindən  qətlə  yetirilmiĢdisə,  etnik 

zəmində  münaqiĢə  yaranmalı idi,  sonrakı hökmdarlar  əgər  tacik idilərsə,  ya  sürətlə, 

ya da tədriclə (öz təhlükəsizlikləri naminə.) saray qvardiyasını tacikləĢdirməli idilər. 

Adi  məntiq  bunu  tələb  edir.  Lakin  qvardiya  istədikdə  Hər  hansı  hökmdarı  qətlə 

yetirir,  taxtdan  salır,  qalanları  da  daim  təzyiq  altında  saxlayır.  Tacik-türk  etnik 

zəminində  buna  qarĢı  heç  bir  tədbir  görülmür;  bu  onunla  izah  oluna  bilər  ki, 

hökmdarlar da, qvardiya da eyni soydan olmuĢlar. 

Maraqlıdır,  bu  necə  qvardiyadır  ki,  birinci  dərəcəli  vəzifəsi  bilavasitə 

hökmdarı  müdafiə  etmək  olduğu  halda,  digər  hakim  zümrələrlə-saray  əyanları, 

ruhanilər və mülkədarlarla yaxınlıq edir, gərgin məqamlarda onlarla dilbir olur, əgər 

qvardiyadan baĢqa yerdə qalan zümrələr tacik idilərsə, onların heç olmasa müəyyən 

qismində etnik təəssüb hissi olmalı idi: biz bunu da görmürük. 

Samanilərin  dövlət  aparatı  haqqında  daha  bir  məlumat.  «X-XI  əsrlərdə 

türkdilli əhalinin axını əhəmiyyətli dərəcədə artır. Türklər Samani dövlətinin inzibati 

aparatında  və  ordusunda  ən  əhəmiyyətli  və  məsul  vəzifələri  tuturlar»  (6,544). 

Deməli,  tək  ordu  deyil,  inzibati  aparat  da  türklərin  əlində  idi  Yerdə  nə  qalır?  Bəli, 

yerdə  B.  Q.  Qafurovun  tayfasını,  doğulduğu  yeri  müəyyənləĢdirə  bilmədiyi  ilk 

samani hökmdarı və onun törəmələri qalır. 

Görəsən müasir türk tarixçiliyində bu məsələyə münasibət necədir? «Abbasi 

xəlifələrindən  Məmunun  Ġslam  orduları  Asiyanın  fəthində  ən  çox  türklərdən kömək 

almıĢdı.  Onun  üçün  819-cu  ildə  Mavəraünnəhrin  idarə  olunmasını  yerli  bəylərə 

tapĢırmıĢ, Əsəd Samanoğlunun oğlanlarına da valiliklər vermiĢdi. 

Tarixdə  Samanoğulları  adı  ilə  tanınan,  həqiqətdə  isə  Yasaman  Kutay 

oğulları  olan  bu  türk  valilərindən  biri  Əhməd  bəy  idi.  Əhməd  bəy  Fərqanə  ilə 

Səmərqənd valisi idi. Onun yerinə gələn oğlu Nasir mərkəzdən ayrılaraq 847-ci ildə 

bir dövlət qurdu və Buxaranı paytaxt etdi. 



70 

 

Yasamanoğullarından  Əhməd  bəyin  qurduğu  bu  dövlət  999-cu  ildə 



Qaraxanların ,hakimiyyətinə keçənə qədər müstəqil yaĢadı. (25, P, 32). 

Bu mətləb üzərində uzun-uzadı dayanmağı münasib  

bilməyib sözü «Oğuznamə»nin tərcüməçisi və Ģərhçisi R.M. ġükürovaya veririk. O, 

«Oğuznamə»dəki  «Toquz  Yavqudan  sonra.,,  Mavəraünnəhrdə  padĢah  taxtında 

saman  Yavqu  əyləĢdirilir  və  Samanilər  taxtında  onu  Saman  Xuda  adlandırırlar.  O 

bütün  Samanilərin  əcdadı  idi»  məlumatına  münasibətini  kitabın  sonunda  belə 

bildirir: «Beləliklə, Samanilərin türk mənĢəli olduqları təsdiq edilir».   

 

KANQ-SƏMƏRQƏND, YOXSA SOĞD 

 

Kəngər  dövlətinin adı  əvvəllər  Çin  dilində  «Kanq-yuy»,  yaxud  «Kanq-cu» 



kimi  səsləndirilirdisə  VIII  əsr-də  sadələĢdirilib  «Kan»  Ģəklində  deyilirdi.  Müəyyən 

mərhələdə «Kan», «Səmərqənd» deyimi ilə yanaĢı «Soğd» adı da iĢlənməyə baĢlayır. 

Sanki bunun elə bir prinsipial fərqi yoxdur. Lakin Kanqın, «Soğd» adlandırılması bu 

qədim Türk dövlətinin iranmənĢəli olması nəticəsini doğurmamalıdır. B. Q. Qafurov 

«Soğd»  sözünü  çək-çevir  etməklə  məhz  belə  nəticəyə  gəlməyə  çalıĢır.  Tapdığı  bu 

olur ki, həmin söz irandillilərə məxsusdur. Onun yazısında deyilir: «Soğd adına uzun 

dövr  ərzində  müxtəlif  dilli  mənbələrdə  rast  gəlinir»,  «TanınmıĢ  tədqiqatçı  B. 

TomaĢek  belə  bir  mülahizə  irəli  sürür  ki,  «Soğd»  sözü  ümumi  Ġran  kökündən 

törəmədir,  «parlamaq»,  «Ģəfəq»,  «alıĢmaq»  mənasındadır.  «Tacik-fars»  lüğətində, 

adətən,  baĢqa  təfsir  verilir;  «su  yığılan  çökəklik»,  Taciklər  indi  «çökəklik», 

«bataqlıq», «axarı olan gölməçə» yerlərə «suqud» deyirlər. 

Göründüyü kimi, bunlar Soğdun dövlət adı olmasına dair heç nə demir. 

«Özbəkistan  SSR  tarixi»,  «Tacik  xalqının  tarixi»  kitablarının  müəllifləri, 

həmçinin  «Taciklər» kitabının müəllifi  Qafurov  «Soğd»  sözünü daha  çox  iĢlətməyə 

cəhd göstərirlər. Axı dövlətin adı Kanqdır. Yuxarıda qeyd edildiyi kimi VII və VIII 

əsr  Çin  mənbələrində  daha  ixtasar  variantda  ona  «Kan»  deyilir.  «Səmərqənd»  isə 

Kan dövlətinin paytaxtı idi. Bir sıra hallarda Səmərqənd eyni zamanda dövlət kimi 

də ifadə olunur. Bəs Soğd nədir? Və nə üçün adları çəkilən müəlliflər həmin adı bu 

qədər tez-tez hallandırırlar? B. Q. Qafurov irandilli və ərəbdilli müəlliflərin yazıları 

əsasında  bu  nəticəyə  gəlmiĢdir  ki,  Soğd  istilahı  həm  geniĢ,  həm  də  dar  mənada 

iĢlədilir.  GeniĢ  mənada  Soğd  bütün  ZərəfĢan  vadisidir.  Bununla  yanaĢı  Soğdun 

Səmərqəndlə  bağlı  bir  vilayət  olması  haqqında  da  təsəvvür  vardır.  Orta  əsr 

müəllifləri  daha  çox  «Səmərqənd  Soğdu»  haqqında  danıĢırlar,  «həmçinin  «Buxara 

Soğdu» ifadəsi də olmuĢdur. Yaqutda (XIII əsr) belə bir fikir var: «Deyirlər ki, iki 

Soğd  var: «Səmərqənd  Soğdu»  və  «Buxara  Soğdu».  QaĢqadərya  vadisi  Soğdun  bir 

hissəsi hesab olunurdu, bununla belə bəzi müəlliflər, məsələn, Yəqubi KeĢi Soğdun 

paytaxtı  hesab  edir.  Bütün  bu  məlumatlar  tədqiqatçılar  tərəfindən  dəqiq 

öyrənilmiĢdir» (6.247). 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə