Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

71 

 

Buradan aydın olmur ki, «Soğdmu Səmərqəndindir», yoxsa «Səmərqəndmi 



Soğdundur».  Və  ümumiyyətlə,  bu  anlayıĢ  inzibati  struktur  barədə  hansı  təsəvvürü 

yaradır?  Bütün  bunlar  «Soğd»  terminini,  daha  doğrusu  onun  əhatə  etdiyi  ərazini 

imkan  daxilində  lokallaĢdırmaq  zərurətini  ortaya  çıxarır.  Yenə  Mahmud  QaĢqarlıya 

üz tutaq: «Soğd-Buxara ilə Səmərqənd arasındadır. Bunlar türk qılığını almıĢlar, türk 

xasiyyətini götürmüĢlər» (22,471). 

Buradan aydın görünür ki, Soğd dövlət anlayıĢı, siyasi qurum anlayıĢı deyil, 

ərazi  anlayıĢıdır.  «Səmərqənd  Soğdu»  və  «Buxara  Soğdu»  anlayıĢları  da  buradan 

doğmuĢdur.  Yəni  Soğd  ərazisinin  bir  hissəsi  Səmərqəndə,  digər  hissəsi  Buxaraya 

baxır. Yeri gəlmiĢkən, Buxara haqqında da qısa bir məlumata ehtiyac duyulur: 

«Buxara  torpaqları  Çin  mənbələrində  An,  Neumu  adı  daĢıyırdı.  Onlara 

həmçinin  Buxo...  adı  da  tanıĢdı,  hakimlərinin  titulu  «Çjaou»  idi.  (Saqbu  sözünə 

yaxın olan bu ad Kanq dövləti baĢçısı titulunun eynidir-M. A.) Buxara hakimlərinin 

ümumi  mənĢələri  Səmərqənd  (Kəngər-M.  A.) hakimlərininki ilə  eyni idi.  VII  əsrin 

əvvəlində Buxara hakimi Səmərqənd hakimi ilə yaxın qohumluq əlaqəsində idi. VII 

əsrin ikinci rübündə Buxara hakimi Alinqa idi (Biçurinə görə bu belə idi; E. ġavani 

onu Holinkkia kimi oxumuĢdur). Çin mənbəyi məlumat verir ki, Buxara hakim evi 

iyirmi ikinci nəsildə, baĢqa sözlə bir neçə yüz ildir çarlıq edir» (6,250). 

Buradan  həm  də  aydın  olur  ki,  Səmərqənd  və  Buxara  sülalələri  təxminən 

eyni vaxtdan hakimiyyətdədirlər. Hər ikisinin titulu «Çjaou»dur... 

Yazılarda  «Soğd»un  və  ya  «Soğdiana»nın  statusu  da  əməlli-baĢlı 

aydınlaĢdırılmamıĢdır.  Maraqlı  burasıdır  ki,  B.  Q.  Qafurov  kntabının  «coğrafi  və 

topoqrafik  adlar  cədvəli»ndə  «Kan»  sözünün  qarĢısında  mötərizə  arasında 

«Səmərqənd Soğdu» (6,648) yazmıĢdır. Lakin həmin dövlətdən bəhs edərkən inadla 

çox  yerdə  (Səmərqəndi  də  ataraq)  «Soğd»  sözün  iĢlətməyi  məqsədəuyğun  sayır. 

Burada «Səmərqənd Soğdu» ilə tanıĢ olmağın məqamı gəlir. B. Q. Qafurov kitabına 

«Syun-Tsyan və Xoy Çao Soğd haqqında» baĢlıqlı bölmə də daxil etmiĢdir. O qeyd 

edir  ki,  Syun-Tsyan  Soğda  629-cu  ildə  gəlmiĢdir  və  öz  yazısında  bu  məmləkəti 

Səmərqənd  adlandırmıĢdır  (Maraqlıdır:  bəs  Qafurovun  özü  Səmərqəndi  nə  üçün 

«Soğd»  adlandırır?),  Yadımıza  salaq  ki,  B.  Ögəlin  «Böyük  Hun  imperiyası» 

kitabında  qədim  Çin  mənbələrindən  gətirilən  məlumatlarda  «Səmərqənd»  Kanq 

dövlətinin sinonimi kimi verilir. Syun-Tsyanın məlumatında da Səmərqənd sözünün 

qarĢısında  «Kanq»  adı  «Kan»  kimi  yazılmıĢdır.  Təbiidir  ki,  Kanq  dövləti  KuĢan, 

Eftalit  (Ağ  Hun),  Göytürk  imperiyaları  tərkibindəki  müəyyən  asılılıq  Ģəraitindən 

sonra ərəb asılılığına düĢmüĢdür. Onun tam müstəqil dövrünün, yəni faktiki olaraq az 

qala bütöv Orta Asiyada hökmranlıq dövrünün müəyyən əlamətləri qalmıĢdır. Onda 

belə  çıxır  ki,  nə  eftalitlər,  nə  Göytürklər,  nə  də  ərəblər  Kanqın  bu  regionda  dövlət 

strukturlarını dağıtmaq meylində olmamıĢ, tabeçilik, xərac və s ilə kifayətlənmiĢlər. 

Syun-Tsyan yazır ki, «Səmərqənd bütün tərəflərdən təbii hasarlarla müdafiə olunur. 

Əhalisinin sayı olduqca çoxdur. Torpaqları münbitdir. Bol məhsul verir. Ağaclar çox 



72 

 

yaxĢı  bitib,  böyüyür.  Çoxlu  çiçək  və  meyvə  var.  Bu  ölkədə  çox  gözəl  atlar  var. 



Ġncəsənət  və  sənətkarlıqda  (baĢqa  tərcümədə  ticarətdə)  buranın  məskunları  baĢqa 

ölkələrin  əhalisindən  üstündürlər.  Ġqlim  yumĢaq  və  mötədildir.  Əhali  enerjili  və 

cəsurdur.  Bu  dövlət  barbar  ölkələrin  mərkəzində  yerləĢmiĢdir.  Bütün  qonĢu  xalqlar 

əxlaqi davranıĢ normaları və nəzakət qaydaları ilə bağlı bütün mətləblərdə onlardan 

nümunə  götürürlər.  Çar  olduqca  cəsur  adamdı  və  bütün  qonĢu  vilayətlər  onun 

əmrlərinə  əməl  edirlər.  Onun  çoxsaylı  ordusu,  o  cümlədən  süvari  qoĢunu  vardır. 

Səyahətçilərin  «çi-kia»  adlandırdıqları  döyüĢçüləri  xüsusi  mövqeyə  malikdirlər. 

Onlar  o  qədər  igiddirlər  ki,  ölümə  sevinclə  gedirlər.  Onların  hücumuna  heç  bir 

düĢmən tab gətirmir (6,247-248). 

Soğdun  və  onun  tərkibinə  daxil  olan  knyazlıqların  siyasi  tarixini  bərpa 

etmək  üçün  kifayət  qədər  mənbələrin  olmadığını  söyləyən  B.  Q.  Qafurov  buna 

baxmayaraq həmin ərazilərin iranĢünas tarixçilər mövqeyindən Ģərhinə keçir: 

«Bir  tarixi  xronikanın  məlumatlarına  əsasən  VII  əsrin  əvvəllərində 

Səmərqənd  Soğdunda  (salnamədə  onun  adı  «Kan»dır)  yerli  sülalə  hakimiyyət 

sürürdü. Bu sülalə Yueçi əcdadlarına mənsub idi (yaxud özünü həmin əcdada daxil 

edirdi).  Güman  olunurdu  kn,  bu  sülalə  az  qala  hakimiyyətdə  yeni  eranın 

hüdudlarında möhkəmlənmiĢ və fasiləsiz olaraq ölkəni idarə etmiĢdir. Bu hakimlərin 

taxt-tac adları (yaxud titulu) «çjaou» idi. Bu titula aid iki mülahizə mövcuddur. Bir 

sıra alimlər (o cümlədən V. Radlov və Ġ. Markvart bu adı türkmənĢəli, digərləri B. 

TomaĢek, S. Konov, X. ġeder, iranmənĢəli hesab edirlər» (6,248). 

Həmin  səlnamədən  məlum  olur  ki,  Soğdun  hakimi-Alud  Ģəhərində 

yaĢayırmıĢ.  «Kan  qüdrətli  dövlət  hesab  olunur».  Nəticədə  hətta  576-603-cü  illərdə 

hökm  sürmüĢ  Qərbi  Türk  xaqanı  Datop  (L.  Qumilyovda  bu  ad  çincə 

«Dyanqu//Dyanqyu»,  türkcə  «Qara-Çurin  Türk»  yazılır)  Soğd  hakimi  TayĢepi  ilə 

qohum  olmağı  münasib  saymıĢ  və  öz  qızını  ona  vermiĢdir..  «Səmərqənd  Soğdu 

hakiminin  sarayında  əcdadlara  aid  məbəd  vardı.  Burada  ayın  (səma  cismi  ayın) 

altıncı  günü  qurban  verilərdi.  O  biri  hakimlər  də  qurban  verilməsinə  köməyə 

gələrdilər». Bu məlumata Soğd hakimi ilə digər hakimlər arasında qohumluq əlaqəsi 

göstəricisi  kimi  baxmaq  lazımdır,  onlar  hər  hansısa  ümumi  əcdaddan  törəmiĢlər 

(mənbələrdə buna aid müəyyən məlumatlar var) (6,249). 

B. Q. Qafurovəcdada aid məlumatları açıqlamaqı münasib bilmir, görünür, 

bu məlumatlar onun konsepsiyasına uyğun gəlmir. 

Kana-Səmərqənd  Soğduna  o  dövrdə  aĢağıdakı  knyazlıqlar  daxil  idi:  Mi 

(Maymurq)  Tsao  və  Xe  (ĠĢtixan  və  KuĢaniya),  Kiçik  An  (Buxara  vadisinin  Ģərq 

sərhəddi), NaĢebo (Nasef) və s. Cəmi səkkiz knyazlıq. Beləliklə, ZərəfĢan vadisinin 

bütün  knyazlıqları  (görünür,  onun  qərb  hissəsindən  baĢqa),  həmçinin  QaĢqadərya 

(Nesef)  vadisi  Səmərqənd  hakiminin  hökmü  altında  idi.  Bu  konfederasiyanın  necə 

yaranması,  onun  xarakteri,  ayrı-ayrı  knyazlıqların  mərkəzi  hakimiyyətdən  asılılıq 

dərəcəsi praktik olaraq məlum deyil (6, 248 - 249). 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə