66
deyil, siyasi məqsəddir. Onlar sonrakı övladlarına bir növ saxta vərəsəlik sənədi,
«kupçi» tərtib etməklə məĢğul olmuĢlar. Onlar bilməli idilər ki, belə yalanlar
doğruçu müharibələrə gətirib çıxarır. YaxĢı ki, Türkün Mahmud QaĢqarlı kimi
nəhəng, halal, vətənpərvər oğulları da varmıĢ. O özündən sonra müəyyən mətləbləri
aça bilmək üçün qızıl açarlar da qoyub getmiĢdir. Onun Səmərqənd haqqında
dediklərini, təkrar görünsə də, bir də yada salaq: «Səmərqəndə Simiz kənd» deyilir,
ġaĢ Ģəhərinə DaĢkənd deyildiyi kimi, Özkənd, Tünkənd adları da vardır. Bu
Ģəhərlərin hamısının adı türkcə olan «kənd» ilə yapılmıĢdır. Bu Ģəhərləri türklər
yaparaq adlarını da özləri qoymuĢlar. Bu adlar indiyə qədər olduğu kimi qalmıĢlar
Beləliklə, biz Əfrasiyabı Alp Ər-Tonqanın Ģərəfinə salınmıĢ Ģəhər kimi də qəbul edə
bilərik.
Ġndi ərəb, coğrafiyaĢünası Əl-Ġstəxrinin «Kitab məsalik əl-məmalik» (930 -
933) kitabına müraciət edək. Çoxlu səyahətlər edən, Mavəraünnəhri də xeyli gəzən
müəllif həmin ərazinin vilayət və bölgələrindəki Ģəhərlərin siyahısını da vermiĢdir:
«ÜsröĢənə Ģəhərləri: Denfeqanket, Binket, Cinançeket, Necaket, Benaket,
XaraĢket, Ərdalanket, Xudeynket, Nucuket, Faranket, AĢbinqu, Kəngərək, Kebernə,
Cebuzan, Verduk, Qazak, Nekalik.
Ġlək Ģəhərləri; paytaxt-Tunket, Cümə məscidləri olan Ģəhərlər: Sakaket,
Nuket, Tukket, Bisket, Daxket, Xarsanket, BancexaĢ, Balayan, Ərbilik, Namudlik,
Xumrək, Kux-i-Sim, XaĢ.
Xocənddə «Kənd»dən baĢqa Ģəhər yoxdur.
Fərqanə - baĢ Ģəhəri Axsiket, ondan sonra Quba, Uzkend, OĢ» (Materialı по
истории киргизов и Киргизии, t. 1, M., 1973, s. 19,20).
Bu adları çəkilənlərdən savayı Mavəraünnəhr, Orta Asiya həndəvərində
daha onlarla, bəlkə daha çox eyni tipli Ģəhər adlarına rast gəlmək olar. Yenə qayıdaq
Mahmud QaĢqarlıya: «Bu yerlərdə farslar çoxaldıqca sonralar əcəm Ģəhərləri kimi
olmuĢ, Bütün türk ölkəsinin sınırı Xəzər dənizi ilə çevrili olaraq Rum diyarından və
Özçentdən Çinə qədər uzanır. Uzunluğu beĢ min fərsəng, eni üç min fərsəngdir.
Hamısı səkkiz min fərsəng edər» (22, III, 484).
67
SAMANĠLƏRĠN ETNĠK MƏNSUBĠYYƏTĠ
Saman islamı qəbul etmiĢdi. Xorasan valisi ona himayədarlıq edirdi. Dörd
nəvəsi xəlifənin yanında xidmətdə idi. Xorasan valisi onları dörd vilayətə hakim
təyin etdi, o cümlədən Nuh Səmərqəndə hakim təyin olundu.
B. Q. Qafurov tacik xalqı və onun dövlətinin yaranıb formalaĢmasını,
əsasən samanilər sülaləsi ilə bağlayır. Buradan belə nəticə çıxır ki, Mavəraünnəhr
(Səmərqənd də daxil olmaqla) bütövlükdə, həmçinnn vaxtilə samanilər dövlətinə
daxil edilmiĢ ərazilər Tacikistan imiĢ. «Özbəkistan SSR tarixi»ndə deyilir ki, saman
tacik mənĢəlidir. Onun hansı nəslə, hansı tayfaya mənsub olması barədə heç nə
deyilmir.
Orta Asiyada iranmənĢəli xalqlara üstünlük verən B. Q. Qafurovun bu
barədə fikri konkret deyil: «Samanilərin əcdadı saman, ya Bəlxdən idi, ya
Səmərqəndin ucqarından, ya da Termezdən» (6, 337). «Oğuznamədə» isə baĢqa fikir
vardır: «Toquz Yavqudan sonra.., Mavəraünnəhrdə padĢah taxtında saman
Yavqunu... əyləĢdirir və samanilər taxtında onu saman Xuda adlandırırlar. O, bütün
samanilərin əcdadı idi» (31).
Burada iranĢünas alimlər tərəfindən qarıĢdırılmıĢ, qəsdən dolaĢdırılmıĢ
baĢqa düyünlər kimi, bu məsələnin də geniĢ Ģərhini vermək imkanı yoxdur. Yalnız
bəzi faktlara diqqət yetirməyi lazım bilirik.
«X əsrin baĢlanğıcında Ġsmayıl (Samani) özünün artıq geniĢlənmiĢ
dövlətində hakimiyyətin mərkəzi aparatının və yaxĢı silahlanmıĢ böyük ordusunun
təĢkili ilə məĢğul olmaq imkanına malik idi. O, türk qulamlarından ibarət olan
qvardiyasının təĢkilinə xüsusi diqqət yetirirdi», (17, 192). «Samanilərin türk
qvardiyası da etibarlı deyildi» (17,193). Bundan baĢqa dövlətin hakim dairələrindəki
münasibətlər ordunun quruluĢu, hökmdarlarla qoĢun baĢçıları, həmçinin ruhanilər
arasındakı münasibətlərin vəziyyəti heç də samanilər sülaləsinin və dövlətinin tacik
mənĢəyindən niĢan vermir. «Taciklər» və «Özbəkistan SSR tarixi» kitablarının
müəllifləri Samanilər dövlətində saray qvardiyasının türklərdən ibarət olmasını dönə-
dönə vurğulayırlar. Müsəlman dövlətlərinin bəzilərində saray qvardiyaları türklərdən
ibarət olmuĢdur.
Samanilər dövlətinin ən ağır günlərində, hətta dehqanların davranıĢı da
qaraxanilərin uğurlarına kömək edirdi (yəqin dehqanlar da türk imiĢ!-M. A.) «hətta
türk qvardiyası (qulamlar) da özlərini az etibarlı qoĢun kimi göstərirdi» (17,243).
«Hakim sinfin hər iki qrupu-dehqanlar və «türk generalları» Samani dövlətinin ən
kritik məqamında satqın və xain çıxdılar. Əgər dehqanlar Boqra xanı açıq Ģəkildə
Mavəraünnəhrə dəvət etmək yolunu tutmuĢdularsa, qvardiyanın baĢçıları hələ
məğlub edilməmiĢ dövlətin bölünməsi barədə gizli danıĢıqlar aparırdılar» (17,244).
68
«Öz əllərinə böyük sərvət taplamıĢ Buxara ruhaniləri də dövlətə sadiq
deyildilər (Görünür, hətta ruhanilər də türk imiĢlər!-M. A.). Onlar türk qvardiyasında
özlərinə böyük dayaq tapdılar» (17,244).
Bütün bunların nəticəsidir ki, Boqra xanın 992-ci ildəki yürüĢündən əvvəl
Samanilər dövlətində ən sayılan və təsir gücünə malik türk hərbi rəisi Əbu-əli
Simcuri dövlətin baĢçısı Nuh ibn Mənsurdan (978-997) gizli dövlətin bölünməsi
barədə Boqra xanla danıĢıqlar aparırdı. Bu danıĢıqlara görə Mavəraünnəhr Boqra
xana, Amudəryadan cənubdakı torpaqlar Əbu əli Simcuriyə keçməli idi» (17,244).
Nuh istedadlı və lakin etibarsız «generallardan» biri olan Faiqə üz tutmağı
qət edir. Faiq böyük bir ordu ilə Xərcənq əyalətində Rabat-i-Məlikin yaxınlığında
Boqra xanla döyüĢə girdi. DöyüĢ Faiq tərəfindən qəsdən uduzuldu: Bu xidmətinə
görə Boqra xan Faiqi Termez və Bəlxə hakim təyin etdi.
Boqra xan xəstələndiyindən uzun müddət Buxarada qala bilmir,
Səmərqəndə gedir və az sonra ölür. Bundan sonra güman etmək olardı ki, vəziyyət
Nuhun xeyrinə dəyiĢib. Lakin Nuh öz yaxınları arasında bir, nəfər də olsun etibarlı
və bacarıqlı sərkərdə tapa bilmir. Nəticədə Xorasan Əbuəli və Faiqin əlinə keçir».
(17,245).
Nuhun böyük oğlu I Əbd-əl Malikin (954-961) dövründə xüsusi türk
qvardiyasının rəisi və iri feodal Alp Təkin böyük hacib vəzifəsinə təyin olunur: Bu
Ģəxsin təsiri o qədər böyük idi ki, Əbd-əl Malik onun razılığı olmadan hər hansı bir
Ģəxsi vəzir vəzifəsinə təyin edə bilməzdi.
Əbd-əl malik Alp Təkini vəzifəsindən kənarlaĢdırmağa cəhd etsə də bu
xeyir vermir (17,195). Əbd-əl Malikin ölümündən sonra Buxara əhalisi üsyan edir.
Üsyançılar əmirin sarayını qarət edib yandırırlar. Taxt-tac uğrunda mübarizədə Alp
Təkinin təsiri əhəmiyyətli dərəcədə zəifləyir. Bu mübarizənin nəticəsində Alp Təkin
Qəznəyə gedir və orada tarixdə Qəznəvilər adı ilə məlum dövlətini yaradır.
Samani hökmdarlarının hamısına eyni meyarla yanaĢmaq olmaz. Bu
dövlətin qüdrətini artıran, onun hüdudlarını geniĢləndirən, ölkədə sabitlik yaradan
görkəmli hökmdarlar da olmuĢdur. «Ġsmayılın uğurlarının əsas səbəbi bundan ibarət
idi ki, o, ölkəni xarici əsarət və zülmdən azad etməyə yollar axtaran və yerli
feodalların mənafeyi uğrunda mübarizə edən dairələrə istinad edirdi. Artıq Ġsmayılın
birinci varisi olan Əhməd (907 - 914) ərəb dilini bilən məmurlara himayədarlıq
edərək, dövlət aparatında ərəb dilini bərpa edir. Bu, saray əyanları dairəsində,
xüsusilə türk qvardiyası arasında narazılıq yaradır. O öz qulamları tərəfindən qətlə
yetirilir» (17,193).
Biz samanilər dövləti barədə bir qədər ətraflı danıĢdıq və gördük ki, bu
dövlətlə bağlı məlumatların heç birində «Tacik» sözü və «Tacik dili» ifadəsi
iĢlənmədi, «Tacik tayfası», yaxud «Tacik xalqı» barədə söz deyilmədi, saray
qvardiyasını təĢkil edən türklərin adı tez-tez hallandı. Nə üçün türk qvardiyası dövlət
aparatında ərəb dilinin bərpasına etiraz etməli idi? Görəsən sarayda, dövlət
Dostları ilə paylaş: |