Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

58 

 

nəsli  də  Qaraxanlar  kimi  özlərinin  mənĢəcə  Əfrasiyab  törəmələri  olması  əfsanəsini 



qəbul etmiĢlər». 

«IX əsrin sonlarında və X əsrin əvvəllərində Oğuz dövlətinin subaĢısı Kınık 

boyunun bəyi Dokak bəy idi. Dokak bəy Xəzər çöllərində yaĢayan bütün türk boyları 

arasında  Temir  yaylıq  (Dəmir  yaylı)  ləqəbi  ilə  tanınırdı.  Həqiqətən  də  dəmir  kimi 

qüvvətli (möhkəm), özünə güvənən və ləyaqətli bir insandı. Yay isə qədim türklərdə 

hakimiyyət  simvolu  idi.  Onun  əfsanəvi  Türk  hökmdarı  Alp  Ər-Tonqanın  soyundan 

olduğunu  söyləyən  tarixçilər  də  vardır.  Bunlardan  biri  Toğrul  bəyin  vəziri  ibn 

Həssuldur (25, 44-45). 

Alp Ər-Tonqaya-Əfrasiyaba  ən yüksək qiymət verən dahi Nizami Gəncəvi 

olmuĢdur.  Böyük  Ģairin  «Xosrov  və  ġirin»  əsərində  Azərbaycandakı  Alban 

dövlətinin  türklüyünə  Ģəhadət  verən  bir  beyt  vardır.  Onu  sətri  tərcümədə  verməyi 

münasib bildik: 

«O, (Keyxosrov aydırsa, biz də günəĢik, 

O, Keyxosrovdursa, biz Əfrasiyabıq». 

Mənbələrdə  əfsanəvi adlandırılan,  Nizaminin  günəĢə  bənzətdiyi  Əfrasiyab-

Alp  Ər-Tonqa  doğrudanmı  xalqın  xəyalında,  bədii  təfəkküründə  yaratdığı 

qəhrəmandır, yoxsa onun real, gerçək Ģəxsiyyət olmasına dair tarixi bir zəmin vardır? 

Türk  xalqları  min  illər  ərzində  yüzlərlə  qəhrəman  yetirmiĢlər,  lakin  onların  heç 

birinin  ömrü  Alp  Ər-Tonqanınkı  qədər  uzun  olmayıb.  Çünki  o  özünü  öz 

qəhrəmanlıqları,  öz  gözəl  və  böyük  əməlləri  ilə  əfsanələĢdirmiĢdir;  bu  qəhrəmanın 

ayaqları  altında  möhkəm  zəmin  vardı.  Azərbaycan  torpağı!  Amma  nə  edəsən  ki, 

Azərbaycan  tarixinin  qədim  dövrünün  taleyi  kimi  Alp  Ər-Tonqanın  da  bəxti 

gətirməyib.  Onun  Azərbaycanla  bağlılığı,  real  tarixi  Ģəxsiyyət  olması  məsələsində 

Cavad  Heyətin  tapıntısı  da  böyük  maraq  doğurur:  «Bozqır  kültürünün  mənĢəyini 

bəzi  müəlliflər  iskit  və  ya  saklarla  bağlayırlar.  Ġskitlər  Qara  dənizin  quzey 

bozqırlarından  (çöllərindən)  Türküstana  qədər  yayılmıĢlar.  Herodotun  yazdığına 

görə,  türklər  eramızdan  əvvəl  VI-VII  əsrlərdə  ġərqdən  gəlib  iskitlərlə  bərabər 

yaĢamıĢlar  və  onların  hakim  təbəqəsini  qurmuĢlar.  Alp  Ər-Tonqa  da  (Əfrasiyab) 

onların xaqanı olmuĢdur» (26, 44). C. Heyət bu məsələni bir qədər də irəlilətmiĢdir. 

Öndə bu mətləb elmi əsaslarla dəqiqləĢdiriləcəkdir. 

Ümumtürk tarixĢünaslığına bir Mete düyünü salınmıĢdır, Bu düyün qədim 

türk  dövlətçilik  tarixini  eradan  öncə  IV  əsrdən  daha əvvəllərdə aramaq  imkanlarını 

məhdudlaĢdırırdı.  Rəfiq  Özdəyin  «Türkün  qızıl  kitabı»  Metedən  öncəki  türk 

dövlətçilik tarixini iĢıqlandırmağa müəyyən yardımçı ola bilər. Rəfiq Özdək özü türk 

xaqanlıqlarını  Metedən  baĢlasa  da  Böyük  Hun  imieriyasından  əvvəlki  dövrlərə 

müəyyən sığırlar olduğunu alimanə bir ehtiyatla irəli sürür. «Türk tarixini yazanların 

əsil mövzuya «Böyük Hun imperatorluğu» ilə baĢlamaları haradasa bir ənənə halını 

almıĢdır.  Bir  millətin  varlığı,  müstəqil  dövlət  halına  gəlməsindən,  hələ  bir  cahan 

imperatorluğu qurmasından sonra baĢlaya bilməzdi (Qara - M. A.). 



59 

 

Tarixçilər  bunu  xatırladır,  amma  imperatorluğun  qurulmasından  öncəki 



hadisələr  haqqında  yetərli  məlumatlar  vermirdilər.  Bir  az  geriyə  qayıdınca  türk 

olduğu anlaĢılan saklara, böyük bir türk hökmdarı olduğu bilinən əfsanə qəhrəmanı 

Alp  Ər-Tonqaya,  daha  əvvəl  (e.  ə.  1050-ci  il)  Çinə  axın  etdikləri  və  burada  Çu 

xanədanını qurduqları anlaĢılan bir Türk qövmünə rast gəlirdilər. 

E.  ə.  7-ci  yüzildə  ölən  Alp  Ər-Tonqanın  xalqı  tərəfindən  çox  sevilon  bir 

türk  xaqanı  olduğu  dəqiq  bilinir,  amma  bu  xaqanın  idarə  etdiyi  dövlət  haqqındakı 

məlumatlar tapılmır, ya da məlumatlar çox az olurdu» (26,5). 

Humanitar  elm  o  zaman  həqiqi  elm  ola  bilər  ki,  özünəməxsus  bir 

qanunauyğunluğa  əsaslansın.  Alim  bütün  varlığı  ilə  duyur  ki,  ümumtürk  tarixinin 

«Mendeleyev cədvəlində» xüsusi çəkisi məlum, baĢqa keyfiyyətləri məchul olan bəzi 

maddələrin xanələri boĢdur. Bu maddə var, lakin elm üçün hələ tapılmayıb. 

«Türkün qızıl kitabı»nda Alp Ər-Tonqa haqqındakı məlumatlar (çox təəssüf 

ki,  məlumatların  mənbələrinin  IV  kitabda  göstəriləcəyi  vəd  edilmiĢdir)  onun  hansı 

dövlətə xaqanlıq etdiyini aydınlaĢdırmağa kömək edir. 

Azərbaycanda eradan əvvəl VII-VI əsrlərdə Qafqaz sıra dağlarından Urmiya 

gölünün həndəvərlərini də əhatə edən qüdrətli Oğuz-türk dövləti mövcud olmuĢdur. 

Yunan  mənbələrində  onun  adı  «skit  çarlığı»,  Assuriya,  yəhudi  mənbələrində  isə 

«ĠĢquz  çarlığı»  olmuĢdur.  Farslar  skitlərə  tanıĢ  olduqları  sakların  adını  Ģamil 

etmiĢlər. 

ĠĢquzlar Azərbaycana eradan  əvvəl VII əsrin baĢlanğıcında indiki Dərbənd 

keçidi  vasitəsilə  gəlmiĢ,  ilk  növbədə  tez-tez  Azərbaycan  torpaqlarına  talançı 

basqınlar  edən  Urartu  dəstələrini  ərazidən  qovmuĢ,  ĠĢquz  dövlət  qurumu  yaratmıĢ, 

sonra Assuriyaya qarĢı müharibə aparan Manna dövləti və Midiya ölkəsinə köməklik 

göstərmiĢ, hətta bu müharibədə həlledici qüvvə kimi çıxıĢ etmiĢlər. 

Assuriya dövləti tez bir zamanda qeyri-adi qüvvə ilə üzləĢdiyini hiss edərək 

ĠĢquz dövləti ilə danıĢığa girmiĢ, çar öz qızını ĠĢquz baĢçısına ərə vermiĢ, qohumluq 

və ittifaq yaranmıĢdır. Bu müharibədə Manna öz itirilmiĢ torpaqlarını geri qaytarmıĢ, 

midiyalılar  Assuriyadan  asılılıq  dərəcəsini  xeyli  azaltmıĢdır.  Ətraf  ölkələr,  birinci 

növbədə Assuriya tərəfindən bir dövlət kimi tanınan iĢquzlar Ön Asiyada aparıcı rol 

oynamağa baĢlamıĢlar. 

ĠĢquzların üç baĢçısının adı çəkilir. Onları Ön Asiyaya gətirən Ġspaka (Oljas 

Suleymenov onun adını «izbilən», «qabaqgörən» kimi mənalandırmıĢdır və bəzi türk 

soylarında bu ada təsadüf edildiyini göstərmiĢdir), Partatua olan ikinci adın mənasını 

açmaq  mümkün  olmamıĢdır.  Üçüncü  ad  isə  az,  ya  çox  dərəcədə  hun  Ģanyusu 

Metenin adı ilə səsləĢən Madidir. 

Madinin  atası  zənn  edilən  Partatua  («Alp  Ər-Tonqa»  dastanında  bu  ad 

Peçeneq  Kazan  Ģəklində  gedir)  ĠĢquzun  Ön  Asiyada  sözü  ötən  bir  dövlət  kimi 

formalaĢmasında  xüsusi  rol  oynamıĢdır.  Adı  çəkilən  bu  üç  çarın  ən  böyük  iĢlər 

görəni Madi olmuĢdur, Onun hakimiyyəti illərində ĠĢquz çarlığı imperiyaya yaxın bir 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə