Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

56 

 

ƏFRASĠYAB-ALP ƏR-TONQA 



 

Ümumtürk  tarixində  «Əfrasiyab»  və  «Alp  Ər-Tonqa»  adları  çoxdankı 

mübahisə  obyektidir.  Məsələ  burasındadır  ki,  Alp  Ər-Tonqanın  farsca  mənbələrdə 

Əfrasiyab adlandırılmasının məkan və zaman koordinatları aydın deyil. Qiyasəddin 

Qeybullayev yazır: «Pəhləvi dilində olan bir mənbədə deyilir ki, Aturpakanda Gəncə 

Ģəhərini  turanlı  Əfrasiyab  tikdirmiĢdir.  Bu,  «Avesta»da  adı  çəkilən  və  iranlıların 

(farsların) qatı düĢməni sayılan Turan padĢahı Franqrasian adlı Ģəxsdir. Franqrasian 

«ġahnamə»də  Əfrasiyab  adlandırılmıĢdır.  Çox  güman  ki,  Franqrasian  Əfrasiyab 

adının  yazılıĢ  formasıdır.  Əfrasiyab  türkcə  abra  -«xilas  edən»,  «qoruyan», 

«saxlayan»,  «xeyir  verən»,  «böyük  xidmət  göstərən»,  «ehtiyacdan  qurtaran» 

sözündən, -ci (-çi) Ģəkilçisindən və əp, əb - «bacarıqlı» «mahir», «fərasətli», «iĢcil» 

sözündən  ibarət  addır.  «Əfrasiyab»  türkcə  «Abrasiyab»  adının  farslaĢdırılmıĢ 

formasıdır  və  tədqiqatçıların  bu  adı  farsmənĢəli  saymaları  qondarmadan  baĢqa  bir 

Ģey deyil (8, 159). Əlbəttə, sözlərə xüsusi açar salmaq istedadı olan, dil materialları 

əsasında Azərbaycan tarixində bir çox mətləbləri yerinə qoyan Q. Qeybullayevin bu 

sahədəki  xüsusi  qabiliyyətini  göstərməklə  yanaĢı  etiraf  etməliyik  ki,  yalnız  təkcə 

sözlə,  onu  çək-çevir  edib  çözələməklə  həmiĢə  düzgün  nəticəyə  gəlmək  mümkün 

olmur.  Burada  adın,  sözün  təkcə  Ģəkli tərəfləri  ilə deyil,  onun  tarixi ilə  bağlı,  yeni 

məna  kəsb  etməsi  ilə  əlaqədar  əlavə  məlumatlar  nəzərə  alınmalıdır.  Biz  burada  Q. 

Qeybullayevin  Əfrasiyabın  Ģəxsiyyəti  ilə  bağlı  çox  dəyərli  ehtimalın  sonraya 

saxlayıb  ad  haqqındakı  mülahizələrini  elmi  müddəa  kimi  qəbul  edə  bilmirik.  Bu 

barədə  B.  Q.  Qafurovun  mülahizəsinə nəzər  salaq.  Əfrasiyabın  farsca  səslənməsinə 

baxmayaraq o da bu adı indiki deyimdə olduğu kimi qəbul etmir. B: Q. Qafurovun 

«Taciklər»  kitabının  22-ci  səhifəsində  bir  qeydi  vardır:  «V.  A.  LifĢite  belə  güman 

edir  ki,  Əfrasiyabın  Soqdca ilk  adı  «ParĢivan»  olmuĢdur.  (Bu  sözün hərfi  oxunuĢu 

«Qara  çayın  üzərində»dir).  Sonra  o,  Tacikcə  «Parsiyab»  Ģəklində  tələffüz 

olunmuĢdur. Daha sonrakı yüzilliklərdə isə Əfrasiyab kimi baĢa düĢülmüĢdür». 

Bu qeyddən görəsən məqsəd nədir? Min illər ərzindəki Əfrasiyab deyiminə 

kölgə salmağın mənası nədir? Axı, həmin adın özü irandillilərə məxsusdur. Məsələ 

burasındadır  ki,  Əfrasiyab  (Tur  Frasiak)  əfsanəvi  hesab  edilən  (əslində  real  tarixi 

Ģəxsiyyət  olan)  ulu  türk  həkmdarı  Alp  Ər-Tonqaya  irandillilərin  verdiyi  addır. 

«Əfrasiyab  qədim  iranlıların  Ģər,  pislik  ilahilərinə  verdikləri  addır»  (25,  37).  Guya 

Əfrasiyab «allahların məkanını divlərin ocağına çevirmiĢdir» (6,287). 

Bu adın ona pislik niyyəti ilə verilməsinə baxmayaraq Alp Ər-Tonqa hər iki 

adda  ġərqdə  ululuq,  yüksəklik,  yenilməzlik,  qüdrət,  müdriklik  simvolu  kimi 

anılmıĢdır. 

Hətta  irandilli  əsərlərdə  belə  münasibətdən  asılı  olmayaraq  Əfrasiyab 

qüdrəti  etiraf  olunur.  «Avesta  yaĢtlarında  daxların  qəhrəmanları  əjdəhanı...  məhv 




57 

 

edən  KereĢasp  və  qüdrətli  Ġran  Ģahına  qarĢı  mübarizə  aparan  əfsanəvi  Əfrasiyab 



tərənnüm olunur» (17,51). 

Zənnimizcə,  B.  Q.  Qafurovu  narahat  edən  irandeyimli  Əfrasiyab  sözünün 

arxasında  böyük  türk  Alp  Ər-Tonqanın  dayanmasıdır.  Əgər  Əfrasiyab  Ģəhəri  o 

türkün  adı  ilə  bağlansa,  Qafurovun  «Orta  Asiya  və  Qazaxstanın  ta  qədimlərdən 

irandillilər  ərazisi  olması»  barədə  konsepsiyası  zərbə  altında  qalır.  Çünki  Alp  Ər-

Tonqa-Əfrasiyab haqqındakı deyimlərdə onun böyük qurucu olmasına Ģəhadət verən 

məlumatlar çoxdur. 

Qədim  mənbələrdə  Buxara  qalasının  SiyavuĢ  və  Əfrasiyabın  əfsanəvi 

dövrlərində tikildiyi qeyd olunur (17, 178). 

«Adurbayaqan  tərəflərdə  Qanzak  Ģəhərini  Turallı  Əfrasiyab  tikdirmiĢdir» 

(18, 6). 

Görkəmli tədqiqatçı ġamil SəmĢidovun «Millət» qəzetinin 20. IX. 1994-cü 

il  tarixli  nömrəsində  dərc  etdirdiyi  «Millətimiz  və  milli  dilimiz  haqqında»  adlı 

məqalədən  parçanı  olduğu  kimi  verməyi  lazım  bilirik:  «Bəzi mənbələrdə  antik  türk 

sərkərdəsi Alp Ər-Tonqanın prototipi, «ġahnamə» qəhrəmanı, Turan padĢahı həmin 

Əfrasiyab  Azərbaycanın  Naxçıvan  Ģəhərinin  banisi  kimi  qeyd  olunmaqdadır.  XVI 

əsrin  ən  məĢhur  türk  coğrafiyaĢünası  Evliya  Çələbi  «səyahətnamə»sində  yazır: 

«Naxçıvan-Azərbaycan hüdudunda baĢqa xanlıqdır ki, xanı çox əsgərə malikdir. Bu 

Ģəhəri  zamani-qədimdə  Ģah  Əfrasiyab  bina  etmiĢdir  ki,  hala  əjdadlarının  mədfun 

olduğu  qübbələr  nümayandır».  «Divani-lüğəti  türk»də  deyilir:  «Barçuk  Ģəhəri 

Əfrasiyabın Ģəhəridir» (I c., s. 381). 

Bütün bunlar böyük hökmdar və sərkərdənin həm də böyük qurucu olması 

barədə təsəvvür hasil etməyə imkan verir.  

Alp Ər Tonqaya öz xalqına sonsuz məhəbbətini izhar etməsinə dair fikirlər 

də  isnad  edilir.  L.  N.  Qumilyov  yazır:  Tarixçi  Fəxrəddinə  görə,  Türklərin  padĢahı 

son dərəcə müdrik və ağıllı adam kimi tanınan Əfrasiyabın kəlamları içərisində belə 

bir kəlam da var: «Türk balıqqulağı içərisindəki mirvarini xatırladır; nə qədər ki, öz 

qınındadır  heç  bir  qiyməti  yoxdur.  Lakin  balıqqulağının  içindən  çıxan  kimi  o, 

qiymətə  minir.  PadĢahların  taclarını,  Ģahzadə  xanımların  boyun-boğazlarını  və 

qulaqlarını bəzəyir» (10, 177). 

ĠĢ  belə  gətiribdir  ki,  türklərə  bu  qədər  yüksək  qiymət  verən  ulu  hökmdar 

Alp  Ər-Tonqaya  onlar  da  öz  məhəbbət,  ehtiram  və  sədaqətlərini  müxtəlif  yollarla 

izhar  eləyiblər.  Türk  dünyasının  sonrakı  dövrlərdə  ən  müqtədir  qəhrəmanlarının 

məhz  Alp  Ər-Tonqa  soyuna  mənsub  olmaları  barədə  mülahizə  və  fikirlər  meydana 

çıxıb. 

ġamil SəmĢidov «Millət» qəzetinin həmin nömrəsində deyir: «Akademik V. 



V. Bartold Əfrasiyab nəslinin hələ monqol hakimiyyəti dövründə qədim Türküstanda 

davam  etməsini  qeyd  edərək  yazır  ki,  Türküstanda  500  il  (840-1212)  hakimiyyət 

sürmüĢ  Qaraxanlar  özlərini  ancaq  türk  və  Əfrasiyab  nəsli  hesab  edirdilər...  səlcuq 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə