57
6.5.
Torpaq
Azərbaycan Respublikası torpaqlarını onların yayılmasının coğrafi və geomorfoloji xüsusiyyətlərinə,
əsasən, dağlıq və düzənlik torpaqlarına bölmək olar. Azərbaycan torpaqlarının təsnifatı verilmişdir:
Alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqları - dağ-çəmən, dağ meşə
çəmən, dağ çəmən bozqır tipi;
Rütubətli və yarım rütubətli subtropiklərin torpaqları - dağ–meşə- sarı, podzollaşmış sarı,
sarı-qleyli torpaq tipləri;
Mezofil meşələrin torpaqları - qonur dağ-meşə, çimli karbonatlı dağ-meşə, dağ qara torpaq
tipləri;
Kserofil meşələrin, kolluqların və dağ bozqırları zonasının torpaqları - qəhvəyi, çəmən
qəhvəyi, boz-qəhvəyi, çəmən-boz-qəhvəyi, boz, çəmən–boz, bataqlıq, çəmən bataqlıq,
avtomorf şoranlar, hidromorf şoranlar, qumlar;
Çay vadilərinin torpaqları - çaybasar çəmən meşə, çaybasar çəmən.
6.5.1. Torpaq ehtiyatları
Azərbaycan Respublikasının ümumi torpaq fondu 8655.5 min km
2
(12% meşələr, 1.7% su hövzəsi,
54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar, mənbə AR
Statistika Komitəsi) təşkil edir ki, onun 4534,6 min hektarı kənd təsərrüfatına (52,4%) yararlıdır.
Ümumi ərazinin 16,5 %-i suvarılan torpaqlardır.
Ölkəmizin ümumi torpaq fondundan kənd təsərrüfatına yararlı torpaqlarla az təmin olunmuş dünya
ölkələri arasında ön sıralarda durur. Hazırda bu kateqoriyadan olan torpaqların hər adama düşən
miqdarı 0,12-0,14 ha arasında (Lənkəran vilayətində 0,06 ha) dəyişir ki, bu da olduqca az göstərici
hesab olunur.
Torpaq balansı üzrə kənd təsərrüfatına yararlı sahənin 1724,8 min hektarı əkin yeridir. Bu əkin
ərazilərinin 188,4 min hektar sahəsi Ermənistanın işğalı altındadır. Kənd təsərrüfatına yararlı torpaq
sahəsinin 167,7 min hektarı çoxillik əkmələr, 109,0 min hektarı biçənəklər, 2492,6 min hektarı örüşlər,
40,9 min hektarı isə dincə qoyulmuş sahələrdir. Ölkə üzrə həyətyanı sahələr 261,9 min hektar (ondan
227,6 min hektarı kənd təsərrüfatına yararlı), meşə sahələri isə 1040,3 min hektar təşkil edir.
Suvarılan əkin sahələrinin ildən ilə artması (1,3-1,4 milyon hektar) iqlimin istiləşməsi ilə yanaşı, həm
də əkinçilikdə yüksək məhsuldarlığın əldə olunması ilə də bağlıdır. Hazırda ölkədə suvarılan
torpaqların sahəsi istifadəyə yararlı torpaqların yalnız 25,2%-ni təşkil edir. Ölkədə həyata keçirilmiş
torpaq islahatı nəticəsində 2000-ə qədər dövlət təsərrüfatı özəlləşdirilərək 800 minə qədər ailənin
xüsusi mülkiyyətinə (2,1 mln. hektar) verilmişdir.
6.5.2. Torpaq problemləri
Kənd təsərrüfatında ictimai-dövlət mülkiyyətinin hökm sürdüyü dövrlərdə (1930-1990-cı illər) torpaq-
əkin sahələri intensiv surətdə mənimsənilmiş, təbii münbitliyin itirilməsi amillərinə (şorlaşma,
şorakətləşmə, bataqlaşma, eroziyaya uğrama, texnogen çirklənmə və s.) çoxaldığıdan kənd
58
təsərrüfatına yararlı torpaqların 650-750 min hektarı şərti yararsız hala düşmüş və bazar iqtisadiyyatı
şəraitində xüsusi torpaq mülkiyyətçilərinə miras qalmışdır.
Əhalinin artımı ilə əlaqədar olaraq torpaqların qeyri-kənd təsərrüfatı obyektlərinə və fərdi tikintilər
altına ayrılması, digər tərəfdən isə torpaqların eroziyaya uğraması, bununla yanaşı, Xəzər dənizinin
səviyyəsinin qalxması nəticəsində yeraltı suların səviyyəsinin yüksəlməsi, meliorasiya tədbirlərinin
lazımınca aparılmaması, əkinçilik texnologiyasının pozulması və s. ilə əlaqədar yararlı əkin sahələrini
azaltmaqdadır.
Torpaq eroziyası
Dağlıq ərazilərdə torpaqların 40 faizə qədəri müxtəlif dərəcədə eroziyaya uğramışdır.
Böyük və Kiçik Qafqazın dağlıq hissəsində məhəlli eroziya bazisinin dərinliyi 800-1600 m, bəzi
yerlərdə isə daha çoxdur. Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz
ovalığında, Talışın Xəzərsahili, Naxçıvanın Arazsahili düzənliyində və Abşeron yarımadasında 50 m
təşkil edir. Böyük Qafqazın ön hissəsində olan Qobustan, Ceyrançöl və Boz dağın cənub yamaclarında
asanlıqla yuyulan süxurların olması burada səthi və qobu eroziyasının geniş yayılmasına səbəb
olmuşdur.
Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. İqlim dəyişmələri – quraqlıq və ardınca
güclü leysan yağıntıların torpağın məhsuldar qatının tamamilə korlanmasına və yuyulmasına səbəb
olur. Xüsusilə, respublikanın dağlıq hissəsində müşahidə edilən leysan yağışlarının intensivliyi çox
(dəqiqədə 10 mm-dən artıq) olub və bunun da nəticəsində sel və daşqın hadisələri baş verir.
Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında müşahidə
edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında bir gündə 50-60
mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə
müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel
hadisələrinin baş verməsinə səbəb olur.
Ümumilikdə ölkə ərazisində torpaq eroziyasına məruz qalmış ərazi tiplərinin səciyyəsi aşağıdakı
kimi qruplaşdırılmışdır:
1. Torpaq səthinin zəif yuyulması və yerlərdə tək-tək qobuların əmələ gəlməsi - respublikanın bəzi
hündür hissələrində (Kiçik Qafqazda – Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın
dağətəyi zonasında – Turut-Sarıca və Ceyrançöl bozqırları), habelə Xanabad, Kiçik və Böyük Turut
hövzələrində yayılmışdır.
2. Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması - Böyük Qafqazın
şimal-şərq yamacında və Qobustandan şimal-qərbə doğru geniş bir qurşağı tutur. Böyük Qafqazın
cənub yamacında orta dərəcədə yuyulmuş torpaqlar şimal-qərb istiqamətində yayılaraq Şəki-Zaqatala
massivinin orta dağ qurşağında müşahidə olunur. Kiçik Qafqazda bu tipli eroziya Gürcüstan
sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq həm cənub, həm də şimal yamaclarda dağətəyi, orta
və hündür dağ zonasını əhatə edir. Lənkəran zonasında çoxlu qobu olması və torpaq səthinin orta
dərəcədə yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir.
Dostları ilə paylaş: |