50
Cənub yamacının çayları - Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları
Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz
yataqları boyu-iri gətirmə konusları yaradırlar.
Kiçik Qafqaz çayları:
Bu çaylar il ərzində paylanma və müxtəlif mövsümlərdə qidalanma xüsusiyyətlərinə görə 2 qrupa aid
edilmişdir:
Yay aylarında yağış sularından daşqın əmələ gətirən çaylar. Bu qrupa sutoplayıcısının
hündürlüyü 2500 m-dən az olan Murğuz və Qarabağ silsilələrindən axan çaylar aiddir
(Tovuzçay, Əsrikçay, Xaçınçay, Qarqarçay, Köndələnçay, Quruçay və s.)
Yaz-yay aylarında qar sularından daşqın əmələgətirən çaylar. Bu qrupa Murğuz və Qarabağ
silsilələri
istisna olmaqla, Kiçik Qafqazın bütün çayları daxildir.
Abşeron-Qobustan rayonu çayları:
Abşeron-Qobustan rayonu çaylarının əsas qida mənbəyi yağış sularıdır. Ceyrankeçməz və Pirsaat
çaylarında bu qida mənbəyinin payı, müvafiq olaraq 70 və 98% təşkil edir. Abşeron-Qobustan
rayonunun geoloji quruluşunda azsulu gilli suxurlar üstünlük təşkil edir. Bu səbəbdən çayların
qidasında yeraltı suların payı cüzidir və ümumiyyətlə, tədqiq olunan ərazidə minimaldır: 2-16%.
Lənkəran təbii vilayəti çayları:
Əsas çay sistemləri olan
Viləşçay, Lənkərançay və Təngəruçay
qidasında qar suları iştirak edir (4-
13%) (Rüstəmov, 1960). Lakin çayların əsas qida mənbəyi yağış sularıdır. Lənkəran çaylarında isə
illik axımın 71-90%-i yağış sularının və 20-30%-i yeraltı suların payına düşür.
Azərbaycanın təbii su ehtiyatlarının paylanması
№
Ərazi
Yerli su
ehtiyatları,
km
3
Qonşu
ölkələrdən daxil
olan su ehtiyatları,
km
3
Cəmi,
km
3
1
Kür hövzəsi (Arazsız)
4,603
12,2
16,803
2
Araz hövzəsi
1,038
8,08
9,118
3
Quba-Xaçmaz və Abşeron-Qobustan
0,981
-
-
4
Lənkəran təbii vilayəti
1,190
-
-
Cəmi
7,81
20,28
28,09
Kür və Araz çaylarının təbii su ehtiyatları birlikdə 25,921 km
3
təşkil edir, onda 1997-2006-cı illərdə
bunun 61,9 %-indən istifadə olunmuşdur. Bütövlükdə Kür çayının Xəzər dənizinə axımı 365 m
3
/s və
ya 11,51 km
3
-ə bərabərdir. Bu rəqəmə Quba-Xaçmaz və Abşeron-Qobustan, həmçinin Lənkəran təbii
vilayəti çaylarının da su ehtiyatlarını (cəmi 2,171 km
3
)
əlavə etsək, onda 13,681 km
3
alınar.
6.4.3. Su istehlakı
Su itkisi irriqasiya və su təchizatı sistemləri üzrə çox yüksək qiymətləndirilmişdir: götürülən suyun
orta hesabla yalnız 68,2%-i istehlakçıya çatdırılır. Belə ki, qalan sular müxtəlif növlü itkilərə (31,8%)
aid edilir.
51
Yerli çaylarda axımın əsas hissəsi yaz dövründə keçdiyindən və onların axımı tənzimlənmədiyindən
daşqın sularından səmərəli istifadə etmək mümkün olmur. Bu suların yalnız 10-15%-i vegetasiya
dövründə suvarmada istifadə olunur. Buna görə də, əkinləri suvarma suyu ilə təmin etmək üçün yerli
çayların axımının tənzimlənməsinə, su anbarlarının tikilməsinə böyük ehtiyac vardır. Yeni su
anbarlarının tikintisi hesabına suvarılan torpaqların ümumi sahəsini 1600-1650 min hektara çatdırmaq
mümkündür.
Yay aylarında, suvarmaya tələbat kəskin artdıqda, çayların axımı azalır və bir çox hallarda onların
bəziləri tam quruyur. Bu aylarda çayların sərfi onların su ehtiyatlarının təqribən 10%-ni təşkil edir.
Bəzi zonalar üzrə axım daha az olur (Lənkəran-Astara zonasında 2,7%, Şamaxı-İsmayıllı zonasında
8,5%). Yay aylarında çay sularının azalması kənd təsərrüfatı bitkilərinin su təminatını çətinləşdirir.
Süni
su anbarlarında 21.5 mlrd. m
3
su ehtiyatları toplamaq imkanı vardır. Bunların əsas hissəsi
suvarma və hidroenergetika məqsədləri üçün istifadə olunur. Yalnız onu qeyd etmək kifayətdir ki,
ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarını 1988-ci ildə, Araz su anbarını isə 1995-ci ildə
tam həcmdə doldurmaq mümkün olmuşdur.
Ölkədə içməli su ehtiyatlarının azlığı su hövzələrinin çirklənmədən qorunmasını vacib edir. Kür və
Araz çaylarının transsərhəd çirklənməyə məruz qalması və kənd yerlərində yaşayan əhalinin
keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 2007-2014-cü illər ərzində 20 rayonun ümumi
əhalisi 530 minə yaxın olan 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara
verilmişdir. Ölkənin iqtisadi və inzibati rayon və şəhərləri üzrə
su istehlakının cəmi illər üzrə aşağıda
verilmişdir
(
milyon kub metr).
İqtisadi və inzibati
rayon və şəhərlərin adları
2010
2011
2012
2013
2014
Azərbaycan Respublikası
7715
8012
8248
8229
8115
Bakı şəhəri
667,8
536,6
514,9
509,6
549,5
Abşeron iqtisadi rayonu
332,1
300,2
297,7
344,1
336,4
Gəncə-Qazax iqtisadi rayonu
777,0
818,3
850,5
877,4
876,5
Şəki-Zaqatala iqtisadi rayonu
274,9
272,2
277,5
275,2
271,3
Lənkəran iqtisadi rayonu
96,7
104,4
99,3
99,1
96,6
Quba-Xaçmaz iqtisadi rayonu
302,9
301,5
301,2
302,1
296,6
Aran iqtisadi rayonu
4440,6
4726,2
5046,8
4975,1
4947,7
Yuxarı Qarabağ iqtisadi rayonu
409,7
518,8
451,4
449,3
431,3
Kəlbəcər-Laçın iqtisadi rayonu
...
…
…
…
…
Dağlıq
Şirvan iqtisadi rayonu
111,4
114,6
112,8
112,6
111,3
Naxçıvan iqtisadi rayonu
301,5
319,0
296,4
284,3
198,0