23
Ayrı-ayrı mütəxəssislər tərəfindən məhəllələrin xarakteristikası barədə
meydana gələn fərqli fikir və təriflərin də kökündə məhz bu amil durur.
Məsələn, A.M.Belenitskiyə görə Pəncikənddə məhəllələr küçələrlə
sərhədlənən yaşayış massivləridir. Göründüyü kimi, bu izahın özündə də bir
natamamlıq var. Çünki məhəllələr heç də sırf yaşayış massivlərindən ibarət
olmayıb. Elə isə, sənət emalatxanalarının və dükanların cəmləndiyi ərazilər necə
adlanmalıdır?
Tədqiqatçı V.L.Voronina da məhəllələrin bitkin xarakteristikasını verə
bilməyib. Onun fikrincə məhəllə sadəcə olaraq “qohumların yaşadığı bir sıra evlər
öz küçəsi olan müstəqil məhəllə təşkil edirdi və o şəhər küçəsindən gecələr
bağlanan qapılarla ayrılırdı”. Xatırladaq ki, Orta Asiya şəhərlərinin tədqiqi ilə
məşğul olan V.A.Lavrov da belə qənaətdədir. Əlbəttə, qohumların toplu halında
gəzməsi, yaşaması və nəhayət məskunlaşması praktikası qədim tarixə malikdir. Bu
hal indinin özündə də bu və ya digər dərəcədə özünü göstərməkdədir. Bununla belə
məhəllələri təkcə bu əlamətə görə fərqləndirmək ən azı məsələyə yarımçıq
yanaşma kimi dəyərləndirməlidir.
Azərbaycanın son orta əsr şəhərlərində hələlik
arxeoloji qazıntılarının miqyasının nisbətən kiçik
olduğundan məhəllələrin quruluşu, onların sahəsi, orada
məskunlaşan əhalinin sayı və sosial-mədəni səviyyəsi
barədə mülahizə yürütmək çox çətindir. Bununla belə
Ağsuda aparılan tədqiqatlar son orta əsr məhəllələrinin
topoqrafiyasını öyrənmək baxımından ilkin addımlar
atmağa imkan verir. Məsələn, III qazıntı sahəsində 6a, 6b,
7a və 7b kvadratlarında aşkar olunmuş daş döşənmiş meydan fikrimizcə
məhəllələrdən birinin həyəti olmuşdur. Ətrafında dəmirçi, misgər və boyaqçı
emalatxanalarının, tikişçi və sümük məmulatı istehsal ilə məşğul olan ustalara adi
sex və dükanların aşkar edilməsi bu məhəllənin daha çox sənətkarlar məhəlləsi
olduğundan xəbər verir.
III qazıntı sahəsində başqa bir məhəllənin əlamətləri 2, 2a, 2b, 3, 3a, 3b,
qismən də 4, 4a və 4b kvadratlarında qeydə alınmışdır. Qazıntının planından
göründüyü kimi, orada 4, 4a və 4b kvadratlarını kəsərək şərq-qərb istiqamətində
uzanan daş döşəməli küçə olub. Hansı ki, yuxarıda haqqında danışılan sənətkarlar
məhəlləsinin də çıxışı məhz həmin küçəyədir. Küçədən şimal tərəfdə isə yaşayış
evləri və istehsalat ocaqları aşkar edilib. 3 və 4-cü kvadratlardakı iri təndirlərdən
isə bilavasitə bazar istehsalı məqsədi ilə istifadə olunub. 2 və 2a kvadratlarında
aşkar edilən yardımçı tikililərin, həmçinin 2b və 3b kvadratında qeydə alınan
nisbətən iri həcmli ev-otağın da məhz bu məhəlləyə aid olduğu güman edilir. 2a və
2b kvadratlarından bir-birinin yaxınlığında qeydə alınmış müxtəlif ölçülü və
müxtəlif formalı ocaq və təndirlər də məhəllənin xarakteri, onun sakinlərinin
məşğuliyyəti barədə fikir söyləməyə imkan verir. Sözsüz ki, sadalanan bu tapıntılar
24
daha çox çörək və şirniyyat məmulatları istehsalı və satışı ilə məşğul olan
insanların cəm olduğu məhəllə təəssərüfatı yaradır. Deməli, şəhərin baş
küçələrindən birinin cənub tərəfində sənətkarlar məhəlləsi, tərəfində isə çörəkçilər
məhəlləsi olub. Təbiidir ki, ərazidə qazıntılar başa çatdırılmadığından hələlik hər
iki məhəllənin sərhədlərini və oradakı evlərin sayını müəyyənləşdirmək mümkün
olmamışdır.
IV qazıntı sahəsində aparılan tədqiqatlar zamanı da şəhərin bəzi
məhəllələrinin
müəyyən hissəsini öyrənmək mümkün olmuşdur. Belə
məhəllələrdən biri 1, 1a, 1b, 1c, 2, 2a, 2b, 2c, 3, 3a, 3b və 3c kvadratlarında qeydə
alınmışdır. Şəhərin mövcudluğunun son illərinə aid edilən bu məhəllənin təqribən
700 kvadratmetrlik ərazisi öyrənilib. Məhəllə şimal tərəfdə şəhərin qala divarları,
cənub tərəfdə isə 4, 4a, 4b və 4c kvadratlarını kəsməklə şərq-qərb istiqamətində
uzanan baş küçələrdən biri ilə sərhədlənir. Plan quruluşu etibarı ilə bu məhəllə
düzbucaqlı formadadır. Evlərin və yardımçı tikililərin çıxışı birbaşa əsas küçəyədir.
Orada çoxsaylı ocaq və təndirlərlə yanaşı, kifayət qədər sıx olan su və kanalizasiya
şəbəkəsinin qalıqları da aşkar edilib.
Məhəllədəki evlərin bir qismi bəzi əlamətlərinə görə onların elitar təbəqəyə
aid olduğunu düşünməyə əsas verir.
IV qazıntı sahəsinin 4, 4a, 4b, 4c, 5, 5a, 5b, 5c, 6, 6a, 6b və 6c
kvadratlarında qeydə alınmış məhəllə də çox ehtimal ki, Ağsunun əsas elitar
məhəllələrindən biri olub. Oradakı əsas və aralıq küçələri kifayət qədər sıx və
mükəmməl işlənmiş kommunikasiya şəbəkəsi, 6b kvadratındakı meydan,
meydanın mərkəzindəki kiçik çarhovuz, onun yaxınlığında içərisi xüsusi divar
bəzəkləri ilə bəzədilmiş ev-otaq və nəhayət, 6-kvadrat boyu şərq-qərb
istiqamətində uzanan möhtəşəm hamam kompleksi bu məhəllənin xarakteri və
mənsubiyyəti barədə müəyyən təsəvvür yaradır. Bütün bu əlamətlər onun ən azı
şəhərin əsas məhəllələrindən biri olduğundan xəbər verir.
Yuxarıda sadalanan nümunələr onu deməyə əsas verir ki, Ağsunun son orta
əsr şəhər məhəllələri plan quruluşu etibarilə yeknəsəq olmayıb. Orada aşkar edilən
qapalı və düz xətt boyunca olan məhəllələr şəhər topoqrafiyasının rəngarəngliyinin
göstəricisi kimi də izah oluna bilər.
Tədqiqatlar nəticəsində belə qənaətə gəlinmişdir ki, məhəllələr sadəcə ərazi
vahidi
deyil.
Yəni,
məhəllə
sakinlərini
birləşdirən
ictimai
əlaqələrin
özünəməxsusluğu həm də onun sosial mahiyyətini açmağa imkan verir. Bu da
onların məişət və ya təsərrüfat həyatının spesifikasını, başqa sözlə, məhəllənin özəl
cəhətlərini müəyyənləşdirirdi.
Otrarın tədqiqatçıları ayrı-ayrı məhəllələrdə
aşkara çıxarılan evlərdən bəzisinin digər evlərdən
qismən fərqləndiyi, daha doğrusu, həmin evlərdə bir
deyil, iki təndir olduğunu ehtimal edirlər. Yeri
gəlmişkən onu da bildirək ki, son orta əsr
Dostları ilə paylaş: |