21
of political intrigue and military conflicts. In many cases other khanates of
Azerbaijan, even outward forces were active participants of these intrigues and
conflicts. For instance, Shaki khanate protected Shamakhi as example of Sarkar
family, and Guba khanate protected Agsu as example of Haji Muhammadali khan.
Sarkar family and Shaki khanate did not accept ruler of Agsu for his orientation to
Iran.
Haji Chalabi attacking Shirvan with great forces in 1755 could not seize
Agsu despite a long-term siege. Haji Chalabi died a bit later after hard defeat at the
battles for Agsu. But the situation did not change. On the contrary, Guba, Garabag,
Salyan and Baku khanates were against Haji Muhammadali khan for humane
stand. At last Haji Muhammadali khan gave up after 8-day siege of Agsu by united
forces of the khanates and swore that he would not serve Iran any more.
Naturally, Agsu's durably becoming a square for political intrigues and
military collisions could prevent consistent and systematic development of the
town infrastructure in Agsu. In such condition construction of large public
buildings, able to define image of the town was not real. Years were naturally re-
quired for construction of large and foundamental buildings. Agsu was almost
inside military conflicts without a break. It was even impossible to complete most
part of launched constructions. Incompleteness of fortress walls and defense trench
in south, south west and south east of the town should be explained by these factors
above all.
ġəhər məhəllələri: Ağsu şəhəri də digər
son orta əsr şəhərləri kimi bütövlükdə əsas və
ikinci dərəcəli küçə və yollardan, irili-xırdalı
meydanlardan, müxtəlif təyinatlı tikililərdən,
yeraltı və yerüstü kommunikasiya şəbəkəsindən
ibarət son dərəcə mürəkkəb bir kompleksdən
ibarətdir. Burada hər şeydən və hər yanda bir
sistem olduğu duyulur. Burada həmçinin hər
şeydən və hər yanda bir sistemsizlik və
nizamsızlıq elementləri də tapmaq mümkündür. Əlbəttə, əsl həqiqəti və real
mənzərəni üzə çıxarmaq üçün mütləqdir ki, nisbətən geniş ərazi öyrənilsin. Etiraf
edək ki, Ağsuda bu həddə çatmaq üçün hələ çox iş görmək tələb olunur. Müqayisə
üçün bildirək ki, Qazaxıstan arxeoloqları uzun illərdir Otrar şəhərinin son orta əsr
təbəqəsini öyrənirlər. Özü də Otrar ərazisinə görə Ağsudan iki dəfə kiçikdir.
İndiyədək orada 500-ə yaxın ev-otaq, onlarla küçə və meydan, çoxsaylı iri binalar
aşkara çıxarılıb. Analoji tədqiqatlar Ürgənc, Buxara, Pəncikənd, Xersones,
Novqorod və digər şəhərlərdə də aparılıb.
Ağsuda isə tədqiqatlar yenicə başlayıb. Burada beş dahədə üst-üstə təqribən
3500 kvadratmetrə yaxın ərazi öyrənilib. Bu Azərbaycanın digər abidələrində
22
aparılan tədqiqatlarla müqayisədə çox olsa da, Otrar, Buxara, Pəncikənd, Xersones
və ya Novqorodda aparılmış qazıntılarla müqayisə olunmayacaq dərəcədə azdır.
Ona görə də belə nisbətən kiçik miqyaslı qazıntılar əsasında bu və ya digər şəhərin
topoqrafiyasının ayrı-ayrı problemləri barədə qəti və əhatəli fikir söyləmək
imkanları son dərəcə məhduddur.
Mütəxəssislər belə hesab edirlər ki, məhəllə orta əsrlərdə olduğu kimi, son
orta əsrlərdə də şəhərlərin əsas komponentlərindən biri olaraq qalırdı. Tədqiqatlar
nəticəsində ayrı-ayrı şəhərlərdə plan etibarı ilə düzbucaqlı, trapesiya şəkilli və
çoxbucaqlı formasında olan məhəllələr aşkar edilib.
Məsələn, orta əsr şəhərlərinin bir qismində məhəllələr qapalı olub.
Məhəlləyə daxil olan evlərin magistral küçəyə fərdi çıxışı olmayıb. Bu evlərin
çıxışı məhəllə daxilindəki meydana hamı üçün ümumi sayılan həyətə açılıb. Bu
halda küçə-dalanların üstü əksər hallarda ayrı-ayrı evlərə məxsus eyvanlarla
bağlanırdı. Daha çox Otrar üçün xarakterik olan bu cür qapalı məhəllələrin qapısı
adətən gecələr bağlanırdı. Bununla belə məhəllələrin nisbətən dərinliyində yerləşən
bəzi evlərin özünün ayrılıqda magstral küçələrə məxsusi keçidləri olurdu.
Zaman keçdikcə məhəllə əhalisinin artımı, yeni ailələrin yaranması, buna
müvafiq olaraq yeni evlərin tikilməsi və ya mövcud evlərin genişləndirilməsi
zəruriyyəti nəticə etibarilə hamı üçün ümumi olan həyətlərin daha da daralmasına
gətirib çıxarırdı. Analoji mənzərəni orta əsr şəhər elementlərinin bu günədək
qorunub saxlandığı İçərişəhərdə, Şəkidə, Lahıc və Basqalda da müşahidə etmək
olar. Məhəllələrin planlaşdırılmasında “qırmızı xətlər”in gözlənilməməsi şəhər
memarlığı üçün həmişə ciddi əngəl olub. Xüsusən də məhəllə meydanından əsas
küçəyədək olan keçid, döngə və dalanlar əcayib dərəcədə girintili-çıxıntılı olması
ilə diqqəti cəlb edirdi. Tikintidəki belə xaotiklik hər yanda müşahidə olunurdu.
Otrardan fərqli olaraq Ürgəncin tədqiqatçıları şəhər divarlarına birləşən bir
sıra tikililərin məhəllənin tərkib hissəsi olduğunu bildirirlər. Orada magistral küçə
boyunca aşkar olunmuş 54 otaq ayrıca məhəllə kimi təqdim olunur.
Plan quruluşu etibarilə əsasən düzbucaqlı formaya malik Xersones
məhəllələrində evlər bütöv divar olaraq magistral küçəyə çıxırlar. Lakin orada da
Otrarda olduğu kimi evlərin hər birinin ayrılıqda magstral küçəyə çıxışı yoxdur.
Yəni, bütün evlərin çıxışı ümumi həyətə-məhəllə meydanınadır.
Hələlik arxeoloji ədəbiyyatda orta əsr şəhər məhəlləsinin konkret tərifi və
hamı üçün məqbul sayıla biləcək izahı yoxdur. Bu da ondan erəli gəlir ki, şəhərlər
müxtəlif olduğu, onların relyefinin fərqləndiyi, əhalinin məskunlaşması ilə bağlı
əsrlər boyu formalaşmış özünəməxsusluq və nəhayət, etnik, dini, sosioloji və
psixoloji faktorların təsir dərəcəsi bütövlükdə məhəllə anlayışının palitrasını da
mürəkkəbləşdirmişdir.
Bu səbəbdən də onun tərifi və xarakteristikası üçün kontorlar
müəyyənləşdirmək bir qədər çətindir.
Dostları ilə paylaş: |