Amerika Birləşmiş Ştatlarının Səfirliyi



Yüklə 9,38 Kb.
tarix06.05.2018
ölçüsü9,38 Kb.
#42113



Amerika Birləşmiş Ştatlarının Səfirliyi

Bakı şəhəri, Azərbaycan


Azadlıq Prospekti 83

AZ1007 Bakı, Azərbaycan

E-poçtu: huseynguliyev@state.gov

Telefon: +(994 12) 498 03 35

Faks: +(994 12) 465 66 71



URL: http://azerbaijan.usembassy.gov


MƏTBUAT ÜÇÜN AÇIQLAMA

4 aprel, 2011



Səfir Brayza İrəli İctimai Birliyinin Gənclik Mərkəzində Görüş Zamanı Facebook Səhifəsini İşə Salır
4 aprel 2011-ci il, Bakı – ABŞ Səfiri Metyu Brayza bu gün WeBlog2 İrəli gənclər qrupunun üzvləri ilə İrəli İctimai Birliyinin Gənclik Mərkəzində görüş zamanı Səfirliyin Facebook səhifəsini işə saldı. Facebook səhifəsi bu ünvanda yerləşir: www.facebook.com/baku.usembassy.
Səfir dedi: “Facebook və digər sosial media vasitələri hər yaşlardan olan insanların fikirlərini bölüşmək və əlaqələr qurmaq üçün önəmli vasitəyə çevrilmişdir. Azərbaycanda gənclər və bütün yaşlardan olan vətəndaşların öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, səfirlik Azərbaycanda yeni media layihələrinin güclü tərəfdarı olmuşdur.”
Səfir Brayza əlavə etmişdir: “Səfirlyin Facebook səhifəsinin işə salınması ilə biz cəmiyyətin bütün təbəqələrindən olan azərbaycanlılarla ünsiyyət qurulması üçün yeni vasitə yaradırıq.”
Səfir, işə salma mərasimi ərzində azərbaycanlıları ABŞ Səfirliyinin Facebook səhifəsini ziyarət etməyə və səhifənin tərəfdarı olmağa həvəsləndirdi. 10.000-ci tərəfdar qeydiyyatdan keçdikdən sonra Səfirlik Dell Studio XP5 laptop kompyuterinin qalibini müəyyən etmək üçün lotoreya təşkil edəcək.
Səfir Brayza İrəli İctimai Birliyinin mərkəzi qərərgahında gənclər QHT-na rəhbərlik edən, Milli Məclisin üzvü Ceyhun Osmanlı tərəfindən qarşılandı.
Səfir öz səfəri ərzində İrəli İctimai Birliyinin bloqçulari ilə bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının dəstəklənməsinə özünün güclü marağı, təhlükəsizlik və enerji məsələləri üzrə davamlı əməkdaşlıq, habelə ABŞ-ın Azərbaycanda iqtisadi və demokratik islahatlara dəstəyini müzakirə etmişdir.
Prezident Barak Obama və dövlət katibi Hillari Klinton İnternet azadlığını xüsusilə vurğulamışlar və Səfir Brayza veb vasitəsilə informasiyaya məhdudiyyətsiz çıxışın mühafizəsinin əhəmiyyətini müzakirə etmişdir.
Kataloq: libraries -> azerbaijan -> 366196 -> Press%20Releases
Press%20Releases -> Amerika Birləşmiş Ştatlarının Səfirliyi
azerbaijan -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar
azerbaijan -> Transcript
azerbaijan -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan
Press%20Releases -> Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir
Press%20Releases -> UsaiD və Amerika Ticarət Palatası investisiya m ühitinin yaxşılaşdırılmasına dair əməkdaşlıq edəcək
Press%20Releases -> Embassy of the United States of America
Press%20Releases -> Azerbiajan
366196 -> Microsoft Word Azerbaycan tercume doc

Yüklə 9,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə