Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının



Yüklə 34,49 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü34,49 Kb.
#34882


 

Layihə 

 

Azərbaycan  Respublikasının  Əmlak 

Məsələləri  Dövlət  Komitəsi  Kollegiyasının 

_________il tarixli ________nömrəli Qərarı 

ilə təsdiq edilmişdir. 

 

 



 

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında  

Hərracların Təşkili üzrə Auksion Mərkəzi  

 

 

Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclarda satışı üçün 



müraciətlərin və sənədlərin qəbulu 

üzrə inzibati reqlament 

 

 



                                            1.Ümumi müddəalar 

 

1.1. Elektron xidmətin adı: Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclarda 

satışı üçün müraciətlərin və sənədlərin qəbulu. 

1.2.  Elektron  xidmətin  məzmunu:    Bu    xidmət    nəqliyyat    vasitələrinin  və 

avadanlıqların  satışının  həyata  keçirilməsi  məqsədilə  təşkil  edilən  hərraclarda 

hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün onların qeydə alınması, 

sifarişlərin qəbulu, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behin 

ödənilməsi ilə bağlı qaydaları müəyyən edir. 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:  

1.3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi; 

1.3.3.  Azərbaycan  Respublikası  Prezidentinin  23  avqust  2000-ci  il  tarixli  432 

nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət   əmlakının  hərraclar  vasitəsilə   satışı  

Qaydaları”nın 3-cü bəndi, 

1.3.4.  “Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  24  iyun  116  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət 

Komitəsinin  yanında  Hərracların  Təşkili  üzrə  Auksion  Mərkəzi  haqqında 

Əsasnamə”,  

1.3.5 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi 

tədbirlər  haqqında”    Azərbaycan  Respublikası  Prezidentinin  23  may  2011-ci  il 

tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi,  



1.4.  Elektron  xidməti  göstərən  dövlət  qurumunun  adı:  Azərbaycan 

Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  yanında  Hərracların  Təşkili 

üzrə Auksion Mərkəzi. 

1.5. Elektron xidmətin digər icraçıları:  yoxdur. 



1.6. 

Elektron 

xidmətin 

avtomatlaşdırılma 

səviyyəsi: 

 

qismən 



avtomatlaşdırılmışdır. 

1.7.  Elektron xidmətin icra müddəti:  3(üç) iş günü müddətinə 

1.8.  Elektron  xidmətin  göstərilməsinin  nəticəsi:  Hərracda  iştirak  etmək 

hüququnun verilməsi. 

 

 



        2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi  

 

2.1. Elektron xidmətin növü: İnteraktiv   

2.2. E-xidmət üzrə ödəniş: ödənişli  

Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr  tarixli  432  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  əmlakının  hərraclar  vasitəsi  ilə  satışı 

Qaydaları”nın  3.1-ci  və  5.3-cü  bəndlərinə  uyğun  olaraq  hərracda  iştirak  etmək 

üçün  seçilən  əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməli 

olduğu hesab: 



Əmlak Məsələləri Dövlət komitəsi VÖEN 2000015631 

Rekvizitlər: 

          Adı: Mərkəzi Bank 

          Kodu: 501004 

          Müxbir hesab: AZ74NABZ011451700000000001944 

          VÖEN: 9900071001, 

          S.W.İ.F.T. NABZAZ2C 

          Alan müştəri; 

          Adı: Əmlak Məsələləri Dövlət Komitəsi 

          Hesab № AZ65NABZ01361150000000004944 

          VÖEN: 2000015631 

Ödənişin  təyinatı:  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr 

tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi 

ilə  satışı  Qaydaları”nın  3.1-ci  və  5.3-cü  bəndlərinə  uyğun  olaraq  hərracda  iştirak 

etmək  üçün  seçilən  əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin 

ödənilməsi. 

       Ödəmə üsulları: elektron ödəniş,köçürmə. 



2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər 

2.4. Elektron xidmətin təqdim olunma yeri: www.emdk.gov.az 

2.5. Elektron xidmət barədə məlumatlandırma:  

        www.emdk.gov.az 

        www.auksion.gov.az  

       “Mülkiyyət” qəzeti  

       Qaynar xətt: 193 

       Telefon: (012) 566-07-44  

        e-mail: info@auksion.az 

 



2.6.  Elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  sənədlər  və  onların 

təqdim olunması forması: 

Elektron xidm

ətin göstə

rilm


əsi üçün tə

l

ə



b olunan s

ə

n



ə

dl

ə



aşağıdakılardır və

 

onların skan edilmiş surə



ti elektron formada t

ə

qdim olunur:



 

Fiziki şəxslər üçün: 

1. Fiziki şəxsin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd  

2. Fiziki şəxsin adından çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə 

3.  Əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməsi  haqqında 

qəbzin surəti (elektron ödəmələr istisna olunmaqla) 

Hüquqi şəxslər üçün: 

1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; 

2. Hüquqi şəxsin nizamnaməsinin surəti; 

3.  Əmlakın  ilkin  satış  qiymətinin  10  faizi  həcmində  behin  ödənilməsi  haqqında 

qəbzin surəti (elektron ödəmələr istisna olunmaqla); 

4. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə; 

5. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd. 

 

                                                            



3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu. 

3.1.1. Sorğunun formalaşdırılması:   

Hərracda  iştirak  etmək  üçün  internet  ünvanından  götürülmüş  sifariş  forması 

doldurulur.             

3.1.2. Sorğunun qəbulu. 

Təqdim  edilən  məlumatlar  qəbul  edilir,  operator  tərəfindən  elektron  xidmətlər 

reyestrinə daxil edilərək qeydə alınır və aidiyyəti şöbəyə göndərilir. 

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 

3.2.1.  Sorğunun  yerinə  yetirilməsindən  imtina  halları  (tam  və  qismən 

avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla) 

Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  23  dekabr  tarixli  432  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  əmlakının  hərraclar  vasitəsi  ilə  satışı 

Qaydaları”nın 3.6-cı bəndində göstərilən hallarda və hərracın başlanmasına 3 (üç) 

bank günündən az müddət qaldıqda sifariş təqdim edildiyi halda sorğudan imtina 

edilir. 


3.2.2.  İstifadəçi  tərəfindən  elektron  xidmətdən  istifadə  etmək  məqsədi  ilə  təqdim 

edilən məlumatlar tam olduğu  halda sorğu qəbul edilir. 



3.3. Sorğunun icrası: 

3.3.1.  İstifadəçi  tərəfindən  sifariş  qəbul  edildikdən  sonra  operator  tərəfindən 

elektron  xidmətlər  reyestrinə  daxil  edilərək  qeydə  alınır  və  məsul  şöbəyə 

göndərilir.  




3.3.2. Məsul şöbədə sifarişə və əlavə edilmiş sənədlərə baxılır. İstifadəçi tərəfindən 

təqdim  edilən  sənədlərdə  imtina  üçün  əsas  olmayan  və  aradan  qaldırılması 

mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə (3 üç) gündən gec 

olmayaraq  yazılı  məlumat  verilir.  Çatışmazlıqlar  1  (bir)  gündən  gec  olmayaraq 

aradan  qaldırıldıqdan  və  bu  barədə  Hərracların  Təşkili  üzrə  Auksion  Mərkəzinə 

məlumat  verildikdən  sonra  elektron  xidmət  göstərilir  və  istifadəçiyə  hərracda 

iştirakçı olub-olmaması barədə müvafiq bildiriş göndərilir.  

3.3.3.  Hərrac  baş  tutduğu  təqdirdə  qalib  iştirakçıya  hərrac  komissiyasının 

protokolu və digər sənədlər təqdim edilir. Hərrac baş tutmadıqda, habelə hərracın 

digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş və qalib 

olmayan hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən 10 

(on) bank günü müddətində  qaytarılır.  

 

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət 

3.4.1. Nəzarət forması: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Hərracların 

Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri həyata keçirir.  

3.4.2.  Nəzarət  qaydası:  Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  27 

sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  hakimiyyəti 

orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın  aparılmasına  dair 

Təlimat”la müəyyən edilmiş qaydada. 

 

 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 

3.5.1.  Elektron  xidməti  təşkil  edən  Hərracların  Təşkili  üzrə  Auksion  Mərkəzinin  

qəbul  etdiyi  qərarlardan  və  vəzifəli  şəxslərin  hərəkətlərindən  qanunvericiliyə 

uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 

3.5.2.    Şikayət  ərizəsi  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikası 

Qanunun 74-cü maddəsinə uyğun olmalıdır; 

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci 

maddəsində nəzərdə tutulmuş müddətdə baxılmalıdır. 

3.5.4.  Məhkəməyə  verilən  şikayətə  Azərbayca  Respublikasının  İnzibati 

Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 

 

 



Yüklə 34,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə