www.kitabxana.net
Amid Əlioğlu
2016
fikirli-fikirli əyləşən gördüm. Mən də onun yanında
özümə yer elədim. İlk olaraq nə baş verdiyini
soruşdum:
-
Nə olub? Kimdi ki, onlar?
-
Sakitcə dayanan qadını görürsən? – əlini
onlara tərəf uzatdı.
-
Görürəm, – dedim.
-
Bax, həmin qadın dünənə kimi elə həmin yerdə
limon satırdı.
-
Başa düşmədim, – həqiqətən hələ də heç nəyi
dərk edə bilmirdim.
-
Azər, o qadın uzun müddət idi ki, beş ədədini
bir manata limon satırdı. Hər ehtiyac olanda limonu
ondan alırdım. Bu gün isə dilənir. Bu qədər sadə.
Gedək, - dedi və ayağa qalxaraq yataqxanaya getmək
üçün yolunu dəyişdirdi.
Sanki ürəyimdən daş salladılar. Ehtiyacı
olanlara halal qazanc vermək əvəzinə, dilənçiliyi peşə
seçənlərə dəstək olmağımızdır bizi cahil edən.
Özümüzü göstərmək üçün pul verməyimizdir
dilənçilərin sayını artıran. Bir sözlə, bizi sivil
insanlardan fərqləndirən, iyirmi qəpik verməklə
hansısa istəyimizin gerçəkləşəcəyinə inanmağımızdır.
www.kitabxana.net Amid Əlioğlu
2016
DÖRDÜNCÜ HİSSƏ
DÜŞMƏN GÜLLƏSİ
Əgər biz tez-tez keçmişi düşünürüksə,
deməli indiki zamanı doğru yaşamırıq.
Natalya Aleksandrovna
Hərbi xidmət illərimin xatirələri... O xatirələr ki,
yada
salındıqca,
düşünüldükcə,
kiminləsə
paylaşıldıqca, sanki yenidən yaşanılır. Dindən sonra
bəlkə də yeganə müzakirə mövzusudur ki, haqqında
danışıldıqca bezmək olmur, məsələlərin əsas
mahiyyəti dərk edilmədən fikirlər səsləndirilir. Ən
maraqlısı isə bu xidməti görmüş insanların
əksəriyyətinin özünü hər sahədə hamıdan fərqli
olduğunu dilə gətirməsi, ancaq ən yaxşı günlərindən
dəm vurması və uydurduğu səhnələrə zaman keçdikcə
özünün də inanmasıdır.