118
sərhədlərini yerli əhali ilə birlikdə gürcü qoşunları qorumalı idi Bu zaman Sovet
Rusiyası qoşunlarının mahaldan qovulması icbari şərt kimi irəli sürülürdü. 2)
Gələcəkdə yerli əhalinin hərbi xidmətə çağırılması Gürcüstanda mövcud qaydalar
əsasında olmalı, fəqət müsəlmanların dini ayinləri saxlanılmalı idi. 3)
İki il ərzində
müsəlman zabitlərin qoşun hissələrindən xaric edilməsi istisna edilirdi. 4) Dairənin
Gürcüstana birləşməsindən 3 il sonra xalq təhsili müstəsna «müsəlman»
(Azərbaycan - Ş.R.) dilində aparılmalı idi. 5) Xalq şəriət məhkəməsinin
saxlanılması şərt kimi irəli sürülürdü. 6) Dairənin Gürcüstana birləşməsinə qədər
meydana çıxmış siyasi və cinayət işlərinə baxılmamalı idi. 7) Tədavüldə müxtəlif pul
nişanələrinin dövriyyəsinə icazə verilirdi. 8) Mahalın idarəçilik qaydası mövcud
ümumdövlət idarəetməsi əsasında olmalı idi.
50
Bu sazişi imzalayan şəxslərin bir çoxu 1918-ci ildə Azərbaycana
birləşmək lehinə səs vermiş bölgənin nüfuzlu mənəvi və ictimai-siyasi xadimləri
idi. Onların sözügedən akta imza atmalarında müəyyən motivlərlə şərtlənmişdi.
Biz ilk fəsildə 26 iyun aktını milli (siyasi) identikliyin siyasi və
sosiomədəni mülahizələrdən çıxış edərək, rasionalcasına təsbiti kimi xarakterizə
etmişdik. Gürcüstana birləşmək haqqında sazişin imzalanmasının arxasında isə
sırf siyasi mülahizələr dururdu.
İlk öncə qeyd etməliyik ki, mütləq dəyişməz, əbədi identikliklər mövcud
olmur. Dövlət və siyasi elitalar daima öz vətəndaşlarının loyallığı uğrunda
mübarizə aparmalıdırlar.
51
Bu tezisə istinadən, söyləmək mümkündür: 1920-ci ilin iyununda üsyan
başçılarının Gürcüstan lehinə qərarı mahaldakı yeni, inqilabi gerçəkliyin onların
sosial-siyasi maraq və statuslarına zidd və təhlükəli olmasından nəşət edirdi. Eyni
zamanda Qızıl Ordu hissələrinin yerli mental xüsusiyyət və ənənələri nəzərə
almadan Rusiyada tətbiq etdiyi şablon üzrə hərəkət etmələri əhalidə yeni
hakimiyyətə qarşı nifrət hissini oyadırdı və üsyanın sosial bazasını genişləndirirdi.
Sazişlə diqqətli tanışlıq, onun təbəəliyə qəbul olma haqqında müqavilədən
daha çox niyyətlər haqqında bəyannaməni xatırladığını söyləməyə əsas verir. Bir
çox maddələrdə mövcud vəziyyətin daha 2-3 il müddətinə olduğu kimi saxla-
nılmasına dair şərtin olması, sanki sazişin son və qətiliyini şübhə a lt ın a alırdı.
Çox güman ki, gürcü hökuməti ilə bu aktı imzalamaqla üsyan rəhbərliyi i lk
növbədə ehtimali müvəffəqiyyətsizlikdən sığortalanmaq məqsədi güdürdü: çıxışın
məğlub olacağı təqdirdə qonşu respublikanın həmsərhəd ərazisi geri çəkilən
üsyançılar üçün təbii sığınacaq rolunu oynaya bilərdi. Gürcü hökuməti isə bu
zaman antibolşevik hərəkatın fəal maddi və mənəvi himayədarına çevrilirdi.
Həqiqətən də üsyanın məğlubiyyətindən sonra Bəşir bəy Qalaciyev, Aslan bəy
Qardaşov, Müslüm əfəndi, Hafiz əfəndi və digərləri öz dağınıq dəstələri ilə
Laqodex və Çarskiye Kolodsı (indiki Siteli-Skaro) rayonlarında sığınacaq
tapmışdılar.
52
119
Zaqatalada iyun üsyanı gedişində Gürcüstan hökuməti nəinki üsyançılara
yardımlar göstərmiş, həmçinin bəzi hərbi hissələrini mahalın ərazisinə daxil
etməklə,
53
müəyyən mənada, hətta hadisələrin iştirakçısına çevrilmişdi. Onun bu
cür davranışı təəccüblü görünə bilər: bir ay əvvəl Qızıl Ordunun müdaxiləsi
təhlükəsi ilə bilavasitə üzləşən gürcü hökuməti bu təhlükəni sovuşdurmaq üçün
fövqəladə diplomatik və hərbi səylər sərf etmişdi. Fəqət onun iyunda,
Azərbaycanda üsyanların baş verməsi şəraitində kifayət qədər fəallaşması yenə də
mövcud vəziyyətdən irəli gəlirdi.
1920-ci ilin yayında Azərbaycanda sovet hakimiyyəti arzu olunan
səviyyədə möhkəmlənməmişdi, sovet qoşunlarının sayı da çox deyildi. Hətta 1920-
ci ilin payızında, regiona əlavə hissələr gətirildikdən sonra belə Cənubi Qafqazdakı
sovet qoşunlarının sayı 26-27 mini keçmirdi.
54
Eyni zamanda Sovet-Polşa cəbhəsində döyüşlərin intensiv xarakter alması,
iyunun 7-dən Vrangel qoşunlarının hücuma keçməsi gürcü hökumətinə daha inamlı
hərəkət etmək cəsarəti verirdi.
Həmin dövrdə Gəncədə, Zaqatalada, Qarabağda alovlanan üsyanlar da
gürcü hakim dairələrində Azərbaycanda sovet hakimiyyətinin qeyri-sabitliyinə dair
müəyyən ümidlər yaratmışdı. Yeri gəlmişkən, 1920-ci ilin yayında Tiflis Qafqazın
sovet əleyhinə mübarizə aparan qüvvələrinin özünəməxsus mərkəzinə çevrilmişdi.
Orada təşkil olunmuş «Azərbaycanın qurtuluş komitəsi» silahlı çıxışların, o
cümlədən Zaqatala üsyanının hazırlanmasında mühüm rol oynamışdı. Bununla əla-
qədar, XI Ordunun komandanı M.K.Levandovski Bakı Sovetinin İcraiyyə
Komitəsinin iclasında məruzəsində iddia edirdi: «Aydındır ki, Zaqatala qəzası
Gürcüstana lazım deyildi, fəqət o, Tiflisdə bulunan... köhnə Azərbaycan
hökumətinə lazım idi».
55
Analoji ehtimala Orconikidzedə də rast gəlirik. Kirovla
həmin günlərə aid söhbətində o, iddia edirdi: «Gürcülər Zaqatala dairəsindən başda
müsəlman-müsavatçılar və hətta sabiq nazirlər olmaqla muxtar vahid yaratmaq və
dairəni Sovet Azərbaycanına qarşı bazaya çevirmək istəyirlər. Yelizavetpol
hadisələri ilə əlaqədar biz VII və XVIII kavaleriyanı Zaqataladan çıxarmışıq; hal-
hazırda gürcülər müsavatçılarla birlikdə orada üsyan qaldırırlar».
56
Zənn edirik ki, Tiflisdə toplaşan Azərbaycan siyasi mühacirləri ilə
Gürcüstan hökumətinin siyasi maraqları o dövrdə üst-üstə düşürdü; bu halda
Zaqatala üsyançılarının bəhs etdiyimız qərarı Azərbaycan mühacir rəhbərliyinin
göstərişi ilə də qəbul oluna bilərdi. Lakin bolşeviklərə qarşı səylərini fəallaşdıran gür-
cü siyasi yuxarıları öz davranışlarında müəyyən ölçünü gözləyirdilər; onlar çox gözəl
anlayırdılar ki, bolşeviklərlə qarşılıqlı təsirdə müəyyən hədd mövcuddur; həmin həddi
keçmək isə geniş miqyaslı müharibəyə labüd surətdə bais olmaq demək idi. Sovet
Rusiyası ilə açıq konfrontasiyadan isə (öz şəxsi-siyasi, habela gürcü dövlətçiliyinin
aqibəti baxımından mümkün nəticələrini
nəzərə alaraq) Gürcüstanın siyasi
rəhbərliyi yayınırdı.
Dostları ilə paylaş: |