ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   59   60   61   62   63   64   65   66   ...   110

135 
 
kimi  tanınırdı;  Qarayazıda  meşə  tədarükünə  icazə  verilməsi  hüququ  da  məhz 
Azərbaycan hökumətinin səlahiyyətlərinə aid edilirdi.
9
 
Bu  arada  Abbasov  -  Kandelaki  komissiyası  fəaliyyətini  sona  çatdırdı. 
Onun 1922-ci il 28 yanvar tarixli iclasında Çatma, Şirək və Eldar düzlərində faktiki 
istifadə sərhədlərinin təsbiti haqqında qərar qəbul edildi.
1 0
 
Çatma  düzü  komissiya  tərəfindən  faktiki  olaraq  ikiyə  bölündü:  Alacıq 
dağından  Dəli-dağla  Çatma  və  Şirək  çöllərinin   bitişəcəyindəki  Tülkü-təpə  dağı 
arasındakı  bucağa  qədər  çəkilən  sərhəd  xətti  bu  düzün  şimal-şərq  hissəsini 
Gürcüstana, qalan hissəsini isə Azərbaycana ayırırdı. Çatma çölünün bölünməsinə 
gürcü nümayəndə heyəti xüsusi təkid etmişdi. Sonuncunun fikrincə, əvvəla, həmin 
düzün  şimal-şərq  hissəsi  gürcü  maldarlarının  istifadəsindədir.  İkincisi  isə 
Gürcüstanın  sərhədyanı  otlaq  əraziləri  mal-qaranın  çoxalması  səbəbi  ilə  gürcü 
maldarları üçün qeyri-kafidir. Azərbaycanda isə otlaq yerləri guya yerli maldarların 
mal-qarasının yetərli sayda olmaması üzündən boş qalmışdır. 
Gürcü  nümayəndələrinin  bu  arqumentasiyası  Azərbaycan  təmsilçisi 
Mamay  Şıxlinskinin  təqdim  etdiyi  xüsusi  rəydə  təkzib  olunurdu.
11
  Şıxlinskinin 
məlumatına  əsasən,  komissiya  1921-ci  ilin  dekabrın  28-də  Çatma  çölünü  təhqiq 
etmişdi.  Təhqiqat  gedişində  çölün  hələ  çarizm  zamanında  33  otlaq  sahəsinə  - 
yatağa  bölündüyü,  həmin  33  sahədən  də  yalnız  11-nin  gürcü  maldarlarının 
istifadəsində olduğu aşkar edilmişdi. Bu 11 sahədən isə sadəcə, ikisi nisbətən uzun 
müddət  gürcü  maldarlarının  istifadəsində  olmuşdu.  Qalan  9  yataq  isə  yaxın 
zamanlaradək  Azərbaycan  maldarlarına  məxsus  olub,  yalnız  son  illərin  hərc-
mərcliyi şəraitində gəlmə gürcü maldarlar tərəfindən qəsb edilmişdi. 
Şıxlinskinin  gətirdiyi  bilgilərdən  o  da  bəlli  olurdu  ki  Çatmada  gürcü 
maldarlarının  bir  qismi  1918-ci  ildə  peyda  olmuşdu:  o  vaxt  Azərbaycanın  daxili 
işlərinə başının qarışdığından istifadə edən Gürcüstan, birinci fəsildə də qeyd etdi-
yimiz kimi, alman himayəsi altında sərhədlərini özbaşına  surətdə bərqərar etməyə 
çalışırdı. 
Gürcü  maldarlarının  digər  qismi  isə  hətta  1921-ci  ilin
 
dekabrında,  yəni 
komissiyanın  çölə  baş  çəkməsindən  bir  neçə  gün  əvvəl  oraya  gəlmişdi.  Şıxlinski 
çox haqlı olaraq yazırdı: «Uzaq keçmişdən müsəlmanların istifadəsində olan Çatma 
düzünün  bir hissəsinin  gürcülər tərəfindən ələ  keçirilməsi  faktına  istinadən  gürcü 
nümayəndə heyəti qəsb olunan torpaqların qəsbkarlarda saxlanılmasına təkid edirdi 
və bu müddəanı komissiya qəbul etdi».
12
 
Şıxlinskinin  bütün  etirazlarına  rəğmən  komissiya  Çatma  çölünün  şimal-
şərq hissəsini Gürcüstana güzəşt etdi. Bu qərar, aşağıda görəcəyimiz kimi, 1927-ci 
ildə  sözügedən  düzün  böyük  hissəsinin  qonşu  respublikaya  verilməsinin 
müqəddiməsi idi. 
Qarışıq  komissiyanın  28  yanvar  qətnaməsində  Eldar  düzündə  malik 
olmaya dair heç bir mübahisənin olmadığı qeyd edilirdi. Yəni faktiki olaraq tərəflər 
bu  rayonda  azərbaycanlı  maldarların  hüquqlarını  təsdiq  edirdilər.  Sözügedən 


136 
 
maldarlar 1922-ci ilin yanvarın 2-də ümumi toplantılarında Azərbaycan tərkibində 
olmaq lehinə qərar çıxarmışdılar. Yeri gəlmişkən, o illərdə Eldar düzü bütövlükdə 
(yəni 1929-cu ildə Gürcüstana verilmiş hissəsi ilə birlikdə) Gəncə qəza hakimiyyət 
orqanları tərəfindən idarə olunurdu.
13
 
Qətnamənin  digər  maddəsi  Şirək  çölünün  İori  (Qabırlı  çayına  bitişik 
hissəsinə müəyyən aydınlıq gətirirdi: orada faktiki istifadənin sərhədi kimi Şirək və 
Çatma  çöllərinin  bucağında  yerləşən  Tülkü  təpədən  aşağıya,  Eldar  düzünədək 
uzanan xətt tanınırdı. 
Qarışıq  komissiya  adıçəkilən  qətnamənin  qəbulu  ilə  öz  fəaliyyətini  başa 
vurdu.  Onun  qərarlarının  ümumən  götürüldükdə  Azərbaycan  üçün  pozitiv 
məqamları var idi: ilk növbədə Azərbaycana 79600 desyatin, yəni təqribən 87000 
hektar ərazi  qaytarılırdı  ki,  bunlardan  9200  desyatini  (10051  ha) meşə,  3600  des. 
(3933 ha) şumluq, 67500 des. (73743 ha) otlaqlar təşkil edirdi.
14
 
Fəqət  sözügedən  komissiyanın  fəaliyyətində  Azərbaycanın  maraqlarına 
cavab  verməyən  məqamlar  da  yox  deyildi.  Qeyd  olunmalıdır  ki,  onun  nəzərdən 
keçirdiyi  torpaq  məsələləri  prinsip  etibarı  ilə  mübahisə  predmetinə  çevrilməməli 
idi; yəni istər Qarayazıda, istərsə də Eldar və Çatma düzlərindəki sahələr, bir qayda 
olaraq,  Azərbaycan  kəndlilərinin  və  maldarlarının  əzəli  torpaqları  idi.  Orada 
gürcülərin  sayı  əhəmiyyətsiz  dərəcədə  az  idi.  Məsələn,  Qarayazıda  yaşayan 
əhalinin 88%-ni azərbaycanlılar təşkil edirdi, Eldar düzündə isə bu rəqəm 100%-ə 
çatırdı.
15
  Gürcülər,  ümumiyyətlə,  həmin  ərazilərdə,  əsasən  1918-ci  ildən  sonra 
peyda  olmuşdular.  Lakin  Çatma  çölü  ilə  bağlı  qərardan  da  göründüyü  kimi, 
sərhədlərin  təsbiti  zamanı  bəzən  bu  amil  qulaqardına  vurulurdu.  Bu  baxımdan 
Çatma  və Qarayazı düzlərinə dair 1921-ci il sazişləri bir növ  presedent idi. Sonra 
görəcəyimiz  kimi,  20-ci  illərin  ortaları  və  ikinci  yarısında  istər  Zaqatala  kənd 
icmalarının  torpaqları  məsələsi,  istərsə  də  bəzi  digər  ərazi  mübahisələri  bənzər  
sxem    üzrə    həll    olunurdu:    mübahisəli    torpaqlarda  müəyyən  miqdarda  gürcü 
elementinin olması (onların orada son dövrlərdə məskunlaşmalarına baxmayaraq), 
habelə  Gürcüstanda  torpaq  çatışmazlığı  bəhanə  gətirilərək,  həmin  ərazilər  qonşu 
respublikaya güzəşt edilirdi. 
20-ci  illərin  əvvəllərində  Qabaqçöl  camaatının  «Çiaur  meşəliyi»  adlanan 
məntəqədə  (indiki  Laqodex  rayonunda)  4500  desyatin  (5000  ha),  Zaqatala 
mahalının daha 21 kənd cəmiyyətinin Şirək çölünün  Alazanyanı vadisində 16337 
desyatin 
(təqr. 
17850 
ha) 
torpaqları  məsələsi  Azərbaycan-Gürcüstan 
münasibətlərində mübahisəli ərazi məsələlərindən biri kimi qalmaqda idi. Əvvəlki 
fəsillərdə  qeyd  etdiyimiz  kimi  menşevik  Gürcüstanı  həmin  ərazilər  üzərində  öz 
nəzarətini  bərqərar  edə  bilmişdi.  1919-1920-ci  illərdə  menşevik  hökuməti 
zaqatalalıları öz torpaqlarından tədricən sıxışdırıb çıxarmaq taktikasını yürüdürdü. 
Gürcüstanın  sovetləşməsindən  və  Maxaradze-Nərimanov  sazişinin 
imzalanmasından  sonra  zaqatalalılar  müəyyən  çətinliklərlə  də  olsa,  yenidən  öz 
torpaqlarından istifadə etməyə başladılar.
16
 Lakin belə vəziyyət uzun sürmədi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə