139
komissiyaya mövcud bir sıra sərhədyanı, o cümlədən Sığnaq qəzasındakı
mübahisəli torpaq məsələlərini ləğv etməyi tapşırdı.
23
Bu direktiv çərçivəsində Zaqatala və Sığnaq partiya komitələri katibləri
Balaxlinski və Varamaşvilinin sədrliyi altında təşkil olunmuş xüsusi komissiya
Alazan çayının sağ sahilini və Çiaur meşəliyini təhqiq edərək, 1923-cü ilin aprelin
25-də protokol imzaladı.
24
Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsi (MİK) nəzdində qəzaların
sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya 1923-cü ilin mayın 14-də olmuş
iclasında Balaxlinski -Varamaşvili protokolunu təsdiq etdi. Qəbul edilmiş qərara
əsasən, Alazanyanı vadi Zaqatala və Sığnaq qəzaları arasında aşağıdakı qaydada
bölünməli idi: sərhədləri qərbdə Mosul bərəsi, şərqdə Qanıx-daşan adlı yerdə
Zoyəm-binə, cənubda Kedi (Qaş) dağları, şimalda Alazan çayı ilə hüdudlanan ərazi
Zaqatala qəzasınm, qərbdə Muğanlı çaydan perpendikulyar surətdə Kedi (Qaş)
dağlarınm zirvəsinə, Qanh-qobuya doğru, şərqdə Mosul bərəsindən düz xətlə
həmin dağların zirvəsinə uzanan, şimalda Alazanla, cənubda isə Kedi (Qaş) dağları
ilə sərhədlənən ərazi isə Sığnaq qəzasının inzibati və təsərrüfat sərəncamına
keçirdi. Qətnamənin «Qeydində» açıq şəkildə elan olunurdu ki, Muğanlı
cəmiyyətinin 25 aprel protokoluna uyğun olaraq ayrılmış şumluqlardan və
otlaqlardan vergi tutulması yalnız Zaqatala qəza hakimiyyətinin səlahiyyətlərinə
daxildir.
25
1923-cü ilin 14 may qərarı ilə vadinin təqribən 16500 desyatin təsərrüfat
üçün yararlı ərazisindən 10200 des. zaqatalalıların istifadəsində qalırdı,
26
qalan
sahələr - otlaqlar Duşet və Tionet qəzalarından gəlmiş dağlı-tuşin maldarların,
şumluqlar isə Yuxarı və Aşağı Kedi, Arxiloskalo gürcü kəndlərinin, habelə Nuxa
qəzasından Şirəkə yenicə köç etmiş erməni Səbətli kəndinin ixtiyarına keçirdi.
27
Cənubi Qafqaz MİK nəzdində xüsusi komissiyanın bəhs etdiyimiz qərarı
kompromis xarakter daşıyırdı. Lakin bu kompromis Əliabad və Almalı nahiyələri
kəndlilərinin torpaqları hesabına baş tutmuşdu: göründüyü kimi, onların təsərrüfat
istifadəsindən 6 min desyatindən artıq torpaq sahəsi alınırdı. Bu, gürcü kəndlərinin
təsərrüfat tələbatını ödəmək üçün lazım olandan qat-qat çox idi. Balaxlinski-
Varamaşvili komissiyası müəyyən etmişdi ki, Sığnaq qəzasının Alazanyanı vadidə
yeganə ehtiyacı Yuxarı və Aşağı Kedi və Arxiloskalo kəndlərinin mal-qarasının
suvatı üçün Alazan çayına aparan yola malik olmaqdan ibarət idi ki, bunun üçün də
6 min desyatin yox, xeyli az torpaq tələb olunurdu. Gürcü hökuməti vadini
mənimsəməyə çalışmaqla o vaxtlar ilk növbədə Telav, Tionet və Duşet qəzalarının
qoyunçularını otlaqlarla təmin etmək məqsədi güdürdü.
28
Bununla belə, 14 may qərarının gerçəkləşdiriləcəyi təqdirdə Zaqatala kənd
icmalarının münbit torpağa olan ehtiyacı qismən də olsa təmin olunacaqdı və
aşağıda görəcəyimiz kimi, 1924-cü ilin oktyabr sazişindən sonra əhalinin düçar
olduğu müflisləşmə də baş verməyəcəkdi.
140
1923-cü ilin 14 may qərarı ilə Şirək çölünün sərhədyanı zolağının faktiki
olaraq Azərbaycan ərazisi kimi tanınmasını həmin il Tiflisdə nəşr olunmuş
məlumat kitabı da təsdiqləyirdi.
29
Digər ixtilaf predmeti - Çiaur meşəliyi də diqqət mərkəzində qalmaqda
idi. İkinci fəsildə qeyd etdiyimiz kimi, 1917-1918-ci illərdə Gürcüstanın dağlıq
rayonlarından köç etmiş tuşinlər, habelə Kutais quberniyasından gəlmiş torpaqsız
kəndlilər indiki Laqodex rayonunun ərazisində, Qabaqçöl və Balakən kənd
icmalarının əzəli torpaqlarında 10 il öncə salınmış rus kəndlərini qəsb etmişdilər.
20-ci illərin əvvəllərində gürcülər həmin kəndləri artıq tamamilə özününküləşdir-
mişdilər: sənədlərdə Voronsovka, Daşkovo, İllarionovka və başqa rus toponimikası
tədricən yox olur, onları Çuduani, Tamariani, Tsodniskari, Podaani, Vardisubani
(sonuncunun əhalisi Telavi qəzasının eyniadlı kəndindən gəlmişdi) kimi gürcü
adları əvəzləyir.
Sovet dövründə «Çiaur meşəliyi» məsələsi ilk dəfə 1923-cü ildə
Balaxlinski-Varamaşvili komissiyası tərəfindən təhqiq edilmişdi. 25 aprel
protokolunun 8-ci və 9-cu paraqrafları təraflərin bu məsələyə dair kompromis
xarakterli razılaşma əldə etdiklərindən xəbər verirdi. Orada qabaqçöllülərlə gürcü
kəndləri arasında mübahisə rayonunda sərhəd kimi Kalçanka (Soyuq su) çayından
Dərin-qobu çayına və oradan da birbaşa Alazana doğru gedən xətt tanınırdı.
Qabaqçöllülərə yeni binələrini götürmək, daşkovlulara (gürcülərə) isə Beşkən adlı
yerdə (orada qabaqçöllülərin iri binələri yerləşirdi) Çürülü Çayı (gürcücə Svideba)
keçməmək tövsiyə olunurdu. Çiaur meşəliyində qabaqçöllülərin mühüm
təsərrüfat əhəmiyyətli torpaq sahələrindən biri - Qalabuqav-tala Podna və Laqodex
kənd icmalarının sərəncamına verilirdi.
Gürcü tərəfi Balaxlinski-Varamaşvili protokolunda və 14 may qərarında
ifadəsini tapmış razılaşmalara əslində riayət etmək niyyətində deyildi. Əksinə,
1923-cü ildən etibarən gürcü hökuməti istər Şirək çölündə, istərsə də Çiaur meşəli-
yındə məqsədyönlü surətdə zaqatalalılara maneələr törətməyə, onların torpaq
istifadəsini məhdudlaşdırmağa girişmişdi. Sığnaq qəza hakimiyyət orqanlarının
şirnikləndirməsi və təhriki ilə gürcü miqrantlar o ildən Zaqatala kəndlilərinə
yenidən basqın etməyə başlamışdılar. Məsələn, 1923-cü ildə gürcü qoyunçuları
Şirəkdə xutorlar tikdikdən sonra mütəmadi olaraq əliabadlılara hücumlar edir,
onların çobanlarını döyür və hətta öldürür, mal-qarasını isə qovub aparırdılar.
30
Analoji hadisələr Çiaur meşəliyində də baş verməkdə idi: 1923-cü ilin
martında
gürcülər dörd qabaqçöllünü qətlə yetirmişdilər.
31
Paralel olaraq, gürcü hökuməti Alazanyanı vadinin və Çiaur meşəliyinin
tamamilə Gürcüstana birləşdirilməsi məqsədi ilə addımlar atmağa başlamışdı. Bu
baxımdan 1923-cü ilin 14 may qərarı gürcü rəsmilərinin nəzərində öz irəligedən
planlarının yalnız ilkin mərhələsini təşkil edirdi.
1923-cü ilin oktyabrında Sığnaq qəza icraiyyə komitəsi və Gürcüstanın
Xalq Torpaq Komissarlığı 14 may qərarına yenidən baxılması haqqında Cənubi
Dostları ilə paylaş: |