153
sabitləşmişdi. Sadalanan amillər Gürcüstan hökumətinə Zaqfederasiya çər-
çivəsində qonşuları ilə münasibətdə daha inamlı hərəkət etmək imkanı verirdi.
Həmçinin artıq qeyd etdiyimiz kimi, respublikada gerçəkləşdirilən aqrar islahat
gedişində təsərrüfata yararlı torpaq massivlərinə olan ehtiyac gürcü hakimiyyətini
yeni mənbələr axtarışına sövq edirdi.
Qeyd etdiyimiz amil və səbəblər fonunda 20-ci illərin ortalarına doğru
Gürcüstanın rəsmi dairələri Azərbaycanla həll edilmiş, həmçinin hələ də qalmaqda
olan torpaq mübahisələrinin öz lehinə dəyişdirilməsi və ya çözümü istiqamətində
səylərini gücləndirmişdi. Bu vəziyyəti M.C.Bağırov 1925-ci ilin noyabr
müşavirəsində belə təsvir edirdi: «Gürcü yoldaşlar bir sıra məsələlər qaldırıblar ki,
o zaman bizim yoldaşlar (yəni 1921-ci ildə sazişlərə imza atan və komissiyanın
işində iştirak edən gürcü səlahiyyətliləri - Ş.R.) səhvə yol vermişlər və bu qərarlar
yekun deyil. Və hətta siz gürcü xəritəsinə baxsanız görərsiniz ki, bu sazişlər üzrə
bizə keçmiş bütün sahələri özlərinə qatıblar və özü də bizim nöqteyi-nəzərimizcə
ən mübahisəsiz sahələri belə onlar mübahisəli kimi qələmə vermədən öz ərazilərinə
daxil etmişlər və bizim və gürcü kəndliləri arasında bütün mübarizə, bütün dava-
dalaş da məhz elə bu məntəqələrdə (söhbət Eldar düzündəki, habelə Qazax-Sığnaq
və Zaqatala-Sığnaq qəzaları arasında mübahisələrdən gedir -Ş.R.) baş
verməkdədir».
67
Yeri gəlmişkən, 20-ci illərdə Azərbaycanla Gürcüstan arasında 8
mübahisəli torpaq məsələsi mövcud idi: Çiaur meşəliyi, Şirək çölünün Alazanyanı
vadisi, Eldar düzündə sahələr, Vaşlovani və Buğa adlanan sahələr, İori (Qabırrı)
kənarı rayon, Çatma çölü, Aramdərə və Bodbi pay torpaqları, David-Qareci
monastırı rayonu.
Çiaur meşəliyi və Alazanyanı vadi ilə əlaqədar sazişlər və onların Cənubi
Qafqaz MİK-i tərəfindən təsdiqlənməsi digər Azərbaycan-gürcü torpaq
mübahisələrinin analoji şəkildə həllinə yol açmışdı. Məsələn, 1925-ci ilin aprelin
17-də Gürcüstan SSR Xalq Torpaq Komissarlığı (XTK) Cənubi Qafqaz MİK-in
torpaq komissiyasına müraciət edərək, David-Qareci rayonunda sərhədin yenidən
baxılması haqqında məsələ qaldırdı. Gürcü tərəfinin fikrincə, 1921-22-ci illərdə
qarışıq komissiyada GSSR-dən olan təmsilçilər həmin rayonda sərhəd müəyyən
edilərkən, guya Gürcüstan vətəndaşlarının faktiki istifadəsində bulunan otlaqların
bir qisminin Azərbaycana keçməsini nəzərə almamışdılar. Ona görə də həmin
rayonda sərhəd təshih edilməlidir.
1925-ci ilin oktyabrın 6-da Cənubi Qafqaz MİK Kiçik Rəyasət Heyəti
arxeoloji sərvət kimi David-Qareci monastrının mühafizəsinin zəruri hesab
edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin ASSR və GSSR MİK-lərinə
abidənin mühafizəsinə dair birgə tədbirlər görmək həvalə edilirdi.
Yeri gəlmişkən, monastır kompleksi Azərbaycan ərazisi olsa da, faktiki
olaraq Gürcüstanın təyin etdiyi keşişlər tərəfindən idarə olunurdu. Bu keşişlər də
çox vaxt özlərini təhrikedici aparırdılar. Məsələn, 1925-ci ildə Şıxlı kəndinin
154
sakinləri monastır rayonunda torpaqlarını becərmək istədikdə, monastrın baş keşişi
Abaşidzenin təhrik etdiyi bir qrup gürcünün müqaviməti ilə üzləşmişdi.
Azərbaycan tərəfinin bu məsələdə mövqeyi 1921-ci il sazişinə
əsaslanırdı. Onun fikrincə, monastır Azərbaycan tərkibində qalmaqla mühafizəsi
hər iki respublika tərəfindən həyata keçirilə bilər. Monastır torpaq sahibliyi isə
ASSR qanunvericiliyinə müvafiq qaydada kökündən ləğv olunmalı idi. David-
Qareci monastırına dair Cənubi Qafqaz MİK-i tərəfindən yekun qərarlar 1927-29-
cu illərdə verilmişdi. Elə digər torpaq mübahisələrinin də həlli təxminən həmin
dövrə təsadüf edirdi. Yeri gəldikcə biz bu və digər mübahisəli torpaq məsələsinin
üzərinə qayıdacağıq.
Bəhs etdiyimiz torpaq mübahisələrinə gəldikdə isə, gürcü tərəfi
gündəlikdə duran birinci məsələni həll etdikdən -əraziləri özünə birləşdirdikdən
sonra həmin rayonları sosial-iqtisadi baxımdan özününküləşdirməyə başlamışdı.
Alazanyanı vadidə gürcü hakimiyyət orqanları zaqatalalıların təsərrüfat
hüquqlarını müntəzəm surətdə pozurdu. İlk növbədə Sığnaq qəza icraiyyə komitəsi
28 oktyabr 1924-cü il aktı ilə nəzərdə tutulan sahələrin Zaqatala kənd icmalarına
verməkdən müxtəlif bəhanələrlə ya imtina edir, ya da gecikdirirdi.
68
Bu cür hərəkət
etməklə gürcü tərəfinin başlıca məqsədi əkin kampaniyasına maneələr yaratmaq və
hətta onu pozmaq idi.
Digər tərəfdən gürcü hakimiyyəti Şirəkdəki otlaqlardan istifadəyə görə
Zaqatala kəndlilərindən böyük məbləğdə vergi ödəmələrini tələb edirdi, əks
təqdirdə onları örüşə buraxmayacağı ilə hədələyirdi.
69
Gürcü hakimiyyət orqanlarının zaqatalalıların Şirək çölündən (növbəti
paraqrafda görəcəyimiz kimi, həmçinin Çiaur meşəliyindən) metodik xarakter almış
sıxışdırıb çıxarma kursu Azərbaycanın rəsmi dairələrini məsələyə yenidən
baxmağa sövq edirdi. Yeri gəlmişkən, Azərbaycan hökuməti 1924-cü il oktyabr
sazişlərini ratifikasiya etməmişdi: o, sadəcə baş vermiş fakt qarşısında
qoyulmuşdu.
1925-ci ilin sonlarında Azərbaycan SSR XTK qonşu respublikalarla
torpaq mübahisələrinə dair münasibətini əks etdirən geniş arayış hazırlamışdı.
Onun Alazanyanı vadiyə dair hissəsində deyilirdi ki, «komissiyanın (Balabanov
komissiyasının - Ş.R.) torpaq istifadəsi haqqında əldə etdiyi nəticələr onların
əsasında müəyyən qərar çıxarmaq üçün həddən ziyadə qeyri-dəqiqdir; ASSR
vətəndaşlarının GSSR ərazisi daxilində torpaq istifadəsi hüququ ilə respublikalar
arasında sərhədi Alazan çayı üzrə təsbit etmiş qərar məsələnin həlli olmayıb, yalnız
ASSR vətəndaşlarının xeyrinə olmayan mübahisə ocağının yaradılmasıdır».
70
Arayışda sərhədlərin müəyyən edilməsi üçün bu və ya digər respublikanın
vətəndaşlarının torpaq istifadəsinə dair daha dəqiq və etibarlı bilgilərin əldə
olunması zəruriliyi də vurğulanırdı.
Sözügedən materiallar 1926-cı ilin noyabrın 30-da Azərbaycan MİK sədri
S.Ağamalıoğlunun sədrliyi altında keçirilmiş müşavirəyə təqdim olundu. Biz
Dostları ilə paylaş: |