ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   66   67   68   69   70   71   72   73   ...   110

151 
 
cu illərin əvvəllərində ZSFSR XTK kollegiyasının üzvləri Vartapetyan, Xundadze, 
Salaridze, katibi İsaxanyan idi.
59
 Göründüyü kimi, federal torpaq komissarlığı kimi 
məsuliyyətli  bir  qurumda  azərbaycanlı  təmsil  olunmamışdı.  Ümumiyyətlə,  20-ci 
illərin  ilk  yarısında  Cənubi  Qafqaz  MİK  əməkdaşlarından,  sadəcə,  15,4  %-i 
azərbaycanlı  idi;    30,8  %-ni  ermənilər,  23,1  %-ni  gürcülər,  11,5  %-ni  isə  ruslar 
təşkil edirdi.
60
 
20-ci  illərdə  torpaq  mübahisələri  komissiyasında  Azərbaycan  tərəfini 
Seyid  Cəfər  Yaqubov  təmsil  edirdi.  Əslən  Nijni  Novqorod  tatarlarından  olan, 
şüurlu  həyatını  Bakı  neft-mədən  rayonunda  inqilabi  hərəkatla  bağlamış  Yaqubov 
Cənubi Qafqazın mürəkkəb etnik və etnososial reallıqlarına bələd deyildi. Təsadüfi 
deyildi  ki,  Azərbaycanın  xalq  daxili  işlər  komissarı  M.C.Bağırov  1925-ci  ilin 
noyabrında  olmuş  müşavirədə  onu  yaxşı  yoldaş,  fəqət  mübahisəli    torpaq 
məsələrinin 
incəliklərindən 
büsbütün  başı  çıxmayan  bir  şəxs  kimi 
səciyyələndirmişdi.
61
 
Yeri  gəlmişkən,  adını  çəkdiyimiz  Onanov  Qazax  və  Dilican  qəzaları 
arasında  sərhədlərin  müəyyənləşdirilməsi  üzrə  komissiyaya  başçılıq  edərkən, 
Azərbaycan  torpaqları  hesabına  Ermənistanın  ərazicə  artmasına  kifayət  qədər 
kömək  göstərmişdi.  Təsadüfi  deyildi  ki,  M.C.Bağırov  qeyd  etdiyimiz  müşavirədə   
bu   şəxsi   millətçilikdə   və  daşnaq   keçmişində ittiham etmişdi. 
Oktyabr sazişlərinin Azərbaycanın maraqlarına nə dərəcədə zidd olduğunu 
dərk edərək, öz etiraz səsini ucaldan ilk rəsmi şəxs Zaqatala qəza torpaq şöbəsinin 
müdiri  Dibir  Nəsibov  olmuşdu.  Bu  şəxs,  ümumiyyətlə,  20-ci  illərin  ortalarında 
Zaqatala  kənd  icmalarının  torpaqlarının  Gürcüstan  tərəfindən  mənimsənilməsi 
siyasətinə  qarşı  fəal  mövqeyi  ilə  seçilirdi.  O,  1924-cü  ilin  dekabrın  14-də 
hakimiyyət  orqanlarına  ünvanladığı  etiraz  təliqəsində  torpaqların  verilməsini  qəti 
şəkildə  pisləyirdi.
62
  Nəsibov  bu  aktın,  məsələn,  Qabaqçöl  camaatı  üçün  sosial-
iqtisadi  nəticələrini  belə  qiymətləndirirdi:  «Əgər  bu  torpaqlar  Sığnaq  qəzası 
sakinlərinin  istifadəsinə  verilərsə,  onda  Qabaqçöl  sakinləri  otlaqsız  qalacaqlar  və 
öz  isti  yurd-yuvalarını  tərk  etməli  olacaqlar,  çünki  belə  olduğu  halda  onların... 
hətta  mal-qaralarını  otarmaları  üçün  örüşləri  belə  olmayacaq».  1925-ci  ilin 
fevralında  Qabaqçöl  cəmiyyəti  müvəkkilləri  (fikrimizcə,  D.Nəsibovun  yaxından 
iştirakı  ilə)  Azərbaycan  Şuraları  MİK  və  Azərbaycan  K(b)P  MK-ya  ərizə  ilə 
müraciət  etdilər.  Ərizədə  müxtəsər  olaraq  aşağıdakı  dəlillər  irəsi  sürülmüşdü:  1) 
Torpaqlar  tarixən  Zaqatala  qəzasının  -  tarixi  Car-Balakən  camaatlığının 
istifadəsində  olmuşdur  və  bu  ərazilərdə  yaxın  zamanlaradək  gürcü  elementi 
bulunmamışdır.  2) Torpaqların  Gürcüstana  verilməsi zaqatalalıların müflisləşməsi 
deməkdir.  3)  Mübahisəli  rayonlar  (o  cümlədən  Şirək  çölü)  Zaqatala  kəndlilərinin 
bilavasitə  istifadəsində  olduğu  üçün  onların  Zaqatala  qəzası  idarəçiliyində  olması 
inzibati cəhətdən də özünə haqq qazandırır. 
Ərizənin  sonunda  deyilirdi:  «Mübahisəli  torpaqlara  tarixi  və  faktiki 
hüquqlar Zaqatala qəzasının əhalisinə məxsusdur və əgər bilik və qüvvə üstünlüyü 


152 
 
yolu  ilə  bu  torpaqlar  gürcülərə  ayrılacaqsa,  bu,  açıq  ədalətsizlik  və  bizim  qanuni 
hüquqlarımızın  və  yaşama  haqlarımızın  pozulması  demək  olacaq.  Bu  mübahisəli 
torpaqlar əhalimizin möhtac qisminin çörək tikəsidir...».
63
 
Gətirilən  fraqmentdə  «bilik  və  qüvvə  üstünlüyü»  ifadəsi  diqqətəlayiqdir. 
«Bilik» dedikdə, çox güman ki, qabaqçöllülər onların mənafelərini müdafiə edəcək 
savadlı azərbaycanlı idarəçilik kadrlarının yoxluğuna, «qüvvə» dedikdə isə yuxarı 
hakimiyyət  strukturlarında  gürcü  və  erməni  vəzifəlilərinin  sayca  və  nüfuzca 
üstünlüyünə işarə edirdilər. 
Bu  müraciət  Azərbaycan  SSR  MİK  Rəyasət  Heyətinin  1925-ci  ilin  21 
fevralında  olmuş  geniş  iclasında  baxıldı.  İclasda məsələyə  yenidən  baxılması  və  o 
vaxtadək  1924-cü  il  15  oktyabr  öncəsi  mövcud  köhnə  vəziyyətin  qüvvədə 
saxlanılması haqqında Cənubi Qafqaz MİK-i qarşısında vəsatət qaldırıldı.
64
 
Lakin  1925-ci  ilin  martın  30-da  Cənubi  Qafqaz  MİK  nəzdində  torpaq 
məsələləri  üzrə  komissiyanın  iclasında  oktyabr  protokollarının  təsdiqi  və 
Azərbaycan tərəfinin vəsatətinin rədd edilməsi haqqında qərar qəbul edildi.
65
 Yeri 
gəlmişkən, həmin  qərar  komissiyanın  sədri  S.Kasyan  və  katibı  Onanov  tərəfindən 
imzalanmışdı. 
Elə  həmin  gün  Cənubi  Qafqaz  MİK-in  iclası  keçirildi.  İclasda  Kasyanın 
məruzəsi  əsasında  torpaq  komissiyasının  yuxarıda  göstərilmiş  qətnaməsi  təsdiq 
edildi.
66
 
Bu  qərar  oktyabr  sazişlərini  qüvvəyə  mindirməklə  bərabər,  «mübahisəli 
torpaqlar»  adlandırdığımız  məsələyə hüquqi  baxımdan  yekun  vururdu:  o  tarixdən 
etibarən  Azərbaycan  tərəfinin  həmin  ərazilərin  inzibati  cəhətdən  özünə  tabe 
etdirilməsinə yönəlmiş bütün səyləri dönmədən rədd edilirdi və rədd cavabının da 
hüquqi əsası kimi məhz 30 mart 1925-ci il qərarı  çıxış edirdi. 
 
 
 
3. 1920-ci illərin ikinci yarısı-30-cu illərin əvvəllərində 
Zaqatala kəndlilərinin ġirəkdən tamamən sıxıĢdırılıb- 
çıxarılması və bunun sosial-iqtisadi nəticələri 
 
Birinci   paraqrafda   biz   1921-ci   ildə   N.Nərimanov-F.Maxaradze və 
M.Hacıyev  -  B.Mdivani  sazişlərinə,  habelə  Azərbaycan-gürcü  komissiyasının  8 
noyabr  1921-ci  il  və  28  yanvar  1922-ci  il  qərarlarına  əsasən  bəzi  torpaqların 
Azərbaycana  qaytarıldığından  bəhs  etmişdik.  Gürcüstan  bu  qərarların  qəbul 
edildiyi  vaxt  yenicə  sovetləşmişdi;  respublikanın  siyasi  həyatı  qeyri-sabit,  sosial-
iqtisadi vəziyyəti isə böhranlı idi. Lakin   20-ci   illərin   ortalarına  doğru  vəziyyət  
dəyişmişdi:  Gürcüstan,  digər  sovet  respublikaları  kimi,  nisbətən  dayanıqlı  sosial-
iqtisadi  inkişaf  yoluna  qədəm  basmışdı.  Eyni  zamanda,  1924-cü  ilin  avqustunda 
Gürcüstanda  antisovet  çıxışı  yatırıldıqdan  sonra  respublikanın  siyasi  həyatı  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə