76
tapan müsəlman əhalisi və Sığnaq qəzasındakı mübahisəli ərazilərə köçürülmüş
gürcü miqrantları) də proseslərin fəal iştirakçıları idilər.
«Lokal»
münaqişənin,
yuxarıda
gətirdiyimiz
xarakteristik
göstəricilərindən əlavə, bir keyfiyyət parametrini də qeyd etmək istərdik. Bu ixtilaf
etnososial səciyyəli olub, maraqların münaqişəsi idi: orada yuxarıda sadaladığımız
sosial subyektlərin məhdud resurslara münasibətdə mənafeləri toqquşurdu. Bu
zaman münaqişə motivasiyası (ixtilafın daxili, subyektiv mənbəyi, fəaliyyətə sövq
edən motivi) da müvafiq formada təzahür edirdi: münaqişə tərəflərindən biri -
gürcülər öz məqsədlərinə nail olmanın yolunu yalnız digər tərəfin, yəni Zaqatala
əhalisinin imkanlarının - sözügedən resurslara gedişinin məhdudlaşdırılmasında
görürdülər. Yeri gəlmişkən, görkəmli amerikan sosioloqu L.Kozerin fikrincə, hər
bir sosial münaqişənin gedişində opponentlər öz rəqiblərini neytrallaşdırmağa,
zərər vurmağa və (və ya) aradan qaldırmağa çalışırlar.
36
Daha bir önəmli konfliktoloji məqama diqqət yetirilməlidir: hər bir
münaqişə müəyyən kontekst çərçivəsində, yəni sözün geniş mənasında onu əhatə
edən sosial mühitdə yaranır və vüsət alır.
37
Nəzərdən keçirdiyimiz münaqişənin
siyasi konteksti qismində Azərbaycan-Gürcüstan münasibətləri kompleksi çıxış
edirdi. Həmin münasibətlərin bu və ya digər zaman, kəsimində məzmun və
dinamikası (hansı ki, özü daha fundamental səviyyəli beynəlxalq kontekstin təsiri
ilə formalaşırdı), sonra görəcəyimiz kimi, sözügedən ixtilafın cərəyan etmə
xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərirdi.
Söylənilən nəzəri mülahizələrə bir növ yekun vuraraq, aşağıdakı cədvəllə
«mübahisəli torpaq sahələri» şərti adı almış ixtilafın ən ümumi konfliktoloji təsnifatını
təqdim etmək istərdik.
Cədvəl 1.
«MünaqiĢəli torpaq sahələri» adlı münaqiĢənin təsnifatı
(1918-1920)
Təsnifatın əsası
Tipik xüsıısiyyətləri
Təzahür formasına və ictimailik
(publiklik) dərəcəsinə görə
Akluallaşmış Yarızorakı
Keyfiyyət
xarakteristikalarına
görə
Rasional (düşünülmüş)
Maraqlar münaqişəsi
Dəyişkən yekunlu münaqişə (yəni münaqişə
tərəflərinin maraqları tam zidd deyildi)
Kommunikativ isliqamətliliyinə
görə
Üfüqi (simmetrik) belə ki, münaqişədə bərabər
statuslu subyektlər iştirak edirdilər.
77
Cərəyanetmə xüsusiyyətlərinə
görə
Açıq
Məqsədli (gürcü tərəfindən qəsdən törədilmiş)
Lokal (miqyasca)
Uzunsürən (temporal xarakteristikasına
görə)
Münaqişə tərəflərinin tərkibinə
görə
Qruplararası İnstitusional
Tənzimlənmə imkanlarına görə Kompromis
3. Ġxtilafın meydana çıxması. Zaqatala valisi
Ə.HaĢımbəyovun onun tənzimlənməsinə dair ilk addımları
(1918-ci ilin sonu-1919-cu ilin əvvəli)
Münaqişə situasiyasının yetişmə dövrü 1917-1918-ci illərə təsadüf
edirdi: qeyd etdiyimiz kimi, Çiaur meşə məntəqəsində salınmış rus kəndləri
sakinlərinin bölgəni tərk etməsi ilə onların məskən və torpaqlarını gürcü köçkünləri
tutmuş, bu isə konfliktogen şərait doğurmuşdu. Azərbaycanın Ziraət Nazirliyinin
arayışında deyildiyi kimi, «bu gedişi (rusların getməsi nəzərdə tutulurdu - Ş.R.)
qəti hesab edən yerli əhali (Qabaqçöl camaatı - Ş.R.) təbii olaraq güman edirdi ki,
keçmişin səhvlərini düzəltmək və Car-Balakən vilayəti hüdudlarında tarixən
təşəkkül tapmış torpaq istifadəsini bərpa etmək mümkün olacaq. Lakin bu
gözləmələr özünü doğrultmadı və çıxıb getmiş rus məskunlarının əvəzinə gürcülər
və imeretinlər gəldilər, çünki əvvəlki Car-Balakən vilayətinin bu hissəsi Gürcüstan
ərazisinə aid edilmişdir».
38
Bənzər vəziyyət Şirək düzündə - Alazanyanı vadidə də
yaranmışdı: 1884-cü ilin 29 iyun qanununa əsasən istifadə olunan hər desyatinə
görə mahalın xatırlanan 21 kəndi müəyyən vergi ödəyirdi ki, 1918-1919-cu ilin
qışında gürcü hökuməti onun ölçüsünü 15 dəfə qaldırmışdı. Zaqatala kəndliləri
üçün yeni vergi stavkası çox yüksək olduğundan, 1919-cu ilin payızına doğru
onların Gürcüstan dövlət xəzinəsinə 1 milyon 845 min manat məbləğində borcu
yığılmışdı. Bu borcu bəhanə gətirən gürcü hakimiyyəti zaqatalalıların həmin
torpaqlardan, ələlxüsus da otlaqlardan istifadəsinə maneələr yaradırdı: əsl
məqsəd - həmin ərazinin iqtisadi cəhətdən mənimsənilməsi idi və buna görə də
oraya güclü surətdə maldar- tuşinlər köçürülürdü.
39
Bir daha vurğulamaq istərdik ki, imperiyanın unifikasiyaedici struktur
kimi aradan qalxması bir növ münaqişədə katalizator rolunu oynamışdı. Məsələn,
əgər qabaqçöllülər və balakənlilər, qeyd etdiyimiz kimi, hətta rus köçkünlərinin
gəlişindən sonra da müəyyən ödəniş əvəzinə Çiaur meşəsindən sərbəst istifadə edə
bilirdilərsə, Gürcustan Respublikasının meydana çıxması ilə, xüsusən də 1918-ci
ilin sonlarına doğru, onlarm bu imkanı xeyli məhdudlaşdırılmışdı. Gürcüstan
Xarici İşlər Nazirliyinin 1919-cu ilin yanvarında Azərbaycan diplomatik
78
nümayəndəliyinə ünvanladığı təliqəsində deyilirdi: «Madam ki, Balakən kəndi
Zaqatala meşəbəyiliyinin külli miqdarda ağac oduncaq verə biləcək geniş Balakən
meşə məntəqəsinin yaxınlığında yerləşir, Laqodex meşəbəyiliyinin Çiaur
məntəqəsi isə meşə qırma və ağac buraxma nəticəsində xeyli seyrəlmişdir, onda
Balakən meşə məntəqəsi qabaqçöllülərin də ağac-oduncağa olan ehtiyacını təmin
edə bilər».
40
Təliqədə belə bir faktı xatırlamaq unudulurdu ki, Çiaur meşəsinin
seyrəlməsi məhz gəlmə gürcülərin təsərrüfat fəaliyyətinin nəticəsi idi: bu minvalla
onlar əkinəyararlı torpaqlar əldə etmək istəyirdilər.
41
Gürcü hakimiyyət orqanlarının qeyd olunan əməlləri nəticəsində artıq
1918-ci ilin payızından etibarən Zaqatala vilayəti ilə Sığnaq qəzasının sərhəd
zolağında qətl və qarətlərlə müşayiət olunan toqquşmalar xeyli artmışdı. İxtilafın
eskalasiyasının, yəni sonrakı kəskinləşməsinin qarşısını almağa yönəlmiş ilk əməli
cəhdi Zaqatala valisi Əliyar bəy Haşımbəyov edir: onun təşəbbüsü ilə 1918-ci ilin
noyabrın 8-də Qabaqçöl kəndində Sığnaq qəza hakimiyyət orqanlarının iştirakı ilə
iclas keçirilir.
42
İclasda Haşımbəyovun səsləndirdiyi dəlil və mülahizələr Zaqatala
sakinlərinin Çiaur meşə məntəqəsinə olan hüquqlarını əsaslandırmalı idi. Bu
mülahizələr, əslində Azərbaycan tərəfinin bu ixtilafda gözlədiyi arqumentasiyanı
yığcam halda ifadə edirdi:
«1) Çiaur meşəliyi qədim zamanlardan rus hökmranlığına qədər bizim
sakinlərə məxsus idi; 2) Bu meşələrdən rus hakimiyyəti xəzinə meşəbəyiliyi təşkil
etmişdi; ondan həm Sığnaq qəzası, həm də Zaqatala dairəsi sakinləri istifadə
edirdilər; 3) Rus hakimiyyətinin məhv edilməsi ilə meşə məkanları...
Gürcüstan və Azərbaycan arasında... sanki neytral zolaq olaraq qalmaqdadır; 4)
Sözügedən halda rus hökmranlığı zamanında Sığnaq qəzası ilə Zaqatala dairəsi
arasında bərqərar edilmiş sərhəd, Çiaur meşələrinin hansı dövlətə mənsubluğu
məsələsinin həllində vacib əhəmiyyətə malik ola bilməz; 5) Bizim sakinlərimizin
meşədən istifadə etmələrinə yasaq qoyulması yolverilməz zorakılıqdır və onların
mühüm həyati maraqlarının pozulması deməkdir...» Haşımbəyov mülahizələrini
irəli sürərkən, bir önəmli fakta istinad edirdi: 1885-ci ildə mərzləmə həyata
keçirilərkən, Qafqaz canişinliyi yanında Əkinçilik və Dövlət Əmlakı idarəsinin
planlarında Çiaur meşəsi «inzibati mübahisə» kimi işarələnmişdi, yəni onun, hansı
inzibati vahidə mənsubluğu sual altına alınmışdı.
İclasda Haşımbəyov yetərincə kompromis xarakterli təklifini irəli
sürür: Gürcüstan və Azərbaycan arasında son və qəti sərhəd bərqərar edilənədək
Çiaur meşəliyindən Zaqatala sakinlərinə istifadə etməyə icazə verilməli, bu zaman
istifadə üçün ödənişdən yığılacaq məbləğ iki dövlət arasında bölünməlidir.
İclasda iştirak edən gürcü təmsilçiləri Zaqatala valisinin gətirdiyi dəlillərlə
müəyyən mənada razılaşaraq, Çiaur meşəbəyisi ilə məsləhətləşmələrdən sonra,
məsələyə dair birgə müşavirə təşkil etməyə söz verdilər.
Lakin nəzərdə tutulan müşavirə gürcü tərəfinin ona maraq göstərməməsi
üzündən baş tutmadı. Sığnaq qəza komissarı Zaqatala valisinə 1918-ci ilin 31
Dostları ilə paylaş: |