72
Stolıpinin aqrar islahatı gedişində qabaqçöllülərin torpaqlarında (indiki
Laqodexi ərazisində) yeddi rus kəndi təşkil olunmuşdu: Novo-Alekseyevka,
İllarionovka, Novo-Mixaylovka, Qrafskoye, Voronsovka, İvanovka, Daşkovo
24
.
Bundan əlavə, gürcü kəndi Şroma da təqribən o vaxtlar salınmışdı. 1917-ci ildə
ruslar faktiki olaraq qovulurlar və onların boşalmış kəndlərini gürcülər tuturlar.
Gürcülərin gəlişini İ.Qəbulov belə xatırlayırdı: «Hürriyyət olan gündən gürcülər
hər vasitə ilə olsa da, yuxarıda zikr olunan kəndlərdəki mühacir xaxolları gah
təhdid və gah təzyiq edərək, o yerlərdən köçürüb, onların yerinə Kutais
quberniyasından və qeyri-yerlərdən gürcü qardaşlarını gətirib, iskan etdilər
(məskunlaşdırdılar - Ş.R.). Təbiri-digərlə, gələcəkdə Zaqatal okruğunu qəsb
etməyə mənəvi və cismani bir qüvvə hazırladılar».
Bənzər proseslər Şirək düzündə də cərəyan etməkdə idi: Birinci rus
inqilabından sonra Alazanyanı bölgədə iki gürcü kəndi (Aşağı və Yuxarı Kedi)
salınmışdı.
25
Bu kəndlərə istinad edən gürcü hökuməti 1918-1920-ci illərdə
Zaqatala kənd icmalarını faktiki olaraq Alazan çayının sağ sahilindən sıxışdırıb
çıxarmağa çalışırdı.
Beləliklə, gətirilən mənbələr ixtilaf ocaqlarında hadisələrin münaqişəyə
qədərki tarixini ümumi cizgilərdə bərpa etməyə kifayət edir, belə ki, orada
saxlanılan bilgilərin bir çox hallarda identik olması qərəzli təhrif və yanlışlıq
ehtimalını (belə ehtimal isə mümkündür, çünki istənilən mənbə, ələlxüsus,
narrativlər gerçəkliyi bilavasitə yox, bilvasitə - şüurdan keçirməklə - əks etdirir)
xeyli azaldır.
İstinad etdiyimiz mənbələr belə bir mənzərəni cızır: Zaqatala kənd
icmalarının 100 illər boyu malik olduqları nəhəng torpaq massivləri çarizmin
ədalətsiz inzibati bölgüsü nəticəsində Sığnaq qəzası (Gürcüstanın indiki Laqodexi,
Sığnaqi, Siteliskaro rayonları) ərazisinə düşmüşdü. Hələ XIX əsrdə rus hökuməti
həmin torpaq sahələrini paralayaraq, Şirək düzündə təqribən 107000 desyatini
gürcü-tuşinlərə, gələcək Çiaur meşə məntəqəsində 6000 desyatindən artıq sahəni
isə knyaz Çelokayevə və başqa gürcü əsilzadələrinə vermişdi. XX əsrin
əvvəllərində yuxarıda bəhs etdiyimiz hadisələr nəticəsində Qabaqçöl kəndliləri
Çiaur məntəqəsində daha 5-6 min desyatin torpaq itkisinə məruz qalmışdılar.
Mənbələrlə tanışlıq həmçinin söyləməyə əsas verir: mübahisəli sahələrə
dair müxtəlif sənədlərdə göstərilən rəqəmlər (müvafiq olaraq 4500 və 16337
desyatin) 1917 və sonrakı illərin reallıqlarını əks etdirirdi. Lakin çarizm tərəfindən
XIX-XX əsrin əvvəllərində Çiaur məntəqəsi və Şirəkdə torpaq fondunun yenidən
bölüşdürülməsinə dair gətirdiyimiz bəzi bilgilər Zaqatala kənd icmalarının bir
zamanlar daha geniş torpaq sahələrinə malik olmasından xəbər verir.
Sözügedən sahələr 20-ci illərin ortalarınadək Zaqatala kəndlərinin
təsərrüfata yararlı əsas torpaq fondu və başlıca dolanışıq mənbəyi idi. Qabaqçöl
sakinləri Zaqatala qəza icraiyyə komitəsinə 1923-cü ilin dekabrın 27-də
ünvanladıqları ərizədə Çiaur məntəqəsinin onlar üçün təssərrüfat əhəmiyyətini belə
73
dəyərləndirirdilər: «...Bizim kənd icmamız Zaqatala qəzası hüdudlarında əlverişli
şum torpaqlarına malik deyildir, ona görə də bizdə əkinçilik zəif inkişaf etmişdir,
bizim meyvəli bağlarımız da yoxdur... və bizim kənd təsərrüfatımız yalnız iri
maldarlığa söykənir... Mübahisəli torpaqların əlimizdən alınması kəndlilərimizi
mal-qarasız, meşə tikinti materiallarsız və hətta yanacaqsız qoymalıdır, yəni
kəndliləri qəti surətdə müflis etməlidir».
26
Analoji vəziyyət Şirək düzündə - Alazan vadisində də yaranmışdı.
Əliabad, Almalı və Muxax məntəqələrinin adlarını öncə çəkdiyimiz 21 kəndinin
istifadəyə yararlı əkin və otlaqları Zaqatala dairəsi hüdudları daxilində deyil, məhz
Alazan vadisində idi.
27
Yeri gəlmişkən, bir faktı nəzərə çatdırmaq istərdik Əkinçilik və Dövlət
Əmlakı Nazirliyinin Tiflis quberniya idarəsi 1880-cı illərdə iki dəfə həmin vadini
məhz sözügedən kəndlər arasında aşağıdakı qaydada bölüşdürmüşdü: Mosul
kəndinə - 1155 des., Əliabad - 1600 des., Varxiyan - 1155 des., Muğanlı - 1000
des., Qandax - 530 des., Padar - 154 des., Kəpənəkçi - 147 des., Yengian - 232
des., Kürdəmir-80 des., Kiçik Ləkit - 240 des., Tasmalı - 182 des., Zəyəm -650
des. və s.
28
Cənubi Qafqaz vahid unifikasiyaedici sosial-iqtisadi və siyasi sistemin -
imperiyanın tərkibində bulunduqca, hökumət orqanları bu tip sosial münaqişələrin
- əslində torpaq mübahisələri sosial səciyyə daşıyır - eskalasiyasına imkan
vermirdilər. Məsələn, Qabaqçöl və Şambul kənd cəmiyyətlərinin Azərbaycan SSR
XKŞ sədri Q.Musabəyova 1926-cı ilin 17 iyununda göndərdikləri ərizədə rus
kəndləri ilə Çiaur məntəqəsi üstündə heç bir mübahisənin düşmədiyi
vurğulanırdı,
29
hərçənd 1910-1912-ci illərdə qabaqçöllülər dəfələrlə canişinliyə
müraciət edərək, sözügedən məntəqədə «Beşkən» adlı yerin onların tam
sərəncamına verilməsini xahiş etmişdilər.
30
İmperiyanın müvəqqəti dağılması və
Cənubi Qafqazda gənc respublikaların meydana gəlməsi, ötən fəsildə də qeyd
etdiyimiz kimi, çoxsaylı siyasi, sosial və iqtisadi münaqişələrlə müşayiət olunurdu:
ərazi və sərhədlərin təsbiti prosesi illər boyu yığılıb qalmış qarşılıqlı iddia və
ədavətlərin sürətlə aktuallaşmasına yol açmışdı. Bu zaman iri tarixi-coğrafi
vilayət və rayonlarla (Zaqatala, Borçalı, Qarayazı və s.) yanaşı, daha xırda ərazi və
torpaq sahələri də ixtilaf predmetinə çevrilirdi.
Haşımbəyovun 1918-ci ilin noyabrında daxili işlər nazirinə
ünvanladığı raportunda deyilirdi ki, rus idarəçiliyi aradan qalxdıqdan sonra Çiaur
məntəqəsindəki mübahisəli sahə Gürcüstan və Azərbaycan arasında neytral zolağa
çevrilmişdi.
31
Fəqət bu hal uzun sürmədi: gürcü hökuməti həm Çiaur meşə
məntəqəsi (meşəliyin inzibati cəhətdən Sığnaq qəzasına aid olmasını bəhanə
gətirərək), həm də Şirək düzünün Alazanyanı vadisi üzərində, bir qədər sonra
görəcəyimiz kimi, artıq 1918-ci ilin sonu-1919-cu ilin əvvəlində öz nəzarətini
bərqərar etməyə nail olur. Məhz o andan etibarən gürcü hakimiyyət dairələri
Dostları ilə paylaş: |