66
II FƏSĠL
ZAQATALA KƏND ĠCMALARININ «ÇĠAUR
MEġƏLĠYĠ» VƏ ġĠRƏK DÜZÜNDƏKĠ TORPAQLARI
MÜBAHĠSƏ PREDMETĠ KĠMĠ (1918-1920)
1.«Mübahisəli torpaq sahələri» məsələsi və
onun meydana gəlmə səbəbləri
«Zaqatala problemi» kimi işarələdiyimiz münaqişənin daha aşkar təzahür
edən süjet xətti - mahalın kənd icmalarının Sığnaq qəzası ərazisində bulunan və ya
Tiflis quberniyası təsisatlarının sərəncamında olan torpaq sahələri məsələsi idi: bu
məsələ, bir qədər sonra görəcəyimiz kimi, Zaqatalanın siyasi mənsubluğu ilə bağlı
münaqişə süjeti ilə sıx əlaqədə olsa da, ondan həm keyfiyyət xarakteriskasına, həm
də dinamikasına görə əhəmiyyətli dərəcədə fərqlənirdi.
Nəzərdən keçirdiyimiz ixtilafın iki ocağının olduğunu qeyd etməliyik: 1)
Sığnaq qəzasının şimal-şərqində, indiki Laqodexi rayonunda rus idarəçiliyi
tərəfindən «Çiaur meşə məntəqəsi» adlanan ərazi - orada münaqişə ərəfəsində, yəni
1917-ci ildə Qabaqçöl kənd cəmiyyətinə məxsus təqribən 4500 desyatin, yəni 5000
hektara yaxın torpaq sahəsi var idi.
1
Onun sərhədləri təxminən aşağıdakı qaydada
idi: şərqdə Abjit-çay və Ulqam-su çayları, qərbdə Çürülü-çay (Çərəli-çay; gürcücə
Svideba), şimalda -Laqodexi məntəqəsinin Şroma, həmçinin yeddi rus kəndinin
(Daşkovo və başqaları) torpaqları.
2
Bu ərazidə Qabaqçöl və Balakən camaatlarının
əsasən binələri və örüş sahələri yerləşirdi. Əraziyə «Çiaur meşəliyi» adını rus
inzibati idarəçiliyi vermişdi. Bu toponimika «Car salnaməsində» «Cüyür» kimi
təqdim olunurdu.
3
Yerli xalq arasında isə həmin məntəqə ümumi ad altında deyil,
ayrı-ayrı sahələrin (binə və talaların) adı ilə məşhur idi: Beşkən, Çürülü-tala,
Qarakişi-tala (gürcü və rus yazışmasında Siteliqori(qora)), Dərin-qobu, Osman-
binə və s.
2) Sığnaq qəzasının şərq və cənub şərqində Şirək düzünün Alzanyanı
vadisi (Alazan çayının sağ sahili) - bu rayonda münaqişə ərəfəsində Gürcüstanın
Əkinçilik Naziri N.Xomerikinin 1918-ci ildə təqdim etdiyi arayışa əsasən 18554
desyatin,
4
yəni təqr. 20261 ha (sovetləşmədən sonra bu rəqəm 16337 desyatinə
(təqr. 17850 ha) enmişdi
5
) torpaq sahəsi - şumluqlar, biçənəklər, örüşlər indiki
Zaqatala və Qax rayonlarının 21 kəndinin (Qandax, Mosul, Yengian, Əliabad,
Varxiyan, Kiçik Lahıc, Zəyəm, Tasmalı, Lələli, Kəndirqala, Padar, Kürdəmir,
Kəpənəkçi, Muxax, Sarıbaş, Sabunçu, Çardaxlı, Almalı, Qorağan, Kötüklü və
Muğanlı) ixtiyarında idi.
67
Sözügedən torpaq sahələri və hətta dəfələrlə daha artığı XX əsrin
əvvəllərinədək (müəyyən mənada, hətta 1918-ci ilədək) Zaqatala kəndlilərinin,
demək olar ki, müstəsna istifadəsində olsa da, onlar ya inzibati planda Tiflis
quberniyasının Sığnaq qəzasına aid edilmişdi, ya da həmin quberniyanın müvafiq
təsərrüfat orqanlarının sərəncamında bulunurdu. Çarizm, Qafqazın digər
bölgələrində olduğu kimi, burada da sərhəd müəyyən edərkən, çox zaman rayonun
etnokonfessional mənzərəsinə və təsərrüfat xüsusiyyətlərinə deyil, hərbi-strateji
mülahizələrə üstünlük verirdi. Konkret Zaqatala dairəsi və Sığnaq qəzası arasında
sərhədlərin keçirilməsində bu özünü bəhs etdiyimiz sahələrin inzibati planda
Sığnaq qəzasına tabe etdirilməsində büruzə verdi: hökumət ixtiyari (özbaşına)
sərhədin çaylar (Alazan, Dərin, Qobu və s.), yəni təbii baryerlər üzrə müəyyən
etməklə o zaman olduqca narahat və qeyri-sakit olan Dağıstan və Zaqatala
mahalını nisbətən asayişli Tiflis quberniyasından ayırmaq istəyirdi. Qeyd etməliyik
ki, Şirək çölünün Zaqatala kəndlərinə məxsus Alazanyanı vadisinin çarizm
dövründə inzibati mənsubluğu məsələsi nisbətən dolaşıqdır. Məsələ ondadır ki,
müəyyən sənədlərdə vadinin Sığnaq qəzasına daxil olduğu qeyd edilsə elə, inqilaba
qədərki bir sıra xəritələrdə sözügedən vadi Zaqatala dairəsi hüdudları daxilində
göstərilirdi.
6
Rus müəlliflərindən Poserbskinin məlumatına əsasən, dairənin cənub-
qərb sərhədləri «Şirək çölünün ətəklərinədək», yəni Qaş (Kas) sıra dağlarınadək
uzanırdı.
7
Gürcü əkinçilik nazirinin yuxarıda gətirilən arayışından bəlli olurdu ki,
Zaqatala kəndliləri sadəcə vadidən istifadəyə görə vergini Tiflis quberniyasının
müvafiq qurumlarına ödəyirdilər.
Fəqət inzibati sərhədlərin qoyulması heç də qeyd olunan kənd icmalarının
sözügedən torpaq sahələrindən məhrum olması mənasını vermirdi. Əksinə, 1918-ci
ilədək onlar həmin sahələrdən maneəsiz istifadə etməkdə idilər. Vəziyyət 1918-ci
ildə dəyişdi. Müstəqillik əldə etmiş Gürcüstan Respublikası fəal surətdə öz
sərhədlərinin miiəyyənləşdirilməsinə girişdi: o, çarizmdən miras qalan və etnik-
təsərrüfat reallıqlarına zidd olan inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi
qəbul etdi. Beləcə, o çağadək məxsusluğu sual doğurmayan torpaq sahələri
mübahisə predmetinə çevrildi.
Mübahisə predmeti haqqında daha dolğun təsəvvür yaratmaq üçün
hadisələrin əvvəlki tarixinə müəyyən ekskurs etməyi zəruri bilirik.
1905-ci ildə Tiflisdə gürcü ziyalılarını həyəcanlandıran bir xəbər
dolaşırdı: hökumət guya Şirək düzündə təqribən 20000 desyatin otlaq sahəsini rus
köçkünlərinə vermək niyyətindədir. Sonra bəlli oldu ki, bu xəbər həqiqətə tam
uyğun gəlmir: düzdür, rus hökuməti doğrudan da Sığnaq qəzasında tezliklə yeddi
rus kəndi təşkil etdi (bu barədə bir qədər sonra), lakin, əvvəla, Şirəkdə deyil, Çiaur
meşəbəyiliyində və ikincisi, ona 20000 desyatin yox, dəfələrlə az sahə ayırdı.
Lakin o vaxt məsələ hələ aydınlaşmamışdı və belə bir şayiə gürcü
intellektual zümrəsində müəyyən əks-səda doğurmuşdu: həmin zümrənin ruporu
Dostları ilə paylaş: |