62
diniyyələrini (dini səbatlılıqlarını - Ş.R.) görüb, Zaqatala vilayətində Gürcüstana
qoşulmaq istəyən heç bir fərd olmayacağına qəti surətdə» əminliyini ifadə edirdi.
Kiçikxanov yuxarıda bəhs olunan məqsədlərlə bahəm, qeyd etdiyimiz
kimi, bilavasitə oxucuları o günlərdə bölgədə vüsət almış gürcü təbliğatı barədə
məlumatlandırmaq niyyətini də güdürdü. Onun bilgilərinə əsasən, martın
əvvəllərində Zaqatalanın strateji cəhətdən araşdırılması bəhanəsi ilə oraya gürcü
hərbi topoqrafı Pavliyev göndərilmişdi. O, tezliklə Telavi qəzasında məntəqə
komandanı Tartaraşvili və Xutsiyevi (onların hər ikisi əslən qaxlı idilər) Laqodexə
dəvət edərək, buradan məntəqə komandanı Nadirov və daha dörd nəfərlə birlikdə
Zaqatalaya yollanmışdı. Bu qrupun gəlişi yerli Zaqatala ziyalılarında narahatçılıq
doğurmuş, lakin hakimiyyət orqanlarına müraciətlər nəticəsiz qalmışdı.
Məqalə müəllifinin sözlərinə görə, Pavliyevin qrupu silahlı idi və vilayət
daxilində yetərincə sərbəst fəaliyyət göstərirdi: gürcü təbliğatçılar Əlibəyli,
Qorağan, Tasmalı, Əliabad, Qax və s. kəndlərdə «Azərbaycandan bir şey
çıxmayacağını, Zaqatala əhalisinin siyasətan və iqtisadan mənafeyi ancaq
Gürcüstan hökumətinə tabe olmada olduğunu və tez bir zaman içində Zaqatalanı
istila üçün gürcü əsgərləri göndərəcəyi» barədə şayiələr yayırdılar. Kiçikxanov
gürcü təbliğatçılarının fəallaşmasını Zaqatala vilayəti sərhədinə yaxın
məntəqələrdə - Laqodex və Haçaqaya qəsəbələrində gürcü əsgərlərinin toplaşması
ilə əlaqələndirirdi. Prinsipcə, müəllif vəziyyəti düzgün qiymətləndirirdi: 1919-cu
ilin fevral-mart aylarında Zaqatala mahalı və Sığnaq qəzaları arasında sərhədyanı
zonada, «mübahisəli torpaq sahələri» məsələsi ilə əlaqədar gərginlik yaşanmışdı ki,
ikinci fəsildə bu barədə bəhs edəcəyik.
Zaqatala ətrafında gedən mübahisələr Ü.Hacıbəylinin də marağına səbəb
olmuşdu. Onun «Zaqatala məsələsi» adlı məqaləsində
155
ixtilafın başlıca predmeti
kimi bölgənin iqtisadi resursları göstərilirdi: «Bizcə iş tarix üstündə deyildir. Təbii
sərvətlərə malik olan Zaqatala ölkəsi Gürcüstan üçün bir növ zəxirə (azuqə - Ş.R.)
və ərzaq anbarıdır».
Üzeyir bəy Azərbaycan hakimiyyətinin mahal ilə əlaqədar strateji
məqsədini belə təsəvvür edir: «...bizim borcumuz budur ki, Zaqatala ölkəsini, bir
tərəfdən gürcü təərrüzlərindən (hücumlarından - Ş.R.) qorumaq və digər tərəfdən
Azərbaycan mərkəzinə o qədər mərbut etmək ki, bu ölkə məmləkətimizin hər bir
surətdə təbii olaraq layənfək bir cüzi mahiyyətini haiz olsun».
Müəllifə görə, bu məqsəd Zaqatala mahalının Azərbaycan siyasi-iqtisadi
sisteminə inteqrasiyası üçün aşağıdakı vəzifələri diktə edirdi: 1) siyasi vəzifə:
«...bu iş bu növ ilə möhkəm ola bilər ki, Zaqatala ölkəsi dəxi Qarabağ kimi xüsusi
bir general-qubernator təhti-idarəsinə verilib, məhəlli islahata dair hər bir
məsələnin həlli general-qubernatorun yədi-ixtiyarında olsun», çünki «Azərbaycan
hökumətinin Zaqatala ölkəsindəki idarəsi olduqca zəif və boş bir haldadır». Üzeyir
bəyin fikrincə, yerli hakimiyyətin möhkəmlənməsi «əhalini mərkəzə mərbut (bağlı
- Ş.R.) edər».
63
2) İqtisadi vəzifə: «Zaqatala əhalisi... məhsulatın... fəzləsini Gürcüstan ilə
Dağıstana satmağa adət etdiklərindən, aralarında bu iki ölkə ilə iqtisadi əlaqə və
mərbutiyyət hasil edilmişdir: deməli, bu fəzlə məhsulatın alıcısı hökumət özü
olarsa, o halda maddi mənfəətdən başqa siyasi mənfəət dəxi əmələ gəlib, iqtisad
cəhətincə biganələrlə (burada: xaricilərlə -Ş.R.) əlaqəyə ehtiyac qalmaz».
Zaqatala vilayətinin iqtisadi cəhətdən mənimsənilməsi fikri həmin
bölgənin fəal ictimai-siyasi xadimlərindən biri, xalq məktəbləri müfəttişi İslam bəy
Qəbulov tərəfindən də dəstəklənirdi. Onun «Konfrans dolayısı ilə Zaqatala məsə-
ləsi» adlı məqaləsində mahalın Azərbaycan iqtisadiyyatında əhəmiyyəti belə
qiymətləndirilirdi: «...nefti olan Bakı uyezindən sonra hökumətə mədaxil
xüsusunda tamam Azərbaycanda Zaqatala okruğu ikinci yer gərək hesab
olunsun».
156
Gətirilən məqalələr narrativ nümunələrini təmsil edirlər: onlarda Zaqatala
mahalının siyasi taleyi ilə bağlı müəyyən təhkiyə xətti yürüdülürdü. Bu mətnlərin
leytmotivini belə müəyyən etmək olar: 1) Zaqatala bölgəsi etnokonfessional və
sosiomədəni nöqteyi-nəzərdən Azərbaycanın «cüzi-layənfəkidir» (ayrılmaz
hissəsidir), 2) yerli əhali Azərbaycana birləşmək barədə məlum qərarı ilə öz siyasi
müqəddəratını təyin etmişdir. Yəni, əgər gürcü tərəfi, özünün bölgəyə haqlarını
legitimləşdirməli olan «tarixi konsepsiyaya» müraciət edirdisə, Azərbaycan siyasi-
intellektual dairələri analoji məqsəd üçün bir qayda olaraq mövcud reallıqlara
istinad edirdilər.
Beləliklə, 1919-cu ilin əvvəllərində baş vermiş hadisələr - «sənəd
qalmaqalı», «təbliğat müharibəsi», sərhəddə vəziyyətin gərginləşməsi
Azərbaycanın ictimai-siyasi şüurunda Zaqatala məsələsini aktivləşdirdi və
aktuallaşdırdı: bölgə, onun tarixi, siyasi mənsubluğu kimi mövzular ilk dəfə idi ki,
Azərbaycan mətbuatında belə açıqlıqla disskusiya olunmağa başlanıldı. İqtibas
gətirdiyimiz məqalələrdə Zaqatala mahalının sərhədyanı bölgə kimi Azərbaycan
üçün simvolik əhəmiyyəti təsbitlənirdi: mahal, indidən belə ictimai şüurda ölkənin
siyasi, mədəni və coğrafi məkanının ayrılmaz üzvi hissəsi kimi öz qəti təsdiqini
tapırdı.
1919-cu ilin ilk aylarında yuxarıda qeyd etdiyimiz hadisələrlə əlaqədar
yaranmış gərginlik səngidikdən sonra Azərbaycan-Gürcüstan münasibətlərində
bilavasitə Zaqatala mahalının mənsubluğuna dair məsələ nisbətən aktuallığını
itirdi. Bu, bir qədər sonra bəhs etdiyimiz kimi, xarici-siyasi amil ilə bağlı idi: hər
iki respublikanın fiziki mövcudluğuna real təhlükə doğuran Denikin faktoru onları
yaxınlaşmağa sövq edirdi. Gürcü hakimiyyət orqanları «Qruziya» qəzetinin etira-
fına görə, «baş vermiş faktla» - mahalın Azərbaycan tərkibində qalması ilə
barışmalı olmuşdular. Azərbaycan da Borçalıya münasibətdə analoji surətdə
hərəkət etmək məcburiyyətində qalmışdı: halbuki bu qəzanın Azərbaycanın iddia
etdiyi məntəqələrinin əhalisi türklərdən ibarət idi və həmin əhali dəfələrlə öz
müraciətlərində Azərbaycana birləşmək arzusunu izhar etmişdi. Yeri gəlmişkən,
Dostları ilə paylaş: |