64
etnokon-fessional və tarixi baxımdan Azəbaycanla üzvi vəhdət təşkil edən Zaqatala
və Borçalı bölgələrinin mənsubluğu məsələlərində mahiyyət fərqi də bu məqamda
idi: Zaqatala dairəsinin əhalisi bulunduğu dövlətin tərkibinə könüllü daxil
olmuşdusa, Borçalı qəzası, əhalinin ümumi rəyinə rəğmən, xarici-siyasi faktorun
təsiri ilə Gürcüstan tərkibinə daxil edilmişdi.
Fikrimizcə, Gürcüstanın 1920-ci ilin mayınadək Zaqatalaya münasibətdə
iddialarını açıq şəkildə reallaşdırmağa girişməkdən çəkindirən əsas amillərdən biri
də onun Borçalı məsələsinin aktuallaşmasından ehtiyatlanması idi.
Fəqət söylənilənlər heç də Zaqatalaya gürcü iddiaları ilə
əlaqədar
münaqişə süjetinin tamamilə aradan qalxması anlamına gəlmirdi: o ümumən gizli
surətdə varlığını davam etdirirdi və hər an açıq (aktual) şəkildə təzahür etməklə
hədələyirdi. Həqiqətən də, Azərbaycanın sovetləşməsi bu aktuallaşmaya təkan
verdi ki, bu barədə üçüncü fəsildə ətraflı bəhs edəcəyik.
1918-1920-ci ilin ilk rübündə mahalla əlaqədar bir başqa münaqişə xətti
də - Zaqatala kənd icmalarının Sığnaq qəzası ərazisində bulunan torpaq sahələrinə
dair mübahisə inkişaf edirdi. Növbəti fəsildə görəcəyimiz kimi, gürcü hakim dairə-
ləri Zaqatala kəndlilərinin əzəli torpaqlarına girişini əngəlləməklə, digər
məqsədlərlə yanaşı, bölgəni öz siyasi-iqtisadi orbitinə cəlb etmək məqsədi də
güdürdü.
* * *
Beləliklə, birinci fəsilə yekun vuraraq, aşağıdakı qənaətləri qeyd etmək
istərdik.
1917-1918-ci illərdə Rusiya məkanında cərəyan edən proseslər gedişində
sərt unifikasiyaedici strukturun aradan qalxması keyfiyyətcə yeni sosial-siyasi
konfiqurasiyaların, o cümlədən imperiya periferiyasında «millət-dövlətlərin» mey-
dana çıxmasına yol açdı. Bu tip dövlətlərin təşəkkülü milli (siyasi, ümumdövlət)
identikliyin yaradılmasını tələb edir ki, onun da ən önəmli komponentlərindən biri
- ərazi identikliyinin təsbitidir. Ərazi identikliyinin təsbiti isə çox vaxt ərazi
ixtilafları doğururdu, belə ki, yaranmaqda olan «millət-dövlətlər» bəzən eyni
əraziyə iddia edirdilər.
Zaqatala məsələsi 1918-1920-ci illərdə Cənubi Qafqazda meydana çıxmış
çoxsaylı ərazi mübahisələrindən biri idi. Bu məsələnin kökləri əvvəlki onilliklərə
gedib çıxırdı: gürcü intellektualları tərəfindən yaradılmış və öz xalqının etnomədəni
oyanışına xidmət etməyə çağırılmış «tarixi konsepsiyada» Zaqatala dairəsi
Gürcüstanın tarixi-coğrafi, siyasi və mədəni məkanının tərkib hissəsi kimi təqdim
olunurdu. 1917-ci ildə bu konsepsiya gürcü milli-demokratlarının proqramına
salınmaqla siyasi anlam kəsb etdi. 1918-ci ildə, Cənubi Qafqazda müstəqil
respublikaların meydana gəlməsi ilə isə gürcü siyasətçilərinin əsassız iddiaları
üzündən bölgənin siyasi mənsubluğu məsələsi mübahisə predmetinə çevrildi.
65
Bu ixtilafın analoji və sinxron münaqişələrdən fərqli cəhəti, yuxarıda qeyd
etdiyimiz kimi, latent (gizli) formada cərəyan etməsi idi. Biz belə bir vəziyyətin
səbəblərini aşağıdakı şəkildə görürük:
1)
1917-1920-ci illərdə regionda baş verən hadisə və proseslərin xarici-
siyasi (beynəlxalq) kontekstdən asılılığını artıq qeyd etmişdik. Bir daha
vurğulayardıq ki, istər Azərbaycan, istərsə də Gürcüstan öz qarşılıqlı
davranışlarında hegemon dövlətlərin məqsəd və maraqlarını nəzərə almalı idilər.
Həmçinin Rusiyada vətəndaş müharibəsində qarşıduran tərəflərin strateji məram və
taktiki gedişləri də bu respublikaların münasibətlərinə təsir edirdi. Qısası, xarici-
siyasi çağırışlar Azərbaycan və Gürcüstanın siyasi yaxınlaşmasını və deməli,
mövcud ixtilafların arxa plana çəkilməsini zəruri edirdi.
2)«Zaqatala məsələsinin» açıq və hətta zorakı təzahür və cərəyan etmə
forması kəsb etməsini əngəlləyən mühüm amillərdən biri də yerli müsəlman
sosiumunun öz siyasi-dövləti identikliyinin təsbiti (26 iyun 1918-ci il qərarı) və bu
seçimini əldə silah Qafqaz İslam Ordusu sıralarında döyüşməsi ilə təsdiqləməsi
oldu. Mahalın ictimai-siyasi elitası və əhalisinin Gürcüstana birləşməyi qəti surətdə
rədd etməsi gürcü siyasi dairələrinin radikal addımlardan çəkinməsində heç də
sonuncu rolu oynamadı.
3) Fikrimizcə, gürcü və Azərbaycan xalqları arasında tarixi keçmişin ağır
mirası kimi qanlı ixtilaf və ziddiyyətlərin
olmaması da öz sözünu dedi: bəhs olunan
dövrdə iki respublika arasında yaranmış ixtilafları «dəyişkən yekunlu münaqişələr»
kimi səciyyələndirmək olar. Konfiliktologiya elmi «sıfır yekunlu münaqişələri»
«dəyişkən yekunlu münaqişələrdən» fərqləndirir: əgər birincidə nəticə tərəflərin
birinin mütləq qələbəsi və ya məğlubiyyəti terminlərində qavranılırsa
(Azərbaycanla Ermənistan arasında etnoərazi ixtilaflarında olduğu kimi), ikinci tip
münaqişələrdə tərəflərin məqsəd və maraqları təzadlı olsa da, tam ziddiyyətli qəbul
olunmur
157
. Yəni bu halda qarşılıqlı güzəşt və kompromis mümkündür.
1918-1920-ci illərdə mahalın mənsubluğu ilə bağlı mübahisə, ilk növbədə
simvolik sferada baş verirdi: orada gürcü və Azərbaycan ərazi ideologiyaları,
habelə sərhədlərin təsbitinin əsasında duracaq baza prinsipləri daim toqquşurdu.
Fəqət, Gürcüstan Zaqatalanın Azərbaycan Respublikası tərkibinə daxil
olması ilə sadəcə de-fakto barışmışdı, de-yure isə vəziyyəti xeyrinə təsbit etməyə
çalışaraq, müxtəlif sənədlərdə Zaqatala mahalını öz ərazisi kimi qələmə verirdi.
Dostları ilə paylaş: |