ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

66 
 
II FƏSĠL 
 
ZAQATALA KƏND ĠCMALARININ «ÇĠAUR 
MEġƏLĠYĠ» VƏ ġĠRƏK DÜZÜNDƏKĠ TORPAQLARI 
MÜBAHĠSƏ PREDMETĠ KĠMĠ (1918-1920) 
 
1.«Mübahisəli torpaq sahələri» məsələsi və 
onun meydana gəlmə səbəbləri 
 
«Zaqatala problemi» kimi işarələdiyimiz münaqişənin daha aşkar təzahür 
edən süjet xətti - mahalın kənd icmalarının Sığnaq qəzası ərazisində bulunan və ya 
Tiflis quberniyası təsisatlarının sərəncamında olan torpaq sahələri məsələsi idi: bu 
məsələ, bir qədər sonra görəcəyimiz kimi, Zaqatalanın siyasi mənsubluğu ilə bağlı 
münaqişə süjeti ilə sıx əlaqədə olsa da, ondan həm keyfiyyət xarakteriskasına, həm 
də dinamikasına görə əhəmiyyətli dərəcədə fərqlənirdi. 
Nəzərdən  keçirdiyimiz ixtilafın iki  ocağının  olduğunu qeyd  etməliyik:  1) 
Sığnaq  qəzasının  şimal-şərqində,  indiki  Laqodexi  rayonunda  rus  idarəçiliyi 
tərəfindən «Çiaur meşə məntəqəsi» adlanan ərazi - orada münaqişə ərəfəsində, yəni 
1917-ci ildə Qabaqçöl kənd cəmiyyətinə məxsus təqribən 4500 desyatin, yəni 5000 
hektara  yaxın torpaq  sahəsi  var  idi.

Onun  sərhədləri  təxminən aşağıdakı  qaydada 
idi: şərqdə Abjit-çay və Ulqam-su çayları, qərbdə Çürülü-çay (Çərəli-çay; gürcücə 
Svideba),  şimalda  -Laqodexi  məntəqəsinin  Şroma,  həmçinin  yeddi  rus  kəndinin 
(Daşkovo və başqaları) torpaqları.
2
 Bu ərazidə Qabaqçöl və Balakən camaatlarının 
əsasən  binələri  və  örüş  sahələri  yerləşirdi.  Əraziyə  «Çiaur  meşəliyi»  adını  rus 
inzibati  idarəçiliyi  vermişdi.  Bu  toponimika  «Car  salnaməsində»  «Cüyür»  kimi 
təqdim olunurdu.
3
 Yerli xalq arasında isə həmin məntəqə ümumi ad altında deyil, 
ayrı-ayrı  sahələrin  (binə  və  talaların)  adı  ilə  məşhur  idi:  Beşkən,  Çürülü-tala, 
Qarakişi-tala  (gürcü  və  rus  yazışmasında  Siteliqori(qora)),  Dərin-qobu,  Osman-
binə və s. 
2)  Sığnaq  qəzasının  şərq  və  cənub  şərqində  Şirək  düzünün  Alzanyanı 
vadisi  (Alazan  çayının  sağ  sahili)  -  bu rayonda münaqişə  ərəfəsində  Gürcüstanın 
Əkinçilik  Naziri  N.Xomerikinin  1918-ci  ildə  təqdim  etdiyi  arayışa  əsasən  18554 
desyatin,
4
  yəni  təqr.  20261  ha  (sovetləşmədən  sonra  bu  rəqəm  16337  desyatinə 
(təqr.  17850  ha)  enmişdi
5
)  torpaq  sahəsi  -  şumluqlar,  biçənəklər,  örüşlər  indiki 
Zaqatala  və  Qax  rayonlarının  21  kəndinin  (Qandax,  Mosul,  Yengian,  Əliabad, 
Varxiyan,  Kiçik  Lahıc,  Zəyəm,  Tasmalı,  Lələli,  Kəndirqala,  Padar,  Kürdəmir, 
Kəpənəkçi,  Muxax,  Sarıbaş,  Sabunçu,  Çardaxlı,  Almalı,  Qorağan,  Kötüklü  və 
Muğanlı) ixtiyarında idi. 


67 
 
Sözügedən  torpaq  sahələri  və  hətta  dəfələrlə  daha  artığı  XX  əsrin 
əvvəllərinədək  (müəyyən  mənada,  hətta  1918-ci  ilədək)  Zaqatala  kəndlilərinin, 
demək  olar  ki,  müstəsna  istifadəsində  olsa  da,  onlar  ya  inzibati  planda  Tiflis 
quberniyasının Sığnaq qəzasına aid edilmişdi, ya da həmin quberniyanın müvafiq 
təsərrüfat  orqanlarının  sərəncamında  bulunurdu.  Çarizm,  Qafqazın  digər 
bölgələrində olduğu kimi, burada da sərhəd müəyyən edərkən, çox zaman rayonun 
etnokonfessional  mənzərəsinə  və  təsərrüfat  xüsusiyyətlərinə  deyil,  hərbi-strateji 
mülahizələrə üstünlük verirdi. Konkret Zaqatala dairəsi və Sığnaq qəzası arasında 
sərhədlərin  keçirilməsində  bu  özünü  bəhs  etdiyimiz  sahələrin  inzibati  planda 
Sığnaq  qəzasına  tabe  etdirilməsində  büruzə  verdi:  hökumət  ixtiyari  (özbaşına) 
sərhədin  çaylar  (Alazan,  Dərin,  Qobu  və  s.),  yəni  təbii  baryerlər  üzrə  müəyyən 
etməklə  o  zaman  olduqca  narahat  və  qeyri-sakit  olan  Dağıstan  və  Zaqatala 
mahalını nisbətən asayişli Tiflis quberniyasından ayırmaq istəyirdi. Qeyd etməliyik 
ki,  Şirək  çölünün  Zaqatala  kəndlərinə  məxsus  Alazanyanı  vadisinin  çarizm 
dövründə  inzibati  mənsubluğu  məsələsi  nisbətən  dolaşıqdır.  Məsələ  ondadır  ki, 
müəyyən sənədlərdə vadinin Sığnaq qəzasına daxil olduğu qeyd edilsə elə, inqilaba 
qədərki  bir  sıra  xəritələrdə  sözügedən  vadi  Zaqatala  dairəsi  hüdudları  daxilində 
göstərilirdi.
6
 Rus müəlliflərindən Poserbskinin məlumatına əsasən, dairənin cənub-
qərb  sərhədləri  «Şirək  çölünün  ətəklərinədək»,  yəni  Qaş  (Kas)  sıra  dağlarınadək 
uzanırdı.
7
 
Gürcü  əkinçilik  nazirinin  yuxarıda  gətirilən  arayışından  bəlli  olurdu  ki, 
Zaqatala  kəndliləri  sadəcə  vadidən  istifadəyə  görə  vergini  Tiflis  quberniyasının 
müvafiq qurumlarına ödəyirdilər. 
Fəqət inzibati sərhədlərin qoyulması heç də qeyd olunan kənd icmalarının 
sözügedən torpaq sahələrindən məhrum olması mənasını vermirdi. Əksinə, 1918-ci 
ilədək  onlar həmin  sahələrdən maneəsiz  istifadə  etməkdə idilər.  Vəziyyət  1918-ci 
ildə  dəyişdi.  Müstəqillik  əldə  etmiş  Gürcüstan  Respublikası  fəal  surətdə  öz 
sərhədlərinin  miiəyyənləşdirilməsinə  girişdi:  o,  çarizmdən  miras  qalan  və  etnik-
təsərrüfat  reallıqlarına  zidd  olan  inzibati  sərhədləri  dövlətlərarası  sərhədlər  kimi 
qəbul  etdi.  Beləcə,  o  çağadək  məxsusluğu  sual  doğurmayan  torpaq  sahələri 
mübahisə predmetinə çevrildi. 
Mübahisə  predmeti  haqqında  daha  dolğun  təsəvvür  yaratmaq  üçün 
hadisələrin əvvəlki tarixinə müəyyən ekskurs etməyi zəruri bilirik. 
1905-ci  ildə  Tiflisdə  gürcü  ziyalılarını  həyəcanlandıran  bir  xəbər 
dolaşırdı: hökumət guya Şirək düzündə təqribən 20000 desyatin otlaq sahəsini rus 
köçkünlərinə  vermək  niyyətindədir.  Sonra  bəlli  oldu  ki,  bu  xəbər  həqiqətə  tam 
uyğun gəlmir: düzdür, rus hökuməti doğrudan da Sığnaq qəzasında tezliklə yeddi 
rus kəndi təşkil etdi (bu barədə bir qədər sonra), lakin, əvvəla, Şirəkdə deyil, Çiaur 
meşəbəyiliyində və ikincisi, ona 20000 desyatin yox, dəfələrlə az sahə ayırdı. 
Lakin  o  vaxt  məsələ  hələ  aydınlaşmamışdı  və  belə  bir  şayiə  gürcü 
intellektual  zümrəsində  müəyyən  əks-səda  doğurmuşdu:  həmin  zümrənin  ruporu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə