ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

83 
 
Qeyd  etməliyik  ki,  Azərbaycan  -  Gürcüstan  siyasi  münasibətlərinin 
dinamikası  ilə  Denikin  ordusunun  hərəkət  qrafikası  arasında  bir  növ  əlaqəlilik 
nəzərə  çarpır.  1919-cu  ilin  baharında  Denikinin,  Qafqazda  fəaliyyətini 
intensivləşdirməklə  bır  sıra  məqsədlər  güdürdü:  bolşevizmə  qarşı  qəti  yürüş 
ərəfəsində  öz  arxa  cəbhəsini  sabitləşdirmək,  Antanta  ilə  fasiləsiz  rabitəni  yoluna 
qoymaq,    regionun    hesabına  öz  maddi    (iqtisadi  və  hərbi)  resurs  bazasını 
genişləndirmək.
64
    «Ağ  təhlükə»  Cənubi  Qafqazın  gənc  respublikalarından  məhz 
Azərbaycanla  Gürcüstanı  təhdid  etdiyindən  (Ermənistan  faktiki  olaraq  Denikinin 
müttəfıqi  idi
65
),  bu  dövlətlər  öz  aralarındakı  mübahisəli  məsələləri  nisbətən  arxa 
plana çəkməli olmuşdular. 
Fəqət,  «arxa  plana  çəkmək»  heç  də  problemin  aradan  qalxması  demək 
deyildi:  aşağıda  görəcəyimiz  kimi,  Sığnaq  qəzası  və  Zaqatala  vilayəti  arasında 
sərhəd təsbiti məsələsində gürcü tərəfi kifayət qədər ardıcıllıq nümayiş etdirirdi. O, 
münasib  fürsət  düşdükcə,  Azərbaycanla  strateji  müttəfiqlik  haqqında  səslənən 
bütün inandırma və vədlərinə rəğmən öz məqsədinə çatmaq üçün lazımi addımları 
atırdı. 
Haşımbəyov  öz  vəzifəsini  tərk  etmək  ərəfəsində  (yeri  gəlmişkən,  o, 
Naxçıvan  general-qubernatoru  təyin  edilmiş,  fəqət  yaranmış  siyasi  vəziyyət 
üzündən  öz  vəzifəsinin  icrasına  başlaya  bilməmişdi)  -  1919-cu  ilin  aprelin  12-də 
daxili işlər nazirinə göndərdiyi sonuncu təliqəsində Gürcüstanın şimal-qərb dövlət 
sərhədinin  Qəbələ-su  çayı  üzrə  keçirilməsini,  yəni  sabiq  Zaqatala  dairəsinin 
inzibati sərhədinin xeyli qərbə çəkilməsini, həmçinin Sığnaq qəzasının cənub-şərq 
küncünün  -  Alazanyanı  vadinin  Zaqatala  quberniyasına  birləşdirməyi  təklif 
edirdi.
66
  Fəqət  bu  tövsiyələri  həyata  keçirmək  o  dövrdə  praktiki  olaraq  qeyri-
mümkün  idi;  buna nə  Azərbaycanın  nərbi-siyasi  resursları, nə  də region  və  onun 
ətrafında yaranmış beynəlxalq vəziyyət imkan vermirdi. 
 
 
 
5. Gürcü aqrar islahatı münaqiĢə dinamikasına təsiredici faktor kimi: ixtilafın 
sosial kontekstinə dair 
 
1919-cu ilin  yayında münaqişə  ocağında hadisələrin  eksalasiya  xətti  üzrə 
tədricən  inkişaf  etdiyini  görürük:  gürcü  hakimiyyəti  Çiaur  meşəliyindən 
qabaqçöllülərin  istifadəsinə  bilet  və  s.  bəhanələrlə  maneçilik  səylərindən  həmin 
məntəqəyə  onların  daxil  olmalarını  faktiki  məhdudlaşdırmaq  tədbirlərinə 
keçmişdi.
67
  Qabaqçöllülərin  əks-reaksiyası  da  özünü  çox  gözlətmir:  İllarionovka, 
Daşkovo,  Voronsovka  kəndlərində  məskunlaşmış  miqrant-gürcülərə  basqınlar 
çoxalır,
68
  həmin  rayonda  aqrar  islahatı  həyata  keçirən  torpaq  komissiyasının 
üzvləri hücumlara məruz qalır.
69
 


84 
 
Bu  arada  Haşımbəyov  qubernator  vəzifəsini  tərk  etdi.  Onun  yerinə 
hökumətin 16 mart qərarı ilə Məmməd bəy Şahmalıyev təyin olundu. Şahmalıyev 
Zaqatala  valisi  vəzifəsində  1919-cu  ilin  aprelin  17-dən  1920-ci  ilin  yanvarın  16-
dək çalışmışdı. 
70
 
Vəziyyətin  gərginləşməsinə  yol  verməmək  məqsədi  ilə  M.Şahmalıyev 
avqustun  22-də  Laqodexi  zemstvo  idarəsinin  sədrinə  teleqram  göndərir.  Orada 
beynəlxalq  konfransda  sərhədlər  məsələsinin  həllinədək  torpaq  ölçmə  işlərinin 
dayandırılması,  mübahisəli  ərazi  zolağında  həm  Zaqatala,  həm  də  Sığnaq 
sakinlərinin  ümumi  torpaq  istifadəsinin  saxlanılması  təklif  olunurdu.  Lakin 
sözügedən  idarə  torpaqölçmə  işləri  ilə  bağlı  məsələlərin  quberniya  zemstvo 
idarəsinin səlahiyyətlərinə aid olması bəhanəsi ilə bu təklifləri rədd etdi.
71
 
M.Şahmalıyevin  avqustun  17-də  daxili  işlər  nazirinə  vurduğu 
teleqramdan, gürcü hakimiyyət orqanlarının mahalın 21 kəndinin Şirək düzündəki 
mövcud əkin və otlaq sahələrinə münasibətdə də analoji surətdə hərəkət etdiyi bəlli 
olur. Birinci rus inqilabından sonra salınmış Aşağı və Yuxarı Kedi gürcü kəndləri 
öz  hakimiyyət  orqanları  ilə  birlikdə  «Alazan  çayını  dövlət  sərhədi  hesab  edərək, 
onların (zaqatalalıların - Ş.M.) qeyd edilmiş sahələrdən istifadəsini əngəlləyirlər.
72
 
Bütün  bu  faktlar  yerli  xalqın  təbii  narahatlıq  və  narazılığını  doğurmaya 
bilməzdi. M.Şahmalıyev daxili işlər nazirinə sentyabrın 1-də göndərdiyi təliqəsində 
Zaqatala  əhalisinin  əhvali-ruhiyyəsini  belə  ifadə  edirdi:  «Bu  cür  şəraitdə  silahlı 
toqquşma  qaçılmazdır  və  onu  imkan  daxilində  uzaqlaşdırmaqdan  ötrü  mən  xeyli 
səy  sərf  edirəm,  çünki  sərhəd  məsələsini  dinc  danışıqlar  yolu  ilə  çözməyi  güman 
edən  hökumətimizin  riayət  etdiyi  sərhədi  Balakən  nahiyəsinin  həyəcanlı  və 
qətiyyətli  əhalisinin  keçməsi  üçün  azacıq  zəiflik  yetər.  Balakənliləri,  şübhəsiz  ki, 
Əliabad  və  Almalı  əhalisi  dəstəkləyəcək;  həmin  əhali  Alazanın  sağ  sahilində  öz 
torpaqlarından  heç bir zaman könüllü surətdə imtina etməz».
73
 
Sadaladığımız  amillər  münaqişənin  fon  şəraitinin  kəskinləşməsindən 
xəbər  verirdi.  Belə  bir  vəziyyətdə  1919-cu  ilin  sentyabrın  sonlarında  ixtilafın 
destruktiv  fazaya  (belə  bir  faza  tərəflərin  qarşıdurmadan  açıq  əks  təsirə  keçidini 
bildirir
74
) transformasiyasında, qeyd etdiyimiz kimi, «tətik» rolunu oynaya biləcək 
ikinci  və  daha  ciddi  Mazımçay  insidenti  baş  verdi.  Gürcü  hökuməti  mart 
uğursuzluğunun  dərslərini  nəzərə  almaqla,  yeni  insidentə  artıq  yay  aylarından 
hazırlaşmağa  başlamışdı.  Ölkədə  həyata  keçirilən  aqrar  islahatın  məntiqi,  öncə 
qeyd  etdiyimiz  kimi,  gürcü  hökumətini  yeni  torpaq  massivlərini  mənimsəməyə 
sövq  edirdi.  Bu  səbəbdən  gürcü  hakimiyyətinin  davranış  alqoritminin  adekvat 
anlaşılması  üçün  gercəkləşdirilən  aqrar  islahat  haqqında  nisbətən  ətraflı  məlumat 
verməyi lazım bilirik. 
Gürcüstan  sosial-demoqrafik  planda  kəndli  ölkəsi  idi:  əhalinin  80%-dən 
bir qədər çoxunu kəndlilər təşkil edirdi.
75 
XIX əsrin 60-cı illərinin ikinci yarısında 
orada Rusiyaya nisbətən daha eybəcər formada kəndli islahatı həyata keçirilmişdi: 
mərkəzi  quberniyalardan  fərqli  olaraq,  kəndlilərə ayrılan  torpaq  paylarının  ölçüsü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə