ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

87 
 
islahatın  gedişi  və  məntiqindən  irəli  gəlirdi.  Belə  ki,  iqtidar  partiyası  kimi 
menşeviklərin  formalaşmaqda  olan gənc  gürcü  dövlətinə  və  onun  siyasi  sisteminə 
həyati  dayanıqlıq  vermək  istəyi  onları  siyası  spektrin  müxtəlif  qüvvələri,  o 
cümlədən  aqrar  aristokratiyanın  mənafelərinin  ifadəçisi  olan  «sağlarla»  uzlaşma 
saxlamağa məcbur edirdi; bu isə qeyd etdiyimiz məntiqi şərtləndirirdi. 
 
 
 
6. Azərbaycan-Gürcüstan hərbi-siyasi müttəfiqliyi 
fonunda münaqiĢənin artan xətt üzrə inkiĢafı. 
Ġkinci Mazımçay insidenti 
 
1919-cu ilin yayında gürcü hökumət dairələrinin münaqişəyə münasibətdə 
hərəkət  xəttində  müəyyən  məntiqi ardıcıllıq  sezilməkdə  idi:  ötən  paraqrafda  qeyd 
etdiyimiz  kimi,  ilk  öncə  zaqatalalıların  mübahisəli  rayonlara  girişinə  maneələr 
törədilməyə  başlanıldı.  Daha  sonra  aqrar  islahat  çərçivəsində  həmin  rayonlarda 
torpaq  bölgüsünə  və  deməli,  yeni  miqrantlar  partiyasının  oraya  köçürülməsinə 
iqdam  edildi.  Müəyyən  mənada  Zaqatala  sakinlərinin  zoraki  formada  əks-
təsirlərinin  təhrikinə  hesablanmış  bu  addımlar  öz  məqsədinə  çatdıqdan  sonra  isə 
Gürcüstanın xarici siyasət idarəsi hərəkətə keçdi: 1919-cu ilin iyulun 29 və 30-da 
Azərbaycan  diplomatik  nümayəndəliyinə  iki  təliqə  təqdim  edildi.
84
  Həmin 
sənədlərdə  Mazımçay  postunun  Enfiaciansın  bağından  çayın  sol  sahilinə 
keçirilməsi  əvvəlcə  xahiş,  sonra  isə  tələb  olunurdu.  Bu  təliqələrdə  gürcü 
hakimiyyətinin  davranışında  yeni  bir  nüans  diqqəti  cəlb  edir:  əgər  mart  insidenti 
zamanı  gürcü  hökuməti  prosesləri  səhnə  arxasından  idarə  edir  və  ixtilafın 
təşəbbüsçüsü kimi Laqodex sərhəd dəstəsini irəli çəkirdisə, yay aylarından etibarən 
artıq açıq-aşkar hərəkət etməyə üstünlük verir. 
Gürcüstanın, belə demək mümkünsə, diplomatik həmləsinin ikinci dalğası 
1919-cu  ilin  sentyabrına  -  İkinci  Mazımçay  insidenti  ərəfəsinə  təsadüf  edirdi. 
Həmin  ayın  əvvəllərində  Azərbaycanın  baş naziri  N.B.Yusifbəylinin Tiflisə rəsmi 
səfəri  gedişində  ikitərəfli  dostluq  və  müttəfiqlik  haqqında  ən  xoş  sözlərin 
səsləndiyi günlərdə Gürcüstan Xarici İşlər Nazirliyi yeni diplomatik demarşla çıxış 
etdi. Bu qurumun 4, 5, habelə 26 sentyabr tarixli təliqələrində qabaqçöllülər gürcü 
məskunlarına  basqınlarda,  onları  qarət  etməkdə,  dəyərli  meşə  ağaclarını 
doğramaqda,  torpaq  sahələrini  qəsb  etməkdə ittiham  olunurdular.
85
  İrəli  sürülmüş 
ittihamlar,  zənnimizcə,  artıq  hazırlıq  işləri  başa  çatmaqda  olan  «Mazımçay 
əməliyyatına»  mənəvi-hüquqi  haqq  qazandırmalı  idi.  Halbuki  təliqələrdə  qeyd 
olunan eksseslər qarşılıqlı xarakter daşıyır.. Zaqatala sakinləri gürcü məskunlarının 
hücumlarına heç də az məruz qalmırdılar.
86
 
Biz  sözügedən  münaqişənin  Azərbaycan-Gürcüstan  siyasi  münasibətləri 
kompleksinin bir epizodu olduğunu artıq qeyd etmişik. Ona görə də bəhs etdiyimiz 


88 
 
dövrdə  münaqişə  dinamikasını  düzgün  anlamaq  və  izah  etmək  üçün  həmin 
münasibətlərin məzmun, səviyyə və xarakterinə təsir göstərən xarici-siyasi faktora 
bir daha nəzər salmağa lüzum görürük. 
1919-cu  ildə  Azərbaycan-Gürcüstan  siyasi  münasibətlərinin  vektoru 
dinamik  dəyişən regional  geosiyasi  konfiqurasiya  çərçivəsində real  məzmun kəsb 
edirdi.  Bu  konfiqurasiyada  həlledici  rol,  əvvəlki  fəsildə  də  geniş  surətdə  bəhs 
etdiyimiz  kimi,  xarici-siyasi  aktorlara  mənsub  idi.  Burada  bir  ştrixi  əlavə  etməyi 
lazım  bilirik.  Biz xarici-siyasi  aktorlar  siyahısına Rusiya bolşevik  və antibolşevik 
(monarxist)  düşərgəsini  müəyyən  şərtiliklərlə aid  edirik: zira,  bir  tərəfdən  Cənubi 
Qafqazın Rusiya siyasi, iqtisadi, sosiomədəni məkanından ayrılması bitkin hüquqi 
və  mental  təsbitini  tapmamışdı.  Digər  tərəfdən  isə,  burada  baş  verən  hadisələr, 
Rusiya  aktorlarının  nəzərində  imperiya  genişliklərində  vüsət  almış  iç  (vətəndaş) 
savaşın  sadəcə  bir  epizodu  idi.  1920-21-ci  illərdə  regionun  bərpa  olunmuş  və 
yeniləşmiş imperiya ümumiliyinə yenidən daxil edilməsi də zənnimizi təsdiqləyir. 
1919-cu  il  region  üçün  Denikin  təhlükəsi  işarəsi  altında  keçmişdi.  Öncə 
qeyd  etdiyimiz  kimi,  1919-cu  ilin  fevralından,  yəni  könüllülər  tərəfindən  Soçi  və 
Qaqranın  tutulmasından  başlanaraq,  təxminən  iyunun  11-dək  -  Britaniya 
komandanlığının  demarkasiya  xətti  müəyyən  etməsinə  qədər  Gürcüstan 
Respublikası ilə «Rusiyanın Cənubunun Silahlı Qüvvələri» (denikinçilər) arasında 
münaqişənin  ən  gərgin  anları  yaşanılmaqda  idi.  Əslində  tərəflər  arasında  xırda 
silahlı toqquşmalar diplomatik çəkişmələr bir an da olsa ara vermirdi.
87
 Denikinin 
məsələn, Suxum dairəsinin Gürcüstanın yurisdiksiyasından çıxarılmasını və neytral 
zona elan edilməsini qətiyyətlə  tələb edirdi.
88
 
Birinci  fəsildə  biz  Böyük  Britaniyanın  Rusiya  məkanında  iki  məqsəd 
güddüyünü, sözdə «vahid və bölünməz Rusiya» ideyasını  dəstəkləsə  də,   əməldə  
imperiya    xərabəliklərində  meydana  çıxmış  yeni  dövlət  qurumlarına  himayə 
etməsini  yazmışdıq.  Bu  tendensiya  1919-cu  ildə  Denikinlə  Cənubi  Qafqaz 
respublikaları arasında yaranmış münaqişədə də özünü bariz  şəkildə   göstərirdi.   
1919-cu      ilin      mayın      8-də    Böyük  Britaniyanın  hərb  naziri  Çörçill  icmalar 
palatasında  bəyan  etmişdi:    «Biz  general  Denikinə  Gürcüstan    üzərinə  hücum 
etməyə  icazə  vermirik  və  əksinə.  Gürcüstana  Denikin  üzərinə  hücum  etməyə 
imkan vermərik».
89
 Əslində bu bəyanat Denikinə qarşı yönəlmişdi, belə ki, hücuma 
meyilli və qadir tərəf məhz «Könüllü Ordu» idi. 
Denikin  hökumətinin  başçısı  general  A.S.Lukomski  öz  xatirələrində 
Britaniya hökumətinin və komandanlığının Cənubi Qafqaz respublikalarına iltifatlı 
münasibətini  dönə-dönə  qeyd  edirdi.  İngilislərin  Azərbaycana  münasibətdə  siyasi 
kursunu  o  belə  dəyərləndirdi:    «Britaniya    nümayəndələrinin  Gürcüstana 
münasibətində olduğu kimi, burada da hiss olunurdu ki, Böyük Britaniya gələcəkdə 
Rusiya ilə... Türkiyə və İran arasında bufer zona yaranacağı hal üçün Azərbaycan 
və  Gürcüstanın    maraqlarını    xüsusi    olaraq    dəstəkləməyi    nəzərdə  tuturdu...   
Dəqiq  təəssürat  yaranırdı  ki,  Britaniya  hökuməti  Bakının  neft  zənginliklərinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə