ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

93 
 
qaytarmağa  çalışan  Dibirova  çox  güman  ki,  konfrontasiyaya  getməmək haqqında 
yuxarılar göstəriş verirlər. Məsələn, Azərbaycanın Gürcüstandakı nümayəndəsinin 
müavini  Vəkilov  sentyabrın  27-də Dibirova  teleqram vurur:  diplomat «dost gürcü 
respublikası  ilə məsələlərin  bu  cür  (yəni  silahlı  yolla  -  Ş.R.)  həllini  qətiyyən  yol 
verilməz  hesab  edərək»,  hər  hansı  bir  silahlı  toqquşmadan  vaz  keçməyi  təkid 
edir.
107
 
Azərbaycan  rəsmilərinin  münaqişənin  eskalasiyasına  heç  bir  vəchlə  yol 
verməmək istəyinə bir başqa sənəd də dəlalət edir. Azərbaycanın xarici işlər naziri 
M.Y.Cəfərovun  daxili  işlər  naziri  (eyni  zamanda  o  dövrdə  hökumət  başçısı) 
H.Yusifbəyliyə  sentyabrın  29-da  göndərdiyi  təliqədə  səslənmiş  tələb,  sentyabrın 
21-də  edilmiş  analoji müraciəti  təkrarlayırdı: «tərəflər arasında  toqquşmaya  səbəb 
olacaq hər hansı bir bəhanəyə qətiyyən yol vermək olmaz».
108
 
Nəticədə Dibirov öz əvvəlki sərəncamını faktiki olaraq qüvvədən salmalı 
olur:  sentyabrın  26-da  Balakənə,  quberniya  idarəsi  katibi  Şıxlinskiyə  teleqram 
vuraraq,  silah  tətbiqi  ilə  postu  geri  almağı  qadağan  edir.  Dibirov,  eyni  zamanda, 
qabaqçöllülərin Çiaur meşəliyi ərazisində sahələr tutmasına son qoyulması barədə 
göstəriş verir.
109
 
Bu  arada  yerli  hakimiyyət  orqanları  səviyyəsində  aparılan  danışıqlar 
sentyabrın  sonlarında  uğursuz  nəticələndi:  gürcü  tərəfi  bir  daha  öz  hökumətinin 
göstərişi olmadan postu təmizləyə bilməyəcəyini bəyan etdi.
1 1 0
 
Mazımçay  insidentinin  baş  verdiyi  dövrdə  Zaqatala  quberniyasının 
Gürcüstanla  on  kilometrlərlə  uzanan  sərhədini  cəmi  40  nəfərdən  ibarət  keşikçi 
dəstəsi  mühafizə  edirdi.
111 
Bundan  əlavə,  1919-cu  ilin  sentyabrın  sonlarından 
Zaqatala  alayı  tədricən  bölgədən  çıxarılaraq,  Zəngəzura  erməni  təcavüzünü  dəf 
etmək  üçün  göndəriləcək  hərbi  birləşmənin  tərkibinə  daxil  edilirdi.  Ş.Dibirov 
daxili  işlər  nazirinə  sentyabrın  17-də  göndərdiyi  təliqədə  bununla  bağlı  öz 
narahatlığını  belə  ifadə  edirdi:  «Gürcülər  sərhəddə  silahlı  qüvvələrə  malikdirlər, 
bizim  isə  yoxumuzdur.  Zaqatalada  bulunan  alay  bu  gün  quberniyadan  çıxaraq, 
hərbi  hakimiyyətin  sərəncamına  keçmişdir,  bu  da  Gürcüstana  cəsarət  verir. 
Toqquşma  olacağı  təqdirdə  əks-təsir  göstərməyə  qüvvə  yoxdur  və  alayın  gedişi 
quberniyanı çıxılmaz vəziyyətdə qoyacaq...».
112
 
Dibirovun noyabrın 2-də daxili işlər və hərb nazirlərinə vurduğu teleqram 
da  analoji  ruhda  idi.  Teleqramın  sonunda  insidentin  yoluna  qoyulmasına  qədər 
alayın  Zaqatalada  saxlanılması  xahiş edilirdi.  Sənəddə faktiki  vəziyyət də konsta-
tasiya olunurdu: «Göstərişlər alanadək mən Mazımçay postunu çayın sol sahilində 
yerləşdirməyə və sərhədyanı əhaliyə təhrikedici hərəkətlərdən çəkinməyə sərəncam 
etmişəm».
113
 
Bölgədə  silahlı  qüvvələrin  kafi  sayda  olmaması  Azərbaycan  tərəfinin 
resurs  potensialını  əksildirdi  və  münaqişə  ilə  bağlı  siyasi  fəaliyyət  strategiyasına 
mənfi təsir göstərirdi. 


94 
 
«Mazımçay  postunun»  ələ  keçirilməsi  gürcü  hakimiyyətinə  münaqişə 
rayonlarında öz nəzarətini daha qətiyyətlə bərqərar etməyə və Zaqatala kəndlilərini 
daha  fəal  şəkildə  sıxışdırmağa  imkan  verirdi:  məsələn,  oktyabrda  gürcü  hökumət 
strukturları  zaqatalalılardan  dörd  gün  ərzində  Şirək  düzündəki  torpaqlarını  tərk 
etməyi tələb etmişdi; əks halda güc tətbiq olunacağı bildirilirdi.
11 4
 Eyni zamanda 
Alazanyanı  vadidə  miqrant  tuşinlərin  də  fəallığı  artmışdı:  qış  otlaqlarının  gürcü 
hökuməti tərəfindən onlara icarə verildiyini əsas gətirən tuşinlər Əliabad və Əliəmi 
sakinlərinin Şirəkdaki şumluqlarına girişini əngəlləyirdilər.
115
 
Beləliklə, yuxarıda qeyd etdiyimiz obyektiv amillər nəticəsində sentyabrın 
sonlarında  gürcü  hakimiyyəti  strateji  cəhətdən,  olduqca  mühüm  məntəqə  olan 
Mazımçay  postunu ələ  keçirməyə  müvəffəq  oldu.  Fəqət,  bu  əməliyyatın  gürcülər 
üçün  belə  rahat  baş  tutmasında  qubernator  M.Şahmalıyevin  də  səhvləri  az  rol 
oynamadı.  Onun  vali  vəzifəsində  çalışdığı  müddətdə  tez-tez  müxtəlif  səbəblər 
üzündən  məzuniyyət  götürməsi,  quberniyanın  mühafizəsi  üçün  zəruri  addımlar 
atmaması (insident baş verdiyi gün postda cəmi iki (2) Azərbaycan sərhəd keşikçisi 
olduğunu  xatırlayaq)  inzibati  idarəçilikdə  bu  cür  yüksək  vəzifəni  tutan  şəxs  üçün 
başucalığı  sayıla  bilməzdi:  Şahmalıyev  1920-ci  ilin  yanvarında  qubernatorluqdan 
da «öz təyinatına uyğun gəlməməsi» formuləsi ilə kənarlaşdırılmı şdı.
1 1 6
 
 
 
 
7. «Mübahisəli torpaq sahələri» məsələsinin həllinə dair 
beynəlxalq komissiyanın çağırılması 
(1919, 28 oktyabr- 3 noyabr) 
 
Münaqişə çərçivəsində inkişaf edən məsələlərə müəyyən aydınlıq gətirmək 
və ixtilafın sonrakı eskalasiyasının qarşısını almaq üçün 1919-cu ilin oktyabrın  28-
də  Zaqatalada  xüsusi  «Beynəlxalq komissiya»  (əslində isə Azərbaycan-Gürcüstan 
komissiyası)  çağırıldı.
117
  Onun  işi  gedişində  Azərbaycan  tərəfini  Zaqatala  valisi 
M.Şahmalıyev  və  Ziraət  nazirliyi  Şurasının  üzvü  F.A.Şimanovski,  gürcü  tərəfini 
isə  Daxili  İşlər  Nazirliyi  dəftərxanasının  müdiri  Y.V.Apakidze  və  Ziraət 
nazirliyinin  köçürmə  şöbəsinin  müdiri  İ.M.Maruşvili  təmsil  edirdi.
1 1 8
  Yeri 
gəlmişkən,  Maruşvili  20-ci  illərdə  -  yəni  Gürcüstanın  sovetləşməsindən  sonra  da 
analoji postu tutmaqda davam edirdi, bu isə gürcü hökumətlərinin (əvvəl menşevik, 
sonra  bolşevik)  məqsədyönlü  köçürmə  siyasətində  müəyyən
 
varislikdən  xəbər 
verirdi. 
Komissiyanın  28, 29 oktyabr  və 2 noyabrda  üç iclası  oldu. Əvvəlcə əldə 
olunmuş  razılaşmaya  əsasən,  komissiya  Zaqatala  quberniyası  ilə  Sığnaq  qəzası 
arasında  müvəqqəti
 
sərhədi  müəyyən  etməli  idi.  Fəqət  artıq  ilk  iclasda  həmin 
sərhədin  məna  və  əhəmiyyətinə  dair  tərəflərin  fikir  ayrılığı  ortaya  çıxdı: 
Azərbaycan  nümayəndəsi  Şimanovskinin  təqdim  etdiyi  tezisə  əsasən,  sözügedən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə