ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   40   41   42   43   44   45   46   47   ...   110

95 
 
sərhəd,  sadəcə,  müvəqqəti  bir  akt  kimi  nəzərdə  tutulduğundan,  onun 
müəyyənləşdirilməsi zamanı bir dövlətdən digərinə keçəcək bir neçə kvadrat verst 
ərazinin  elə  bir  önəmi  olmamalı  idi.  İki  dövlət  arasında  son  və  qəti  sərhədin 
çəkilməsi  isə  «yaxın  gələcəkdə  başqa  mülahizələr  əsasında  gerçəkləşdiriləcək». 
Azərbaycan  tərəfinin rəyincə,  komissiyanın  təsbit  edəcəyi  müvəqqəti  sərhəd  əhali 
arasında  anlaşılmazlıqları  aradan  qaldırmalı  və  sözügedən  torpaqlardan  həm 
azərbaycanlıların, həm gürcülərin azad istifadəsini təmin etməli idi.
119
 
Fikrimizcə,  bu  tezis  kifayət  qədər  ədalətli  idi,  belə  ki,  bir  zamanlar  çar 
inzibati  idarəçiliyinin  bu  və  ya  digər  mahalın  tarixi,  etnoqrafik  təsərrüfat  və  s. 
xüsusiyyətlərini  nəzərə  almadan  müəyyənləşdirdiyi  sərhədlərin  təftişini  nəzərdə 
tuturdu. 
Tezisdə  yer  almış  «müəyyən  ediləcək  sərhədin  müvəqqətiliyi»  haqqında 
fikir,  müəyyən  mənada  müqabil  tərəfin  siyasi  sayıqlığını  azdırmağa  yönəlmiş 
diplomatik  manevr  idi.  Lakin  gürcü  nümayəndələri  bunu  dərhal  başa  düşdülər: 
Apakidze  qeyd  etdi  ki,  «hərçənd  komissiyanın  qarşısında  müvəqqəti  sərhəd 
qoymaq  vəzifəsi  dursa  da,  gələcəkdə  Azərbaycan  və  Gürcüstan  arasında  daimi 
sərhəd təsbit edilərkən, digər sənəd və məlumatlarla yanaşı, bu müvəqqəti sərhədin 
bərqərar  etmə  aktı  da  əhəmiyyətə  malik  olacaq,  ona  görə  də  onun  keçirilməsi 
zamanı adıçəkilən dövlətlər arasında sərhədlər barədə ümumi müddəalarla da bəlli 
dərəcədə uyğunlaşmaq lazımdır».
120
 
Komissiyanın  oktyabrın  29-da  olmuş  ikinci  iclasında  əvvəlcə  Mazımçay 
hadisəsinə baxıldı. Bu iclasda faktiki olaraq Azərbaycan tərəfinin Mazımçayın sağ 
sahilindəki  artıq  sabiq  sayıla  biləcək  postundan  imtinası  rəsmiləşdi:  Apakidzenin 
təklifi  ilə  komissiya  belə  bir  yekun  rəyi  qəbul  etdi  ki,  sərhəd  mühafizə  postu  hər 
dövlətin  öz ərazisində olmalıdır, ona görə də «Azərbaycan postunun  Mazımçayın 
sol  sahilində  yerləşməsi...  düzgün  olardı».
121
  Bu  qətnamə  gürcü  tərəfinin  mühüm 
diplomatik uğuru kimi qiymətləndirilə bilər: birincisi uzun aylardan bəri bu strateji 
mövqe uğrunda gedən mübarizə onların xeyrinə başa  çatırdı.  Bu isə münaqişənin 
digər  epizodları     (Çiaur     məntəqəsi     və     Şirək     düzü)     üzrə     qeyd  etdiyimiz 
kimi, gürcülərin mövqeyini xeyli möhkəmləndirirdi və onları daha inamlı hərəkətə 
sövq  edirdi.  İkincisi,  qətnamənin  formulirovkası  faktiki  olaraq  Azərbaycan 
tərəfinin  keçmiş  inzibati  sərhədi  tanımasına  işarə  verirdi,  bu  isə  onun  tarixi, 
təsərrüfat və etnoqrafik prinsiplər əsasında sərhədlərin delimitasiyasına nail olmaq 
cəhdlərini xeyli dərəcədə mənasızlaşdırırdı. 
29  oktyabr  iclasında  Azərbaycan  heyəti  heç  olmasa  «öz  sifətini» 
qorumağa  cəhd  göstərdi:  o,  öz  hökumətinin  postu  Azərbaycan  ərazisinə 
köçürülməsi  haqqında  sərəncam  verməsinədək  həmin  postun  əvvəlki  yerində 
bərpasını təklif etdi. Fəqət, öz hökuməti ilə təcili əlaqəyə girən Apakidze noyabrın 
3-də  olmuş  növbəti  iclasda  bu  təklifin  qəti  surətdə  rədd  edildiyini  bildirdi.
122
 
Azərbaycan nümayəndələrinə isə faktiki olaraq bu vəziyyətlə barışmaq qalırdı. 


96 
 
Konfransın  son  iki  iclasında  mübahisəli  torpaq  sahələri  ilə  bağlı 
məsələlərə  baxıldı.  «Çiaur  meşəliyi»  məsələsinə  dair  Azərbaycan  tərəfinin 
mövqeyini  Şimanovski  səsləndirdi:  müvəqqəti  sərhədlərin  təsbiti  zamanı  qədim 
zamanlardan  yalnız  qabaqçöllülərin  istifadəsində  olan  sərhədyanı  torpaqlar  Zaqa-
tala quberniyasına qatılmalıdır. 
Cavab nitqində Apakidze aşağıdakı müddəalara apelyasiya edirdi: əvvəla, 
müvəqqəti  sərhədin  müəyyənləşdirilməsi  zamanı  hüquqi  mülahizə  (oxu:  inzibati 
sərhəd  -  Ş.R.)  əsas  götürülməlidir.  İkincisi,  qabaqçöllülər  son  zamanlar  öz torpaq 
istifadəsini  genişləndirə  bilərdilər  (və  gürcülərin  məntiqi  ilə  bunu  etmişdilər  də). 
Üçüncüsü, qabaqçöllülərin Gürcüstan Respublikası daxilində torpaqlardan istifadə 
hüququ  yetərincə  qorunacaqdır,  ona  görə  də  «əhalinin  ədalətli  maraqlarının 
müdafiəsi üçün sərhədləri tərpətməyə lüzum yoxdur».
123
 
Azərbaycan  nümayəndə  heyəti  ikinci  iclasda  bu  məsələ  ilə  bağlı 
kompromisə hazır olduğunu yenə də nümayiş etdirdi: o, Maruşvilinin təqdim etdiyi 
Çiaur meşəliyinin mərzçəkmə planına istinad edərək, heç olmasa orada işarələnmiş 
və  hətta  gürcü  təmsilçilərinin  belə  qabaqçöllülərin  istifadəsində  olan  «mübahisəli 
məntəqə»  kimi  tanıdıqları  kiçik  sahənin  Zaqatala  quberniyasına  birləşdirmək 
zərurətini  vurğuladı.
124
  Əslində  bu  kompromis  təklifi  ilə  Azərbaycan 
nümayəndələri Çiaur meşəliyinin digər və daha böyük qismindən faktiki imtinaya 
hazır olduqlarını nümayiş etdirirdilər. 
Fəqət qarşı tərəf ixtilafın, hətta belə kompromis və böyük ölçüdə onun özü 
üçün  yetərincə  əlverişli  olan  həll  variantını  da  yaxına  buraxmadı.  Noyabrın  3-də 
olmuş  iclasda  Apakidze  Azərbaycan  tərəfinin  təkliflərinə  öz  hökumətinin  rəyini 
açıqlayarkən, «Çiaur meşəliyi» məsələsində bir nəticə hasil olmadığını bəyan etdi. 
Gürcü  nümayəndəsi  şəxsən  hökumətə  məruzə  edəcəyini  və  nəticə  haqqında 
Zaqatala qubernatoruna teleqram vuracağını vəd edirdi.
125
 
Azərbaycan üçün yeganə və nisbi pozitiv nəticə «Şirək məsələsində» əldə 
olundu. «Çiaur» məsələsindən fərqli olaraq, bu məsələdə Azərbaycan heyəti Şirək 
düzündəki  sahələrin  Azərbaycanın  tərkibinə  daxil  edilməsi  tələbini  ümumiyyətlə 
irəli  sürməmişdi:  onun  istəyi  o  çağadək  Alazanyanı  vadidə  mövcud  torpaq 
istifadəsi vəziyyətinin sadəcə qorunub saxlanılması təklifi ilə məhdudlaşırdı.
126
 
Təklifə  gürcü  hökumətinin  rəyi  belə  oldu:  «Bu  məsələ  Gürcüstan  və 
Azərbaycan  hökumətlərinin  razılığı  əsasında  çözülməlidir,  hələlik  isə  gürcü 
hökuməti  Zaqatala  quberniyası  sakinlərini  tutduqları  sahələrdən  (hansılardan  ki, 
əvvəllər də istifadə edirdilər) çıxarmamağa razıdır».
127
 
Bu  qısa  formulda  gürcülərin  mübahisə  predmeti  olan  rayonlarda 
zaqatalalıların torpaq istifadəsinin tarixi və hüquqi baxımdan  qanunauyğunluğuna 
münasibəti sezilməkdədir: mətndəki «əvvəllər istifadə edirdilər» ifadəsi, gürcülərin 
rəyincə, torpaq  istifadəsi  aktının  başa  çatmasından  xəbər  verirdi.  Bununla  yanaşı, 
açıqcasına  söylənməsə  də,  həmin  aktın  yalnız  müəyyən  tarixi  zamanın  məhsulu 
olmasına işarə edilirdi; yəni bölgənin tarixinə dair qeyd etdiyimiz gürcü konsepsi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə