ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

99 
 
etirazları  gözlənilən  nəticəni  vermirdi.  Gürcüstan  tərəfi  sərhəddə  baş  verən  qarət 
hallarını araşdıracağına dair vədlər verməklə işini bitmiş hesab edirdi. 
137
 
1919-cu  ilin  sonunda  bölgədə  yaranmış  gərgin  vəziyyətlə  əlaqədar 
M.Şahmalıyev  daxili  işlər  nazirinə  vurduğu  teleqramda  yazırdı:  «...Gürcü 
hakimiyyətinin  Zaqatala  quberniyası  sakinlərinə  qarşı  Sığnaq  qəzası  daxilində 
zorakılıqlara  tam  etinasızlığı  iri  müşküllüklər  üçün zəmin hazırlayır.  Gürcüstanla 
həmhüdud  Balakən  məntəqəsinin  Snori-Skali  stansiyasına  öz  meyvələrini  aparan 
bir  çox  sakini  son zamanlar  sistematik  olaraq  qoşqu mal-qarasmın  oğurlanmasına 
və  qarətə  məruz  qalırlar.  Yerli  (gürcü  -  Ş.R.)  hakimiyyət  orqanları  onların 
şikayətlərinə  tamamilə məhəl qoymur  və  bu  cür münasibət  bu rayonun  qətiyyətli 
əhalisini xeyli coşdurur...».
138
 
İkinci  Mazımçay  insidenti  nəticəsində  gürcü  tərəfinin  əlverişli  mövqelər 
ələ  keçirməsi  onun,  qeyd  etdiyimiz  kimi,  «mübahisəli  torpaqlara»  münasibətdə 
daha  təkidli  hərəkət  etməsinə  səbəb  olmuşdu.  Bölgədə  hadisə  sonrası  vəziyyətin 
maraqlı  təsvirinə  Zaqatala  ikinci  piyada  alayının  komandir  müavini  polkovnik 
Dyaçkovun raportunda rast gəlirik: «Sentyabr insidenti  ilə («Mazımçay  insidenti» 
nəzərdə tutulur - Ş.R.)... sərhəd daha da şərqə çəkildi. Cəzasız baş tutmuş insident, 
yəqin ki, gürcülərə onların bundan sonrakı qəsblərinin də beləcə cəzasız keçəcəyini 
düşünməyə haqq verdi».
139
 
1920-ci  ilin  əvvəllərində  Zaqatala  qarnizonu  rəisi  vəzifəsində 
haqladığımız Şamil bəy Dibirovun yanvarın 5-də Baş Qərargah  rəisinə göndərdiyi  
təliqəsində  yaranmış    vəziyyəti  həyəcanlı  («alarmist»)  tonda  təsvir  olunurdu.
140
 
Sənəddə  bəhs  edilən  dövrdə  sərhəddəki  durum  və  gürcü  siyasi  və  hərbi  or-
qanlarının  hərəkət  tərzi  haqqında  maraqlı  məlumatlar  vardı  «Sərhədimizdə  baş 
verənləri müşahidə edərək və dinləyərək mən belə bir qənaətə gəlirəm ki, gürcülər 
Qabaqçol  torpaqlarının qəsbinə yönəlmiş müəyyən davranış  xəttinə riayət edərək, 
durmadan nəzərdə tutulmuş məqsədə doğru gedirlər... Hal-hazırda qabaqçöllülərin 
ən  mühüm  mənafelərini  həyasızcasına  pozaraq,  məsuliyyətsiz  şəxslər  (yəni 
gürcülər - Ş.R.) onlara təklif edirlər:  «Sizə torpaq  lazımdırsa,  Gürcüstana birləşin 
və  Alazanadək  bütün  torpaq  sizin  olacaq»».  Dibirov  sərhədyanı  gürcü  əhalisinin 
davranışının  özbaşına  olmayıb,  ən  yuxarı      hakimiyyət      instansiyaları      ilə   
razılaşdırıldığını   fərz edirdi. O, dəlil kimi Laqodex qarnizon rəisinin cavabını gəti-
rirdi:  sonuncusu  Dibirovla  söhbətləri  zamanı  dəfələrlə  bəyan  etmişdi  ki,  öz 
hökumətinin  tələblərini  icra  edir  və  qabaqçöllülərin  maraqları  onu  əsla 
düşündürmür. 
Dibirov  öz  təliqəsində,  həmçinin  sərhəd  zolağında  yaşayan  Zaqatala 
əhalisinin, ilk növbədə qabaqçöllülərin, torpaq məsələsinin dinc yolla çözülmədiyi 
təqdirdə  fəal  hərəkətə  keçməyə  hazır  olduğundan,  sakinlərin  qarşısının  çox 
çətinliklə alındığından da bəhs edirdi. 
Sənədin  sonunda  Dibirov  məsələyə  dair  çözüm  variantını  təqdim  edirdi: 
«Gürcüstanla  müvazinətin  saxlanılması  zərurətini  tam  şüurumla  anlamaqla, 


100 
 
vəziyyət məni gürcüləri Alazanın sağ sahilinə atmağa məcbur edə bilər. Əgər tuta-
cağımız  əraziləri  saxlamaq  üçün heç  olmasa  iki topumuz  olsa  idi, mən,  yəqin  ki, 
belə  də  hərəkət  edərdim.  Beləcə  Gürcüstanla  aramızda  olan  təbii  sərhədi  bərpa 
edərdim;  onda  dağlıların milli hisləri  üçün təhqiramiz  olan gürcülərin  özbaşınalığı 
özü-özlüyündə   aradan    qalxardı,   alay    (Azərbaycan      ordusunun  Zaqatala alayı 
nəzərdə  tutulur  -  Ş.R.)  Laqodexdə  əla  kazarmalara  malik  olardı  və  əhalinin 
Azərbaycanın  qüdrətinə inamı  möhkəmlənərdi».  Gətirilən  fraqmentdən  Dibirovun 
faktiki  olaraq  Laqodex  rayonunu  silah  gücünə  tutmağa  çağırışı  diqqəti  cəlb  edir. 
Qeyd  edək  ki,  Dibirov  əslən  Zaqatala  bölgəsindən  idi
141
  və  onun  yuxarıdakı 
mülahizələri  müəyyən  mənada  mahal  əhalisinin  ixtilafın  həllinə  dair  radikal 
konfrontasion  baxışlarını  əks  etdirirdi.  Təliqə  müəllifinin  özü  də  ehtimallarımızın 
xeyrinə  etiraf  edirdi:  «Zaqatala  alayı  əsgərlərinin  Zaqatala  dairəsi  sakinləri  və 
komandirin  özünün  də  yerli  olduğunu  bilən  hər  kəsə  Zaqatala  qarnizonunun 
rəisinin nə edə biləcəyi aydındır». 
Dibirovun  münaqişənin  həllinə  dair  təklifləri  faktiki  olaraq  ixtilafın 
eskalasiyasını  labüd  edəcəkdi.  Bu  isə,  dəfələrlə  qeyd  etdiyimiz  kimi,  olduqca 
mürəkkəb  dövrünü  yaşayan  birinci  respublika  və  onun  elitası  üçün  qeyri-məqbul 
idi. 
1920-ci  ilin  əvvəllərində  Zaqatala  quberniyasının  ali  hakimiyyət 
eşalonunda  dəyişiklik  oldu:  hökumətin  16  yanvar  tarixli  qərarı  ilə  M.Şahmalıyev 
vəzifəsindən azad olundu və onun yerinə Bahadur xan Mallaçixanov təyin edildi.
142
 
Sayca üçiincü və sonuncu Zaqatala valisi olan B.Mallaçixanov 1917-ci ildə Bakıda 
avar cəmiyyətinin sədri olmuş,
143
 sonralar Dağlı respublikası hökumətində bir sıra 
vəzifələr, o cümlədən ticarət, sənaye və ərzaq naziri postunu tutmuşdu.
144
 
B.Mallaçixanovun  daxili  işlər  nazirinə  1920-ci  ilin  fevralın  28-də 
ünvanladığı  təliqəsində 
l45
  qabaqçöllülərin  Çiaur  məntəqəsindəki  əkin  yerlərinin 
gürcü hərbi hissələri tərəfindən tutulması,  bu amilin  yeni  təsərrüfat mövsümünün 
yaxınlaşması  rakursunda  ixtilafı  kəskinləşdirə  biləcəyi  ehtimalı  qeyd  olunurdu. 
Təliqədəki  bəzi  fraqmentlər  diqqəti  cəlb  edir:  «Bizim  administrasiyamız  yerlərdə 
həyəcanlanmış əhalini sakitləşdirmək üçün respublikalar arasında mövcud dostluq 
əlaqələrinə  və  ondan  nəşət  edən  mübahisə  və  anlaşılmazlıqların  diplomatik  yolla 
nizamlanması  zərurətinə  istinadla  bütün  tədbirləri  alır»,  «Gürcülərin  bu  sayaq 
hərəkətləri  (onların Çiaur meşəliyinə  zaqatalalıların  girişini əngəlləmələri nəzərdə 
tutulur  -  Ş.R.)  yaxın  gələcəkdə  gərgin  qarşılıqlı  münasibətlərə  dair  həyəcanlı 
əndişələr  doğurur  ...Əhali  arasında  gürcülərin hədə-qorxuları,  qabaqçöllüləri ələ 
salmaları  ağızdan-ağıza  keçməkdədir;  qabaqçöllülər  (gürcülərin  istehza  ilə 
söyləmələrinə  görə  -  Ş.R.)  «öz  əkinlərini  becərmişlər,  biçini  isə  başqaları 
edəcək»». 
Gətirilən  fraqmentdə  bir  daha  Azərbaycan  hakimiyyət  strukturlarının 
münaqişənin  eskalasiyasına  yol  verməməyə  yönəlmiş  və  artıq  ənənəvi  hal  almış 
siyasi dəst-xətti nəzərə çarpmaqdadır. Bu dəst-xətti daha yaxşı anlamaq üçün təkra-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə