ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   45   46   47   48   49   50   51   52   ...   110

106 
 
hadisələr məhz belə hallardandır: bu zaman hərəkət və ya inkişaf trayektoriyasının 
haçalanması  mümkündür  ki,  bu  da  yuxarıda  formulə  etdiyimiz  dilemmada  öz 
ifadəsini tapırdı. 
Postaprel  Cənubi  Qafqazında  sözügedən  dilemmanın  iki  çözüm 
strategiyasının 
şahidi  oluruq.  Bir  strategiyanı  Gürcüstan  Demokratik 
Respublikasının  siyasi  elitası  təqdim  edirdi:  o,  Azərbaycanın  sovetləşməsi 
kontekstində  bir  daha  faktiki  Qərb  («Qərb» anlayışı  altında  məlum  siyasi, ictimai 
və  sosio-mədəni  dəyərlər  sistemi  anlaşılır)  lehinə  siyasi  seçimini  etmişdi.  Gürcü 
siyasi  sisteminin  baza  elementi  olan  menşeviklərin  təsəvvürüncə,  bolşevik 
sovetizmi - geriliyin, cəhalətin, irticanın simvoluna çevrilmiş asiyaçılığın təzahürü 
idi.  «Борьба»  qəzeti  aprel  çevrilişini  hadisələrin  artıq  ertəsi  günü  qısaca  belə 
səciyyələndirirdi: «Qırmızı Azərbaycanın doğuluşunu Asiya irticasının bütün qara 
qüvvələri  alqışlayır»
2
.  Hadisələrin  daha  dolğun  dəyərləndirilməsinə  hökumət 
başçısı  N.Jordaniyanın  Gürcüstan  Müəssislər  Məclisinin  aprelin  30-da  olmuş 
fövqəladə  iclasında  etdiyi  nitqində  rast  gəlirik:  «...Mənim  fikrimcə 
 
bolşevist 
hərəkatı  geri  qalmış  və  siyasi  cəhətdən  inkişaf  etməmiş  xalqların  hərəkatıdır... 
Azərbaycanın yolu ilə getmək və onun siyasi kredosunu qəbul etmək - bu azad və 
demokratik Gürcüstanı həmişəlik dəfn etmək, Avropadan əbədi qopub ayrılmaq və 
Asiya  fanatiklərinin  caynaqlarına  düşmək  deməkdir».  Jordaniya  tarixi-siyasi 
zamanın qoyduğu dilemmanı belə formulə və həll edirdi: «Avropa, yaxud Asiya? - 
Bu sual hal-hazırda qarşımızda konkret şəkildə qoyulmuşdur və mən bu gün... daha 
gur  səslə,  daha  enerjili  təkrar  edirəm  -  biz  Avropanı,  Avropa  demokratiyasını 
seçirik».  Gürcü  Müəssislər  Məclisi  respublikanın  siyasi  liderinin  bu  çağırışına 
gözlənilən  cavabını  verdi:  «...Müəssislər  Məciisi...  Avropadan  Asiyaya  üzünü 
tutmayacaqdır, demokratiya əvəzinə müstəbidliyə güzəştə getməyəcəkdir».
3
 
Digər  strategiya  isə  yeni  Azərbaycanın  timsalında  təzahür  edirdi.  Aprel 
çevrilişi  Azərbaycanı  məzmun  xarakteristikasına  görə  yeni  -  Sovet  Rusiyasının 
sosial-siyasi  orbitinə  daxil  etməklə  bərabər,  onu  1920-ci  ilin  əvvəllərinin  unikal 
situasiyasının  özümlü missiyasının  daşıyıcısına  çevirmişdi.  Qısa  bir  zaman  kəsiyində 
Azərbaycan antiimperialist (və deməli, antiqərb) mübarizənin o illərdə geniş vüsət 
aldığı  Şərqə  münasibətdə  sovet  strategiyasının  mərkəzi  qovşağı,  habelə  Cənubi 
Qafqazın  sovetləşməsinin  mühüm  platsdarını  olmuşdu.
4
  Belə  bir  rol  və  status 
Azərbaycanın  yeni  hökumətinə  mayın  5-də  Leninin  imzası  ilə  göndərilmiş 
teleqramda  ifadəsini  dolayı  surətdə  artıq  tapmışdı:  «...  Müstəqil  Azərbaycan 
Respublikası öz sovet hökumətinin rəhbərliyi altında RSFSR ilə birgə öz azadlıq və 
istiqlaliyyətini  Şərqin  məzlum  xalqlarının  qəddar  düşməni  olan  imperializmdən 
qoruyub saxlayacaqdır.
5
 
Azərbaycanın  regionda  xüsusi  missiyası  haqqında  1922-ci  ildə 
Orconikidze  deyirdi:  «Azərbaycanda  Sovet  hakimiyyəti  bərqərar  olduğu  andan 
etibarən,  Azərbaycan  bizim  çıxış  məntəqəmiz  idi.  Oradan  biz  millətçi-burjua-
əksinqilabçı menşevik və daşnak hökumətləri üzərinə həmlə edirdik.
6
 


107 
 
Bu  spesifik  vəzifəni  Azərbaycan  kommunistləri  özləri  belə  artikulyasiya 
edirdilər:  «Müstəqil  Azərbaycanın  füqərayi-kasibəsi  bunu  unutmamalıdır  ki, 
Azərbaycan Şərq aləminin xilaskarı və mərkəz nöqtəsini təşkil ediyor. Azərbaycan 
imperializmaya  vurulacaq  yumruğun ən müdhişini  vurmaq vəzifəsilə müvəzzəfdir 
(vəzifəlidir-  Ş.R.)...»
7
,  «biz  bilirik  ki,  İngiltərə  imperyalizmasının  mürdəşiri,  onu 
dəfn  edən  Şərq  aləmində  Qırmızı  Azərbaycan  olacaqdır»
8
,  «biz  Azərbaycan 
inqilabına Azərbaycan dairəsində baxmayaraq, Azərbaycan inqilabında ancaq Şərq 
inqilabını  görürüz  və  biz...  var  qüvvəmizi  toplayacağıq  ki,  nə  tövr  olursa-olsun, 
Şərqə kömək edək».
9
 
Beləliklə, Azərbaycanın sovetləşməsi regionu faktiki olaraq yeni geosiyasi 
hüdudlarla  parçaladı:  Gürcüstanın  mövcud  siyasi  elitası  siyasi  dünyagörüşü  və 
sosiomədəni yönəlişliyindən (ustanovkasından) çıxış edərək, habelə yaranmış hərbi-
siyasi  konyunktura  ilə  əlaqədar  Qərb  lehinə  seçim  etdi.  Azərbaycan  isə  Qərbin 
siyasi, sosial, iqtisadi və mədəni antitezisi kimi formalaşmaqda olan yeni Avrasiya 
siyasi-dövləti strukturuna inkorporasiya (daxil) edilirdi. 
 
 
 
2. Azərbaycan-Gürcüstan münasibətləri: 
siyasi müttəfiqlikdən hərbi konfrontasiyaya dönüĢ 
 
Azərbaycanda  sovet  hakimiyyəti  bərqərar  olar-olmaz  onun  Gürcüstanla 
münasibətləri  sürətlə  pisləşdi:  cəmi  iki-üç  gün  ərzində  sabiq  strateji  müttəfiqlər 
faktiki müharibə aparan tərəflərə çevrildilər. 
Məsələ  onda  idi  ki,  bolşevik  strateqləri  -  Qafqaz  bürosunun 
Q.K.Orconikidze və S.M.Kirov başda olmaqla bir qrup üzvü Azərbaycanın sürətlə 
sovetləşməsindən    bir  növ  eyforiyaya  qapılmışdılar:  onlar  bu  təcrübəni 
Gürcüstanda  da  eyni  uğurla  təkrarlamağa  ümid  edirdilər.
10
  Mayın  əvvəllərində 
Gürcüstana  qarşı  kompleks  tədbirlər  məhz  bu  şəxslərin  təşəbbüsü  və  bilavasitə 
rəhbərliyi  altında  işə  salındı:  mayın  l-də
 
Tiflisdə  və  digər  iri  şəhərlərdə  hökumət 
əleyhinə kütləvi nümayişlər keçirilir, ertəsi gün Sandro Maxaradze başda olmaqla 
bir  qrup  bolşevik  Tiflisdə  silahlı  dövlət  çevrilişinə  cəhd  edir,  lakin 
müvəffəqiyyətsizliyə düçar olur.
11
 
Aprelin  sonu  -  mayın  əvvəllərində  sovet  Azərbaycanı  ilə  menşevik 
Gürcüstanı  arasında  qızışmaqda  olan  hərbi  əməliyyatlar  da  məhz  bu  kontekstdə 
anlaşıla  bilər.  Azərbaycanın  xarici  işlər  komissarı  M.D.Hüseynovun  Gürcüstanın 
xarici  işlər  naziri  Y.P.Gegeçkori  ilə  o  günlərə  aid  diplomatik  yazışması  həmin 
əməliyyatların xarakteri və gedişi, ən əsası isə hərbi qarşıdurmanın arxasında duran 
bəzi  mətləb  və  məqamlara  müəyyən  aydınlıq  gətirir.  Bu  yazışma,  eyni  zamanda, 
sözügedən  silahlı  münaqişədə  menşevik  Gürcüstanının  birmənalı  suçluluğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə