ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   44   45   46   47   48   49   50   51   ...   110

103 
 
kəndlinin  həyat  və  güzəranını  tam  təmin  etmək  olardı.  Bu  səbəbdən  Gürcüstanın 
torpaq qıtlığı hiss olunan rayonlarından  boş torpaqların olduğu şərq rayonlarına,  o 
cümlədən qeyd etdiyimiz ərazilərə kəndlilər köçürülürdü. 
2)Siyasi  motiv:  əvvəla,  birinci  fəsildə  də  qeyd  etdiyimiz  kimi,  o  dövrdə 
dövlətlərarası münasibətlərdə hökm sürən paradiqma (ənənə) «siyasi realizm» idi: 
ona əsasən sərhəd «sərt» təhlükəsizlik problemi kimi qəbul olunurdu. Bu səbəbdən 
gürcü 
tərəfi 
hər 
vəchlə 
Alazan, 
Ulqam 
və 
Mazım 
çaylarının 
sağ sahillərini ələ keçirməyə və həmin ərazilərdə istər Azərbaycanın hərbi-inzibati, 
istərsə də iqtisadi iştirakına son qoymağa çalışırdı. 
İkincisi,  gürcü  hakimiyyət  orqanları  zaqatalalıların  mübahisəli  sahələrə 
girişlərini  məhdudlaşdırmaqla  siyasi  təşviqat  məqsədi  də  güdürdü,  belə  ki, 
alternativ variant kimi Gürcüstan lehinə siyasi seçim təklif edilirdi. 
3)İdeoloji motiv: gürcü hökumətini münaqişəyə sövq edən amillərdən biri 
də  (hərçənd  daha  az  əhəmiyyətlisi)  gürcü  intellektual  sferasının  məhsulu  olan 
Gürcüstanın  tarixi-coğrafi  məkanı  haqqında  mifolojiləşdirilmiş  konsepsiya  idi  ki, 
bu barədə biz əvvəlki fəsildə artıq bəhs etmişik. 
Yeri gəlmişkən, Azərbaycan siyasi-intellektual zümrəsi öz narritivlərində, 
məqsədyönlü  və  bitkin  olmasa  da,  praktiki  olaraq  əks-versiyasını  hazırlamışdı: 
onun ana ideyası  - mübahisəli  sahələr  «irsən,  ürfən  və  qanunən  bizim  torpağımız-
dır»  (İ.Qəbulov)  şüarında  öz  tutumlu  ifadəsini  tapmışdı.  Torpaq  üzərində  «əzəli 
tarixi  haqlar»  haqqında  təsəvvürlər  bizim  kontekstdə  həmin  torpağın  sakinlərinin 
(zaqatalalıların) özgə etnik miqrantlarla (gəlmə gürcülərlə) müqayisədə bu əraziyə 
olan hüquqlarını əsaslandırmalı idi. 
Fəsildə  münaqişənin  konfliktoloji  təhlilini  verərkən,  onun  obyektiv  əsası 
kimi  ərazi  və  onun  resursları,  münaqişə  subyektləri  kimi  siyasi  aktorların 
institusional  (Azərbaycan  və  Gürcüstan  dövlətləri)  və  qrup  (Zaqatala  və  Sığnaq 
sakinləri) tiplərini göstərmişik. 
Bu  münaqişənin  dinamikası,  yəni  müəyyən  zaman  ərzində  inkişafı  və 
dəyişməsi  xüsusiyyətləri  də  yetərincə  aydın  sezilirdi.  1918-ci  ildə  münaqişə 
situasiyası  hələ  latent  fazada  bulunurdu:  sosial  gərginlik  yüksək  həddə  çatsa  da, 
tərəflər açıq konfrontasiyadan çəkinirdilər. 
1919-cu ilin martında baş vermiş Birinci Mazımçay insidenti münaqişənin 
aktuallaşmış  fazaya  qədəm  basdığından  xəbər  verirdi.  Yay-payız  aylarında  ixtilaf 
ocağında  vəziyyət  gərginləşməkdə  davam  edirdi.  1919-cu  ilin  sentyabrın 
sonlarında  olmuş  İkinci  Mazımçay  insidenti  münaqişənin,  demək  olar  ki, 
eskalasiya  mərhələsinə  daxil  olmasına  işarə  idi.  Olay  nəticəsində  strateji 
əhəmiyyətli mövqe ələ keçirmiş gürcü hakimiyyət orqanları «mübahisəli torpaqlar» 
məsələsində  daha  inamla  və  cəsarətlə  hərəkət  etməyə  başladı,  bu  isə  mahal 
əhalisinin əks-təsirini doğurmaya bilməzdi. 
Fəqət ümumən Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafda olması, 
habelə  Qafqaz  ətrafında  təşəkkül  tapmış  xarici-siyasi  vəziyyət  münaqişənin 


104 
 
institusional  aktorlarını,  yəni  gürcü  və  Azərbaycan  dövlət  orqanlarını  destruktiv 
davranışdan çəkinməyə vadar edirdi. 
1919-cu  ilin  oktyabrın  28  -  noyabrın  3-də  baş  tutmuş  Beynəlxalq 
komissiya  öz  fəaliyyəti  ilə  miinaqişənin  sonrakı  eskalasiyasının  qarşısını  nisbətən 
aldı, hərçənd mühüm irəliləyişə müvəffəq ola bilmədi. Münaqişə qarşılıqlı qarət və 
basqınlarla müşayiət olunan uzadılma fazasına keçdi. 
Beləliklə, 
Azərbaycan 
və 
Gürcüstan  respublikalarının  müstəqil 
mövcudluq  illərində  Çiaur  meşəliyi  və  Şirək  düzündə  Zaqatala  kənd  icmalarına 
məxsus  torpaq  sahələri  məsələsi  öz  həllini  tapmadı.  Azərbaycan  tərəfinin  həmin 
sahələri  Azərbaycan  Respublikasına  birləşdirmək  səyləri  baş  tutmadı.  Gürcü 
tərəfinin münaqişədə riayət etdiyi davranış xəttini sözügedən torpaqların öz həqiqi 
sahiblərindən  tədricən  almaq  və  demoqrafik  və  iqtisadi  baxımdan  mənimsəmək 
planları müəyyən edirdi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


105 
 
III FƏSĠL 
 
ZAQATALA MAHALININ SĠYASĠ MƏNSUBLUĞU  
MƏSƏLƏSĠNĠN QƏTĠ HƏLLĠ 
(1920-1921) 
 
1.1920-ci ilin aprel çevriliĢinin Cənubi Qafqazda 
siyasi vəziyyətə təsiri 
 
1920-ci  ilin  28  apreli  Qafqaz  xalqlarının  həyatının  bütün  sferalarında, 
habelə region  və ətrafında  cərəyan  edən geosiyasi  proseslərdə  epoxal  əhəmiyyətli 
dönüş  nöqtəsi  oldu.  Ən  əvvəla,  Azərbaycanın  sovetləşməsi  bölgədə  geosiyasi 
qüvvələr  düzümünü  kökündən  dəyişdirdi.  O,  Antantanın  (Qərbin)  öz  himayə  və 
hegemonluğu altında Cənubi Qafqazın antisovet zəminində siyasi konsolidasiyası - 
«Transqafqaz kordonu» yaratmaq planlarının üstündən xətt çəkdi. 
Azərbaycanda  sovet  hakimiyyətinin  bərqərar  olması  Cənubi  Qafqazda 
daxili-siyasi  konfiqurasiyanın  da  əsaslı  transformasiyasını  doğurdu.  O  çağadək 
Rusiyadakı  vətəndaş  müharibəsinin  tərəfləri  regionda  cərəyan  edən  proseslərdə 
əsasən  bilvasitə  -  dolayı  şəkildə  iştirak  edirdilər.  28 aprel hadisəsi,  bu  baxımdan, 
iki  siyasi  nəticəni  şərtləndirirdi:  1)  Obyektiv  olaraq  Avrasiya  məkanında 
təmərküzləşdirici  funksiyanı  daşıyan  bolşevik  Rusiyası  bu  andan  etibarən 
regiondakı proseslərin bilavasitə və həm də aparıcı subyektinə çevrilirdi. 2) Cənubi 
Qafqaz yenidən Rusiya vətəndaş müharibəsinin tərkib epizodu olurdu. 
Postaprel situasiyası region xalqlarını və onların siyası qüvvələrini, demək 
olar ki, ontoloji dilemma qarşısında qoymuşdu: ya Sovet Rusiyası - formalaşmaqda 
olan  sosial-paternalist  səciyyəli  yeni  Avrasiya  ümumiliyi  ilə  birlikdə  Qərbə qarşı, 
ya da Qərblə Rusiya əleyhinə. Bu zaman «Qərb» anlayışı bolşeviklərin metasiyasi 
şüur  və  leksikonunda  zülm,  istismar,  əsarət  və  qəsbkarlığın  metaforası  (təşbehi) 
kimi çıxış edirdi və sovet ümumiliyinin ekzistensial düşməni mənasını verirdi. 
Qeyd  etdiyimiz  dilemmanın  çözümü  bir  neçə  aspekti  (geosiyasi,  sosial-
siyasi,  iqtisadi,  sosiomədəni)  ehtiva  etməklə,  sonrakı  inkişafın  vektor  və 
perspektivini müəyyənləşdirirdi. 
Ümumiyyətlə, Cənubi  Qafqazda  baş verən siyasi proseslər «bifurkasiya» 
kateqoriyası  vasitəsilə  izah  oluna  bilər.  Dinamik  sistemlər  nəzəriyyəsindən  əxz 
edilmiş  bu  anlayış  (fransızca  «la  bifurcation»  haçalanma  mənasını  verir)  ictimai-
siyasi  hadisələrin  idrakı  metodu  kimi  çıxış  edərək,  mürəkkəb  siyasi  sistemlərin 
müvazinətdən uzaq durum və şəraitlərdə davranışını bildirir.
1
 Bifurkasiya o zaman 
baş  verir  ki,  sistemi  strukturlaşdıran  daxili  qüvvələrlə  onun  mühiti  olan  xarici 
qüvvələr  arasında  balans  pozulur.  Qlobal  müharibələr,  inqilablar,  dövlətlərin 
dağılması,  siyasi  və  sosial  quruluşların  kardinal  transformasiyası  kimi  fenomen 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə