ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

120 
 
Gürcü tərəfi öz davranış xəttində bu cür tərəddüd qeyri-ardıcıllığı Zaqatala 
üsyanı günlərində də nümayiş etdirmişdi. Gegeçkori bir qədər əvvəl toxunduğumuz 
14  iyun  notasından  əlavə,  Azərbaycanın  xarici  işlər  komissarlığına  iyunun  16  və 
20-də  də  analoji  məzmunlu  teleqramlarla  müraciət  etmişdi.
57
  O,  bölgəyə  sovet 
hissələrinin  yeridilməsinə  qəti  etiraz  edir  və  hətta  adekvat  addımlar  atacaqları  ilə 
hədələyirdi.  Fəqət  nə  onun  etirazları  bir  nəticə  vermədi,  nə  də  gürcülər  kiçik 
istisnalarla mahala hərbi qüvvələrini sövq etmədilər, hərçənd Laqodex rayonundakı 
gürcü  qoşunları  komandiri  general  Sumbatov  iyunun  20-də  Zaqatala  dairəsindən 
sovet qoşunlarının təxirə salmadan çıxarılması barədə ultimatumla  çıxış etmişdi.
58
 
Görünür,  Azərbaycanda  antisovet  üsyanlarının  yetərincə  qısa  müddətdə  və  son 
dərəcədə amansızlıqla yatırılması gürcü hökumətinə çəkindirici təsir göstərmişdi. 
Üsyan  günlərində  mahalın  bəzi  sərhədyanı  məntəqələrinə  gürcü 
hissələrinin  daxil  olmasını  biz  artıq  qeyd  etmişdik.  Lakin  çox  güman  ki,  onlar 
tezliklə geri çağırıldılar, belə ki, XI Ordu komandanlığının qoşunlara 7 iyul tarixli 
əmrindən də göründüyü kimi, Zaqatala ərazisində gürcü hissələri artıq yox idi.
59
 
 
 
 
5. 1920-ci ilin iyun üsyanından sonra Zaqatala mahalının 
siyasi və iqtisadi vəziyyəti
 
 
Biz 
yuxarıda 
Zaqatala 
üsyanının 
səbəblərindən 
danışarkən, 
Azərbaycandakı  hərbi  hissələrin  faktiki  olaraq  zorakılıq  və  qarətçiliklə  məşğul 
olduqlarını  qeyd  etmişdik.  XI  Ordunun  özbaşınalığının  miqyas  və  xarakteri 
Azərbaycanın  Moskvadakı  təmsilçisi  B.Şahtaxtinskinin  Leninə  20  sentyabr  tarixli 
məktubunda  xüsusi  vurğulanırdı:  «Qızıl  Ordu  ...  özünü  mürtəce  aparır,  yerlərdən 
heyrətamiz  məruzələr  alınmaqdadır.  İş  qadın  və  qızların  açıqcasına  zorlanmasına 
qədər gedib  çıxır...  Azərbaycan  kəndliləri ancaq  bir  şeyi  xahiş  edir  və  yalvarırlar:   
nə  varsa,  hər  şeyi  dərhal,  bir  dəfəyə  götürün  və  bizi  gündəlik  evə  soxulmalardan 
xilas edin. 
Azərbaycan kəndlilərinin hal-hazırda vəziyyəti fövqəladə dərəcədə ağırdır. 
Onlar, hətta  ağ neft  belə əldə  edə  bilmirlər
 
belə  ki, ağ nefti  kəndlərinə daşıdıqları 
bütün  arabaları  yolda  Qızıl  Ordu  müsadirə  edir.  Kəndlilər  tarlaları  əkməkdən 
imtina  edirlər...  Öz  çörəyi  ilə  yaşayan  Azərbaycan  indi  çörəksiz  qalıbdır,  ac 
Gürcüstan və Ermənistanın isə indi çörəyi boldur».
60
 
Şahtaxtinskinin  gətirilən  xarakteristikası  Zaqatala  mahalında  üsyanın 
məğlubiyyətindən  sonra  yaranmış  siyasi  və  sosial-iqtisadi  vəziyyətə  şamil  oluna 
bilər.  Hətta  burada  əhalinin  müqaviməti  ilə  əlaqədar  vəziyyət  daha  ağır  və 
acınacaqlı  idi.  Qəza  inqilab  komitəsi  sədrinin  məlumatlarında  bildirilirdi  ki,  «üs-
yançı hərəkatın ləğvindən sonra... əhalinin rifahı kəskin surətdə pisləşdi. Bu üsyanı 
ləğv  etmiş  süvari  diviziyası  və  piyada  briqadası...  sözün əsl mənasında,  xüsusən  də 


121 
 
dənli məhsullar və furaj baxımından dairəni yeyib qurtarmışlar».
61
 Əhalidə olan yem 
və  taxılın  müsadirəsində  ordu  ilə  yanaşı,  ərzaq  şöbəsi  (prodotdel)  də  fəal  iştirak 
edirdi.  Zaqatala  dairəsinin  müvəqqəti  müvəkkili  Əliyevin  AK(b)  MK-ya  təqdim 
etdiyi  məruzəsində  (7  iyul,  1920)  deyilirdi  ki.  «Qızıl  Ordu  hissələrinin  vəhşilikləri 
haqqında  təhriklərdən  qorxuya  düşmüş  əhali  qoşunlarımızın  hücum  etməsi  zamanı 
özünün  bütün  əmlakını  ataraq,  dağlara  qaçmışdı  və  bunun  nəticəsində 
çoxmilyonluq  mal-varidat  qarət  edilmiş  və  minlərlə  baş  mal-qara  sahibsiz  bütün 
mahalda dolaşmaqdadır». Məruzə müəllifi külli sayda mal-qaranın gürcülərin əlinə 
keçməsindən, həmçinin Ordunun mahalda saxlanılmasının yerli kəndlilər üçün baha 
başa gəldiyindən söz açırdı.
62
 
Bir  başqa  məlumatda  deyilirdi  ki,  bütün  müsadirələrdən  sonra 
zaqatalalıların  yeganə  ümidi  Alazan  çayının  sağ  sahilindəki  əkin  sahələrinə  idi. 
«Fəqət  Zaqatala  dairəsinə  bu  taxılı  yığmağa  icazə  verən  gürcülər...  onun  dairə 
mərkəzinə aparılmasına maneçilik törədərək, deyirlər: «bolşeviklər getdikdən sonra 
ondan yararlanarsınız».
63
 
Zaqatalalıların  Şirək  düzündə  yetişmiş  və  biçilmiş  taxılının  aparılmasına 
gürcülərin izin verməməsi vilayətdə, xüsusən də Əliabad və Almalı nahiyələrində 
real  aclıq  təhlükəsi  yaratmışdı.  Bu  məsələ  o  qədər  ciddi  idi  ki,  hətta  AK(b)P-nin 
Zaqatala qəza komitəsi özünün avqustun 8-də olmuş iclasında problemin həlli üçün 
Bakıya  nümayəndə  göndərməyi  qərara  almışdı.
64
  Düzdür,  payıza  doğru  vəziyyət 
nisbətən dəyişdi: Zaqatala qəza partiya komitəsinin 28 oktyabr  iclasında bəlli oldu 
ki,  Gürcüstan  hakimiyyət  orqanları  yalnız  mahal  kəndlilərinin  şəxsi  ehtiyaclarını 
təmin  edəcək  miqdarda  taxılın  çıxarılmasına  hər  halda  icazə  vermişdi.
65
  Yeri 
gəlmişkən, gürcülər sözlərinin üstündə durdular: həmin il vadidə 16000 pud (təqr. 
256  ton)  taxıl  yetişmişdi  ki,  onun  sadəcə  yarısını  zaqatalalılar  Alazan  çayının  sol 
sahilinə  daşıya  bilmiş,  yerdə  qalanı  isə  ya  gürcü  hökuməti  tərəfindən  müsadirə 
olunmuş, ya da məhv olub getmişdi.
66
 
Taxılın  qismən  aparılmasına  icazə  verməklə,  qismən  də  özündə 
saxlamaqla  gürcü  hakimiyyəti  iki  vəzifənin  həllinə  çalışırdı.  Birincisi,  artıq  qeyd 
etdiyimiz kimi, iqtisadi üsullarla (taxılın aparılmasının əvvəlcə yasaqlanması, sonra 
isə  qismən  icazə  verilməsi  ilə)  əhalini  özünə  cəlb  etmək  istəyirdi.  Hətta  bu 
məqsədlə Gürcüstanın mahalla həmsərhəd rayonuna külli miqdarda şəkər və başqa 
ərzaq  məhsulları  gətirilərək,  zaqatalalılara  ucuz  qiymətə,  lakin  yalnız  gürcü 
valyutasına satılırdı.
67
 
Belə addımlar, şübhəsiz, bolşeviklərin müsadirə siyasətindən cana gəlmiş 
əhali  arasında  müəyyən  rezonans  doğurmaya  bilməzdi.  Qızıl  Ordunun 
Zaqataladakı süvari korpusunun komandiri A.Tkaçev öz raportunda (1920, 31 iyul) 
əhalinin Gürcüstana meylini belə təsvir edirdi: «... Yaşanılan an əhaliyə hələlik heç 
bir  fayda  gətirməmişdir,  əksinə,  gündən-günə  onun  ehtiyaclarını  inkişaf  etdirir. 
Şüursuz yerli müsəlmanlıq üçün ... ona heç nə verməyən Bakının hakimiyyətindən 
azad olmaq və Tiflislə əlaqəyə girmək olduqca cazibədar görünür».
68
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə