ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

124 
 
Gürcüstana  dair  siyasətə  təshihlər  etmək  arzusu  Qafqaz  bolşevik 
rəhbərliyində artıq 1920-ci ilin oktyabrın sonlarında yaranmışdı. Məsələ onda idi ki, 
Kazım Qarabəkir paşanın komandanlığı altında  türk  qoşunlarının  erməni  cəbhəsini 
yarması  və  sürətlə  İrəvan  istiqamətində  irəliləməsi  müəyyən  mənada  sovet-türk 
münaqişəsi ehtimalını doğurmuşdu. Yeri gəlmişkən, buna Antanta da can atırdı.
77
 
Sovet  rəhbərliyi  Qafqazda  ilk  növbədə  Bakı  və  ümumən  Azərbaycanın  
əlverişli    geostrateji     mövqeyinə   görə   ehtiyat  edirdi.  Vəziyyəti  öyrənmək üçün 
İ.V.Stalin  oktyabrın  sonlarında  əvvəlcə  Vladiqafqaza,  sonra  isə  Bakıya  ezam 
olundu.  Noyabrın  9-da  o,  RK(b)P  MK  Qafqaz  bürosunun,  AK(b)P  MK-nın 
Azərbaycan  SSR  İnqilab  Komitəsinin  və  partiyanın  Bakı  komitəsinin  Bakıda 
olmuş  birgə iclasında  Azərbaycanda ən yaxın partiya  və sovet işi haqqında ətraflı 
məruzə  ilə  çıxış  etdi.  Stalinin  nitqi  Gürcüstana  münasibətdə  sovet  rəhbərliyində 
mövcud  müəyyən  siyasi  ovqatdan  xəbər  verirdi:  «Gürcüstan,  adaxlısı  çox  olan 
gəlinin  vəziyyətindədir  -  hamı  onun  nazı  ilə  oynayır,  o  isə  şıltaqlıq  edir.  Biz  də 
onun nazı ilə oynayırıq ki, bundan nəsə əxz edək. Burada Antanta bizə qarşı ittifaq 
yaratmaq  istəyir.  Biz,  əlbəttə,  Gürcüstanı  öz  tərəfimizə  çəkə  bilməyəcəyik,  amma 
Gürcüstan  hökuməti  daxilində  dağılmanı  gücləndirərik  və  nefti  damla-damla 
verməklə  Gürcüstan  və  Antanta  arasında  döyüş  ittifaqı  işini  ləngidərik.  Sonra  isə 
nəyin yaxşı olduğunu faktlar göstərər».
78
 
Noyabrın  27-də  Stalinin  məruzəsini  dinləyən  Siyasi  Büro Gürcüstana  və 
həmçinin  Ermənistana  münasibətdə  maksimum  barışıq  siyasəti  yeridilməsi  və 
müharibəyə  yol  verilməməsi  haqqında  qərar  qəbul  etdi.
79
  Lakin  2  gün  sonra 
Ermənistanın sovetləşməsi faktiki olaraq Gürcüstanın siyasi taleyində həlledici rol 
oynadı.  Artıq  1920-ci  ilin  dekabrın  15-də  RK(b)P  MK-nın  Qafqaz  bürosunun 
Bakıda  keçirilmiş  birləşmiş  müşavirəsində  Gürcüstanın  sovetləşməsinə  əməli 
yardım  göstərilməsi  barədə  qətnamə  qəbul  olundu.  Fəqət,  V.İ.Lenin  o  zaman  bu 
qərarın  həyata  keçirilməsini  qəti  surətdə  yolverilməz  hesab  edirdi.  Məhz  onun 
təkidi ilə dekabrın 17-də Mərkəzi Komitə əvvəlki siyasi kursunu təsdiqlədi. 
Qafqaz Komitəsi isə özlüyündə Gürcüstanın sovetləşməsi məsələsini artıq 
həll etmişdi: 1921-ci ilin yanvarın 21-də Orconikidze və Kirov Moskvaya,  «Bütün 
RK(b)P  MK  üzvlərinə»  başlıqlı  məktub  göndərirlər.
80
  Orada  Gürcüstanda  sovet 
hakimiyyətinin  qurulması  zərurətini  əsaslandırmaq  üçün  doqquz  dəlil  irəli 
sürülmüşdü.  Məktub  müəlliflərinin  bütün  arqumentasiyası  daxili-siyasi,  geosiyasi 
və hərbi-strateji mülahizə və mühakimələrə söykənirdi. 
Gürcüstan  məsələsi  yanvar  ayı  ərzində  bir  neçə  dəfə  Siyasi  Büroda 
müzakirə olundu. Ən nəhayət, Orconikidze və Kirovun səyləri öz nəticəsini verdi: 
yanvarın 26-da RK(b)P MK plenumu məsələ haqqında qətnamə qəbul etdi. Orada 
«zərurət  halında  Gürcüstan  zəhmətkeşlərinə  hərbi  yardım  göstərilməsi»  nəzərdə 
tutulurdu.  Əslində  belə  formulirovka  Gürcüstana  qarşı  hərbi-inqilabi  səciyyəli 
tədbirlər  görülməsinə  sanksiya  verirdi.  Gürcüstanın  müstəqil  dövlət  kimi  aqibə-


125 
 
tində  məşum  rol  oynayan  qərar  isə  RK(b)P  MK  Siyasi  Bürosunun  8  fevral 
iclasında qəbul olundu.
81
 
Azərbaycan hökumətinin Gürcüstana münasibəti də təbii, yuxarıların - bu 
halda isə Qafqaz Bürosunun müvafiq siyasi kursu ilə müəyyənləşirdi. 1921-ci ilin 
yanvarın  14-də  AK(b)P  MK  Siyasi  və  Təşkilat  bürosunun  iclasında  M.D.Hü-
seynov  Gürcüstan  Xarici  İşlər  Nazirinin  12  yanvar  tarixli  teleqramı  barədə 
məlumat  verdi.  Teleqramda  Zaqatala  dairəsinin  Gürcüstana  mənsubluğu  iddia 
edilirdi və arbitraj komissiyasının təşkili məsələsi bir daha qaldırıldı. İclasda gürcü 
hökumətinə  nümayişkaranə  cavab  vermək  və  komissiyaya  razı  olmamaq  qərara 
alındı.
82
  Bu,  faktiki  olaraq  sovet  tərəfinin  Gürcüstanla  bağladığı  müqavilələri 
birtərəfli qaydada denonsasiyası mənasını verirdi. 
1921-ci    ilin    fevralın      11-də    Lori    rayonunda    bolşevik  təhriki  ilə 
alovlanan erməni üsyanı Gürcüstanın sovetləşməsi bir növ işarə oldu. Fevralın 16-
da Gürcüstan İnqilab Komitəsi təşkil olundu və elə həmin gün bu ölkəyə qarşı sovet 
müdaxiləsi  başlandı.  Yeri  gəlmişkən,  Azərbaycan  sovet  hökuməti  də  Gürcüstana 
müharibə  elan  etmişdi.  Fevralın  17-də  Lenin  və  Çiçerinə  göndərdiyi  teleqramda 
M.D.Hüseynov  bu  qərarı  doğuran  amillər  sırasında  gürcülərin  Zaqatala  maha-
lındakı əks-inqilabi fəaliyyətini də qeyd edirdi.
83
 
Azərbaycan ərazisi - Qazax, habelə Zaqatala rayonları Gürcüstana hücum 
edən sovet qoşunları üçün əsas platsdarm rolunu oynamışdı. 
1921-ci  ilin  sovet-gürcü  müharibəsi  -  əslində  «üsyan  etmiş  Gürcüstan 
zəhmətkeşlərinə yardım»  şüarı altında həqiqi döyüş əməliyyatları gedirdi - kifayət 
qədər  şiddətli  və  sürəkli  xarakter  almışdı:  məsələn,  Tiflis  şəhərinin  fevralın  19-na 
planlaşdırılmış işğalı yalnız fevralın 25-də baş tutdu. Hərbi əməliyyatlar isə martın 18-
dək, gürcü hökumətinin Batumdan evakuasiyasına qədər davam etdi.
84
 
Cənubi  Qafqazın  sovetləşməsinin  başa  çatması  region  xalqlarının 
münasibətləri  tarixində  keyfiyyət  etibarı  ilə  yeni  dövrün  başlanması  demək  idi. 
Sovet  dövləti  -  Avrasiya  xalqlarının  yeni  siyasi  ümumiliyi  mahiyyətcə  əhatəli 
unifikasiyaedici strukturu təmsil edirdi. Belə bir keyfiyyət onu müxtəlif etnosiyasi  
mübahisə  və  münaqişələri  nizamlamağa  və  həll  etməyə  sövq  edirdi.  Bu  zaman 
münaqişələrin tənzimlənməsi metodu kimi inteqrasiya
85
 çıxış edirdi: onun əsasında 
dövlətdə  mövcud  etnos  və  etnik  qrupları  etnik  identiklikdən  daha  geniş  olan 
ümumi  identiklik  (bizim  nümunəmizdə  sovet  identikliyi)  əsasında  vahid  siyasi 
bütövə inteqrasiya etmək cəhdi dururdu. 
1921-1923-cü illərdə sovet dövlətçilik sistemi çərçivəsində Cənubi Qafqaz 
respublikalarının  inzibati-ərazi  bölgüsü  həyata  keçirildi:  o,  iri  etno-ərazi 
münaqişələrini  aradan  qaldırmaqla  bərabər,  region  xalqlarının  nəhayət  etibarı  ilə 
siyasi -ərazi identikliyini təsbit etməyə çağırılmışdı. 
1921-ci ilin mayın 2-də RK(b)P Qafqaz bürosu S.M.Kirov başda olmaqla 
Cənubi  Qafqaz  respublikaları  arasında  sərhəd  mübahisələrini  həll  elmək  üçün 
xüsusi komissiya təşkil etdi.
86
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə