ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   62   63   64   65   66   67   68   69   ...   110

141 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


142 
 
 
 
 
 


143 
 
Qafqaz  MİK-i  qarşısında  vəsatət  qaldırdı.
32
  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti 
özünün noyabrın 5-də olmuş iclasında həmin vəsatəti təmin etdi: qərara alındı ki, 
məsələ  torpaq  mübahisələrinin  həlli  üzrə  komissiyaya  verilsin.  Komissiyanın 
mübahisəli  əraziyə  ezam  olunmasına  qədər  isə  mayın  14-dək  olan  vəziyyət 
saxlanılmalı idi.
33
 
Gürcü  hakimiyyətinin  mübahisəli  torpaqlara  münasibətdə  fəallığının 
artması əvvəlki illərdə olduğu kimi, bu dəfə də Gürcüstanda həyata keçirilən aqrar 
islahatla əlaqədar idi. 
Menşevik hökumətinin aqrar tədbirləri Gürcüstanda torpaq məsələsini həll 
etməmişdi.  20-ci  illərin  əvvəllərində  bu  respublikada  aqrar  vəziyyət  böhran 
həddinə  çatmışdı.  Gürcü  kəndlisi  torpaq  azlığından  son  dərəcə  məhrumiyyətlər 
içərisində  yaşayırdı.  Məsələn,  1921-ci  ildə  Gürcüstanda  adam  başına  düşən 
əkinəyararlı  torpağın  orta  ölçüsü  0,7  desyatini  keçmirdi.
34
  «Заря  Востока» 
qəzetində  İ.  Jvaniya adlı müəllifin gətirdiyi  bilgilərə əsasən,  bu  respublikada hətta 
20-ci illərin ortalarında belə 322328 desyatin şum torpaq çatışmazlığı mövcud idi. 
Özü də bu zaman 64465 kəndli evi torpaqdan tamamilə məhrum idi.
35
 
Torpaq   qıtlığı   üzündən   Gürcüstanda   87695   ailənin başqa rayonlara 
köçürülməsi  zərurəti  meydana  çıxmışdı.  Yeri  gəlmiskən,  o  zaman  qonşu 
respublikada  mövcud  16  qəzadan  yalnız  üçündə     -  Axalkələk,  Sığnaq  və  Borçalı 
qəzalarında  torpaq  bolluğu  qeydə  alınmışdı.  Elə  torpaqsız  kəndlilərin  də 
miqrasiyasını,  ilk  növbədə  bu  qəzalara  yönəldirdilər.  Bəllidir  ki,  Axalkələk  və 
Borçalı  qəzalarının  20-ci  illərdə  əhalisinin  mütləq  əksəriyyətini  türklər  təşkil 
edirdilər. Deməli, torpaqsız gürcü kəndlilərinin bu ərazilərdə yerləşdirilməsi sosial-
iqtisadi  səciyyəli  vəzifələrin  həlli  ilə  yanaşı,  həmin  bölgələrin  əhalisinin  etnik 
balansını da dəyişdirmək məqsədi güdürdü. 
Sığnaq qəzasına gəlincə isə, qeyd etdiyimiz kimi, orada Çiaur meşəliyi və 
xüsusən  də  Şirək  düzü  kimi  qonşu  Azərbaycan  kəndlilərinin  sərəncamında  olan 
nəhəng torpaq  massivləri mövcud  idi; aqrar  islahat gedişində  də  məhz həmin  tor-
paqların gürcü miqrantlarının xeyrinə yenidən bölüşdürülməsi planlaşdırılırdı. 
Jvaniyanın  hesablamalarına  görə,  gürcü  maldarlarının  təminatı  üçün 
60000  desyatin  qış,  50000  desyatin  yay  otlaqları  tələb  olunurdu  ki,  bu  da  qeyd 
etdiyimiz ərazilərin əhəmiyyətini artırırdı. 
Bu  müəllifin  «  Заря  Востока»  qəzetinin  elə  həmin  sayında  getmiş  bir 
başqa məqaləsində köçürülmə fondu üçün ilkin olaraq 35000 desyatinədək torpaq 
ayrılacağı bildirilirdi.
36
 
1923-cü  ildə  Gürcüstanda  aqrar  məsələnin  inqilabi  həllinə  başlanıldı. 
Gürcüstan  rəhbərliyi  qısa  bir  müddət  ərzində  mülkədarlardan    150000  desyatin 
torpaq müsadirə edərək, kəndlilərə payladı.
37
 Müsadirələrlə yanaşı, kənd təsərrüfatı 
dövriyyəsinə  əlavə  torpaq  sahələri  daxil  etmək  üçün  digər  mənbələrin  axtarışına 
təşəbbüs  edilirdi.  Gürcüstanın  torpaq  komissarlığında  mühüm  vəzifələr  tutan, 
1924-cü  ilin  oktyabr  sazişlərinin  hazırlanmasında  önəmli  rol  oynayan  Jvaniyanın 


144 
 
yuxarıda söhbət açdığımız məqaləsi də məhz həmin axtarışların nəticəsindən xəbər 
verirdi:  gürcü  hökuməti  izafi  kənd  əhalisini  torpaqların  nisbətən  bol  olduğu 
rayonlara,  o  cümlədən  «mübahisəli  ərazilərə»  köçürmək  niyyətində  idi.  1920-ci 
illərin  ortalarında  Azərbaycan  SSR  XTK  kollegiyasının  üzvü  Ali  Torpaq 
Məhkəməsinin  sədri  vəzifələrində  çalışan  Muxtar  Hacıyev  bununla  əlaqədar  qeyd 
edirdi  ki,  «Gürcüstan  köçürmə  siyasəti  ilə  məşğuldur  və  Zaqatala  kəndlilərinin  - 
hansılarının  ki,  özlərinin  [torpağa]  ehtiyacı  var  -  torpaq  istifadəsini  azaltmaq 
istəyir... orada («Çiaur» məntəqəsində və Şirəkdə-Ş.R.) köklü sakinlər deyil, fəqət 
gürcü hakimiyyəti  tərəfindən köçürülənlər  var;  bu, təfsilatı  ilə müəyyən  olunmuş 
və protokolda qeyd edilmişdir».
38
 
20-ci  illərin  sonlarında,  «Çiaur  meşəliyi»  və  Alazanyanı  vadinin 
Gürcüstan  tərəfindən  özününküləşdirilməsinin hüquqi  tərəfinin artıq həll  edildiyi, 
iqtisadi  cəhətdən  mənimsənilməsinin  isə  sona  yaxınlaşdığı  bir  dövrdə 
müşavirələrdən  birində  bir  gürcü  səlahiyyətlisi  həmin  ərazilərin  təsərrüfat 
əhəmiyyətini belə təsvir edirdi:  «Bu torpaqların  Gürcüstana  gərəksizliyi  haqqında 
bəhs  edilərkən,  bu  yanaşma  vəziyyəti  bilməməkdən  irəli  gəlir.  Şirək  çölündən 
qoyunçuluq  məqsədi  ilə  istifadə  edən  gürcülər...  ya  tamam  torpaqsız,  ya  da  az 
torpaqlıdırlar...  Burada  hazırki  şəraitdə  maldarlıq  təsərrüfatı  müstəsna  səciyyə 
daşıyır».
39
 
Beləliklə,  Balaxlinski  -  Varamaşvili  komissiyası  tərəfindən əldə  olunmuş 
və  1923-cü  ilin  mayın  14-də  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti  komissiyası 
tərəfindən  təsdiqlənmiş  razılaşmalar  zaqatalalıların  ciddi  güzəştlərini  nəzərdə 
tuturdu: qeyd etdiyimiz kimi, Şirəkdə 6000 desyatindən artıq torpaq rəsmən Sığnaq 
qəzası  tərkibində  təsbit  olunurdu.  Həmçinin  «Çiaur  meşəliyində»  də  bəzi  önəmli 
sahələr  gürcü  kəndlilərinin  sərəncamına  keçirdi.  Lakin  gürcü  hökuməti  üçün  bu 
saziş  yalnız  ilk  addım  idi:  gündəlikdə  mübahisəli  torpaqların  inzibati  planda 
tamamilə özünə tabe etdirilməsi vəzifəsi dururdu. 
 
 
2.   Bünyadzadə - Gegeçkori saziĢi (1924-cü il 15 və 
17 oktyabr) ġirək çölündəki və «Çiaur meĢəliyindəki» 
torpaqların Gürcüstana verilməsinin hüquqi bazası kimi 
 
1923-cü ilin dekabrın 27-də Qabaqçöl kənd icması nıüvəkkilləri (Muhuma 
Cəgərçi  oğlu,  Muhuma  Tinov  Ömər  oğlu,  Həmzət  Xəlilov  və  başqaları)  Zaqatala 
qəza  icraiyyə  komitəsinə  müraciət  etdilər.
40
  Müraciətdə  son  dövrlərdə  Çiaur 
meşəliyinin  guya  Sığnaq  qəzasına  mənsub  olduğu  bəhanəsi  ilə  gürcülərin 
qabaqçöllülərə  öz  əzəli  torpaq  və  meşələrindən  istifadələrini  yasaqlamalarından 
şikayət edilirdi. Belə bir məqam xüsusi vurğulanırdı ki, 10 min kənd sakini gürcü 
hökumətinin siyasəti nəticəsində böhran vəziyyətindədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə