ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   63   64   65   66   67   68   69   70   ...   110

145 
 
Qabaqçöllülərin  şikayət  ərizəsi,  habelə  gürcü  tərəfinin  tələbləri  1924-cü 
ilin aprel ayının 24-də Cənubi Qafqaz MİK Rəyasət Heyətinin iclasında müzakirə 
olundu.  İclasda  Zaqatala  və  Sığnaq qəzaları  arasında  torpaq  mübahisələrinin həlli 
üçün yeni bir xüsusi komissiyanın yaradılması haqqında qərar çıxarıldı.
41
 
1924-cü  ilin  mayın  17-də  Azərbaycan  tərəfindən  ASSR  XTK 
kollegiyasının  üzvü  Muxtar  Hacıyevin,  torpaq  quruluşu  mütəxəssisi 
M.Kondratyevin  və  torpaqölçən  Molotkovun  daxil  olduğu  xüsusi  komissiya 
mübahisəli  sahələrin  təsbiti  üçün  Çiaur  meşəliyinə  ezam  olundu.  Komissiya 
mübahisəli  ərazinin  qabaqçöllülərin  istifadəsində  olduğunu,  gürcülərin  isə  həmin 
rayonda  torpaq  paylarını  əsasən  1923-cü  ildə  gerçəkləşdirilən  aqrar  islahatı 
gedişində  aldıqlarını  müəyyənləşdirdi.    Belə  bir  fakt  da  bəlli  oldu  ki,  gürcü 
kəndliləri  şumluq  torpaqlar  əldə  etmək  üçün  meşəni  qıraraq,  kötüklərdən 
təmizləməyə başlamış, lakin qabaqçöllülərin müqaviməti ilə rastlaşınca öz işlərini 
dayandırmalı olmuşdular.
42
 
Texniki komissiya mübahisəli sahələri müəyyənləşdirdikdən sonra əraziyə 
Tiflisdən  Ağamalıoğlunun  sədrliyi  altında  xüsusi  komissiya  təşrif  buyurdu.  Bu 
komissiya Qabaqçöl və qonşu Sığnaq kəndlərinə baş çəkdikdən sonra 1924-cü ilin 
mayın 26-da 4 maddədən ibarət qətnamə qəbul etdi: 
«1)  Mübahisənin  qəti  surətdə  həllinədək  müvəqqəti  olaraq  əkin  üçün 
meşənin qırılması və yandırılmasına ara verilir 
               2)    Mübahisə  edən  tərəflərin  komissiyanın  gəlişinədək  mövcud  torpaq 
istifadəsi bu mübahisənin qəti həllinə qədər saxlanılmalıdır. Elan edilirdi ki, hər bir 
tərəfin  hüququ  müəyyənləşdirilərkən  bu  istifadənin  əlamətləri  əsas  kimi  qəbul 
edilməyəcək.  Çünki  onun  həlli  üçün  hər  iki  tərəfin  müvafiq  kənd  təsərrüfatının 
torpaqla təminatı nəzərə alınmalıdır; 
               3)  Yiyələnmək  məqsədi  ilə  yeni  faktiki  istifadə  əlamətlərinin  meydana 
çıxması ciddi surətdə qadağan olunur. 
               4)Hər  iki  qəzanın  mübahisəni  özləri  bitirmək  istəyini  bildirdiklərini 
nəzərə  alaraq,  Sığnaq  və  Zaqatala  qəza  icraiyyə  komitələrinə  iki  həftə  ərzində 
yerindəcə barış razılaşmasına gəlmək təklif olunsun».
43
 
Qətnamə     Balaxlinski-Varamaşvili     protokolu     kimi, mövcud  status-
kvonu  təsdiqləyirdi  və  mübahisənin  qəti  həllini  faktiki  təxirə  salırdı.  Lakin  bu 
sənəddə yer almış bir fraqment münaqişənin  gələcək çözümünün ilkin konturlarını 
cızırdı. Qətnamənin 2-ci bəndində birmənalı şəkildə bəyan edilirdi ki, ixtilafın həlli 
zamanı  «istifadənin  əlamətləri»,  yəni  torpaqların  tarixən  hansı  kənd  icmasının 
(bizim  nümunəmizdə  qabaqçöllülərin)  təsərrüfat  istifadəsində  olması  faktı  deyil, 
tərəflərin  torpaqla  təminatı  nəzərə  alınacaq.  Bu  isə  gürcü  rəsmilərinə 
respublikalarında  təsərrüfata  yararlı  torpaqlara  böyük  ehtiyacın  olması  faktından 
Azərbaycanla  torpaq  mübahisələrində  spekulyativ məqsədlər  üçün  yararlanmasına 
meydan açırdı. 


146 
 
Qətnamənin  4-cü  bəndinə  uyğun  olaraq,  iyunun  2  və  3-də  Laqodexdə 
Zaqatala  və  Sığnaq  qəza  rəhbərliyinin  müşavirəsı  keçirildi,  lakin  orada  heç  bir 
razılaşma əldə etmək mümkün olmadı. Müşavirə ilə bağlı onun işində iştirak edən 
Zaqatalanın rəhbər işçiləri - M.Qocayev (qəza icraiyyə komitəsi sədri), D.Nəsibov 
(torpaq  şöbəsi  müdiri)  və  Süleymanov  (qəza  icraiyyə  komitəsinin  katibi)  Cənubi 
Qafqaz  MİK-nə  təliqə  göndərmişdilər.
44
  Oradan  bəlli  olurdu  ki,  bu  və  əvvəlki 
müşavirələrdə  Sığnaq  nümayəndələri  Ulqam-su  və  Dərin-qobu  çayları  arasında 
kiçik  bir  sahənin  Zaqatala  qəzasına  keçməsinə  etiraz  etmirdilər.  Fəqət  Dərin-
qobudan şərqdə axan Çürülü çay  və şimalda Daşkovo kəndi istiqamətində uzanan 
və  qabaqçöllülərin  binələrinin  bulunduğu  Çürülü-tala,  Beşkən  və  Qarakişi-tala 
(Sitel-qora)  adlı  sahələrin  güzəştinə  qarşı  qətiyyətlə  çıxış  edirdilər.  Gürcü  tərəfi 
qabaqçöllülərin  torpaqla  daha  təminatlı  olduqlarını  iddia  edərək,  məsələnin 
Mərkəz,  yəni  Zaqfederasiyanın  rəhbər  orqanları  tərəfindən  öz  xeyirlərinə 
çözüləcəyini inamla bildirirdilər. Halbuki bu sənəddən də aydın olurdu ki, Zaqatala 
qəzasının üçdə birini torpaqsız  kəndlilər təşkil edirdi və gələcəkdə torpaqların bö-
lüşdürülməsi  zamanı  Qabaqçöl  kəndi  normadan  aşağı  payla  kifayətlənməli 
olacaqdı. 
Bu  arada  Cənubi  Qafqaz  MİK-in  göndərdiyi  texniki  komissiya  mübahisə 
edən tərəflərin torpaqla təminatını müəyyən etmək məqsədi ilə fəaliyyətini davam 
etdirirdi.  O,  Çiaur  meşəliyində  Qabaqçöl  camaatının,  habelə  rus  məskənlərinin 
yerində bərqərar olmuş 11 gürcü kəndinin sahələrinin ümumi planını  tərtib edərək, 
iyul ayının 21-i üçün öz işini  başa vurdu.
45
 
1924-cü  ilin  sentyabrın  29-da  Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyəti 
Azərbaycan  və  Gürcüstan  xalq  torpaq  komissarları  Bünyadzadə  və  Gegeçkoriyə 
qısa  müddət  ərzində  Zaqatala  və  Sığnaq  qəzaları  arasında  torpaq  mübahisələrini 
yoluna qoymağı həvalə etdi.
46
 
1924-cü ilin oktyabrın 15-də Tiflisdə Zaqatala və Sığnaq qəzaları arasında 
sərhəd  mübahisələrinə  baxmaq  üçün  müşavirə  çağırıldı.  Həmin  müşavirədə 
Azərbaycan  tərəfini  Y.A.Balabanov  (XTK  katibi),  M.Qocayev  (Zaqatala  QİK 
sədri) və Süleymanov (Zaqatala QİK katibi) təmsil edirdi. Gürcü heyəti 5 nəfərdən 
ibarət idi. 
Müşavirənin ilk iclasında «Çiaur meşəliyi» məsələsinə baxıldı. İştirakçılar 
texniki komissiyanın materialları ilə tanış olduqdan sonra qətnamə qəbul etdilər.
47
 
Ona əsasən, meşəlik inzibati cəhətdən Gürcüstana keçirdi. Lakin məsələnin hüquqi 
aspektini  Gürcüstan  lehinə  çözən  bu  qərar,  onun  təsərrüfat  tərəfinin  həllində  hər 
halda  qabaqçöllülərin maraqlarını nəzərə  almışdı.  Məsələn, bu  sənədin  «Qeydlər» 
hissəsinin  «a»  bəndində  şimal-qərbdən  Abjit-su,  şərqdən  isə  Laqodex-Qabaqçöl 
yolu  ilə  hüdudlanan  meşə  sahəsinin  qırılması  yasaqlanırdı.  Bu,  gürcü  kəndlərinin 
həmin rayonda öz sahələrini artırmasını qismən əngəlləməli idi. 
Qətnamənin «b» bəndi ilə Abjit-su çayının sağ sahilində 30 desyatin sahə 
Qabaqçöl və Laqodex kəndlilərinin ümumi örüş sahəsi elan olunurdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə