ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   60   61   62   63   64   65   66   67   ...   110

137 
 
Artıq  1922-ci  ildən  etibarən,  gürcü  hakimiyyət  orqanları  zaqatalalıların 
Şirəkdəki sahələrindən istifadələrinə müəyyən maneələr törətməyə başladı. Həmin 
ilin  iyununda  Azərbaycanın  Xalq  Torpaq  Komissarlığı  (XTK)  tərəfindən  təşkil 
olunmuş xüsusi heyət Şirək çölündə Muğanlı bərə keçidindən başlayaraq, Alazanın 
sağ 
sahilində
 cənuba doğru 10 verst istiqamətində Əliabad nahiyəsinə məxsus sahələri 
təhqiq  etdi.
17 
Onun  gedişində  gürcülərin  ərazini  intensiv  surətdə  mənimsəməyə 
girişdikləri aşkara çıxarıldı: tuşinlər təqribən 200 desyatin torpağı əkmiş, qalanında 
isə  öz  mal-qaralarını  otarırdılar.  Özü  də  onlar,  sadəcə,  dinc  təsərrüfat  işləri  ilə 
məşğul  olmayıb,  Əliabad  və  digər  kəndlərin  sakinlərinin  öz  dədə-baba 
torpaqlarından    istifadə  etmələrinə  fəal  şəkildə  maneələr  törədir,  həmin  kəndlərə 
məxsus təsərrüfat tikililərini dağıdırdılar. 
Bununla  yanaşı,  Alazanyanı  vadinin  qalan  hissəsində  zaqatalalılar  öz 
təsərrüfat  işlərini  aparmaqda  davam  edirdilər:  həmin  il  onlar  2000  desyatindən 
artıq sahəni şumlamışdılar. 
Artıq  20-ci  illərin  əvvəllərində  mübahisəli  torpaq  məsələsinə  dair,  ilk 
növbədə lokal səviyyədə müəyyən razılığa gəlinməsinə cəhdlər göstərilmişdi. Hələ 
1921-ci  ilin  dekabrın  12-də  Zaqatala  qəza  icraiyyə  komitəsinin  o  zamankı  sədri 
Z.Balaxlinskinin təşəbbüsü ilə Zaqatala və Sığnağın yerli hakimiyyət orqanlarının 
müştərək iclası oldu.
18
 Balaxlinski həmin tədbirdəki çıxışında tuşinlərin Şirəkdəki 
torpaqları  qanunsuzcasına  qəsb  etdiyini  göstərdi.  Onun  sözlərinə  görə,  tuşinlər 
mal-qara  oğrularına  bələdçiliklə  də  məşğul  olurdular,  Sıgnaq  hakimiyyəti  isə 
onların  bu  əməllərinə  göz  yumurdu.  Yeri  gəlmişkən,  gürcü  hakimiyyət  orqanları 
münaqişənin davam
 
etdiyi müddət ərzində fəal surətdə öz vətəndaşlarının müxtəlif 
qanunsuzluqlarını ört-basdır edirdi və hətta bəzən özü onları bu cür əməllərə təhrik 
edirdi. 
Bununla  bərabər,  Zaqatala  rəhbərliyi  tuşinlərin tutduqları  yerlərdən  təcili 
çıxarılmasını  təkid  etməyərək,  sadəcə  sahələrdən  istifadəyə  görə  Zaqatala  qəza 
torpaq şöbəsinə vergi ödəmələrini istəyirdi. 
Cavab  olaraq,  gürcü nümayəndələri  tuşinlərin ərazini  Sığnaq  qəza  torpaq 
komitəsinin  müvafiq  mandatı  əsasında  tutduqlarını  söyləyirdilər.  Öz  iddialarını 
əsaslandırmaq  üçün onlar 1884-cü ilin xəritəsinə istinad edirdilər: o xəritəyə əsa-
sən, həmin torpaqlar məhz Sığnaq qəza təsisatlarının təsərrüfat sərəncamında hesab 
olunurdu.  Öz  tərəfimizdən  bir  daha  əlavə  edərdik  ki,  göstərilən  ərazilər  inzibati 
cəhətdən Zaqatala qəzasına aid edilmişdi. 
Göründüyü  kimi,  Alazanyanı  vadinin  mənsubluğu  məsələsi  20-ci  illərin 
əvvəllərində hələ açıq qalırdı. 
1922-ci  ilin  noyabrın  12-də  Zaqatala  şəhərində  Əliabad  və  Almalı 
nahiyələrinin  kənd  cəmiyyətləri  nümayəndələrinin  iştirakı  ilə  xüsusi  müşavirə 
keçirildi.
19
  Müşavirə  gedişində  ona  sədrlik  edən  Abdullayev  çox  maraqlı  və 
mühüm  faktı  açıqlamışdı:  Şirəkdəki  torpaqlar  25  min  qəza  sakininin  yaşayış 
mənbəyi idi. 


138 
 
Tədbirdə  iştirak  edən  Yengian  cəmiyyətinin  nümayəndəsi,  80  yaşlı 
Məhəmməd  Qarakişi  oğlu  və  Əliabad  cəmiyyətinin  təmsilçisi  Cümə  Bədir  oğlu 
həmin  torpaqların  onlara  əzəldən  mənsubluğunu  təsdiqlədilər.  Bu  şəxslərin 
sözlərinə  görə,  çarizm  dövründə  Zaqatala  dairəsi  hakimiyyəti  tərəfindən 
Alazanyanı  vadidə Qarabulaq adlı yerdə polis postu qoyulmuşdu.  Bu faktın özü, 
onların  fikrincə,  bir daha  vadinin inzibati  cəhətdən  dairəyə  mənsubluğuna  dəlalət 
edirdi. 
Müşavirə mahal sakinlərinin türkcə Qaş,  gürcülərin  isə
 
Kedi  adlandırdığı 
(təəssüflər  olsun  ki, hal-hazırda  birinci  toponim  unudulmuşdur)  dağ  silsiləsinədək 
uzanan  17852  desyatin  (19503  hektar)  ərazinin  (onun  da  qeyd  etdiyimiz  kimi 
16337,5  des.  təsərrüfata  yararlı  idi)  Zaqatala  qəzasına  birdəfəlik  birləşdirilməsi 
haqqında hökumətə müraciət qəbul etdi. 
Bu  tədbirin  baş  tutduğu  gün  -  noyabrın  12-də  Zaqatala  QİK-nin  təşkil 
etdiyi  bir  başqa  müşavirə  də  keçirilmişdi.  Orada  məsələ  ilə  bağlı  xüsusi 
komissiyanın  yaradılması  təklifi  irəli  sürüldü  və  qərara  alındı  ki,  «(Şirək) 
məsələsinin  qəti  həllinədək  (Cənubi  Qafqazın)  İttifaq  Şurasından  Zaqatala  və 
Sığnaq qəzaları arasında sərhəd kimi Alazan çayının deyil.., 1905-ci il xəritəsində 
işarələnmiş  və  mövcud  olmuş  xəttin  tanınması  xahiş  edilsin».  Yeri  gəlmişkən, 
1905-ci  il  xəritəsində  vadi  Zaqatala  dairəsi  hüdudları  daxilində  göstərildiyindən, 
Azərbaycan tərəfi ona istinad edirdi.
21
 
1922-ci  ilin  payızında  Zaqatala  və  Sığnaq  qəzaları  arasında  torpaq 
mübahisələri  Cənubi  Qafqazın  mərkəzi  hakimiyyət  instansiyalarının  maraq 
predmetinə  çevrilir  ki,  bu  da  ixtilafın  ciddiliyindən  və  əhəmiyyətindən  xəbər 
verirdi.  O  dövrdə  Zaqafqaziya  federasiyası  İttifaq  Şurası  nəzdində  sərhəd 
məsələləri  üzrə  xüsusi  komissiya  fəaliyyət  göstərirdi.  Azərbaycanı  ilk  vaxtlar  bu 
qurumda İsrafil İbrahimov və Muxtar Hacıyev təmsil edirdi. 1922-ci ilin oktyabrın 
30-da Azərbaycan Şuraları Mərkəzi İcraiyyə Komitəsi (MİK) sədri S.Ağamalıoğlu 
və  xalq  torpaq  komissarı  F.Əliyev  həmin  şəxslərə  təliqə  göndərirlər.
22
  Təliqədə 
Zaqatala və Sığnaq qəzaları arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı 
prinsiplərə  əməl  olunması  barədə  təlimat  verilirdi.  Ağamalıoğlu  və  Əliyevin 
fikrincə, sərhədin təsbiti zamanı Alazanyanı  vadi Zaqatala qəzasına daxil edilməli 
idi. Bu zaman mübahisəli ərazinin böyük hissəsinin Zaqatala qəzasının sakinlərinin 
istifadəsində  olduğu,  gürcülərin  vadinin  şimalında  ələ  keçirdikləri  sahələrdə  belə 
zaqatalalıların  xutorlarının  (binələrinin)  izlərinin  qaldığı,  həmin  torpaqların 
qədimdən  xəzinə  tərəfindən  zaqatalalılara  icarəyə  verildiyi  əsas  kimi  irəli 
sürülürdü.  Həmçinin  təliqə  müəllifləri  sərhəd  kimi  Alazan  çayının  deyil,  Qaş 
(Kedi)  sıra  dağlarının  seçilməsini  təsərrüfat  baxımından  məqsədəuyğun  hesab 
edirdilər. 
Bu  təliqənin  göndərildiyi  gün,  oktyabrın  30-da  Zaqafqaziya  Ölkə  Partiya 
Komitəsinin  Rəyasət  Heyəti  Orconikidze,  Nərimanov  və  Myasnikov  tərkibli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə