ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

128 
 
Sovet  dövlətinin  mahiyyət  etibarı  ilə  sosial-paternalist  və  ideokratik 
imperiya  kimi  qəbul  etsək,  əvvəlki  fikirlərimizi  ümumiləşdirərək,  söyləyə  bilərik: 
bolşevik  yuxarıları  -  imperiyanın  yeni  hakim  sinfi  vahid  siyasi  və  ideya  təməli 
üzərində  Avrasiya  məkanında  yaşayan  çeşidli  etnosları  bir  ümumiliyə  inteqrasiya 
etməyə  çalışırdılar.  Bu  da  etnoərazi  münaqişələrinin  tezliklə  yoluna  qoyulması 
istəyini obyektiv olaraq şərtləndirirdi. 
Burada  bir  məqama  da  diqqət  yetirilməlidir:  sovet  dövləti  imperiya  idi. 
Fəqət  o,  1917-1921-ci  illərin  milli-dövlətçilik  təcrübəsinə  də  etinasız  yanaşa 
bilməzdi. Məhz ona görə də milli-ərazi təşkilinin əsasına federativ dövlət quruluşu 
forması  qoyulmuşdu.  Federasiya  çərçivəsində  yaradılan  respublikaların  (bunlar 
özünəməxsus millət-dövlətləri xatırlayırdı)  ərazilərinin təsbiti isə bu federasiyanın 
təşkilatçıları və ideoloqlarının obyektiv istəyindən asılı olmayaraq, tarixi, təsərrüfat 
və s. səbəblər üzündən mübahisə və ixtilaflar doğurmaya bilməzdi. 
Ona  görə  də  unutmamalıyıq  ki,  milli-ərazi  ayrılmalarının  praktiki 
gerçəkləşdirilməsi  zamanı  tarixi,  etnosiyasi  və  etnososial  reallıqlar  müəyyən 
hallarda  ya  az  nəzərə  alınır,  ya  da  onlara  etina  edilmirdi.  Azərbaycanın  20-30-cu 
illərə  aid  bu  sahədə  acı  təcrübəsi  də  deyilənlərə  dəlalət  edir.  Elə  növbəti  fəsildə 
bəhs edəcəyimiz zaqatalalıların Sığnaq qəzasındakı torpaqları məsələsi də bu qəbil 
problemlərdən idi. 
 
     
 
Beləliklə,  1920-21-ci  illərdə  Zaqatalanın  siyasi  mənsubluğu  ilə  bağlı 
münaqişə dinamikasında mühüm  dəyişikliklər baş vermişdi.  Həmin dəyişikliklərə 
təkan  verən  hadisə  kimi  Azərbaycanın  sovetləşməsi  çıxış  etdi.  Bu  hadisə  Cənubi 
Qafqazı  bir  müddət  sosial-siyasi  və  geosiyasi  hüdudlarla  parçaladı:  nəticədə 
obyektiv  olaraq  Gürcüstan  Antantanın  -  Qərbin  düşərgəsində,  Azərbaycan  isə 
həmin  Qərbin  antitezisi  kimi  formalaşmaqda  olan  Avrasiya  ümumiliyində  -  sovet 
düşərgəsində  bulundu.  Bu  amil  1920-ci  ilin  aprelin  sonu-mayın  əvvəllərində 
Azərbaycan-Gürcüstan  münasibətlərinin  sürətlə  pisləşməsində  və  hətta  lokal 
konfrontasiyanın  meydana  çıxmasında  önəmli  rol  oynadı.  Sözügedən 
konfrontasiyanın  səbəb  və  amilləri  sırasında  bir məqam  diqqətimizi  xüsusən  cəlb 
etmişdir.  Qeyd  etdiyimiz  kimi,  1920-ci ilin mayında  mərkəzi  Sovet  hökuməti ilə 
Orconikidze  və  Kirovun  simasında  yerli  Qafqaz  bolşevik  rəhbərliyi  arasında 
regionda  sonrakı  hərəkətlər  barədə  taktiki  səciyyəli  fikir  ayrılığı  ortaya  çıxmışdı. 
Əgər  Lenin  başda  olmaqla  birincilər  Polşa  və  Vrangel  ilə  müharibə  şəraitində 
Cənubi  Qafqazda  hələlik  yalnız  Azərbaycanla  kifayətlənməyi  lazım  bilirdilərsə, 
Qafqaz  bolşevikləri  Azərbaycan    ssenarisinin    Gürcüstanda    da    uğurla    tətbiqinə 
ümid  edirdilər.  Elə  Azərbaycan-Gürcüstan  hərbi  münaqişəsinin  (əslində  isə 
«Azərbaycan»  psevdonimi  altında  XI  Ordu  hissələri  maskalanırdı)  əsas 


129 
 
təşəbbüskarları da məhz bu şəxslər idilər: onlar öz planlarında Azərbaycana bir alət 
və platsdarm rolunu ayırmışdılar. 
Fəqət  bir  tərəfdən  Polşa  cəbhəsində  hadisələrin  arzuolunmaz  səpkidə 
inkişafı,  digər  tərəfdən  isə  Gürcüstanın  kifayət  qədər  müqavimət  göstərməsi 
mərkəzin  nöqteyi-nəzərinin  üstünlük  qazanmasına  gətirib  çıxardı  və  Gürcüstana 
planlaşdırılan müdaxilə dayandırıldı. 
Sovet-gürcü  qarşıdurması  Zaqatala  ilə  bağlı  münaqişəni  aktuallaşdırdı. 
Əvvəla, may toqquşmalarının bir teatrı da sözügedən mahal idi. İkincisi və ən əsası, 
mayın  7  və  12-də  Moskvada  imzalanmış  müqavilə  və  ona  əlavə  saziş,  habelə 
Azərbaycanla  Gürcüstan  arasında  Ağstafada  bağlanmış  müqavilə  mübahisəli 
məsələni  hüquq  müstəvisinə  çıxardı.  Ağstafa  müqaviləsi  ümumiyyətlə  mahalın 
siyasi mənsubluğunu mübahisə predmeti kimi Azərbaycan rəsmilərinin də tanıdığı 
ilk hüquqi sənəd oldu. 
Fəqət  əməli  baxımdan  bu  sənədlər  Gürcüstanın  ümidlərini  doğrultmadı: 
sovet hökuməti ümumiyyətlə, Cənubi Qafqazın qəti ərazi-inzibati  bölgüsünü onun 
tam sovetləşməsindən sonraya saxlamışdı. 
Zaqatala  siyasi  mənsubluğu  ilə  bağlı  mübahisənin  aktuallaşmasında  bir 
başqa  mühüm  amil  iyun  ayında  mahalda  baş  vermiş  üsyan  oldu.  Qızıl  Ordu 
komandanlığının  sözün  əsl  mənasında  qarətçi  əməlləri  və  yerli  xüsusiyyətlərə 
etinasız siyasətinin nəticəsi kimi meydana çıxmış üsyan gedişində onun rəhbərliyi 
Gürcüstan hökumət orqanları ilə saziş imzaladı. Sazişin nəzərdən keçirilməsi bizə 
söyləməyə imkan verir ki, o sırf siyasi mülahizələrə əsasən imzalanmışdı:  bu akt, 
bir  tərəfdən  mahaldakı  yeni,  inqilabi  gerçəkliyin  üsyan  başçılarının  –  bölgənin 
əvvəlki  elitasının  sosial-siyasi  maraq  və  statuslarına  zidd  olmasından,  digər 
tərəfdən  isə  əhalinin  kütləvi  şəkildə  sosial  narazılığından  nəşət  edirdi.  Həmçinin 
biz  ehtimal  etdik  ki,  bu  qərar  müəyyən  mənada  Tiflisdəki  «Azərbaycan  qurtuluş 
komitəsi»  ilə  də  razılaşdırılmışdı.  Hər  halda,  qənaətimizcə,  sözügedən  saziş  üsyan 
rəhbərliyi tərəfindən müvəqqəti taktiki gediş kimi qavranılırdı. 
Üsyanın  yatırılmasından  sonra  mahalda  siyasi  və  sosial-iqtisadi  vəziyyət 
ağır  olaraq  qalmaqda  idi.  Vəziyyəti  mürəkkəbləşdirən  bir  məqam  da  Gürcüstan 
hakimiyyət  orqanlarının  Şirək  düzündə  zaqatalalıların  yetişdirib-biçdikləri  taxılı 
mahala aparmalarına əvvəlcə maneə törətmələri, sonra isə qismən icazə vermələri 
idi. 
Zaqatala  mahalının  hansı  dövlətə  mənsubluğu  məsələsi  öz  qəti  həllini 
yalnız  Gürcüstanın  sovetləşməsindən  sonra  tapdı:  1921-ci  ilin  iyulun  5-də 
F.Maxaradze  və  N.Nərimanov  Azərbaycan  və  Gürcüstan  arasında  sərhəd  xəttinin 
müəyyənləşdirilməsinə dair qətnaməyə imza atdılar. Bu sənədlə, habelə 15 noyabr 
1921-ci il M.Hacıyev-B.Mdivani sazişi ilə Gürcüstan SSR Zaqatala dairəsinə olan 
bütün iddialarından əl çəkirdi. 
Biz  sözügedən  münaqişənin  həllində  bəzi  amillərin  rolunu  göstərmişdik. 
Əvvəla,  artıq qeyd etdiyimiz  kimi, mahalın əhalisinin mütləq əksəriyyətini - təqr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə