ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

126 
 
1921-ci  ilin  iyunun  sonlarında  Tiflisdə  Cənubi  Qafqaz  respublikalarının 
daxili sərhədlərinin nizama salınması üzrə konfrans öz işinə başladı. Konfrans iyul 
ayının  5-də F.Maxaradze və N.Nərimanovun imzası ilə Azərbaycan  və Gürcüstan 
arasında sərhəd xəttinin müəyyənləşdirilməsinə dair beş maddədən ibarət qətnamə 
qəbul etdi. 
Qətnamənin  ikinci  maddəsi  Azərbaycanla  Gürcüstan  arasında  sərhədləri 
ümumi qaydada müəyyən edirdi  və faktiki  olaraq  Ağstafa müqaviləsinin müvafiq 
maddələrinin qüvvədən düşməsi anlamına gəlirdi. Yeni anlaşma əvvəlki müqavilə 
ilə  müqayisədə  iki  respublika  arasında  etnososial  mülahizələrə  istinadən,  daha 
ədalətli  sərhədlərin  qoyulmasını  bəyan  edirdi.  Faktiki  olaraq  bu  sənədlə  çarizmin 
ədalətsiz  bölgüsü  nəticəsində  Tiflis  quberniyası  tərkibinə  keçmiş  bəzi  əzəli 
Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasına start verilirdi 
N.Nərimanov  -  F.Maxaradze  sazişinin  dördüncü  maddəsi  Zaqatala 
mahalına  həsr  edilmişdi.  Ona  əsasən  Gürcüstan  SSR  dairəyə  olan  hər  hansı 
iddiasından  əl  çəkirdi  və  bu  barədə  Gürcüstan  İnqilab  Komitəsi  müvafiq  bəyanat 
verməli idi.
87
 
Konfransın qərarına uyğun olaraq sərhədlərin yerlərdə müəyyən edilməsi 
üçün  Ə.Abbasov  (Azərbaycan)  və  V.Kandelakinin  (Gürcüstan)  sədrliyi  altında 
xüsusi qarışıq komissiya yaradılmışdı ki, onun fəaliyyəti haqqında növbəti fəsildə 
daha  ətraflı  bəhs  edəcəyik.  Burada  isə  qeyd  edərdik  ki,  komissiyanın  gəldiyi 
qənaətlər  noyabrın  15-də  Azərbaycan  Mərkəzi
 
İcraiyyə  Komitəsinin  sədri  Muxtar 
Hacıyev və Gürcüstan İnqilab Komitəsinin sədri Budu Mdivani arasında imzalan-
mış  yeni  sazişdə  ifadəsini  tapdı
88
.  Bu  sazişdə  iki  respublika
 
arasında  sərhədlər 
Nərimanov-Maxaradze razılaşması ilə müqayisədə daha dəqiq göstərilirdi. Onun 3-
cü  paraqrafına  əsasən,  Zaqatala  dairəsi  haqqında  əvvəlki  qərar  qüvvədə  qalırdı. 
Həmçinin  Zaqatala  və  Sığnaq  qəzaları  arasında  hələlik  köhnə  inzibati  sərhədin 
saxlanıldığı bəyan edilirdi. 
Beləliklə, 1921-ci ilin iyulun 5 və noyabrın 15-də qəbul edilmiş sənədlər 
Gürcüstanın  Zaqatala  dairəsinə  olan  iddialarından  imtinasını  rəsmiləşdirirdi. 
Zaqatala  mahalının  siyasi  (dövləti)  mənsubluğu  ilə  bağlı  münaqişə  beləcə  həllini 
tapdı.  Konfliktoloji  nöqteyi-nəzərdən,  münaqişənin  həlli  üçün  opponentlərin  hər 
ikisinin və ya heç olmasa birisinin mövqeyinin  dəyişməsi zəruridir.
89
 Bizim halda 
bu, yeni gürcü sovet elitasının dairədən rəsmən imtinasında özünü büruzə verirdi. 
Bəzən  belə  bir  fikirlə  rastlaşırıq  ki,  Zaqatalanın  Azərbaycan  tərkibində 
qalması  Borçalı  və  Yuxarı  Qarayazının  Gürcüstana  verilməsi  hesabına  mümkün 
olmuşdu.  Bu  tezis  bizdə  müəyyən  iradlar  doğurur.  Əvvəla,  həm  Borçalı,  həm  də 
Qarayazı  1918-1921-ci  illərdə  Gürcüstanın nəzarəti  altında idi:  bu,  birinci  fəsildə 
də  bəhs  etdiyimiz  kimi,  alman  süngüsünün  köməyi  ilə  baş  vermişdi.  Qarayazı 
Azərbaycanla  Gürcüstan  arasında  1921  -1922-ci  illərdə  həyata  keçirilmiş  ərazi 
mərzlənməsi  gedişində  bölünmüşdü.  Növbəti  fəsildə  də  görəcəyimiz  kimi,  bu 


127 
 
bölgənin  aşağı  hissəsi  Azərbaycana  qaytarılmış,  yuxarı  hissəsi  isə  Gürcüstanın 
tərkibinə daxil edilmişdi.
90
 
Qarayazı  çöllərindən  fərqli  olaraq,  Borçalı  qəzası,  regionun 
sovetləşməsindən  sonra  Gürcüstanın  Azərbaycanla  deyil,  Ermənistanla  müzakirə 
mövzusu idi. Kirovun sədrliyi altında ərazi məsələləri üzrə komissiya 1921-ci ilin 
iyununda  Borçalı  məsələsini  məhz  Gürcüstanla  Ermənistan  arasında  mübahisə 
predmeti  kimi  nəzərdən  keçirmişdi.  Nəhayət,  Borçalı  elinin  tədqiqatçılarından 
Ş.Məmmədlinin  gətirdiyi  sənədlərdən  də  bəlli  olur  ki,  1921-ci  ilin  iyulun  7-də 
Azərbaycanın  bu  qədim  tarixi  mahalı  respublikamızın  iştirakı  olmadan  RK(b)P 
MK 
Qafqaz 
Bürosu 
tərəfindən 
Gürcüstanla 
Ermənistan 
arasında 
bölüşdürülmüşdü.
91
 
Fikrimizcə,  Zaqatala  dairəsinin  Azərbaycanın  tərkibində  saxlanılmasında 
əsas amil kimi mütləq əksəriyyətinin müsəlmanlardan ibarət olduğu yerli əhalinin 
1918-ci  ildə  Azərbaycan  lehinə  seçim  etmələri  və  bu  seçimlərini  qətiyyətlə 
müdafiə etmələri çıxış etdi. 
Zaqatala mahalının mənsubluğu məsələsinin həlli ilə Sığnaq qəzasında və 
Alazanyanı  vadidə  zaqatalalıların  torpaq  sahələri  məsələsi  münaqişənin  yeganə 
süjet  xəttinə  çevrildi  və  20-ci  illərin  sonu  -  30-cu  illərin  əvvəllərinədək  öz 
aktuallığını qoruyub saxladı. 
Yeni Gürcüstan rəhbərliyinin Zaqatala bölgəsinə olan iddialardan rəsmən 
əl çəkməsi özü-özlüyündə simvolik məna kəsb edirdi: bu aktla  gürcü bolşevikləri 
XIX  əsrin  ortalarından  gələn  gürcü  milli-intellektual  ənənəsindən  və  onun  tərkib 
hissəsi  olan  ərazi  ideologiyasından  məsafə  saxladıqlarını  nümayiş  etdirmiş 
olurdular.  Gürcü  bolşevikləri  Avrasiya  bolşevizminin  üzvü  hissəsi  idilər  və  bu 
qisimdə  onların  ideya-simvolik    məkanında    Gürcüstanın    tarixi-yarıməfsanəvi  
sərhədlərinin  bərpası  məsələsi  aktual  əhəmiyyət və  anlam kəsb etmirdi. Onların 
ideoloji  mənzərəsində mərkəzi  konsept (məzmunlu anlayış)  kimi  «zəhmətkeşlərin 
azadlığı»  məfhumu  çıxış  edirdi:  o  vahid  siyasi,  iqtisadi,  sosiomədəni  məkanda 
müxtəlif xalqların  məzlum   (əməkçi)  siniflərinin   birliyini,   xəlitəsini arzulayırdı 
və nəzərdə tuturdu. 
Söylənilənlərdən  gürcü  menşevikləri  və  bolşeviklərinin  mühüm  siyasi, 
daha  fundamental  planda  isə  həmçinin  sosio-mədəni  fərqi  nəzərə  çarpır.  1918-
1921-ci  illərin  özünəməxsus  sosial-siyasi  situasiyasında  obyektiv  olaraq 
menşeviklər  «millət-dövlətin»,  bolşeviklər  isə  geniş  planda  «imperiyanın» 
adeptləri idilər. Rusiya alimi İ.Q.Yakovenkonun definisiyasına görə, milli dövlətin 
baza  inteqratoru  (birləşdirici  amili)  millətdir.  Bu  zaman  millətin  təşəkkülü-
çəpərləmə,  hansısa  öz  şəxsi  məkanına  ayırma,  öz  xüsusiliyini  fiksasiya  etmə 
aktıdır.  Ənənəvi imperiyanın  baza inteqratoru  - ideyadır.  İdeya  inam dəyərlərində  
-    ideologiyada    və    xüsusi    sosiomədəni    kompleksdə  -  imperiya  şüurunda 
təcəssüm edir.
92
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə