ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

122 
 
Gürcü  hökuməti  Şirək  düzündən  taxılın  məhdud  miqdarda  aparılmasına 
icazə verməklə, o qədər də aşkar görünməyən bir başqa məqsəd də güdürdü. Bəlli 
olduğu kimi, Zaqatala dairəsinə aparılan taxılın heç də hamısı kəndlilərə  qalmırdı:  
həyata    keçirilən    «ərzaq    sapalağı»    (prodrazverstka)  siyasəti  çərçivəsində  onun 
xeyli hissəsi dövlət  orqanlarının  Zaqatala    dairəsində    isə   hərbi   hakimiyyətin   
sərəncamına  keçirdi.  Təbii  ki,  taxılın  miqdarı  məhdudlaşdıqca,  yerli  əhalinin 
payına düşən hissə də azalırdı.  Deməli, gürcü hökuməti Zaqatala  əhalisi ilə sovet 
hakimiyyəti arasında nifaqı bu yolla daha  da  dərinləşdirməyə  çalışırdı.  Zaqatala  
qəza    partiya  komitəsinin  28  oktyabr  iclasında  Şirəkdən  gətirilmiş  taxılın 
kəndlilərdən  hətta  müsadirəsi  məsələsi  qaldırılmışdı.  Təbii  ki,  bu  təklifin  qəbul 
olunması  onsuz da narazı  əhalinin  yeni  çıxışına  səbəb  ola bilərdi  və  ona  görə  də 
rədd edilmişdi. 
Yeri gəlmişkən, əhalinin narazılığının artmasında müsadirələr və həbslərlə 
yanaşı,  1921-ci  ilin  baharına  qədər  Zaqatala  mahalında  yeni  hakimiyyətin 
formalaşması və strukturlaşmasının başa çatmaması da önəmli rol oynayırdı. Bəhs 
etdiyimz  dövrdə  bölgədə  ikihakimiyyətlilik  bərqərar  olmuşdu:  bir  tərəfdən  mülki 
hakimiyyət  (mahal  inqilab  komitəsi  və  onun  yerli  orqanları),  digər  tərəfdən  isə 
hərbi  hakimiyyət  (Qızıl  Ordu  hissələrinin  komandanlığı).  Faktiki  olaraq  real 
hakimiyyət hərbi struktura məxsus idi və o, qəza inqilab komitələri ilə müqayisədə 
daha üstün səlahiyyətlərdən istifadə edirdi. 
Çox vaxt hərbi orqanlar yerli inqilab komitələrini bacarıqsızlıqda və siyasi 
etibarsızlıqda  suçlayırdı.  Məsələn,  mahaldakı  xüsusi  şöbənin  fəal  hissəsinin  rəisi 
Aşukin 1920-ci ilin sonlarında apardığı təftiş nəticəsində belə qənaatə gəlmişdi: «Yerli 
hakimiyyət  orqanlarının  tam  fərasətsizliyi  və  kənddə  bacarıqsız  işi  bahara  doğru 
böhranlı vəziyyət yarada bilər və dairədəki hissələri məhvə məhkum edər.. .»
69
 Korpus 
komandiri  S.A.Tkaçovun  öncə  iqtibas  gətirdiyimiz  məlumatında  da  analoji  iddia  ilə 
rastlaşırıq. 
Bu ittihamlar bir həqiqəti əks edirdi: vilayətdə mülki hakimiyyəti heç bir 
dövləti idarəçilik  praktikası  olmayan,  siyasi  təcrübəsi   isə   qeyri-leqal   inqilabi   
fəaliyyətlə      məhdudlaşan  Z.  Balaxlinski  (o,  sentyabr  ayında  Moskvaya  təhsil 
almağa  getmişdi),  X.Ağamirov,  M.Qocayev,  S.Qocayev  kimi  21-23  yaşlı  gənclər 
təmsil  edirdilər.
70
  Yeri  gəlmişkən,  bu  cür  vəziyyət  o  dövrdə  Azərbaycanın  yeni 
hakimiyyəti üçün səciyyəvi idi. Təcrübəsizlik isə təbii ki, səhvlər doğururdu. 
Fəqət,  bir  başqa  həqiqət  də  mövcud  idi:  kənardan  gəlmiş  və  yerli 
xüsusiyyətlərdən  tamamilə  baş  çıxarmayan  hərbi-siyasi  inzibatçılar  -  hərbi 
rütbəlilər  və  xüsusi  şöbə  işçiləri  inqilab  komitələrinin  fəaliyyətinə  kobud 
müdaxilələri  ilə mahalın idarə  edilməsini  pozur  və hətta iflic  vəziyyətinə  salırdı-
lar.  Məsələn,  1920-ci  ilin  noyabrında  Zaqataladakı  inqilab  komitələri 
strukturlarında  çalışanların,  demək  olar,  hamısı  hərbi  hakimiyyət  tərəfindən  həbs 
edildi.  Vilayət  bir  müddət  başda  keçmiş  poruçik  S.R.Serebryakov  olmaqla 


123 
 
ruslardan  (Şvyakov,  Misin  və  b.)  və  ermənilərdən  (T.Ayrapetov,  R.Vartazarov, 
Elçibekov, Atamyants) ibarət hərbi-inqilab komitəsi tərəfindən idarə olundu. 
Bu barədə 1921-ci ilin martında N.Nərimanova ünvanladığı məruzəsində 
Xəlil  Ağamirov  (inqilab  komitəsinin  1920-ci  ilin  noyabr  ayında  sədri)  yazırdı  ki, 
onlan  əks-inqilabi  fəaliyyətdə  ittiham  edərək,  karserə  salmışdılar.  Kolçakla 
döyüşlərdə ağır yaralanmış, Orta Asiyada  sovet hakimiyyətinin  qurulmasında  fəal 
iştirak  etmiş  Ağamirovun  «burada  sovet  hakimiyyətidir,  ya  yox»  sualına  «sən 
haradan bizim yoldaşımız oldun» cavabını vermişdilər.
71
 
Saxlanılan şəxsləri yalnız 19 gündən sonra Bakıdan xüsusi göstərişin daxil 
olması ilə azad etdilər. 
Hərbi  hissələrin  Azərbaycanda,  o  cümlədən  Zaqatalada  özbaşına 
hərəkətləri  yalnız  1921-ci  ilin  baharında  səngidi:  XI  Qızıl  Ordu  hissələrinin 
Gürcüstanın  sovetləşməsi  ilə əlaqədar  ora  dislokasiya  edilməsi
72
  yerli  hakimiyyət 
üzərinə təzyiqlərin nisbətən zəifləməsinə gətirib çıxardı. 
Sadalanan  amillər  sovet  hakimiyyətinin  bölgədə  nüfuzuna  ciddi  zərbə 
vururdu və Gürcüstana qeyd etdiyimiz meylin meydana çıxmasına səbəb olmuşdu. 
Narazı  əhvali-ruhiyyəni  sakitləşdirmək  məqsədi  ilə  1920-ci  ilin  avqustun  20-də 
Zaqatala  şəhərində  Müzəffər  Nərimanovun  sədrliyi  altında  mahalın  məntəqə 
inqilab komitələri sədrlərinin qurultayı çağırıldı Onun iştirakçıları digər məsələlərlə 
yanaşı,  Gürcüstana  birləşmək  lehinə  təbliğatla  fəal  surətdə  mübarizə  aparmaq 
haqqında bəyanat qəbul etdilər.
73
 
1920-ci ilin  coşqun may-iyun aylarından  sonra  Zaqatala  mahalı ətrafında 
cərəyan edən proseslər nisbətən sakit məcaraya düşdü, hərçənd sərhəddə müəyyən 
olaylar  baş  verməkdə  idi.  Məsələn,  Şirək düzündə gürcülər,  qeyd  etdiyimiz  kimi, 
biçilmiş taxılı müsadirə edirdilər, ara-sıra zaqatalalıların mal-qarasını aparırdılar.
74
 
Sentyabrın  sonlarında  Gürcüstanın  kiçik  kəşfiyyat  dəstəsi  Qabaqçöl 
rayonunda  sərhədi  keçərkən  yaxalanmışdı.
75 
Bundan  əlavə,  payız  aylarında 
Gürcüstan  və  Azərbaycan  xarici  siyasət  idarələri  bir-birini  sərhəddə  qoşun 
toplamaqda ittiham edən notalarla mübadilə etmişdilər.
76
 
 
 
6. Gürcüstanın sovetləĢməsi və Zaqatala mahalının 
mənsubluğu haqqında məsələnin həll olunması
 
 
1920-ci  ilin  noyabrın  29-da  Ermənistanda  Sovet  hakimiyyəti  bərqərar 
olduqdan sonra Gürcüstan Cənubi Qafqazda Sovet təsir sferasından kənarda qalan 
yeganə  ölkəyə  çevrilmişdi.  O  zaman  Sovet  Rusiyasının  siyasi  vəziyyəti  də  xeyli 
möhkəmlənmişdi:  oktyabrın  12-də  Riqada  Polşa  ilə  barışıq  imzalanmış,  noyabrın 
ortalarında  isə  Krım  yarımadası  Vrangel  qoşıınlarından  tamamilə  təmizlənmişdi. 
Hadisələrin  bu  məcrada  inkişafı  Gürcüstana münasibətdə  sovet  siyasətinə  özünün 
yeni məntiqini diktə edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə