ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

116 
 
əvvəlcə  düşünürdü  ki,  Bakıdakı  sovet  siyasəti  yerli  hakimiyyətin  əməlləridir,  o 
(əhali
 
- Ş.R.) Moskvaya inanırdı, onun müdafiəsinə və yardımına ümid bəsləyirdi, 
amma  burada  da  tezliklə  məyusluq  baş  verdi;  Gürcüstanla  sülh  bağlanarkən 
Azərbaycanın  xəbəri  və  razılığı  olmadan  birincisinə  büsbütün  müsəlmanların 
yaşadığı Zaqatala dairəsi güzəştə gedildi».
38
 
Tezliklə  gürcü  hökumətinin  Zaqatala  məsələsinin  özünə  sərfəli  şəkildə 
həllində Moskva müqaviləsinə bağladığı ümidlər puça çıxdı: iyulun 7-də RK(b) P 
MK  Siyasi  Bürosu  «Qafqaz  cəbhəsi  Hərbi-İnqilab  Şurası  üzvlərinə  və  bizim 
Gürcüstan,  Ermənistan  və  Türkiyədəki  diplomatik  nümayəndəliyimizə  təlimat»ı 
təsdiq  etdi.  Orada  deyilirdi:  «RSFSR-in  gürcü  hökuməti  ilə  bağladığı  müqavilə 
bütün  detalları  ilə  dönmədən  icra  olunmalı  və  həyata  keçirilməlidir...  Yalnız 
Zaqatala  dairəsi  haqqında  maddə  istisna  təşkil  edir:  dairə,  müqaviləyə  əsasən 
Gürcüstana  daxil  edilmə  əvəzinə,  sədri  RSFSR  tərəfindən  təyin  ediləcək  qarışıq 
komissiya  tərəfindən  bu  və  ya  digər  respublikaya  mənsubluğu  həll  edilənə  qədər 
mübahisəli ərazi hesab olunmalıdır».
39
 
1920-ci  ilin  iyunun  28-də  Azərbaycan  İnqilab  Komitəsi  rayon  xalq 
təsərrüfatı şuraları haqqında dekret imzalamışdı.
40 
Həmin sənədə əsasən, Azərbaycan 
yeddi iqtisadi rayona bölünürdü. Onlardan biri - Nuxa rayonu  Nuxa qəzası və Za-
qatala  dairəsini  əhatə  edirdi.  Bu  faktın  özü  də  Azərbaycan  rəhbərliyi  tərəfindən 
Zaqatala mahalının hüquqi və faktiki baxımdan Azərbaycanın ayrılmaz hissəsi elan 
olunmasına dəlalət edirdi. 
Gürcü  milli-demokratlarının  rusdilli  orqanı  «Грузия»  qəzetinin  həmin 
günlərdə təşvişlə hökumətə ünvanladığı ritorik suallar bu baxımdan əlamətdar idi: 
«Hansı  əsasla  Zaqatala  dairəsində  sovet  hakimiyyəti  sərəncam  verir  və  ordu  his-
sələri  ağalıq  edir?...  Moskva  müqaviləsinə  əsasən  Zaqatala  dairəsi  Gürcüstana 
keçir. Bəs elə isə yerli hakimiyyətin özbaşınalığını nə ilə izah etmək olar?».
41
 
 
 
 
4. Zaqatalada 1920-ci il iyun üsyanı. Üsyan rəhbərliyinin 
«Gürcüstana birləĢmək haqqında saziĢ»ə imza atması 
və onun siyasi mahiyyəti 
 
Zaqatalada  sovet  hakimiyyəti  artıq  aprelin  29-da  bərqərar  olmuşdu. 
Həmin  gün  XI  ordunun  təlimatçılarından  Menşikov  adlı  birisinin  göstərişləri 
əsasında mahal inqilab  komitəsi təşkil edildi: komitənin sədri  vəzifəsinə əslən bu 
bölgədən  olan  21  yaşlı  Zəkəriyyə  Ramazan  oğlu  Balaxlinski,  onun  müavini 
Mahmud Qocayev (əslən İlisulu), katibliyə isə Nikolay Levşin təyin olundu.
42
 
Komitə  üzvlərinin  özlərinin  etirafına  görə,  bu  orqanın  səlahiyyətləri, 
xüsusən də ilk vaxtlar, o qədər də geniş deyildi. Faktiki olaraq vilayət bir müddət 
Qızıl  Ordu  hissələrinin  tam  ixtiyarına  verilmişdi:  qoşunlar evlərdə  yerləşdirilirdi, 


117 
 
hərbi komandanlıq  özbaşına həbslər aparır, əhalidən ərzaq müsadirə edirdi.
43
 Yəni 
inqilab  sonrası  tipik  rus  şablonu  üzrə  hərəkət  etmə  göz  önündə  idi  ki,  bu  da 
əhalinin kəskin narazılığını doğururdu. 
Bu narazılıqdan gürcü hakim dairələri məharətlə yararlanmağa çalışırdılar. 
Artıq  Azərbaycanın  sovetləşməsindən  sonra  iki  ölkə  arasındakı  hərbi  qarşıdurma 
gedişində,  mayın  9-da  Qabaqçöl  rayonunda  insan  itkiləri  ilə  müşayət  olunan 
toqquşmalar  baş  vermişdi.  Tərəflər  qanlı  insidentə  görə  yenə  də  bir-birilərini 
ittiham edirdilər.
44
 
Ehtimal  ki,  artıq  may  toqquşmaları  gedişində  gürcü  komandanlığı  ilə 
gələcək Zaqatala üsyanının bəzi rəhbərləri arasında müəyyən təmaslar qurulmuşdu. 
1920-ci  ilin  iyunun  6-dan  18-dək  davam  etmiş  Zaqatala  üsyanının 
təfərrüatına varmadan,
45
 onun təşkili və gedişində gürcü faktoruna, həmçinin üsyan 
başçılarının gürcü hakimiyyəti ilə imzaladığı sazişə toxunmaq istərdik. 
Üsyana  dair  materiallardan  bəlli  olur  ki,  mahalda  silahlı  çıxışa  hazırlıq 
gürcü  hərbi-siyasi  dairələri  ilə  sıx  koordinasiyada  aparılmışdı.  Üsyan  ərəfəsində 
sərhədi  məxfi  surətdə  keçən  və    özünü  vilayətin  Gürcüstana  birləşməsi  tərəfdarı 
kimi  qələmə  verən  Balaxlinski  Laqodex  rayonundakı  gürcü  qoşunları  ko-
mandanlığı ilə görüşə bilmişdi. Onun əldə etdiyi məlumatlara görə, gürcü hökuməti 
Zaqatalada öz hakimiyyətini bərqərar etdiyi təqdirdə mahalın Gürcüstan tərkibində 
muxtariyyətini  elan  etməyi  planlaşdırırdı:  bu  halda  vilayətin  idarəçiliyi  müsavat 
nazirinin təşkil etdiyi xüsusi orqana həvalə ediləcəkdi.
46
 
M.D.Hüseynov  Y.P.Gegeçkoriyə  göndərdiyi  15  iyun  tarixli  teleqramda 
qeyd edirdi ki, «... gürcü hökumətinin agentləri Zaqatalada əks-inqilabi ünsürlərlə 
birlikdə  gürcü  komandanlığının  adından  Zaqatala  dairəsinin  sovet  Azərbay-
canından  ayrılması  və  Gürcüstana  birləşdirilməsi  çağırışı  ilə  bəyannamələr 
paylayırdılar.  Gürcü  zabitləri  və  qoşun  hissələri  müxtəlif  bəhanələrlə  Zaqatala 
hüdudlarına əvvəlcədən daxil olmuş və dairədə üsyan hazırlamışlar...».
47
 
Üsyan günlərində XI Ordunun Hərbi-İnqilab Şurasının üzvü Y.İ.Vesnikin 
S.Orconikidzeyə  verdiyi  məlumata  əsasən,  gürcülər  açıq-aşkar  fəaliyyət 
göstərirdilər: gürcü qoşunlarının  planlarında  Zaqatala  üsyançıları  ilə birləşmək və 
hətta Nuxa və Qarabağ istiqamətində hərəkət etmək dururdu.
48
 
Gürcü  rəsmilərinin,  təbii  ki,  müəyyən  imkanlar  daxilində,  üsyana  dair 
yetərincə  ciddi  niyyətlərindən  Gegeçkorinin  Hüseynova  14  iyun  tarixli  teleqramı 
da  işarə  verir:  «...  Sazişə  rəğmən  sizin  qoşunlarınız  Nuxadan  Zaqatala  dairəsi 
üzərinə hücum etməkdədirlər və dairə sərhədində güclü artilleriya döyüşü gedir... 
Əgər  bu  hücum  dayandırılmazsa,  onda  biz  öz  qoşunlarımıza  Zaqatala  dairəsinə 
daxil olmaq əmri verəcəyik...».
49
 
Zaqatala  üsyanının  ən  maraqlı  məqamlarından  biri  -onun  başçılarının 
(Müslüm  əfəndi,  Məhəmməd  əfəndi,  Bəşir  bəy  Qalaciyev,  Molla  Məhəmməd 
Dibirov  və  başqaları)  gürcü  hakimiyyət  orqanları  ilə  imzaladıqları  saziş  idi. 
«Gürcüstana  birləşmək  haqqında»  razılaşma  8  maddədən  ibarət  idi:  1)  Mahalın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə