ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   61   62   63   64   65   66   67   68   ...   110

139 
 
komissiyaya  mövcud  bir  sıra  sərhədyanı,  o  cümlədən  Sığnaq  qəzasındakı 
mübahisəli torpaq məsələlərini ləğv etməyi tapşırdı.
23
 
Bu  direktiv  çərçivəsində  Zaqatala  və  Sığnaq  partiya  komitələri  katibləri 
Balaxlinski  və  Varamaşvilinin  sədrliyi  altında  təşkil  olunmuş  xüsusi  komissiya 
Alazan çayının sağ sahilini və Çiaur meşəliyini təhqiq edərək, 1923-cü ilin aprelin 
25-də protokol imzaladı.
24
 
Cənubi  Qafqaz  Mərkəzi  İcraiyyə  Komitəsi  (MİK)  nəzdində  qəzaların 
sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya 1923-cü ilin mayın 14-də olmuş 
iclasında  Balaxlinski  -Varamaşvili  protokolunu  təsdiq  etdi.  Qəbul  edilmiş  qərara 
əsasən,  Alazanyanı  vadi  Zaqatala  və  Sığnaq  qəzaları  arasında  aşağıdakı  qaydada 
bölünməli  idi:  sərhədləri  qərbdə  Mosul  bərəsi,  şərqdə  Qanıx-daşan  adlı  yerdə 
Zoyəm-binə, cənubda Kedi (Qaş) dağları, şimalda Alazan çayı ilə hüdudlanan ərazi 
Zaqatala  qəzasınm,  qərbdə  Muğanlı  çaydan  perpendikulyar  surətdə  Kedi  (Qaş) 
dağlarınm  zirvəsinə,  Qanh-qobuya  doğru,  şərqdə  Mosul  bərəsindən  düz  xətlə 
həmin dağların zirvəsinə uzanan, şimalda Alazanla, cənubda isə Kedi (Qaş) dağları 
ilə  sərhədlənən  ərazi  isə  Sığnaq  qəzasının  inzibati  və  təsərrüfat  sərəncamına 
keçirdi.  Qətnamənin  «Qeydində»  açıq  şəkildə  elan  olunurdu  ki,  Muğanlı 
cəmiyyətinin  25  aprel  protokoluna  uyğun  olaraq  ayrılmış  şumluqlardan  və 
otlaqlardan  vergi  tutulması  yalnız  Zaqatala  qəza  hakimiyyətinin  səlahiyyətlərinə 
daxildir. 
25
 
1923-cü ilin  14 may  qərarı ilə  vadinin  təqribən 16500  desyatin təsərrüfat 
üçün  yararlı  ərazisindən  10200  des.  zaqatalalıların  istifadəsində  qalırdı,
26
  qalan 
sahələr  -  otlaqlar  Duşet  və  Tionet  qəzalarından  gəlmiş  dağlı-tuşin  maldarların, 
şumluqlar  isə Yuxarı və Aşağı  Kedi, Arxiloskalo  gürcü kəndlərinin, habelə Nuxa 
qəzasından Şirəkə yenicə köç etmiş erməni Səbətli kəndinin ixtiyarına keçirdi.
27
 
Cənubi  Qafqaz  MİK nəzdində  xüsusi  komissiyanın  bəhs  etdiyimiz qərarı  
kompromis xarakter daşıyırdı.  Lakin bu kompromis Əliabad və Almalı nahiyələri 
kəndlilərinin torpaqları hesabına baş tutmuşdu: göründüyü kimi, onların təsərrüfat 
istifadəsindən 6 min desyatindən artıq torpaq sahəsi alınırdı. Bu, gürcü kəndlərinin 
təsərrüfat  tələbatını  ödəmək  üçün  lazım  olandan  qat-qat  çox  idi.  Balaxlinski-
Varamaşvili komissiyası müəyyən etmişdi ki, Sığnaq qəzasının Alazanyanı vadidə 
yeganə  ehtiyacı  Yuxarı  və  Aşağı  Kedi  və  Arxiloskalo  kəndlərinin  mal-qarasının 
suvatı üçün Alazan çayına aparan yola malik olmaqdan ibarət idi ki, bunun üçün də 
6  min  desyatin  yox,  xeyli  az  torpaq  tələb  olunurdu.  Gürcü  hökuməti  vadini 
mənimsəməyə çalışmaqla o vaxtlar ilk növbədə Telav, Tionet və Duşet qəzalarının 
qoyunçularını otlaqlarla təmin etmək məqsədi güdürdü.
28
 
Bununla belə, 14 may qərarının gerçəkləşdiriləcəyi təqdirdə Zaqatala kənd 
icmalarının  münbit  torpağa  olan  ehtiyacı  qismən  də  olsa  təmin  olunacaqdı  və 
aşağıda  görəcəyimiz  kimi,  1924-cü  ilin  oktyabr  sazişindən  sonra  əhalinin  düçar 
olduğu müflisləşmə də baş verməyəcəkdi. 


140 
 
1923-cü ilin 14 may qərarı ilə Şirək çölünün sərhədyanı zolağının faktiki 
olaraq  Azərbaycan  ərazisi  kimi  tanınmasını  həmin  il  Tiflisdə  nəşr  olunmuş 
məlumat kitabı da təsdiqləyirdi.
29
 
Digər  ixtilaf  predmeti  -  Çiaur  meşəliyi  də  diqqət  mərkəzində  qalmaqda 
idi.  İkinci  fəsildə  qeyd  etdiyimiz  kimi,  1917-1918-ci  illərdə  Gürcüstanın  dağlıq 
rayonlarından köç  etmiş tuşinlər, habelə  Kutais  quberniyasından  gəlmiş  torpaqsız 
kəndlilər  indiki  Laqodex  rayonunun  ərazisində,  Qabaqçöl  və  Balakən  kənd 
icmalarının  əzəli torpaqlarında 10 il öncə salınmış rus kəndlərini qəsb etmişdilər. 
20-ci  illərin  əvvəllərində  gürcülər  həmin  kəndləri  artıq  tamamilə  özününküləşdir-
mişdilər: sənədlərdə Voronsovka, Daşkovo, İllarionovka və başqa rus toponimikası 
tədricən  yox  olur,  onları  Çuduani,  Tamariani,  Tsodniskari,  Podaani,  Vardisubani 
(sonuncunun  əhalisi  Telavi  qəzasının  eyniadlı  kəndindən  gəlmişdi)  kimi  gürcü 
adları əvəzləyir. 
Sovet  dövründə  «Çiaur  meşəliyi»  məsələsi  ilk  dəfə  1923-cü  ildə 
Balaxlinski-Varamaşvili    komissiyası    tərəfindən    təhqiq  edilmişdi.  25  aprel 
protokolunun  8-ci  və  9-cu  paraqrafları  təraflərin  bu  məsələyə  dair  kompromis 
xarakterli  razılaşma  əldə  etdiklərindən  xəbər  verirdi.  Orada  qabaqçöllülərlə  gürcü 
kəndləri arasında mübahisə rayonunda sərhəd kimi Kalçanka (Soyuq su) çayından 
Dərin-qobu  çayına  və  oradan  da  birbaşa  Alazana    doğru    gedən    xətt  tanınırdı.  
Qabaqçöllülərə  yeni binələrini götürmək, daşkovlulara (gürcülərə) isə Beşkən adlı 
yerdə (orada qabaqçöllülərin iri binələri yerləşirdi) Çürülü Çayı (gürcücə Svideba) 
keçməmək  tövsiyə  olunurdu.  Çiaur  meşəliyində    qabaqçöllülərin    mühüm  
təsərrüfat  əhəmiyyətli torpaq sahələrindən biri - Qalabuqav-tala Podna və Laqodex 
kənd icmalarının sərəncamına verilirdi. 
Gürcü  tərəfi  Balaxlinski-Varamaşvili  protokolunda  və  14  may  qərarında 
ifadəsini  tapmış  razılaşmalara  əslində  riayət  etmək  niyyətində  deyildi.  Əksinə, 
1923-cü ildən etibarən gürcü hökuməti istər Şirək çölündə, istərsə də Çiaur meşəli-
yındə  məqsədyönlü  surətdə  zaqatalalılara  maneələr  törətməyə,  onların  torpaq 
istifadəsini  məhdudlaşdırmağa  girişmişdi.  Sığnaq  qəza  hakimiyyət  orqanlarının 
şirnikləndirməsi  və  təhriki  ilə  gürcü  miqrantlar  o  ildən  Zaqatala  kəndlilərinə 
yenidən  basqın  etməyə  başlamışdılar.  Məsələn,  1923-cü  ildə  gürcü  qoyunçuları 
Şirəkdə  xutorlar  tikdikdən  sonra  mütəmadi  olaraq  əliabadlılara  hücumlar  edir, 
onların  çobanlarını  döyür  və  hətta  öldürür,  mal-qarasını  isə  qovub  aparırdılar.
30
 
Analoji  hadisələr  Çiaur  meşəliyində  də  baş  verməkdə  idi:  1923-cü  ilin
 
martında 
gürcülər dörd qabaqçöllünü qətlə yetirmişdilər.
31
 
Paralel  olaraq,  gürcü  hökuməti  Alazanyanı  vadinin  və  Çiaur  meşəliyinin 
tamamilə  Gürcüstana  birləşdirilməsi  məqsədi  ilə  addımlar  atmağa  başlamışdı.  Bu 
baxımdan  1923-cü  ilin  14  may  qərarı  gürcü  rəsmilərinin  nəzərində  öz  irəligedən 
planlarının yalnız ilkin mərhələsini təşkil edirdi. 
1923-cü  ilin  oktyabrında  Sığnaq  qəza  icraiyyə  komitəsi  və  Gürcüstanın 
Xalq Torpaq Komissarlığı 14 may qərarına yenidən baxılması haqqında Cənubi  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə