ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   69   70   71   72   73   74   75   76   ...   110

157 
 
Göründüyü  kimi,  təqdim  olunan  dəlillər  tarixi,  təsərrüfat  və  inzibati  (bax:  4-cü 
dəlil)  mülahizərələrə  söykənirdi.  Onlardan  vadinin  tarixi  mənsubiyyətinə  dair 
qisminin  qəbul  olunma  şansı  az  idi,  çünki,  qeyd  etdiyimiz  kimi,  ali  hakimiyyət 
qərar qəbul edərkən tarixi mülahizəyə önəm vermirdi. 
Zaqatala  qəza hakimiyyətinin bu vəsatəti ilə əlaqədar 1927-ci ilin aprelin 
11-də  Cənubi  Qafqaz  MİK-in  torpaq  komissiyası,  aprelin  20-də  isə  MİK-in  özü 
Azərbaycan  MİK-ə  müraraciət  etdi.  Orada  məsələyə  dair  Azərbaycan  ali 
hakimiyyət orqanının rəyi soruşulurdu.
79
 
Cənubi  Qafqaz  MİK-in  11  may  tarixli  təliqəsində  isə
 
Zaqatala  qəzası 
kəndlərinin torpaq təminatına dair bilgilər
 
xahiş olunurdu.
80
 
Tezliklə  tələb  olunan  məlumatları  Zaqatala  qəza  torpaq  şöbəsi 
Azərbaycanın xalq torpaq komissarlığına təqdim etdi. Gətirilən bilgilər Zaqatalanın 
kənd  cəmiyyətlərinin  1924-cü  ilin  oktyabrından  etibarən  tam  və  qismən  məhrum 
olduğu  torpaq  sahələrini  yetərincə  təsvir  edirdi.  Onların  əsasında  biz  aşağıdakı 
cədvəli tərtib etmişik. 
 
 
Cədvəl 2. 
Zaqatala kəndlərinin ġirək çölündə 1920-ci illərin ortalarında  
məhrum olduqları torpaq sahələri 
81
 
 
Torpaq 
sahələri, 
№ 
Zaqatala qə- 
zasının hansı 
kənd cəmiy- 
yətlərinə 
məxsus idi 
1924-cü ildən 
etibarən hansı 
təsərrüfat 
subyektinə 
keçdi 
Zaqatala qəzası 
kəndlərinin kənd 
təsərrüfatı dövriyyəsinin 
azalması (1924-cü illə 
müqayisədə, %-lə) 
№  674,  675, 
677 
Muğanlı, qismən 
Almalı 
№ 674 - Zemo 
Kedi 
№ 675
   
tuşinlər 
№ 677-Arxilo- 
skalo 
Muğanlı  -  50%  Almalı    
tamamilə 
№ 676, 678  Mosul  və  Padar 
(əkinlər  və  40 
binə) 
Zemo  və  Kvemo 
Kedi  kəndləri  və 
tuşinlər 
50% 
№ 679, 681 
Qandax  (əkinlər 
və 20 binə) 
tuşinlər 
50% 
№ 680 
Varxiyan 
(əkinlər  və  40 
binə) 
Gürcü kəndləri 



158 
 
№ 682 
Padar 
(əkinlər. 
2 meyvə bağı, 
15 binə) 
tuşinlər 
75% 
№ 683 
Yengiyan 
və 
Kəpənəkçi 
tuşinlər 
50% 
№ 684 685 
Mosul 
(əkinlər 
və 60 binə) 
tuşinlər 
Əkin sahələri  
60% azalmış 
№ 686 
Əliabad 
4/5 - tuşinlər 1/5 - 
Əliabad 
50% 
№687 
Kürdəmir 
və 
Kiçik 
Lahıc 
(əkinlər  və  40 
binə) 
Gürcü kəndləri və 
tuşinlər 
60% 
№ 688, 690  Çardaxlı 
№  688  -tuşinlər 
№ 690 - Zəyəm 
Əkin  
sahələrindən  
tamamilə məhrum olmuş 
№ 689 
Tasmalı 
1/3      Tasmalı  2/3 
- tuşinlər 
40% 
№ 691 
Lələli 
tuşinlər 
Əkin  
sahələrindən  
tamamilə məhrum olmuş 
№ 692, 701  Lələli və  
Sabunçu (əkinlər 
və 30 binə) 
№  692(l/2)-Lələli 
və  Sabunçu  № 
692(l/2),  701  – 
tuşinlər 
 
№ 9693, 695  Muxax 
№ 693 
Qırmızı 
Səbətli 
№ 695 –tuşinlər 
Əkin  
sahələrindən  
tamamilə məhrum olmuş 


159 
 
№ 694 
Qorağan 
Tuşinlər 
Torpaqlardan 
tamamilə 
məhrum olmuş 
№  696,  697, 
698, 699, 700 
Almalı 
№  699,  700  -
Almalı  
№696, 697, 698 
- tuşinlər 
40% 
№ 702 
Çardaxlı  
(40 
binə 
və 
əkinlər) 
Tuşinlər 

№ 704 
Zəyəm (40 binə)  Tuşinlər 
50% 
 
Qeyd etməliyik ki, gətirilən rəqəmlər təxmini idi, belə ki, Zaqatala qəzası 
üzrə  torpaq  quruluşu  tədqiqi  həyata  keçirilməmişdi.
82
  Torpaq  quruluşu  işlərinin 
aparılmaması  (qeyd etməliyik  ki, hətta  30-cu illərin əvvəllərində də bəzi kəndləri 
çıxmaqla, vəziyyət əvvəlki kimi qalırdı
83
) Zaqatala kəndlərinin torpaq hüquqlarının 
təsirli  müdafiəsində  özünü  mənfi  planda  göstərirdi.  Bu  səbəbdən  məsələnin 
müzakirəsi zamanı Azərbaycan tərəfi dəqiq və rəsmi statistik bilgilər gətirməkdən 
məhrum olurdu. 
Azərbaycan  SSR  XTK  özünün  Az.MİK-ə  ünvanladığı  12  iyul  1927-ci  il 
və  8  mart  1928-ci  il  tarixli  təliqələrində  heç  olmasa  müvəqqəti,  torpaq  quruluşu 
işlərinin  görülməsinədək  zaqatalalıların  Şirəkdə  torpaqla  təmin  edilməsinə  təkid 
edirdi.
84
  Bununla  əlaqədar  Cənubi  Qafqaz  MİK  nəzdindəki  torpaq  komissiyası 
vergi  mükəlləfiyyətləri  əsasında  zaqatalalılara  torpaq  ayırmağı  qərara  aldı,  lakin 
onun həyata keçirilməsi üçün heç bir əməli addım atmadı.
85
 
Cənubi  Qafqaz  MİK  Rəyasət  Heyətinin  1929-cu  il  fevralın  18-də  olmuş 
iclasında Şirək məsələsinin torpaq mübahisələrinə dair komissiya tərəfindən bir ay 
müddətinə təhqiq olunması haqqında  qərar çıxarıldı.
86
  Müəyyən  təhqiqat  aparıldı, 
lakin  məsələni  yenə  də  «ölü  nöqtədən»  tərpətmək  mümkün  olmadı.  Gürcü 
hökuməti,  hətta  Balabanov  komissiyasının  ədalətsiz  bölgüsü  nəticəsində 
zaqatalalıların payına düşən 3900 desyatini belə ayırmaq fikrində deyildi. Əksinə, 
20-ci  illərin  ortalarında  zaqatalalıları  Şirəkdən  sıxışdırıb  çıxarmaq  üçün  gürcü 
hakimiyyəti  müxtəlif  vasitələrə,  o  cümlədən  cinayət  əməllərinə  əl  atırdı;  məsələn, 
Əliabad  rayonu  kəndlilərinin  şahidliklərinə  görə,  Şirək  çölündə  onlara  qarşı 
quldurluq  və  qarətliklə  məşğul  olan  silahlı  tuşinlər  Sığnaq  qəza  hakimiyyətinin 
qeyri-aşkar himayəsi altında idi.
87
 
1928-ci  ilin noyabrın  19-da  Cənubi  Qafqaz  MİK-in  qərarı  ilə  sərhədyanı 
mübahisələrin  və  otlaq  məsələlərinin  qəti  həlli  üçün  xüsusi  komissiya  təşkil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə